Impera

XƏBƏR LENTİ
18:31Kəmaləddin Heydərov baş vermiş qəza ilə bağlı Gəncəyə gedib18:17Azərbaycanın təhsil naziri Ceyhun Bayramov “AmCham”ın üzvləri ilə görüşüb18:02Mənşəyi məlum olmayan 2,5 ton ət məhv edilib17:14İnam Kərimov vətəndaşlarla görüşəcək17:02ATU-da ilk dəfə olaraq aralıq qiymətləndirmə imtahanları aparılır16:25Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) ilə birgə elektrik enerjisi təchizatınınkeyfiyyəti müzakirə edilib16:17Hakimlər və ədliyyə orqanlarının işçiləri təltif edilib - SİYAHI16:10Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi-SİYAHİ15:53Almaniyada azərbaycanlı rejissorun filminin təqdimatı keçirilib15:26Qətərdə regionun ultramüasir klinikası açılıb15:11“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”15:00Ümumi təhsil müəssisələri arasında memorandum imzalanıb14:45Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu” keçiriləcək14:3620 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq.14:25Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi iddiaçılarla görüşəcək14:10“Plastik və rekonstruktiv cərrahiyyə” dərsliyi çap edilib13:54Sabah hava necə olacaq?12:59Kanalizasiya kollektordan kəsilmiş mal başları çıxarılıb12:53Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib12:09Payız tətili ekskursiyaları təşkil edilib11:53Bakıda ilk dəfə Xəzər İnnovasiya Konfransı keçiriləcək11:21Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçiriləcək11:04Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib09:45Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var09:30Zakir Həsənov Türkiyə və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək09:20İlahiyyat İnstitutu beynəlxalq əlaqələri genişləndirir09:14Ermənilər atəşkəs rejimini 30 dəfə pozub08:50Paytaxtın bəzi ərazilərinə təbii qaz məhdudiyyətlə veriləcək08:31Türkiyədə “Dil, düşüncə və din elmləri” adlı beynəlxalq konfrans keçirilib08:06Fuad Muradov Nyu-Yorkda görüşlər keçirib16:36Azərbaycan Cümhuriyyətinin 100 illiyi İğdırda qeyd edilib16:12QHT-lər üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Mühasibat Uçotunun aparılması qaydaları hazırlanıb16:00Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin media üçün təqdimatı keçirilib15:57Fənn olimpiadalarının ilk mərhələsi üçün seçim turu15:41Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib15:30Energetika naziri Pərviz Şahbazov “Türk axını”ilə bağlı mərasimdə iştirak edir15:21İlahiyyat İnstitutunda BDU-nun İlahiyyat fakültəsinin məzunları ilə görüş keçirilib15:11Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər13:50“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək13:47Məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə təbii qaz verilib13:37Sabah hava necə olacaq?13:25“İrəli” növbəti qalibləri müəyyənləşdirib13:13Paytaxt məktəblərində maarifləndirici seminarlar keçirilir13:06Müəllimlər üçün seminar keçirilir12:55İlham Əliyev belaruslu həmkarı ilə görüşüb12:46Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq12:28“Azərsu” işçi axtarır11:4813-cü Avropa Keyfiyyət Təminatı Forumu keçirilib11:22Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub10:50Azərbaycan diasporunun təşkilatlanmasında yeni mərhələ10:22Ümumordu iməciliyi keçiriləcək09:40Ermənilər 25 dəfə atəşkəsi pozub09:00Prezident İlham Əliyev Belarusa rəsmi səfərə gedib18:54İlahiyyat İnstitutu 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirib.18:33İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb18:11Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb17:53“Coca-Cola” şirkəti “Caspian Ecology 2018” sərgisində iştirak edib17:28Ağcabədidə “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda regional seminar keçirilib17:08Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün təlim keçirilib16:09Nazir Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşüb16:00Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni icra ediblər15:49Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı15:33Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib15:12Müəllim və valideynlər qəbul edilib14:50"İƏT Modeli" - 2018 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi14:20Prezident Sumqayıta gedib14:02“Strateji Yol Xəritəsi”nə dair əməkdaşlıq ediləcək13:50Kitabxana işinin təşkilinə dair təlimlər keçirilir13:25Qida Təhlükəsizliyi Agentliyi ilə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC arasında anlaşma memorandumu imzalanıb13:16“Kaspersky Lab” Sürixdə Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb və ilk şəffaflıq mərkəzini açıb13:00Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib12:50Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib12:48Şəffaflığın artırılmasına dair seminarlar keçirilir10:48Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir10:29Təhsil Nazirliyində yeni təyinat09:18Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutulub09:00Təhsil Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib08:15Qaradağda yanğın16:58Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib16:27Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq16:13Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib15:24Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək14:50İnternet İdarəçilik Forumunda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb14:12Bakı şəhərinə yeni icra başçısı təyin edilib13:38Fiziki imkanları məhdud şəxslərin rahat hərəkəti üçün problem yaradılır13:18Hövsan qəsəbəsinə içməli su məhdudiyyətlə veriləcək13:04Deputat Mahir Abbaszadəyə yüksək vəzifə verildi12:51Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclasları keçirilir12:39Baş Qərargah rəisi hərbi oyunların idarəetmə məntəqələrinin fəaliyyətini izləyib11:36“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq11:12Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir11:00Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub10:00Gənc ekoloqlar Hövsan Aerasiya Stansiyasında olublar09:23Təhsil müəssisələrində “Eko-təqdimatlar” keçirilir09:00Atəşkəs rejimi 26 dəfə pozulub15:52AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir15:11İqlim və Enerji üzrə Merlər Razılaşmasının Milli Əlaqələndiricisinin 2019-cü il üzrə İş Planı təsdiq edilib15:00Fuad Muradov Los-Ancelesdə görüşlər keçirib14:29Magiya ilə bağlı kitab çap edilib14:07Azərbaycan məhsullarının ixracı genişlənir
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2018 (274)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)

«    Mart 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

13 mar 2018, 15:27   
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub


Newscenter.az.13.03.2018.
Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Fərman və Sərəncamlarla cari ilin əvvəlindən 1 milyon 256 min nəfər pensiyaçının pensiyası, ünvanlı sosial yardım alan ailələrdəki ailə üzvlərindən ibarət olmaqla 400 min insana yönələn sosial yardımın, habelə 2018-ci il martın 1-dən 621 min nəfərə müxtəlif növ müavinətlərin (o cümlədən 60 min nəfərə Azərbaycan Prezidentinin təqaüdlərinin), 846 min nəfərin əmək haqlarının artırılması təmin edilib. Bu artımlar ümumilikdə 3 milyon 123 min nəfəri və ya respublika əhalisinin 31,55 faizini əhatə edir və qeyd olunan sosial ödənişlər üzrə artımların təmin edilməsi üçün il ərzində ayrılması nəzərdə tutulan əlavə vəsait 600 milyon manat təşkil edir.

Newscenter.az xəbər verir ki, bnu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci ilə dair fəaliyyətinin yekunlarına və Fondun qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclasında vurğulayıb. Nazir qeyd edib ki, əvvəlcədən sistemli şəkildə aparılmış təhlillər əsasında sosial ödənişlərə edilən bu artımlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursuna uyğun olaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin ildən-ilə davam etdirilməsinin növbəti əyani təsdiqidir.

S.Müslümov diqqətə çatdırıb ki, dövlət başçısının rəhbərliyi ilə aparılan uğurlu islahatlar dünyada, xüsusən də regionda narahatedici proseslərin davam etdiyi 2017-ci ildə də Azərbaycanda xalq-iqtidar birliyinə əsaslanan möhkəm ictimai-siyasi sabitlik zəminində dayanıqlı iqtisadi inkişafa, bütün sahələrdə yeni irəliləyişlərə səbəb olub: “Eyni zamanda, cənab Prezidentin tapşırığına uyğun olaraq, sosial proqramlar yüksələn xətlə davam etdirilib. Belə proqramlardan biri kimi Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı proqramı çərçivəsində ötən il nazirlik tərəfindən bu təbəqələrdən olan 315 nəfərə mənzillər (o cümlədən 148 nəfərə yeni inşa olunmuş binalardan mənzil, 167 nəfərə fərdi yaşayış evi) təqdim edilib. Bununla da indiyədək nazirliyin xətti ilə mənzillə təmin edilən əlil və şəhid ailələrinin sayı 6,1 minə çatdırılıb”.
S.Müslümov sosial təmin sisteminin səmərəliliyinin artırılmasının bu sistemin sosial rifahda və yoxsulluğun azaldılmasında rolunun getdikcə artmasını şərtləndirdiyini qeyd edib: “Bunun təzahürü kimi, həmin sistemin mühüm komponentlərindən olan pensiya təminatında artım dinamikası ildən-ilə artır. Ötən il də pensiyanın orta aylıq məbləği 8,4 faiz artaraq 01 yanvar 2018-ci il vəziyyətinə 208,4 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,3 faiz artaraq 233,61 manata çatıb”.
2017-ci ilin 01 iyulundan pensiya qanunvericiliyində dəyişikliklərin tətbiqinin ötən ilin yaddaqalan islahat tədbirlərindən olduğunu qeyd edən nazir diqqətə çatdırıb ki, bu islahat tədbiri pensiya sistemində sığorta prinsipinin əsaslı tətbiqinə imkan yaratmaqla, işləyən əhalinin sosial sığorta sistemində fəal iştirakının və pensiyalarda artımın daha da stimullaşdırılmasına şərait yaradıb. S.Müslümov bildirib ki, 01 yanvar 2018-ci il vəziyyətinə ölkədə 1 milyon 318 min 446 nəfər əmək pensiyası alır. Onlardan 59,01 faizi yaşa görə, 11,42 faizi ailə başçısını itirməyə görə, 29,57 faizi əlilliyə görə əmək pensiyası alanlardır: “Əgər nəzərə alsaq ki, bu gün pensiyaçılar əhalinin 13,4 faizini təşkil edir, o zaman pensiya təminatında mütəmadi artımların sosial rifahda önəmli rol oynadığını görmək olar”.
Nazir vurğulayıb ki, iqtisadi şaxələndirmənin genişlənməsi nəticəsində neftdən asılı olmadan milli iqtisadiyyatın sabit artım tempinin təmin edilməsi şəraitində ölkənin sığorta-pensiya sisteminin inkişafı da davamlı xarakter alıb: “Bunun növbəti təsdiqi kimi, 2017-ci ildə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2016-cı ilə nisbətən 221,80 mln. manat və ya 6,98 faiz artaraq 3399,84 mln. manata yüksəlib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,72 faiz və ya 167,45 mln. manat artaraq 2084,44 mln. manat təşkil edib. Fondun gəlirlərinin tərkibində qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarının ötən il də artması müsbət məqamlardan biri kimi xüsusi qeyd oluna bilər. Belə ki, qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 64,20 faizini və ya 1340,76 mln. manatını təşkil edib və bu da 2016-cı illə müqayisədə 11,05 faiz və ya 133,38 mln. manat çox olmaqla, illik proqnoz 103,14 faiz icra olunub”.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Hesabat ilinin daha bir mühüm islahat tədbiri kimi, ötən il “İşsizlikdən sığorta haqqında” Qanunun qəbul olunduğunu qeyd edən S.Müslümov bildirib ki, bu Qanuna əsasən, cari ilin əvvəlindən işsizlikdən sığorta sisteminin yaradılması aztəminatlı ailələrin daha geniş şəkildə aktiv tədbirlərə cəlb olunmasına imkan yaradıb: “2016-cı ilin fevral ayından ünvanlı sosial yardım təyinatının elektronlaşdırılması bu sahədə ünvanlılığın və şəffaflığın təmin edilməsini şərtləndirib. Eyni zamanda, cənab Prezidentin tapşırığına əsasən, aztəminatlı ailələrin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılması, onların gəlir imkanlarının artırılması tədbirlərinin xeyli genişləşdirilməsi sosial yardım proqramından asılı aztəminatlı ailələrin də sayını ildən-ilə əhəmiyyətli şəkildə azaldacaq”.
Nazir diqqətə çatdırıb ki, ötən ilin noyabr ayından Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın, Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacağın və Reabilitasiya Müəssisəsinin fəaliyyətə başlaması sosial xidmətlərin əhatə dairəsini xeyli genişləndirib. Bu müəssisələrdə müvafiq şəxslərin təkcə stasionar şəkildə sosial xidmətlərlə təminatı deyil, normal həyata qayıdışları məqsədilə də müvafiq işlər aparılır: “Ümumilikdə sosial təminat sisteminin bütün istiqamətləri üzrə 2017-ci ildə məqsədyönlü işlər aparılıb və cari il ərzində bu sistemin daha da gücləndirilməsi və sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasında səmərəliliyin yüksəldilməsi fəaliyyətimizin əsas xəttini təşkil edəcək”.

İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, 2017-ci ildə Fondun xərcləri 3464 mln. manat təşkil edib və bunun 3383,89 mln. manatı və yaxud 97,69 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 3289,57 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər üzrə isə 94,32 mln. manat olub.
Fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı 2018-ci ilin 1 yanvar tarixinə ötən ilin əvvəlinə nisbətən 193 188 nəfər artaraq 3 566 745 nəfər təşkil edib. Ötən il ölkə əhalisinin 4,8 faizinə və ya 482915 nəfərə (o cümlədən 384956 nəfərə (79,7 faiz) aylıq, 97959 nəfərə (20,3 faiz) birdəfəlik sosial müavinət təyin olunaraq ödənilib. Bundan əlavə, 60021 nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təmin olunub.

Fondun nəzdindəki “Məzun evi” Sosial Müəssisəsində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarından ibarət 240 nəfər şəxs yaşayır. Onların məşğulluğunun təminatı işlərinin davamı olaraq, müəssisədə ötən il xalçaçılıq və tikiş sexləri də açılıb. Hesabat ilində 1165 nəfər əlilliyi olan şəxsin istirahəti təşkil edilib, Fondun tabeliyindəki sosial xidmət müəssisələrində 1079 nəfər tam dövlət təminatında olub, 11025 nəfər tənha ahıl və əlil şəxsə evlərində sosial-məişət xidməti göstərilib, nazirliyin sosial sifarişləri üzrə icra olunan layihələr əsasında 4100 nəfər uşaq və müvafiq hallarda ailələri sosial xidmətlərlə təmin ediliblər. Fondun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 2017-ci ildə əlavə olaraq 350 nəfər gənc peşə kurslarına qəbul edilib, Fondun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 68 nəfər insan alveri qurbanına və 28 nəfər insan alverinin potensial qurbanına müxtəlif yardımlar göstərib.
Dövlət Sosial Müdafiə Fondunun digər fəaliyyət istiqamətlərində görülən işlər də diqqətə çatdırılıb.

İclasda 2017-ci ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülmüş işlərin yekunları ətraflı müzakirə edilib. Müsbət nəticələrlə yanaşı, əhaliyə xidmət sahəsində yol verilmiş nöqsan və çatışmazlıqlardan da bəhs olunub, fəaliyyətini düzgün qurmayan vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün qərarlar qəbul olunub, fəaliyyət sahələrinə dair müvafiq tapşırıqlar verilib.
Anar
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub
OXŞAR MÖVZULAR