Impera

XƏBƏR LENTİ
18:32Şimal zonasının təhsil işçilərinin hesabat toplantısı keçirilib18:23Argentina ilə qida sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib18:05Gənclər arasında stolüstü tennis turniri keçirilib17:55“Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib17:34"Qırmız Körpü" gömrük postunun rəisi vətəndaşa qanunsuz müdaxilə etdiyi üçün işdən azad edilib17:21Prezident vətəndaşların problemlərinin asanlaşdırılması üçün 20 milyon manat ayırdı17:11İSBAM-ın təşəbbüsü ilə “Vətən saatı” adlı tədbir keçirilib17:00Azərbaycanda ilk dəfə kənd təsərrüfatı texnikası yarmarkası keçirilir16:55Müxalifətçi olmaq vicdanından, ədalət hissindən imtina etmək deyil16:47Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu müzakirə edilib16:30Cocuq Mərcanlıdan dünyaya ünvanlanmış çox mükəmməl bir mesaj16:10Bu istiqamətdə hərəkət məhdudlaşdırılacaq15:53Yeni ekoturizm konsepsiyası hazırlanır15:45Cenevrədən Cocuq Mərcanlıya, yaxud dünyaya Ermənistanın işğalçı olduğunu xatırlatma mesajı15:39Ölkədə 10 milli park, 11 dövlət təbiət qoruğu fəaliyyət göstərir15:25Tibb Universitetində ilk hibrid müdaxilə icra olunub15:20Azərbaycanda dəhşət, ata qızının qatilinə çevrildi15:10AzMİU-da İtaliya – Azərbaycan Dizayn Mərkəzi açılıb15:00“Quran mətni islahatçılıq qaynağı kimi” mövzusunda seminar keçirilib14:44Göyçayın icra başçısı Bakıya təyinat alır?14:34İçməli sudan təyinatına uyğun olmayaraq səmərəsiz istifadə edilir14:00Quba-Xaçmaz regionunda yeni texnologiyalar ilə fındıq bağları salınır13:42Sabah yağış yağacaq13:30Tələbələr arasında intellekt olimpiadası keçirilib13:25Nazir Inam Kərimov ADAU tələbələri ilə görüşüb13:17Azərbaycan qaziləri və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə səfərdədir13:00Azərbaycanın su ehtiyatlarının təqribən 70 faizi qonşu dövlətlərin ərazisində formalaşır12:50Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bakıda Pir Həsən ziyarətgahını ziyarət edib12:46Miqrasiya Könüllüləri Heydər Əliyev Mərkəzində12:39Bakı məkəblisi beynəlxalq rəsm müsabiqəsinin qalibi olub12:27Daxili orqanında İrandan narkotik vasitə gətirməyə cəhd etdi12:19Nazir İnam Kərimov Goranboyda fermerlərlə görüşüb12:07Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb - VİDEO12:00AQTA beynəlxalq əməkdaşlığı inkişaf etdirir11:45Xətai rayonu Səməd bəy Mehmandarov küçəsi yenidən qurulur11:33Məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edildi11:13Yanacaq çəninin içərisindən siqaretlər aşkarlanıb11:07İlahiyyat İnstitutu regionlardakı təhsil müəssisələri ilə əməkdaşlığı inkişaf etdirir10:57Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşı itkin düşüb10:44Pərviz Şahbazov Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib10:30Müsabiqənin birinci mərhələsi keçirilib10:00Yerevanda aksiyalar başlayıb, bütün məhkəmələrə giriş-çıxış bağlanıb09:40Düşmən ərzində atəşkəs rejimini 21 dəfə pozub09:00Azərbaycan “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil olunub13:00Sabah hava necə olacaq?11:18Milli Olimpiya Komitəsi Avropa Olimpiya Komitəsinin seminarında iştirak edir10:00UEFA Avropa Liqasının kuboku işğaldan azad olunmuş Cocuq Mərcanlıya aparılıb09:48Atəşkəs rejimi 22 dəfə pozulub09:00Naməlum şəxs Arnold Şvarseneggerə hücum edib-VİDEO08:30Yaponiyada dünyanın ən qoca cütlüyündən biri vəfat edib17:36Şimali Kipr televiziyasında Ermənistanın işğalçılıq siyasətindən danışılıb17:12Vətənimi bir an da olsa, unutmuram16:30Jurnalist Fuad Abbasov saxlanıldı15:0060 ədəd metadon adlı həb aşkar olunub14:42Sabah 34 dərəcə isti olacaq14:22Avtomobildən siqaret aşkar edildi14:01Fizuli Məmmədov Türkiyəyə səfər edib-FOTOLAR13:49Vaşinqton sürətlə Yaxın Şərqdə gücünü artırır13:21"Azərsu” ASC-nin sədri Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib12:16Partiya sədri-Ali Baş Komandanımız cənab İlham Əliyevin döyüş əmrini icra etməyə hazırıq12:04Azərbaycan və Avropa İttifaqı arasında saziş niyə imzalanmır? Təhlil və faktlar11:552-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında məktəblilərin rəsm əsərləri nümayiş olunub11:32BNA sərnişinlər arasında sorğu keçirir11:05Radikal müxalifətin heç bir niyyəti baş tutmayacaq10:33Daha bir yaşayış məntəqəsi qazlaşdırılır10:05Türkmənistan səfiri ATU-nun qonağı olub10:00Avropa Gənclər Yay Olimpiya Festivalına 146 000 bilet çıxarılacaq09:45Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri FAO-nun DİM-lərə həsr olunmuş məsləhətləşmə tədbirində iştirak ediblər09:30Atəşkəs rejimi 23 dəfə pozulub09:00Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 27 il ötür.23:05“Böyük İpək Yolu” 30 ölkənin nümayəndəsini Bakıya topladı-FOTOLAR17:55Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunub17:15Çexiya ilə əməkdaşlıq müzakirə edilib15:51Avropa liqasının finalı zamanı metro gecə saat 04:ə qədər işləyə bilər15:46Külli miqdarda aksiz markası olmayan siqaretlərin realizə edilməsinin qarşısı alınıb15:37Bakıda Arif Məlikovun heykəli ucaldılacaq15:26Abituriyentlərlə görüş keçirilib15:22Prezident daha iki icra başçısı ilə bağlı sərəncam imzaladı15:13Müəllim və valideynlər dinlənilib15:00“Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi” təşkil olunacaq14:56Müəllim olmaq istəyənlər üçün sınaq imtahanı keçirilir14:33Baş nazir Novruz Məmmədov XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub13:57Qarabağ münaqişəsinin həlli ilə bağlı müsəlman ölkələrinin dəstəyi bizim üçün çox əhəmiyyətlidir13:45ABŞ-ın Cənubi Qafqaza marağı artır13:25Hazırda BƏƏ ilə Azərbaycan arasında qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan yüksək səviyyəli münasibətlər mövcuddur13:15Lənkəranda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusu müzakirə olunub13:02Azərbaycan həqiqətlərini Avropaya tanıdan azərbaycanlı12:51Paytaxt küçələrində işıqforlar işləmir12:40Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası yaradıldı12:20Mübariz Mənsimov Türkiyədə təhsil alan azərbaycanlı tələbələri bir araya gətirdi11:54Bakı-Quba-Rusiya yolunda təmir işləri aparılacaq11:45Psixotrop maddəni daxili bədən boşluğunda gizlətdi11:40İctimai Şura üzvləri qanunsuz miqrantların saxlanılması şəraiti ilə tanış olublar11:27Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib11:15Avtomobildə gizlədilən siqaretlər aşkarlandı10:59Həmyerlimiz Birləşmiş Ərəb Əmirliklərinin İdman rəsmiləri tərəfindən mükafatla təltif olunub10:37Energetika naziri “OPEC plus” tədbirində iştirak edəcək10:20Məktəblilər üçün ekskursiyalar təşkil edilir10:15AzTU-da “Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin seçim mərhələsi keçirilib09:51Bakı-Şamaxı magistralının 16 km-lik hissəsi genişləndirilir
BÜTÜN XƏBƏRLƏR
May 2019 (554)
Aprel 2019 (647)
Mart 2019 (323)
Fevral 2019 (330)
Yanvar 2019 (397)
Dekabr 2018 (355)

«    Mart 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti – son 100 il” adlı konfrans keçirilib

29 mar 2018, 18:26   
“Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti – son 100 il” adlı konfrans keçirilib


Newscenter.az.29.03.2018
. Martın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti – son 100 il” adlı konfrans keçirilib.

Newscenter.az-a Dini Komitədən bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, millət vəkili Elman Nəsirov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov, DQİDK və AMEA-nın məsul şəxsləri, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransın açılışında ermənilərin törətdikləri soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbirin “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə dair” Tədbirlər Planına uyğun olaraq baş tutduğunu diqqətə çatdırıb. Bu cür konfransların keçirilməsinin soyqırımı törədənlərin ifşa olunması və ictimaiyyətin geniş məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Dövlət Komitəsinin sədri Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ermənilərin Azərbaycan dövlətinə və xalqına qarşı işğalçılıq və soyqırımı cinayətlərini araşdırmağın, əsl həqiqətləri dünyaya bəyan etməyin mümkün olduğunu bildirib. O, 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərman ilə erməni millətçilərinin cinayətkar əməllərinə hüquqi-siyasi qiymət verildiyini deyib. Mübariz Qurbanlı son illər erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi fəaliyyətin daha da genişləndiyini, ermənilərə qarşı ideoloji mübarizənin aparıldığını qeyd edib.

Tarixin müxtəlif dövrlərində xalqımıza qarşı törədilən soyqırımı faktları barədə danışan AMEA Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov ermənilərin məkrli siyasətinin ifşa olunmasında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolunun olduğunu bildirib. Y.Mahmudov Ulu Öndər Heydər Əliyevin son 200 ilin tarixinin yenidən araşdırılması barədə verdiyi göstəriş əsasında Tarix İnstitutunun əməkdaşları tərəfindən dünyanın müxtəlif ölkələrinin arxivlərində aparılan araşdırmaların nəticəsində XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə siyasəti, azərbaycanlıların erməni silahlı dəstələri tərəfindən qətliamlara məruz qalması, dini və tarixi abidələrin, məktəblərin, məscidlərin və qəbiristanlıqların dağıdılması faktlarının sənədlərlə sübuta yetirildiyini deyib. O, bu barədə faktları özündə əks etdirən, müxtəlif dillərdə kitab və broşürlərin çap edilərək yayıldığını diqqətə çatdırıb. Bu istiqamətdə qarşımızda duran əsas vəzifələrin xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmağın, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmağın vacibliyini vurğulayıb.

Milli Məclisin deputatı, professor Elman Nəsirov azərbaycanlıların soyqırımı gününün tariximizə XX əsrin qanlı hadisəsi kimi yazıldığını qeyd edib. Bildirib ki, soyqırımı zamanı mütəşəkkil erməni birləşmələri tərəfindən on minlərlə günahsız soydaşımız amansızlıqla qətlə yetirilib. Tarixboyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən əl çəkməyən ermənilər havadarlarının köməyi ilə əzəli torpaqlarımızı işğal etməyi özlərinin məqsədlərinə çeviriblər. Azərbaycan dövlətinin gördüyü işlər nəticəsində bu gün artıq dünya dövlətləri və beynəlxalq təşkilatlar ölkəmizin haqq işini müdafiə edir və getdikcə daha çox ölkə Ermənistanı işğalçı dövlət kimi tanıyır.

Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı bildirib ki, ölkəmizin ərazisində yaşayan, multikultural mühitin tərkib hissəsi olan etnoslar da soyqırıma məruz qalıb. Q.Cavadlı son bir əsr ərzində azərbaycanlıların bir neçə dəfə ermənilər tərəfindən soyqırıma məruz qalmasının bu xalqın çirkin niyyətlərinin sübutu adlandırıb. Qeyd edib ki, dövlət səviyyəsində soyqırıma həsr olunmuş tədbirlərin keçirilməsi gələcək hədəflərimizi müəyyənləşdirmək baxımından çox böyük əhəmiyyət daşıyır.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov vurğulayıb ki, Azərbaycan xalqına qarşı törədilən soyqırımıları erməni şovinizminin əsl mahiyyətini bir daha üzə çıxarıb. K.Pominov qeyd edib ki, ermənilərin torpaq əldə etmək üçün Azərbaycan xalqının başına gətirdiyi müsibətlər dünyaya bəyan edilməli, bu vandalizm cəzasız qalmamalıdır.

Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Roma Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının nümayəndəsi Vladimir Baksa, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski çıxış ediblər.

Diqqətə çatdırılıb ki, 1918-ci il martın 31-də törədilmiş qətliamlar Azərbaycan xalqının qan yaddaşında ən faciəli hadisələrdən biri kimi qalıb. Ermənilər tərəfindən azərbaycanlıların kütləvi şəkildə qətl edilməsi, etnik təmizləmə siyasəti XX əsrin sonlarında da davam edib. Ermənilərin törətdiyi cinayətlər bütün dünya tarixi üçün silinməz ləkədir və erməni vandalizmi cəzasız qalmamalıdır. Hazırda müstəqil Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət ermənilərin “Böyük Ermənistan” xülyasını darmadağın edir.
Sonra AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi katibi İradə Əliyeva, İnstitutun “Qarabağ tarixi” şöbəsinin müdiri Gültəkin Nəcəfli, “Azərbaycanın sovet tarixi” şöbəsinin müdiri İlqar Niftəliyev özündə tarixi faktları əks etdirən təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, konfrans çərçivəsində ermənilərin işğalçılıq və etnik təmizləmə siyasəti, azərbaycanlılara qarşı soyqırımı barədə kitablar sərgilənib.
OXŞAR MÖVZULAR