Impera

XƏBƏR LENTİ
16:32"Bakı Metropoliteni" QSC-də yüksək balla ali təhsil müəssisələrinə qəbul olunmuş metropolitençi övladları ilə görüş keçirilib16:11"Mühafizə və təhlükəsizlik qaydaları" mövzusunda təlimlər keçirilir15:53Nazir İnam Kərimov Masallıda vətəndaşları qəbul edib15:46Dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili mövzusunda seminar keçirilib15:29Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib15:15Bakı-Şamaxı yolu genişləndirilir15:00Yeni Azərbaycan Partiyası Ərazi İlk Partiya Təşkilatının hesabat seçki yığıncağı keçirilb14:50Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Dövlət Komitəsində görüş keçirib14:44“İnternet istifadəçiləri” göstəricisinə görə ölkəmiz digər MDB ölkələri ilə müqayisədə liderdir14:26Qida Təhlükəsizliyi Agentliyi ilə Analitik Ekspertiza Mərkəzi arasında Anlaşma Memorandumunun imzalanıb14:07Şənbə gününün hava proqnozu açıqlanıb13:13Energetika Nazirliyi və BP Niyyət Məktubu imzalayıb13:00“Türk Hava Yolları” noyabrın 8-dən Bakıdan İstanbulun yeni aeroportuna uçuşlara başlayır12:44Badamdar sürüşmə zonasında çatların ölçüləri böyüyür11:25Nazir Ramin Quluzadə Beyləqanda vətəndaşlarla görüşəcək11:15Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək11:04“Loqos”da “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib10:36Energetika naziri Pərviz Şahbazov Çində bir sıra görüşlər keçirib10:15“Sağlam məktəbli” adlı maarifləndirici layihə10:00Miqrasiya Xidmətinin (DMX) Çağrı mərkəzinə 2837 zəng daxil olub09:36Düşmən sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub09:15Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər09:00Tərtərdə qazlaşdırma səviyyəsi 100 faizə çatdırılıb16:50AQTA əməkdaşları Malayziyada beynəlxalq təlimdə iştirak edib16:17Təhsil müəssisələrində müstəqilliyin 27-ci ildönümü qeyd olunub16:00Aİİ-də dini-tarixi abidələrə həsr olunan tədbir keçirilib15:42Dövlət Gömrük Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb15:36“AtaSığorta” ASC yeni tibbi sığorta məhsullarını təqdim edir15:22BNA-da Dövlət Müstəqilliyinin 27-ci ildönümü ilə bağlı tədbir keçirilib15:00Müdafiə naziri "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018"də iştirak edir14:10Lənkəran dövlət Aqrar İnkişaf Mərkəzi fermerlərə xidmət göstərməyə başlayıb13:54“Müasir gənclik və Azərbaycan” mövzusunda tədbir keçirilib13:26Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları icra edib13:10“Virtualkarabakh.az” portalının yeni versiyasının təqdimat mərasimi keçiriləcək.12:52İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti ölkəmizin sabit və ardıcıl inkişafını uğurla təmin edir12:39Azərbaycanın son 15 ildəki inkişafı Dünya Iqtisadi Formunun gözü ilə12:11Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır11:55Tərtərdə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib11:35Yeni Yasamala içməli su məhdudiyyətlə veriləcək11:00İngilis dili müəllimləri üçün seminar keçirilib10:21Azərbaycanın iştirakı ilə Çində Kəmər və Yolun Enerji Tərəfdaşlığı Bəyannaməsi imzalanıb09:21Ümumi sığorta yığımları 6,8 milyon manat artıb09:00Atəşkəs rejimi 29 dəfə pozulub08:47Ucarda sahibkarlara güzəştli kredit verilib08:30Zakir Həsənov çexiyalı həmkarı ilə görüşüb15:36Paytaxt məktəblilərinin beynəlxalq idman uğurları14:54"Bakı Metropoliteni" QSC-də tələbə adını yüksək balla qazananlarla görüş keçiriləcək14:41Energetika Nazirliyi “Masdar” şirkəti ilə Çərçivə Sənədi imzalayıb14:26Cari ilin aprel-sentyabr aylarında 27.900 şüşə aksizsiz və ya saxta aksizli mallar aşkar edilərək müsadirə edilib13:57Zenit-raket komplekslərindən döyüş atışları icra edilib12:29Səyyar ASAN xidmət davam edir12:09Bakıda yağış axşama doğru kəsiləcək11:56AQTA zərərli orqanizmlər sirayətlənmiş kivi məhsulunu məhv edib11:45Energetika naziri Çində səfərdədir11:30Bakıda daha bir ərazidə sürüşmə olub, istinad divarı uçub11:20Səfir Daşqın Şikarovun BƏƏ mediasında Müstəqillik Günü ilə bağlı məqaləsi dərc edilib11:00Azərbaycan, Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkədir10:00Bakı metropolitençiləri Almaniyada nəqliyyat sərgisində09:30Atəşkəs rejimi 30 dəfə pozulub18:33Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur18:22Qida Təhlükəsizliyi Agentliyi növbəti maarifləndirici videoçarx hazırlayıb18:07Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 169 əcnəbi saxlanılıb18:019 ay ərzində 1,59 milyard m3 qaz idxal olunub17:55Mübariz Qurbanlı Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb17:49Tərtər rayonunun dörd kəndinə təbii qaz verilib17:22Rektor qalib tələbələrlə görüşüb17:07Qaz anbarlarında bu günədək 3 milyard kubmetrdən çox qaz tədarük edilib16:55“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib16:46AQTA əməkdaşları ADU tələbələri ilə görüşüb16:31Dövlət Müstəqilliyi Gününə hərs olunmuş yaradıcılıq sərgisi keçirilib16:06Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib15:46Üçüncü rübdə xam neftin ixracı 6 milyon ton təşkil edib15:24Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib15:0040 il sonra yeni dərslik çap olundu14:10Sabah yağış yağacaq13:53“Coca-Cola” ən bahalı brendlərin beşliyinə düşüb13:22Azad Rəhimov Avropa Şurası idman nazirlərinin toplantısına qatılıb12:46“Türk Hava Yolları” doqquz ay ərzində 58 milyon sərnişin daşıyıb12:13Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur12:00Azərbaycanın təbliği, azərbaycançılığın qorunması istiqamətində əlimizdən gələni etməyə çalışırıq11:33Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər mövzusunda regional seminar keçirilib11:21Müdafiə naziri Zakir Həsənov Çexiyaya səfər edəcək10:51Paytaxtda 48 206 şagird I sinifdə təhsil alır10:34İcazəsiz ova cəhd edən şəxs saxlanılıb10:1516 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar AQTA maarifləndirici videoçarx yayıb09:41Ermənilər müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:10İnam Kərimov Masallıda vətəndaşlarla görüşəcək09:00Qarabağ qazisi Etimad Əsədov vəfat edib08:30Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib20:00Buenos Ayres 2018 Atletlər kəndində Azərbaycan deleqasiyasının rəhbərinin müavini Vaqif Əliyev idmançılarla görüşüb20:00Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib15:00AzTU ilə Çexiya universitetləri arasında əməkdaşlıq perespektivləri müzakirə olunub14:38Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək14:00AzTU daha bir universitetlə ikili diplom müqaviləsi imzaladı13:20İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib13:00Bu yolda təmir işləri aparılır12:55Sabahın hava proqnozu açıqlanıb12:05“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib11:50Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub11:39Prezident İlham Əliyev Lənkəran rayonuna səfərə gedib
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2018 (365)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)

«    Mart 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan Jurnalistlərinin VII qurultayı keçirildi

10 mar 2018, 16:44   
Azərbaycan Jurnalistlərinin VII qurultayı keçirildi


Newscenter.az.10.03.2018. Martın 10-da Bakıda Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib.

'vvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

İştirakçılar ötən qurultaydan keçən dövr ərzində dünyasını dəyişmiş jurnalistlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov qurultayı açaraq bildirib ki, məclisdə iştirak etmək üçün 166 üzv təşkilatdan 241 nümayəndə qeydiyyatdan keçib. Yetərsay var və qurultayımız işə başlaya bilər.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
Azərbaycan Jurnalistlərinin VII qurultayı keçirildi

Sonra qurultayın sədarəti, katibliyi, say və mandat komissiyalarının yaradılması üçün təkliflər oxundu, səsə qoyularaq qəbul edilib.

Qurultayın gündəliyi səsə qoyularaq qəbul edilib.

Qurultay “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin sədrliyi ilə işini davam etdirib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin VI qurultayından ötən dövrdə görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Hesabat dövründə əldə olunan nailiyyətlər, mövcud problemlər və onların həlli yollarından danışan MŞ-nin sədri bildirib ki, Azərbaycan jurnalistlərinin VI qurultayından bu günədək Şuraya ümumilikdə 3145 şikayət daxil olub. İlkin mərhələdə baxılan 3145 məsələdən 2213-ü katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 932 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına göndərilib. 932 şikayətin 711-i şikayətlər üzrə komissiyada, 159-u reket jurnalistikaya qarşı mübarizə komissiyasında, 14-ü mətbuat ilə dövlət qurumları arasında problemlərin həlli komissiyasında, 48-i sosial-iqtisadi komissiyada araşdırılıb. Şikayətlər üzrə komissiyada baxılan 711 məsələdən 584-ü komissiya səviyyəsində həllini tapıb, digər 127 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün idarə heyətinə təqdim edilib. Reket jurnalistikaya qarşı mübarizə komissiyası tərəfindən araşdırılan 159 şikayətdən 104-ü barədə təqdimat hazırlanaraq yekun qərar qəbulu üçün idarə heyətinə göndərilib. İdarə heyəti hesabat dövründə şikayətlər üzrə komissiyanın 127, reket jurnalistikaya qarşı mübarizə komissiyasının 104 rəyinə əsaslanaraq, ümumiyyətlə, 231 qərar çıxarıb. Qurultaylararası dövrdə MŞ İdarə Heyətinin 35, şikayətlər üzrə komissiyanın 76, reket jurnalistikaya qarşı mübarizə komissiyasının 29, mətbuat ilə dövlət qurumları arasında problemlərin həlli komissiyasının 18 iclası keçirilib. Bundan başqa, müxtəlif məsələlərlə bağlı Şuranın sosial komissiyasının 11, hüquq, iqtisadiyyat, dil, təhsil, bölgə mətbuatının inkişafı komissiyalarının hər birinin 9 iclası keçirilib. Şuranın apellyasiya qrupu 5, Ahıl Jurnalistlər Məclisi 39 dəfə toplanıb.

Əflatun Amaşov deyib ki, bu gün Azərbaycanda mediaya sistemli dövlət qayğısı mövcuddur. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu uğurla fəaliyyət göstərməkdədir. Qurum KİV-lərin layihələrini maliyyələşdirməklə onların cəmiyyət üçün faydalı təşəbbüslərinə yaşıl işıq yandırır. Ancaq müasir dövr tələb edir ki, mediamız daha da güclənsin, reklamdan, satışdan əldə etdiyi gəliri çoxaltsın. Qarşımızda dayanan növbəti məsələlərdən biri də internet üzərindən yayımlanan media vasitələrinin səmərəliliyinin artırılmasıdır. Bu sahədəki qanunvericik bazasında xeyli təkmilləşmələr aparılıb. Belə media vasitələri hüquqi münasibətlər sistemində öz yerlərini tuta biliblər. Ancaq onların artan rolundan cəmiyyətimizin inkişafı naminə istifadə etməliyik.

Sonra MŞ-nin nəzarət-təftiş və mandat komissiyalarının hesabatları dinlənilib. Hesabatlar, ümumilikdə, mətbuatın ümumi problemlərini və təşkilati məsələləri əhatə edib.
Azərbaycan Jurnalistlərinin VII qurultayı keçirildi

Sonra məruzələr ətrafında müzakirələr aparılıb.

Qurultayda Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, Milli Məclisin deputatı Aqil Abbas, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov və digərlərinin çıxışları dinlənilib. Çıxışlarda Azərbaycanda mətbuatın inkişafı, həm yazılı, həm də elektron medianın maddi-texniki bazasının, jurnalistlərin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışılıb. Natiqlər Mətbuat Şurasının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qurultayda çıxış edib. Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu demokratik media ənənələrinin Azərbaycanda uğurla inkişaf etdiyini bildirən Əli Həsənov deyib ki, bu gün burada səsvermə keçirildi, özünüz hər şeyi gördünüz. Kimin nə deməsindən asılı olmayaraq, bu gün Azərbaycan mediasından kənara atılmış müəyyən nümayəndələr bu qurultay, burada seçiləcək yeni heyət, sizin jurnalist fəaliyyətiniz haqqında da mənfi rəy formalaşdırmağa çalışacaqlar. Bundan qorxmayın, buna qeyri-adi hal kimi baxmayın. Nə qədər ki, cəmiyyət, insanlar, həyat var, opponentlər də olacaq. Sadəcə olaraq onlara opponent kimi baxın, çalışın onların sizə hansı formada öz fikirlərini, nifrətlərini ifadə etmələrindən asılı olmayaraq, Azərbaycan xalqına, jurnalistinə uyğun bir formada cavab verin və öz haqqınızı qoruyun. Kənar təsirlərə məruz qalmayın.

Prezidentin köməkçisi deyib ki, ölkədən qaçan bəzi şəxslər bu gün Azərbaycanın rəmzlərini təhqir edirlər. Həmin şəxslərə olduqları xarici ölkələrin pasportları verilərək, Azərbaycana qarşı təlimatlandırılırlar. Xarici ölkələrin müvafiq orqanları qarşısında öhdəlikləri olanlar Azərbaycan dövlətinə qarşı çirkab yağdırırlar. Azərbaycan mətbuatında isə bir susqunluq var. Buna jurnalistlər xüsusi diqqət yetirməlidirlər. Mətbuat milli dəyərlərimizi, milli rəmzlərimizi müdafiə etməlidir. Azərbaycanı təhqir edən insanlardan valideynləri də imtina ediblər. Həmin adamlar “Facebook”un imkanlarından istifadə edərək, Azərbaycana qarşı irinli çirkab yağdırırlar. Həmin adamlara qarşı müqaviməti ilk olaraq media göstərməlidir.
Azərbaycan Jurnalistlərinin VII qurultayı keçirildi

Azərbaycanda jurnalistika ilə hakimiyyət arasında gözəl tərəfdaşlıq mühitinin yarandığını vurğulayan Əli Həsənov bildirib: “Bunun nəyi pisdir? Əgər Azərbaycan dövləti vergi ödəyicilərinin və Azərbaycanın milli sərvətlərinin verdiyi imkanlardan onun yaradıcı insanlarının, akademikinin, sənət adamlarının, Azərbaycan cəmiyyətində yaxşı nümunələr formalaşdıran jurnalistikanın və digər kateqoriyadan olan insanların maliyyələşməsi, maddi-mənəvi tələbatının ödənilməsi üçün istifadə edirsə, bunun nəyi pisdir? Nəyə görə öz dövlətinin milli sərvətindən pay almaq qəbahət hesab olunmalıdır? Buna məsələdə opponentlik etmək istəyənlərə qarşı siz öz münasibətinizi sərgiləyə bilərsiniz. Nəyə görə öz dövlətindən, milli sərvətindən aldığın pay qəbahət sayılmalıdır, amma antiazərbaycan fəaliyyəti, sizi dövlətinizə, millətinizə qarşı qoymaq cəhdləri ilə Azərbaycana yönələn xarici qrantlardan maliyyələşmək və yaxud da bəhrələnmək normal hal hesab olunmalıdır? Baxın, bu gün sizi ittiham edənlər özləri hansı mənbədən maliyyələşirlər".

Mətbuat Şurasının reket nəşrlərlə bağlı “qara siyahı” hazırladığını xatırladan Ə.Həsənov reket nəşrlərdə çalışanları doğru yola dəvət edərək deyib: “Olan və olmayan kompromatları toplayıb insanları şantaj etmək yaxşı hal deyil. Bu işin axırı yoxdur. Siz özünüzü təhdid etdiyiniz insanların yerinə qoyun. Mən o insanlarla mübarizə aparmıram, onları doğru yola çağırıram. Mətbuat Şurası qəbul etdiyi etik normaları müdafiə etməlidir. Hesab edirəm ki, “Mətbuat Şurası haqqında” qanun qəbul edilməsinin zamanı çatıb”.

Prezidentin köməkçisi partiyaların dövlətdən dəstək almasına etirazın da düzgün olmadığını qeyd edərək deyib ki, təminatı olan siyasi partiyaların parlamentdə təmsil olunaraq dövlətdən dəstək alan partiyaları ittiham etməyə haqları yoxdur. Mən elə buradan müxalifət partiyalarına üzümü tuturam. O müxalifət partiyalarına ki, Azərbaycanın qanunları çərçivəsində bu gün parlamentə seçiliblər, dövlət büdcəsindən öz qanuni maliyyələşmə haqlarını alıblar. Bunun nəyi pisdir? Amma o partiyalar ki, maliyyə mənbəyi bu gün heç kimə bəlli deyil və sizin gözünüz qarşısında da hamıdan yaxşı yaşayırlar, hamıdan yaxşı təmin olunublar, övladları, özləri dövlətin daxilində və xaricində kifayət qədər yüksək təminatlı həyat sürürlər, onların sizi tənqid etməyə, ittiham etməyə haqları yoxdur. Onların haqsız olduğunu cəmiyyətə siz jurnalistlər çatdırmalısınız.

Sonra qurultayda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi müzakirə olunub.
Azərbaycan Jurnalistlərinin VII qurultayı keçirildi

Mətbuat Şurasının Nizamnaməsində bu məsələ ilə bağlı təklif səsə qoyularaq qəbul edilib. Dəyişiklik nəticəsində İdarə Heyətinin tərkibi genişlənib, üzvlərin sayı 17-dən 23-ə çatıb. Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşıb. Bundan başqa, İdarə Heyətinin 2 jurnalistdən, 2 ictimaiyyət nümayəndəsindən və 2 internet informasiya resursu təmsilçisindən ibarət ehtiyat üzvləri də seçilib.

Azərbaycan jurnalistlərinin VII qurultayında səsvermə nəticəsində Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.

Sonda qurultayın qətnaməsi qəbul olunub. Bununla da Azərbaycan jurnalistlərinin VII qurultayı başa çatıb.
OXŞAR MÖVZULAR