Impera

XƏBƏR LENTİ
18:31Kəmaləddin Heydərov baş vermiş qəza ilə bağlı Gəncəyə gedib18:17Azərbaycanın təhsil naziri Ceyhun Bayramov “AmCham”ın üzvləri ilə görüşüb18:02Mənşəyi məlum olmayan 2,5 ton ət məhv edilib17:14İnam Kərimov vətəndaşlarla görüşəcək17:02ATU-da ilk dəfə olaraq aralıq qiymətləndirmə imtahanları aparılır16:25Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) ilə birgə elektrik enerjisi təchizatınınkeyfiyyəti müzakirə edilib16:17Hakimlər və ədliyyə orqanlarının işçiləri təltif edilib - SİYAHI16:10Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi-SİYAHİ15:53Almaniyada azərbaycanlı rejissorun filminin təqdimatı keçirilib15:26Qətərdə regionun ultramüasir klinikası açılıb15:11“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”15:00Ümumi təhsil müəssisələri arasında memorandum imzalanıb14:45Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu” keçiriləcək14:3620 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq.14:25Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi iddiaçılarla görüşəcək14:10“Plastik və rekonstruktiv cərrahiyyə” dərsliyi çap edilib13:54Sabah hava necə olacaq?12:59Kanalizasiya kollektordan kəsilmiş mal başları çıxarılıb12:53Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib12:09Payız tətili ekskursiyaları təşkil edilib11:53Bakıda ilk dəfə Xəzər İnnovasiya Konfransı keçiriləcək11:21Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçiriləcək11:04Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib09:45Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var09:30Zakir Həsənov Türkiyə və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək09:20İlahiyyat İnstitutu beynəlxalq əlaqələri genişləndirir09:14Ermənilər atəşkəs rejimini 30 dəfə pozub08:50Paytaxtın bəzi ərazilərinə təbii qaz məhdudiyyətlə veriləcək08:31Türkiyədə “Dil, düşüncə və din elmləri” adlı beynəlxalq konfrans keçirilib08:06Fuad Muradov Nyu-Yorkda görüşlər keçirib16:36Azərbaycan Cümhuriyyətinin 100 illiyi İğdırda qeyd edilib16:12QHT-lər üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Mühasibat Uçotunun aparılması qaydaları hazırlanıb16:00Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin media üçün təqdimatı keçirilib15:57Fənn olimpiadalarının ilk mərhələsi üçün seçim turu15:41Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib15:30Energetika naziri Pərviz Şahbazov “Türk axını”ilə bağlı mərasimdə iştirak edir15:21İlahiyyat İnstitutunda BDU-nun İlahiyyat fakültəsinin məzunları ilə görüş keçirilib15:11Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər13:50“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək13:47Məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə təbii qaz verilib13:37Sabah hava necə olacaq?13:25“İrəli” növbəti qalibləri müəyyənləşdirib13:13Paytaxt məktəblərində maarifləndirici seminarlar keçirilir13:06Müəllimlər üçün seminar keçirilir12:55İlham Əliyev belaruslu həmkarı ilə görüşüb12:46Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq12:28“Azərsu” işçi axtarır11:4813-cü Avropa Keyfiyyət Təminatı Forumu keçirilib11:22Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub10:50Azərbaycan diasporunun təşkilatlanmasında yeni mərhələ10:22Ümumordu iməciliyi keçiriləcək09:40Ermənilər 25 dəfə atəşkəsi pozub09:00Prezident İlham Əliyev Belarusa rəsmi səfərə gedib18:54İlahiyyat İnstitutu 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirib.18:33İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb18:11Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb17:53“Coca-Cola” şirkəti “Caspian Ecology 2018” sərgisində iştirak edib17:28Ağcabədidə “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda regional seminar keçirilib17:08Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün təlim keçirilib16:09Nazir Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşüb16:00Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni icra ediblər15:49Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı15:33Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib15:12Müəllim və valideynlər qəbul edilib14:50"İƏT Modeli" - 2018 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi14:20Prezident Sumqayıta gedib14:02“Strateji Yol Xəritəsi”nə dair əməkdaşlıq ediləcək13:50Kitabxana işinin təşkilinə dair təlimlər keçirilir13:25Qida Təhlükəsizliyi Agentliyi ilə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC arasında anlaşma memorandumu imzalanıb13:16“Kaspersky Lab” Sürixdə Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb və ilk şəffaflıq mərkəzini açıb13:00Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib12:50Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib12:48Şəffaflığın artırılmasına dair seminarlar keçirilir10:48Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir10:29Təhsil Nazirliyində yeni təyinat09:18Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutulub09:00Təhsil Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib08:15Qaradağda yanğın16:58Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib16:27Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq16:13Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib15:24Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək14:50İnternet İdarəçilik Forumunda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb14:12Bakı şəhərinə yeni icra başçısı təyin edilib13:38Fiziki imkanları məhdud şəxslərin rahat hərəkəti üçün problem yaradılır13:18Hövsan qəsəbəsinə içməli su məhdudiyyətlə veriləcək13:04Deputat Mahir Abbaszadəyə yüksək vəzifə verildi12:51Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclasları keçirilir12:39Baş Qərargah rəisi hərbi oyunların idarəetmə məntəqələrinin fəaliyyətini izləyib11:36“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq11:12Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir11:00Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub10:00Gənc ekoloqlar Hövsan Aerasiya Stansiyasında olublar09:23Təhsil müəssisələrində “Eko-təqdimatlar” keçirilir09:00Atəşkəs rejimi 26 dəfə pozulub15:52AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir15:11İqlim və Enerji üzrə Merlər Razılaşmasının Milli Əlaqələndiricisinin 2019-cü il üzrə İş Planı təsdiq edilib15:00Fuad Muradov Los-Ancelesdə görüşlər keçirib14:29Magiya ilə bağlı kitab çap edilib14:07Azərbaycan məhsullarının ixracı genişlənir
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2018 (274)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)

«    Mart 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan-İran əlaqələrinin genişləndirilməsi müzakirə edilib

13 mar 2018, 12:36   
Azərbaycan-İran əlaqələrinin genişləndirilməsi müzakirə edilib


Newscenter.az.13.03.2018
. İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasında səfərdədir.

Newscenter.az-a nazirliyin mətbuat xidmətindən bildirilib ki, səfərin ilk günü nazir Şahin Mustafayev İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın inkişaf etdiyini, əlaqələrin genişlənməsində Azərbaycan və İran prezidentlərinin siyasi iradəsini və birgə səylərini vurğulayıb. Bildirilib ki, son illərdə ölkələrimiz arasında əlaqələr yeni mərhələyə qədəm qoyub. Son 4 ildə Azərbaycan və İran dövlət başçılarının 10 görüşü keçirilib,100-dən çox qarşılıqlı səfər həyata keçirilib, 40-dan artıq sənəd imzalanıb. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyası intensiv iş aparır.

Ticarət, sənaye, nəqliyyat-tranzit, maliyyə, səhiyyə və digər sahələrdə mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bildirən Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi 2017-ci ildə 16% artıb. İran Azərbaycana 3,1 mlrd. ABŞ dolları investisiya yatırıb. Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində 700-dən çox İran şirkəti qeydiyyatdan keçib. Azərbaycan və İranın birgə iştirakı ilə ölkəmizdə reallaşdırılan avtomobil istehsalı zavodunda işlər tamamlanmaq üzrədir, Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun yaradılması üzrə işlər davam edir. Energetika sahəsində “Xudafərin/Qız Qalası” və “Ordubad/Marazad" hidroqovşaqları, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti kimi layihələr həyata keçirilib, İrana elektrik satışına dair Çərçivə Sazişi imzalanıb.

Azərbaycan-İran əməkdaşlığının mühüm istiqamətlərindən olan Şimal-Cənub nəqliyyat dəhlizi üzrə işlər intensiv şəkildə aparılır. Azərbaycanda 8,3 km, İranda 1,4 km dəmir yolu, Astara çayı üzərində dəmir yolu körpüsü istismara hazırdır və artıq sınaq qatarlarının hərəkəti həyata keçirilib. Astarada (İran) terminalın təməlinin qoyulması və məhsul anbarlarının tikintisi nəzərdə tutulur. Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə dair müzakirələr davam edir. 2017-ci ildə Rusiyadan İrana və əks istiqamətdə Azərbaycandan19 mindən çox TIR keçib, İranda milli daşıyıcılarımızın çəkisi isə 23,2% artıb.

İrandan Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır və 2017-ci ildə 363 min nəfərə çatıb. Nazir Şahin Mustafayev qeyd edib ki, “ASAN viza” vasitəsilə viza alan əcnəbilər arasında İran vətəndaşları 1-ci yerdədir.

Nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi baxımından Astara, Culfa və Biləsuvar sərhəd keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsinin əhəmiyyətini qeyd edib.

İran islam Respublikasının İqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian qeyd edib ki, müstəqil Azərbaycan ilə İranın əlaqələri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdən başlayıb və Heydər Əliyevin o dövrdə İrana səfəri ölkələrimiz arasında münasibətlərin inkişafının əsasını yaradıb. Qeyd olunub ki, son zamanlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm işlərin görülüb, bir sıra qarşılıqlı səfərlər və görüşlər keçirilib. Məsud Kərbasian Azərbaycan nümayəndə heyətinin İrana növbəti səfərinin də əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb, sərhəd-keçid məntəqələrində iş rejiminin uzadılmasına, kənd təsərrüfatı, maliyyə və bank, səhiyyə sahələrində əməkdaşlığa dair fikirlərini diqqətə çatdırıb. İranlı nazir Qəzvin-Rəşt dəmir yolu xəttinin önəmini qeyd edərək, dəmir yolunun yaxın zamanlarda istifadəyə veriləcəyini bildirib.

Qeyd edək ki, görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Famil Seyidov da iştirak ediblə.
A.Tağıyev
OXŞAR MÖVZULAR