Impera

XƏBƏR LENTİ
16:50AQTA əməkdaşları Malayziyada beynəlxalq təlimdə iştirak edib16:17Təhsil müəssisələrində müstəqilliyin 27-ci ildönümü qeyd olunub16:00Aİİ-də dini-tarixi abidələrə həsr olunan tədbir keçirilib15:42Dövlət Gömrük Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb15:36“AtaSığorta” ASC yeni tibbi sığorta məhsullarını təqdim edir15:22BNA-da Dövlət Müstəqilliyinin 27-ci ildönümü ilə bağlı tədbir keçirilib15:00Müdafiə naziri "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018"də iştirak edir14:10Lənkəran dövlət Aqrar İnkişaf Mərkəzi fermerlərə xidmət göstərməyə başlayıb13:54“Müasir gənclik və Azərbaycan” mövzusunda tədbir keçirilib13:26Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları icra edib13:10“Virtualkarabakh.az” portalının yeni versiyasının təqdimat mərasimi keçiriləcək.12:52İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti ölkəmizin sabit və ardıcıl inkişafını uğurla təmin edir12:39Azərbaycanın son 15 ildəki inkişafı Dünya Iqtisadi Formunun gözü ilə12:11Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır11:55Tərtərdə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib11:35Yeni Yasamala içməli su məhdudiyyətlə veriləcək11:00İngilis dili müəllimləri üçün seminar keçirilib10:21Azərbaycanın iştirakı ilə Çində Kəmər və Yolun Enerji Tərəfdaşlığı Bəyannaməsi imzalanıb09:21Ümumi sığorta yığımları 6,8 milyon manat artıb09:00Atəşkəs rejimi 29 dəfə pozulub08:47Ucarda sahibkarlara güzəştli kredit verilib08:30Zakir Həsənov çexiyalı həmkarı ilə görüşüb15:36Paytaxt məktəblilərinin beynəlxalq idman uğurları14:54"Bakı Metropoliteni" QSC-də tələbə adını yüksək balla qazananlarla görüş keçiriləcək14:41Energetika Nazirliyi “Masdar” şirkəti ilə Çərçivə Sənədi imzalayıb14:26Cari ilin aprel-sentyabr aylarında 27.900 şüşə aksizsiz və ya saxta aksizli mallar aşkar edilərək müsadirə edilib13:57Zenit-raket komplekslərindən döyüş atışları icra edilib12:29Səyyar ASAN xidmət davam edir12:09Bakıda yağış axşama doğru kəsiləcək11:56AQTA zərərli orqanizmlər sirayətlənmiş kivi məhsulunu məhv edib11:45Energetika naziri Çində səfərdədir11:30Bakıda daha bir ərazidə sürüşmə olub, istinad divarı uçub11:20Səfir Daşqın Şikarovun BƏƏ mediasında Müstəqillik Günü ilə bağlı məqaləsi dərc edilib11:00Azərbaycan, Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkədir10:00Bakı metropolitençiləri Almaniyada nəqliyyat sərgisində09:30Atəşkəs rejimi 30 dəfə pozulub18:33Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur18:22Qida Təhlükəsizliyi Agentliyi növbəti maarifləndirici videoçarx hazırlayıb18:07Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 169 əcnəbi saxlanılıb18:019 ay ərzində 1,59 milyard m3 qaz idxal olunub17:55Mübariz Qurbanlı Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb17:49Tərtər rayonunun dörd kəndinə təbii qaz verilib17:22Rektor qalib tələbələrlə görüşüb17:07Qaz anbarlarında bu günədək 3 milyard kubmetrdən çox qaz tədarük edilib16:55“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib16:46AQTA əməkdaşları ADU tələbələri ilə görüşüb16:31Dövlət Müstəqilliyi Gününə hərs olunmuş yaradıcılıq sərgisi keçirilib16:06Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib15:46Üçüncü rübdə xam neftin ixracı 6 milyon ton təşkil edib15:24Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib15:0040 il sonra yeni dərslik çap olundu14:10Sabah yağış yağacaq13:53“Coca-Cola” ən bahalı brendlərin beşliyinə düşüb13:22Azad Rəhimov Avropa Şurası idman nazirlərinin toplantısına qatılıb12:46“Türk Hava Yolları” doqquz ay ərzində 58 milyon sərnişin daşıyıb12:13Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur12:00Azərbaycanın təbliği, azərbaycançılığın qorunması istiqamətində əlimizdən gələni etməyə çalışırıq11:33Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər mövzusunda regional seminar keçirilib11:21Müdafiə naziri Zakir Həsənov Çexiyaya səfər edəcək10:51Paytaxtda 48 206 şagird I sinifdə təhsil alır10:34İcazəsiz ova cəhd edən şəxs saxlanılıb10:1516 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar AQTA maarifləndirici videoçarx yayıb09:41Ermənilər müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:10İnam Kərimov Masallıda vətəndaşlarla görüşəcək09:00Qarabağ qazisi Etimad Əsədov vəfat edib08:30Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib20:00Buenos Ayres 2018 Atletlər kəndində Azərbaycan deleqasiyasının rəhbərinin müavini Vaqif Əliyev idmançılarla görüşüb20:00Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib15:00AzTU ilə Çexiya universitetləri arasında əməkdaşlıq perespektivləri müzakirə olunub14:38Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək14:00AzTU daha bir universitetlə ikili diplom müqaviləsi imzaladı13:20İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib13:00Bu yolda təmir işləri aparılır12:55Sabahın hava proqnozu açıqlanıb12:05“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib11:50Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub11:39Prezident İlham Əliyev Lənkəran rayonuna səfərə gedib11:33AQTA əməkdaşı nüfuzlu beynəlxalq təşkilatın işçi qrupuna üzv seçilib11:22Qanunsuz ova cəhd edən şəxslər 4000 manat cərimələnib, 3 ov tüfəngi götürülüb11:1224/7 Sahibkarlıq proqramına start verilir10:43Şəkidə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib10:00Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək09:26Aqrar kadr bazarına sahiblənməliyik09:00Erməniər atəşkəs rejimini 28 dəfə pozub19:20Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib19:00AzTU ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb18:25“İdeyadan Biznesə” startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib18:15Daşkəsəndə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib18:00Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu17:55Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib17:49Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək17:34Prezident İlham Əliyev jurnalistin sağlıq durumu ilə bağlı müvafiq göstəriş verib17:25Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunda pərakəndə satış müəssisələrinin rəhbərlərinə təlim keçirilir17:18İlk səyyar qəbul keçirilib17:04ATXƏM sədri dünyaca məşhur professorla görüşdü16:35Texniki Universitetlə Voronej Dövlət Texniki Universiteti arasındakı əməkdaşlıq yenilənib16:20AQTA maarifləndirmə tədbirləri çərçivəsində “Sağlam məktəbli” layihəsinə start verib16:18Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:43Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:23100-ə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2018 (342)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)

«    Mart 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Balaxanı Sənaye Parkında daha 5 rezident fəaliyyətə başlayacaq

13 mar 2018, 17:01   
 Balaxanı Sənaye Parkında daha 5 rezident fəaliyyətə başlayacaq


Newscenter.az.13.03.2018. Martın 13-də “Təmiz Şəhər” ASC KİV nümayəndələrinin iştirakı ilə məlumat turu və mətbuat konfransı keçirib, mətbuat nümayəndələrinə Səhmdar Cəmiyyətin fəaliyyəti və reallaşdırılan layihələr barədə ətraflı məlumat verilib.

Newscenter.az-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, KİV nümayəndələri Olimpiya stadionunun yaxınlığında salınmış Böyükşor bulvarı və Böyükşor gölündə görülən işlərlə tanış olublar. “Təmiz Şəhər” ASC-nin İdarə heyətinin sədri Etibar Abbasov Böyükşor gölünün sağlamlaşdırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, gölün bərpası layihəsinin 1-ci mərhələsində 300 hektar ərazi təmizlənib, neftlə çirklənmiş dib çöküntüləri çıxarılıb, gölün kənarında 15 hektara yaxın ərazidə Böyükşor Parkı və Bulvarı salınaraq Bakı sakinlərinin istifadəsinə verilib.

Mətbuat nümayəndələri həmçinin, Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ilə tanış olublar. Məlumat verilib ki, poliqon bütün sanitar normalara uyğundur. Poliqona tullantı daşıyan nəqliyyat vasitələri tullantıları boşaltdıqdan sonra ərazini tərk etməzdən öncə mütləq yuma məntəqəsində yuyulub dezinfeksiya edilir. 4 yuma kabinəsindən ibarət olan bu məntəqə beynəlxalq standartlara cavab verir və 400-dən çox maşına xidmət göstərmək gücünə malikdir. Poliqonun yenidən qurulması işləri İqtisadiyyat Nazirliyi və Dünya Bankı tərəfindən reallaşdırılan “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində həyata keçirilib. Burada tullantılardan ayrılan çirkab sular filtrlər vasitəsilə süzülərək texniki suya çevrilir və poliqonun ərazisində əkilən ağacın suvarılmasında istifadə olunur (İndiyədək 11 min ağac əkilib). Tullantılardan yığılan qazlar isə xüsusi generatorlar vasitəsilə elektrik enerjisinə çevrilir və bu enerji poliqonun ehtiyacları üçün istifadə olunur.
Məlumat turu çərçivəsində KİV nümayəndələri Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda da olublar. Məlumat verilib ki, Zavod 2012-ci ildə Alman texnologiyası ilə inşa edilib və ildə 200 min ton tullantı çeşidləmək gücünə malikdir. Tullantılar çeşidləndikdən sonra təkrar emala yönləndirilir.

Bildirilib ki, Zavodda çeşidləmə zamanı tapılmış 900-dən artıq müxtəlif növ sənəd (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, diplom, hərbi bilet və.s.) toplanılaraq “Poçtap” layihəsi çərçivəsində “Azərpoçt” MMC-yə təhvil verilib. Maqnit separatoru vasitəsilə toplanan 400 kiloqramdan artıq qəpik isə “Təmiz Şəhər” ASC tərəfindən xeyriyyə aksiyaları üçün istifadə olunub.
Zavodda 170-dən artıq Balaxanı sakini daimi iş yeri ilə təmin olunub.

Bununla yanaşı, mətbuat nümayəndələri üçün Qala qəsəbəsində yerləşən “Tullantıdan sənətə” muzeyinə virtual tur təşkil olunub. Məlumat verilib ki, 2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan bu muzeydə 6 il ərzində keçirilən “Tullantıdan sənətə” sərgisində iştirak edən 36 ölkədən 140-dək sənət adamının yaratdığı sənət əsərləri nümayiş olunur.
Jurnalistlər həmçinin, ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədi ilə yaradılmış 7 ha sahəni əhatə edən Balaxanı Sənaye Parkı ilə də tanış olublar. Təkrar istehsal sahəsinə maraq göstərən sahibkarlar üçün əlverişli şəraitin yaradıldığı Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə 5 rezidenti fəaliyyət göstərir. Daha 6 növ istehsalat sahəsi üzrə qeydiyyata alınmış rezidentlər bu il ərzində fəaliyyətə başlayacaqlar.

Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olan KİV nümayəndələrinə məlumat verilib ki, ən sərt ekoloji tələblərə cavab verən 4-cü nəsil texnologiyalarla inşa edilən bu Zavod il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantını utilizasiya etmək və 231 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. Bununla yanaşı, tullantıların yandırılması nəticəsində yaranan dib külü ötən ilin dekabr ayında tərəfindən Balaxanı qəsəbəsinin ümumi sahəsi 43 min m² təşkil edən yolların əsaslı təmir-bərpa işlərində istifadə olunub.

Sonra Cəmiyyətin fəaliyyətinə dair mətbuat konfransı keçirilib. Tədbir zamanı Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Təmiz Qala” pilot layihəsinə dair qısametrajlı film nümayış olunub. Qeyd olunub ki, 2010-cu ildən fəaliyyət göstərən layihə çərçivəsində qəsəbədə tullantılar üçün iki rəngdə olmaqla üzvi (yəni mətbəx) və qeyri üzvi (yəni digər) tullantılar üçün nəzərdə tutulan qutular yerləşdirilib. Tullantıların ilkin çeşidlənməsi sahəsində maarifləndirməni artırmaq məqsədi ilə qəsəbə sakinlərinə müxtəlif bukletlər paylanılır.

Tədbirdə mətbuat nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Anar
OXŞAR MÖVZULAR