Impera

XƏBƏR LENTİ
11:55Cari ilin noyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 801 min barrel olub11:46Əlahiddə Ümumqoşun Ordunun HHM bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib11:30Müəllimlər üçün seminarlar keçirilir11:06Vərəmlə Mübarizə layihəsinin yekun nəticələrinə həsr edilmiş konfrans keçiriləcək10:48Ukraynada Heydər Əliyevin anım mərasimi keçirilib10:33Bu yollarda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq ediləcək09:40Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq09:11Atəşkəs rejimi 24 dəfə pozulub08:46“BakuBus”-da çalışan sürücülərin əmək haqları artırılıb08:33Azərbaycanda Milli Təhsil Forumu keçiriləcək18:59İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibləri mükafatlandırılıb18:31Gələn il “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” sistemi fəaliyyətə başlayacaq18:06Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı biznes forumu keçiriləcək17:55“AGTECH AND GREEN ENERGY” beynəlxalq forumunun açılış mərasimi keçirilib17:45“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilir17:38Kanadadakı azərbaycanlıları erməni təxribatına etiraz edir17:30Azərbaycanda elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdiriləcək17:25Bu ərazilərə içməli su məhdudiyyətlə veriləcək17:20Azərbaycanla Türkiyə arasında Kənd Təsərrüfatı Sığortası üzrə Əməkdaşlıq Protokolu imzalanıb16:18ATU-da milli lider Heydər Əliyevin anım mərasimi keçirilib15:37DGK sədri Hindistan səfiri ilə görüşüb15:27Aİİ-də müzakirələr aparılıb15:00Noyabr ayında Texniki Şuralar vasitəsilə 137 müraciətə baxılıb14:46Miqrasiya Xidmətində ixtisasartırma kursu təşkil edilib14:35Autizmli uşaqlarla bağlı film təqdimatı keçiriləcək14:14Avtomobilin yanacaq çəninin içərisindən pirotexniki vasitələr tapılıb13:50Gürcüstandakı Ahıska türkləri ilə görüş keçirilib13:35“Coca-Cola” Fondu dünya üzrə sosial layihələrə 1 mlrd. dollar yatırıb13:18“AtaTravel” və “Edem Resort”un yeniilqabağı aksiyası start götürüb13:10Gənclərin ll Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçiriləcək12:53“İrəli” daha bir layihəyə yekun vurdu12:40Külli miqdarda aksiz markasızsiqaret aşkar olunub12:30Tam orta təhsil səviyyəsi üzrə eksternat imtahanları keçiriləcək12:06Ağdamda 35 subartezian quyusu qazılacaq10:21Miqrasiya Xidmətinin rəisi 110-dan çox əcnəbini və vətəndaşlığı olmayan şəxsi qəbul edib10:00Hacıbəylilər nəslinin nümayəndələri Azərbaycan tarixi ilə yaxından tanış olub09:32Düşmən 27 dəfə atəşkəsi pozub12:05İlahiyyat İnstitutunun Tələbə Elmi Cəmiyyəti yaradılıb11:52Nazir vətəndaşlarla görüşüb11:26Polşada “Azərbaycan Ticarət Evi” açılıb10:00İrandan quş ətinin idxalına məhdudiyyət qoyuldu09:46ABŞ-da qadın ölü hesab etdiyi qızını 69 il sonra tapıb09:17Atəşkəs rejimi 25 dəfə pozulub09:00Qəbələnin daha iki kəndinə təbii qaz verilib08:14AZTA əməkdaşlıq memorandumu imzalayıb19:236 Bir sıra müntəzəm marşrut xətləri üzrə dəyişiklik edilib18:37Ceyhun Hacıbəylinin varisləri bu gün Bakının bir neçə ali məktəbində olub18:11Bakıda yerləşən Uşaq evlərinin sakinləri “Bakutel-2018” sərgisinə ekskursiya edib17:28Metropoliten daha bir sosial aksiya həyata keçirib17:11Türkiyənin məşhur televiziya verilişi Azərbaycanın turizm bölgələrinə həsr olunmuş silsilə verilişlərini başa çatdırıb16:52Macarıstanın Tibb Universitetinin nümayəndələri ATU-da qonaq olublar16:34Nazir Biləsuvarda vətəndaşları qəbul edəcək16:16İsrail ilə innovasiya sahəsində əməkdaşlıq genişləndiriləcək15:58“Sağlam məktəbli” layihəsi davam edir15:53“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib15:42“GƏNC İNVESTOR” III simulyasiya yarışı keçiriləcək15:30Beynəlxalq Avtovağzal Kompleksində “Şəbəkə” xidmət mərkəzi istifadəyə verilib15:104 yaşlı uşaqda nadir genetik xəstəlik təsdiqlənib14:51AgTech and Green Energy” forumu ADA Universitetində keçiriləıcək12:47Dövlət Komitəsində Ceyhun Hacıbəylinin gəlini və nəvəsi ilə görüş olub12:25Aİİ-də növbəti təlim keçirilib11:18Fənn müəllimləri üçün seminarlar keçirilir11:00Energetika naziri səudiyyəli həmkarı ilə görüşüb10:49Bu küçədə hərəkət məhdudlaşdırılır10:00Düşmən atəşkəsin pozulması zamanı iriçaplı pulemyotlardan istifadə edir08:53Müdafiə naziri cəbhəboyu zonada yerləşən tank hərbi hissəsinin açılışında iştirak edib08:40British Council BMU ilə birgə layihələr həyata keçirəcək08:13BNA əməkdaşlarına hücum edilib08:13BNA əməkdaşlarına hücum edilib14:24“Mastercard”və EPUL Azərbaycanda birgə kampaniyaya start veriblər14:13Hacıqabul stansiyasında yeni yoldəyişənlər quraşdırılır14:00Təhsil naziri vətəndaşları qəbul edəcək13:09İntensiv yağış, qar yağacaq13:00Prezident İlham Əliyev xalq rəssamı Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib11:40Məmurun ana dilini bilməməsi onun qəbahətidir11:16Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd edilir11:00“Bakubus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan əşyalar sahiblərinə qaytarılıb10:00Aqrar və yaşıl texnologiyalar forumu keçiriləcək09:45Kredit ittifaqlarına Dövlət Xidməti tərəfindən ayrılmış kredit portfelinin 69%-i qeyri-işləkdir09:10Düşmən 24 dəfə atəşkəsi pozub08:30Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləri İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib18:22Metropoliten daha bir sosial aksiya keçirəcək17:51Xəstəliklərin gedişi dəyişib17:22“Acer”Azərbaycanın geyminq və ultrabuk seqmentini hədəfə alıb17:16Bu gwnə qədər Azərbaycanda 221 min 284 ton pambıq yığılıb17:13Bu yolda hərəkət məhdudlaşdırılacaq17:02İƏT Baş Katibi Elşad İskəndərova təşəkkür edib15:56Çinin Sindao Universiteti ilə əməkdaşlıq edəilcək15:45Təhsil müəssisələrində Beynəlxalq Əlillər Günü qeyd edilib15:36KOBİA “Bakutel 2018”də sahibkarlara dəstək sistemini təqdim edib15:29Üzeyir Hacıbəylinin nəvələri Azərbaycana gəlir15:20“Vəhdət” sənədli filminin nümayişi olub15:16Texniki Universitet daha bir universitetlə əməkdaşlıq edəcək15:05AQTA istehlakçıların maarifləndirilməsi üçün yeni videoçarx yayıb14:53Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək14:45Azərbaycan Beynəlxalq Könüllülər Forumunda təmsil olunur14:34İnam Kərimov ona olan etimadı tam doğruldub13:33Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilib13:02Əhəd Abıyev avtomobil qəzasına düşüb12:22“Qarabağ: Əcdadlarımızın mirası” və “Cəbrayıl-virtual səyahət” filmləri çəkilib
BÜTÜN XƏBƏRLƏR
Dekabr 2018 (127)
Noyabr 2018 (438)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)

«    Mart 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin genetik modifikasiya olunmuş orqanizmlər haqqında araşdırması

19 mar 2018, 16:04   
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin genetik modifikasiya olunmuş orqanizmlər haqqında araşdırması


Newscenter.az.19.03.2018. Qeyd etmək lazımdır ki, genom və gen fərqli anlayışlardır. Gen hər hansı bir orqanizmin fəaliyətini təmin edən protein, enzim və digər biokimyəvi maddələrin hüceyrə daxili istehsal prosesinin təlimatını kodlaşdıran DNT fragmentidir. Başqa sözlə ifadə etsək gen spesifik biokimyəvi maddənin istehsalı üçün təlimat mətnidir. Genom isə orqanizmin bütün genlərini əhatə edən təlimat kitabçasıdır. Bu təlimat kitabçasında spesifik biokimyəvi maddənin istehsal olunacağı toxuma və hüceyrə, miqdarı və zamanı öz əksini tapır.
Bəşəriyyət əsrlər boyu süni yetişdirmə üsulları ilə təbiətdə mövcud olan bir çox bitki və heyvanın genomunu dəyişdirmişdir. Süni seleksiya metodları ilə istənilən xüsusiyyətlər seçilərək bu günə qədər şirin qarğıdalıdan başlamış müxtəlif növ ev heyvanlarına qədər bir çox bitki və heyvan cinsi yetişdirilmişdir. Süni seleksiya metodları ilə təbiətdə mövcud olan genetik variasiyaları seçərək onların yayılmasını təmin etmək olur. Yaxın onilliklərdə gen mühəndisliyi sahəsində əldə edilən nailiyyətlər təbiətdə mövcud olmayan genetik modifikasiyaların dizayn edilib həyata keçirilməsinə imkan yaratmışdır.

Dünya əhalisinin və şəhərləşmənin sürətli şəkildə artması genetik modifikasiya olunmuş orqanizmlərin gündəlik həyatımıza inteqrasiyasını asanlaşdırmışdır. Günümüzdə kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması, istehsal xərclərinin və pestisid istifadəsinin azaldılması, qida tərkibinin zənginləşdirilməsi və keyfiyyətinin artırılması, xəstəliklərə və ətraf mühitin təsirlərinə qarşı müqavimətin qazanılması məqsədi ilə yeni genetik tərkibli bitkilər yaradılmışdır. Herbisidlərə qarşı dayanıqlı soya, böcəklərə qarşı dayanıqlı qarğıdalı, yağ turşusu tərkibi dəyişdirilmiş kanola, viruslara qarşı müqavimət qazandırılmış gavalı, vitamin tərkibi zənginləşdirilmiş düyü genetik modifikasiya olunmuş bitkilərə misal olaraq göstərilə bilər.

Gen mühəndisliyi metodları eyni zamanda bioplastik istehsalında və dekorativ bitki sənayesində də geniş şəkildə tətbiq edilir[2].Qeyd etmək lazımdır ki, bitkiciliklə yanaşı heyvandarlıq sahəsində də bu metodların tətbiqi artmaqdadır. Böyümə prosesi sürətləndirilmiş və ölçüləri böyüdülmüşsomon balıqları, dəli dana xəstəliyinə qarşı immuniteti artırılmış mal-qara, omega-3 yağ turşusu ilə zənginləşdirilmiş, xolesterol miqdarı vəya yağ turşusu tərkibi dəyişdirilmiş mal-qara və donuz genetik modifikasiya nümünələri olaraq göstərilə bilər [3;4]. Dünya əhalisinin artım sürətini nəzərə alaraq yaxın gələcəkdə istehlak edilən ətin təminatında ciddi problemlərlə qarşılaşacağımızı təxmin etmək mümkündür. Hal-hazırda qida ehtiyatının artırılması istiqamətində gen mühəndisliyi metodlarından istifadə getdikcə artır. Belə ki, gen mühəndisliyi metodları ilə kənd təsərrüfatı heyvanlarının istehsal etdikləri südün tərkibində olan faydalı proteinlərin miqdarı ya artırılır ya da südün tərkibinə tamamilə yeni proteinlər əlavə edilir.Tərkibi dəyişdirilmiş süd ilə qidalanan yeni doğulan heyvanların inkişaf prosesininin sürətlənəcəyi, çəkilərinin artacağı və xəstəliklərə qarşı müqavimətlərinin güclənəcəyi ehtimal olunur .

Dərman sənayesi və tibb sahəsində GMO-lar əvəzedilməz rol oynayır. İstər vaksinlərin və farmaseptik proteinlərin istehsalında, istərsə də xəstəliklərin müalicəsi üçün aparılan elmi-tədqiqat işlərində gen mühəndisliyi metodlarından geniş şəkildə istifadə edilir.
Gen mühəndisliyi metodlarının tətbiqinin həm qida, həm də qeyri-ərzaq sektorunda geniş yayılması və gələcəkdə törədə biləcəyi fəsadlar dünya ictimaiyyətində ciddi narahatçılıqlara səbəb olur. Hər hansı bir orqanizmin genomuna edilən modifikasiyalar orqanizmin metabolizmində, böyümə sürətində və ətraf mühitin təsirlərinə qarşı verəcəyi reaksiyalarda dəyişikliklərə yol aça bilər. Belə ki, genoma inteqrasiya edilmiş yeni genlər orqanizmin ümümi genom konfiqurasiyasını dəyişdirərək normal şərtlər altında aktiv olmayan bioloji prosesləri aktivləşdirərək toksik maddələrin istehsalına təkan verə bilər.Bu genetik dəyişikliklər həm GMO-nun özünə, həm də yaşadığı təbii mühitə, eyni zamanda ondan birbaşa və ya dolayı yolla istifadə edən insanlara öz təsirini göstərə bilər. İnsan sağlamlığına mənfi təsir göstərə biləcək ən önəmli risk mənbəyi insanların təbiətdə mövcud olmayan yeni allergenlərə məruz qalması və bağırsaq florasında antibiotiklərə müqavimətli olan yeni bakteriyaların ortaya çıxmasıdır.

GMO-larda olan pestisid, herbisid və ya antibiotik müqavimət genlərinin təbii orqanizmlərə keçmə ehtimalı nəinki insanlar üçün, eyni zamanda bütün ekosistem üçün təhlükə yarada bilər. Qeyd etmək lazımdır ki, GMO-larla fərqli növ təbii orqanizmlər arası gen transferi nəzəri olaraq inkar edilməsə də, praktik olaraq baş vermə ehtimalı çox azdır . Bununla belə, hal-hazırda ən böyük təhlükə genetik modifikasiya olunmuş orqanizmlər ilə öz növlərinə aid, təbiətdə mövcud olan orqanizmlər arasında gen transferinin(cütləşmə və ya mayalanma vasitəsi ilə eyni növ orqanizmlər arası genetik materialın transferi) baş verməsidir. Başqa sözlə ifadə etsək, gen mühəndisliyi metodları ilə bir orqanizmə köçürülmüş yad genlər hər hansı genetik modifikasiya olunmamış təbii orqanizmlərin genomuna daxil olaraq gələcəkdə ekosistemə bərpası mümkün olmayacaq zərbələr vura bilər. Böcəklərə qarşı müqaviməti təmin edən genin çarpaz mayalanma ilə digər təbii bitkilərə keçmə ehtimalı buna misal olaraq göstərilə bilər.

Qeyd etmək lazımdir ki,GMO-ların potensial riskləri istər elmi tədqiqat institutları istərsə də kənd təsərrüfatı sahəsində fəaliyət göstərən biotexnologiya şirkətləri tərəfindən ətraflı şəkildə təhlil edilməmişdir. Bütün hallarda, genetik modifikasiya olunmuş və təbii qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəriciləri müqayisəli şəkildə araşdırılaraq elmi əsaslara dayanan risk qiymətləndirilməsi aparılmalı və ictimaiyyətin narahatlığına son verilməlidir.Bu sahədə mövcud olan potensial risk faktorları bir çox ölkələri genetik modifikasiya olunmuş məhsulların istehsalına və idxalına qismən və ya tam məhdudiyyətlərin gətirməsinə vadar etmişdir.
OXŞAR MÖVZULAR