Impera

XƏBƏR LENTİ
11:55Cari ilin noyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 801 min barrel olub11:46Əlahiddə Ümumqoşun Ordunun HHM bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib11:30Müəllimlər üçün seminarlar keçirilir11:06Vərəmlə Mübarizə layihəsinin yekun nəticələrinə həsr edilmiş konfrans keçiriləcək10:48Ukraynada Heydər Əliyevin anım mərasimi keçirilib10:33Bu yollarda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq ediləcək09:40Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq09:11Atəşkəs rejimi 24 dəfə pozulub08:46“BakuBus”-da çalışan sürücülərin əmək haqları artırılıb08:33Azərbaycanda Milli Təhsil Forumu keçiriləcək18:59İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibləri mükafatlandırılıb18:31Gələn il “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” sistemi fəaliyyətə başlayacaq18:06Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı biznes forumu keçiriləcək17:55“AGTECH AND GREEN ENERGY” beynəlxalq forumunun açılış mərasimi keçirilib17:45“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilir17:38Kanadadakı azərbaycanlıları erməni təxribatına etiraz edir17:30Azərbaycanda elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdiriləcək17:25Bu ərazilərə içməli su məhdudiyyətlə veriləcək17:20Azərbaycanla Türkiyə arasında Kənd Təsərrüfatı Sığortası üzrə Əməkdaşlıq Protokolu imzalanıb16:18ATU-da milli lider Heydər Əliyevin anım mərasimi keçirilib15:37DGK sədri Hindistan səfiri ilə görüşüb15:27Aİİ-də müzakirələr aparılıb15:00Noyabr ayında Texniki Şuralar vasitəsilə 137 müraciətə baxılıb14:46Miqrasiya Xidmətində ixtisasartırma kursu təşkil edilib14:35Autizmli uşaqlarla bağlı film təqdimatı keçiriləcək14:14Avtomobilin yanacaq çəninin içərisindən pirotexniki vasitələr tapılıb13:50Gürcüstandakı Ahıska türkləri ilə görüş keçirilib13:35“Coca-Cola” Fondu dünya üzrə sosial layihələrə 1 mlrd. dollar yatırıb13:18“AtaTravel” və “Edem Resort”un yeniilqabağı aksiyası start götürüb13:10Gənclərin ll Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçiriləcək12:53“İrəli” daha bir layihəyə yekun vurdu12:40Külli miqdarda aksiz markasızsiqaret aşkar olunub12:30Tam orta təhsil səviyyəsi üzrə eksternat imtahanları keçiriləcək12:06Ağdamda 35 subartezian quyusu qazılacaq10:21Miqrasiya Xidmətinin rəisi 110-dan çox əcnəbini və vətəndaşlığı olmayan şəxsi qəbul edib10:00Hacıbəylilər nəslinin nümayəndələri Azərbaycan tarixi ilə yaxından tanış olub09:32Düşmən 27 dəfə atəşkəsi pozub12:05İlahiyyat İnstitutunun Tələbə Elmi Cəmiyyəti yaradılıb11:52Nazir vətəndaşlarla görüşüb11:26Polşada “Azərbaycan Ticarət Evi” açılıb10:00İrandan quş ətinin idxalına məhdudiyyət qoyuldu09:46ABŞ-da qadın ölü hesab etdiyi qızını 69 il sonra tapıb09:17Atəşkəs rejimi 25 dəfə pozulub09:00Qəbələnin daha iki kəndinə təbii qaz verilib08:14AZTA əməkdaşlıq memorandumu imzalayıb19:236 Bir sıra müntəzəm marşrut xətləri üzrə dəyişiklik edilib18:37Ceyhun Hacıbəylinin varisləri bu gün Bakının bir neçə ali məktəbində olub18:11Bakıda yerləşən Uşaq evlərinin sakinləri “Bakutel-2018” sərgisinə ekskursiya edib17:28Metropoliten daha bir sosial aksiya həyata keçirib17:11Türkiyənin məşhur televiziya verilişi Azərbaycanın turizm bölgələrinə həsr olunmuş silsilə verilişlərini başa çatdırıb16:52Macarıstanın Tibb Universitetinin nümayəndələri ATU-da qonaq olublar16:34Nazir Biləsuvarda vətəndaşları qəbul edəcək16:16İsrail ilə innovasiya sahəsində əməkdaşlıq genişləndiriləcək15:58“Sağlam məktəbli” layihəsi davam edir15:53“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib15:42“GƏNC İNVESTOR” III simulyasiya yarışı keçiriləcək15:30Beynəlxalq Avtovağzal Kompleksində “Şəbəkə” xidmət mərkəzi istifadəyə verilib15:104 yaşlı uşaqda nadir genetik xəstəlik təsdiqlənib14:51AgTech and Green Energy” forumu ADA Universitetində keçiriləıcək12:47Dövlət Komitəsində Ceyhun Hacıbəylinin gəlini və nəvəsi ilə görüş olub12:25Aİİ-də növbəti təlim keçirilib11:18Fənn müəllimləri üçün seminarlar keçirilir11:00Energetika naziri səudiyyəli həmkarı ilə görüşüb10:49Bu küçədə hərəkət məhdudlaşdırılır10:00Düşmən atəşkəsin pozulması zamanı iriçaplı pulemyotlardan istifadə edir08:53Müdafiə naziri cəbhəboyu zonada yerləşən tank hərbi hissəsinin açılışında iştirak edib08:40British Council BMU ilə birgə layihələr həyata keçirəcək08:13BNA əməkdaşlarına hücum edilib08:13BNA əməkdaşlarına hücum edilib14:24“Mastercard”və EPUL Azərbaycanda birgə kampaniyaya start veriblər14:13Hacıqabul stansiyasında yeni yoldəyişənlər quraşdırılır14:00Təhsil naziri vətəndaşları qəbul edəcək13:09İntensiv yağış, qar yağacaq13:00Prezident İlham Əliyev xalq rəssamı Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib11:40Məmurun ana dilini bilməməsi onun qəbahətidir11:16Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd edilir11:00“Bakubus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan əşyalar sahiblərinə qaytarılıb10:00Aqrar və yaşıl texnologiyalar forumu keçiriləcək09:45Kredit ittifaqlarına Dövlət Xidməti tərəfindən ayrılmış kredit portfelinin 69%-i qeyri-işləkdir09:10Düşmən 24 dəfə atəşkəsi pozub08:30Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləri İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib18:22Metropoliten daha bir sosial aksiya keçirəcək17:51Xəstəliklərin gedişi dəyişib17:22“Acer”Azərbaycanın geyminq və ultrabuk seqmentini hədəfə alıb17:16Bu gwnə qədər Azərbaycanda 221 min 284 ton pambıq yığılıb17:13Bu yolda hərəkət məhdudlaşdırılacaq17:02İƏT Baş Katibi Elşad İskəndərova təşəkkür edib15:56Çinin Sindao Universiteti ilə əməkdaşlıq edəilcək15:45Təhsil müəssisələrində Beynəlxalq Əlillər Günü qeyd edilib15:36KOBİA “Bakutel 2018”də sahibkarlara dəstək sistemini təqdim edib15:29Üzeyir Hacıbəylinin nəvələri Azərbaycana gəlir15:20“Vəhdət” sənədli filminin nümayişi olub15:16Texniki Universitet daha bir universitetlə əməkdaşlıq edəcək15:05AQTA istehlakçıların maarifləndirilməsi üçün yeni videoçarx yayıb14:53Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək14:45Azərbaycan Beynəlxalq Könüllülər Forumunda təmsil olunur14:34İnam Kərimov ona olan etimadı tam doğruldub13:33Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilib13:02Əhəd Abıyev avtomobil qəzasına düşüb12:22“Qarabağ: Əcdadlarımızın mirası” və “Cəbrayıl-virtual səyahət” filmləri çəkilib
BÜTÜN XƏBƏRLƏR
Dekabr 2018 (127)
Noyabr 2018 (438)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)

«    Mart 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ötən il sahibkarlara 2,9 mln. manat məbləğində ixrac təşviqi ödənilib

16 mar 2018, 17:57   
Ötən il sahibkarlara 2,9 mln. manat məbləğində ixrac təşviqi ödənilib

Newscenter.az.16.03.2018
. Ötən il sahibkarlara 2,9 mln. manat məbləğində ixrac təşviqi ödənilib. Newscenter.az xəbər verir ki, Bu barədə 16 mart 2018-ci il tarixində Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyəti və "Made in Azerbaijan" brendinin təbliği sahəsində görülmüş işlərə dair keçirilən mətbuat konfransında bildirilib.

Tədbirdə İqtisadiyyat nazirinin müavini Sahil Babayev qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, iqtisadiyyatın diversifikasiyası, özəl sektorun gücləndirilməsi, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış əlverişli şərait, ixracın genişləndirilməsi, xarici ölkələrə təşkil edilən ixrac missiyaları, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov KİV nümayəndələrinin diqqətinə çatdırıb ki, Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği məqsədilə Azərbaycanda və xaricdə 2017-ci ildə 251 tədbir və ikitərəfli görüş təşkil olunub, indiyədək 14 sahəvi assosiasiya yaradılıb.

Məlumat verilib ki, ixrac təşviqinin ödənilməsi qaydalarının, kiçik və orta sahibkarların gömrük və maliyyə sahələrində bilik və bacarıqlarının artırılımasına dair təlim seminarları təşkil edilib, beynəlxalq və yerli tədbirlərdə Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib. Ötən il AZPROMO-nun əlaqələri daha da genişlənib, daha 11 ölkənin müxtəlif təşkilatları ilə əməkdaşlığa dair 14 Anlaşma Memorandumu imzalanıb. 2017-ci ildə İxracatçılar Klubunun 10 iclası keçirilib, 160-dan çox şirkətə ixrac üzrə fərdi qaydada xidmətlər göstərilib, sahibkarlıq subyektlərinə 2,9 mln. manat məbləğində ixrac təşviqi ödənilib. Ümumilikdə isə, indiyədək bu istiqamətdə sahibkarlara 3,6 mln. manat ödənilib.

Mətbuat konfransında bildirilib ki, 2017-ci il ərzində "Made in Azerbaijan" brendinin xarici ölkələrdə təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə, Qazaxıstana, Macarıstana, Rusiyaya və Səudiyyə Ərəbistanına ümumilikdə 10 ixrac missiyası təşkil olunub. Bu ixrac missiyalarında 160-dan çox şirkət iştirak edib, missiyalar çərçivəsində bir sıra məhsulların ixracına, o cümlədən meyvə-tərəvəz, şərab, meyvə şirələri, konsevləşdirilmiş məhsullar, tikinti materialları, mebel və digər məhsulların ixracına dair razılaşmalar əldə olunub, müqavilələr bağlanılıb. Bundan əlavə, “Gulfood 2017” beynəlxalq ərzaq sərgisində, “Prowein 2017” beynəlxalq şərab sərgisində, “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində, “ANUGA” beynəlxalq ərzaq sərgisində, “Hong Kong International Wine & Spirits Fair 2017” beynəlxalq şərab sərgisində yerli şirkətlərin "Made in Azerbaijan" vahid ölkə stendi ilə iştirakı təmin edilib. 2017-ci ildə vahid ölkə stendi mexanizmi çərçivəsində 19 mln. manatlıq müqavilələr imzalanıb və artıq 6 mln. manatadək məhsul ixrac edilib. Bundan başqa, ötən il ixrac missiyaları zamanı imzalanmış müqavilələr üzrə artıq 2 mln. manatlıq məhsul ixrac olunub.

Xarici ölkələrdə və beynəlxalq KİV-də yerli məhsullarımızın tanıdılması ilə bağlı reklamlar yerləşdirilib. “Azərbaycan şirələri” və “Azərbaycan meyvələri” sahəvi brendlər üzrə reklam çarxları hazırlanaraq Rusiya Federasiyasının “Rossiya 24” federal televiziya kanalında oktyabr-noyabr aylarında yayımlanıb.

Diqqətə çatdırılıb ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin xarici tərəfdaşları ilə işgüzar əlaqələrinin daha da genişləndirilməsi və Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək. Belə ki, məhsul və xidmətlərin xarici bazarlarda təşviqi məqsədi ilə müvafiq beynəlxalq tədbirlərdə iştirakın təmin edilməsi, sahibkarların xarici bazarlarda fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində uğurla həyata keçirilmiş tədbirlərin davamı olaraq dövlət başçısının 11 yanvar 2018-ci il tarixli Fərmanına uyğun olaraq, 2018-ci ildə təşkil ediləcək ixrac missiyalarının və beynəlxalq sərgilərin sayı artırılıb. İl ərzində keçiriləcək ixrac missiyalarının sayı 10-dan 25-ə, sahibkarların vahid ölkə stendi ilə təmsil olunduğu sərgilərin sayı 5-dən 10-a çatdırılıb. Həmçinin, ixrac missiyasının maksimum müddəti 4 gündən 6 günədək, iştirakçıların sayı isə 20-dən 30-a qədər artırılıb. Bununla yanaşı, Azərbaycana alıcı missiyalarının təşkili üçün də müvafiq tədbirlər görülür.

Sonra KİV nümayəndələrinin sualları cavablandırılıb.
OXŞAR MÖVZULAR