Impera

XƏBƏR LENTİ
15:36Paytaxt məktəblilərinin beynəlxalq idman uğurları14:54"Bakı Metropoliteni" QSC-də tələbə adını yüksək balla qazananlarla görüş keçiriləcək14:41Energetika Nazirliyi “Masdar” şirkəti ilə Çərçivə Sənədi imzalayıb14:26Cari ilin aprel-sentyabr aylarında 27.900 şüşə aksizsiz və ya saxta aksizli mallar aşkar edilərək müsadirə edilib13:57Zenit-raket komplekslərindən döyüş atışları icra edilib12:29Səyyar ASAN xidmət davam edir12:09Bakıda yağış axşama doğru kəsiləcək11:56AQTA zərərli orqanizmlər sirayətlənmiş kivi məhsulunu məhv edib11:45Energetika naziri Çində səfərdədir11:30Bakıda daha bir ərazidə sürüşmə olub, istinad divarı uçub11:20Səfir Daşqın Şikarovun BƏƏ mediasında Müstəqillik Günü ilə bağlı məqaləsi dərc edilib11:00Azərbaycan, Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkədir10:00Bakı metropolitençiləri Almaniyada nəqliyyat sərgisində09:30Atəşkəs rejimi 30 dəfə pozulub18:33Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur18:22Qida Təhlükəsizliyi Agentliyi növbəti maarifləndirici videoçarx hazırlayıb18:07Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 169 əcnəbi saxlanılıb18:019 ay ərzində 1,59 milyard m3 qaz idxal olunub17:55Mübariz Qurbanlı Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb17:49Tərtər rayonunun dörd kəndinə təbii qaz verilib17:22Rektor qalib tələbələrlə görüşüb17:07Qaz anbarlarında bu günədək 3 milyard kubmetrdən çox qaz tədarük edilib16:55“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib16:46AQTA əməkdaşları ADU tələbələri ilə görüşüb16:31Dövlət Müstəqilliyi Gününə hərs olunmuş yaradıcılıq sərgisi keçirilib16:06Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib15:46Üçüncü rübdə xam neftin ixracı 6 milyon ton təşkil edib15:24Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib15:0040 il sonra yeni dərslik çap olundu14:10Sabah yağış yağacaq13:53“Coca-Cola” ən bahalı brendlərin beşliyinə düşüb13:22Azad Rəhimov Avropa Şurası idman nazirlərinin toplantısına qatılıb12:46“Türk Hava Yolları” doqquz ay ərzində 58 milyon sərnişin daşıyıb12:13Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur12:00Azərbaycanın təbliği, azərbaycançılığın qorunması istiqamətində əlimizdən gələni etməyə çalışırıq11:33Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər mövzusunda regional seminar keçirilib11:21Müdafiə naziri Zakir Həsənov Çexiyaya səfər edəcək10:51Paytaxtda 48 206 şagird I sinifdə təhsil alır10:34İcazəsiz ova cəhd edən şəxs saxlanılıb10:1516 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar AQTA maarifləndirici videoçarx yayıb09:41Ermənilər müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:10İnam Kərimov Masallıda vətəndaşlarla görüşəcək09:00Qarabağ qazisi Etimad Əsədov vəfat edib08:30Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib20:00Buenos Ayres 2018 Atletlər kəndində Azərbaycan deleqasiyasının rəhbərinin müavini Vaqif Əliyev idmançılarla görüşüb20:00Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib15:00AzTU ilə Çexiya universitetləri arasında əməkdaşlıq perespektivləri müzakirə olunub14:38Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək14:00AzTU daha bir universitetlə ikili diplom müqaviləsi imzaladı13:20İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib13:00Bu yolda təmir işləri aparılır12:55Sabahın hava proqnozu açıqlanıb12:05“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib11:50Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub11:39Prezident İlham Əliyev Lənkəran rayonuna səfərə gedib11:33AQTA əməkdaşı nüfuzlu beynəlxalq təşkilatın işçi qrupuna üzv seçilib11:22Qanunsuz ova cəhd edən şəxslər 4000 manat cərimələnib, 3 ov tüfəngi götürülüb11:1224/7 Sahibkarlıq proqramına start verilir10:43Şəkidə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib10:00Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək09:26Aqrar kadr bazarına sahiblənməliyik09:00Erməniər atəşkəs rejimini 28 dəfə pozub19:20Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib19:00AzTU ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb18:25“İdeyadan Biznesə” startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib18:15Daşkəsəndə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib18:00Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu17:55Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib17:49Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək17:34Prezident İlham Əliyev jurnalistin sağlıq durumu ilə bağlı müvafiq göstəriş verib17:25Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunda pərakəndə satış müəssisələrinin rəhbərlərinə təlim keçirilir17:18İlk səyyar qəbul keçirilib17:04ATXƏM sədri dünyaca məşhur professorla görüşdü16:35Texniki Universitetlə Voronej Dövlət Texniki Universiteti arasındakı əməkdaşlıq yenilənib16:20AQTA maarifləndirmə tədbirləri çərçivəsində “Sağlam məktəbli” layihəsinə start verib16:18Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:43Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:23100-ə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb15:19Sabah hava necə olacaq?15:01Azərbaycan MOM-un xərçəng xəstəliyi ilə mübarizə üsulları Londonda müzakirə edilib14:48Azərbaycanın energetika naziri Pərviz Şahbazov “AmCham”ın üzvləri ilə görüşüb14:30Şuranın dəstəklədiyi layihə çərçivəsində müzakirələr keçirilir14:00Bakıda “Sahibkar-Peşə təhsili əməkdaşlığı” mövzusunda konfrans keçiriləcək13:50Danışıqlarda sükut hökm sürür13:38Badamdarda torpaq sürüşməsi baş verib, 8 ailəyə evlərini tərk etməklə bağlı xəbərdarlıq olunub13:10Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib12:55Badamdar şosesində hərəkət məhdudlaşdırılıb12:30Diaspor sədri Misir parlamentinin komitə sədri ilə görüşüb11:43Bu yolda təmir işləri aparılır11:14Bakı-Gəncə qatarının sürəti tədricən 150-160 km/saata çatdırılacaq10:50“Azərkosmos” ASC-nin nümayəndələri AzTU-da tələbələrlə görüşüblər10:17Soydaşlarımız Kaliforniyada Merilənd prospektinin Arsax adlandırılmasına etiraz edir09:50Məktəblilər üçün ekskursiyalar təşkil edilib09:35Düşmən atəşkəs rejimini 27 dəfə pozub09:00Vergi inzibatçılığında şəffaflıq və səmərəlilik əsas hədəfdir08:34İlahiyyat İnstitutunda Fələstin səfiri ilə görüş keçirilib16:00AQTA sahibkarlara müraciət etdi15:50Mənəvi Dəyərlərin Təbliği Fondu avtomobilləri şəxslərə deyil, dini icmalara verir15:36Bu yolda rənglənmə işləri aparılacaq13:52Prezident İlham Əliyev Qubada Gənclər Parkında yaradılan şəraitlə tanış olub
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2018 (320)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)

«    Mart 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

1918-ci il Mart Soyqrımının qisasını alan Borçalı bəyi İsrafil bəy Acalov

31 mar 2018, 13:06   
 1918-ci il Mart Soyqrımının qisasını alan Borçalı bəyi İsrafil bəy Acalov


Newscenter.az.31.03.2018. Erməni generalın başını kəsən İsrafil bəy kim olub? Borçalı türk dünyasına çox igid oğullar verib.İran Türk savaşının qəhrəmanı Nağı xan Borçalı, rus və Polşa ordularının generalları Yadigarov qardaşları, Osmanlı ordusunun Paşası Darvazlı Mehralı Paşa, Nəriman Nərimanov, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Hoyski, Qars islam Cumhuriyyətinin başqanı Emin bəy Acalov (Borçalı) və s. Belə seçilənlərdən biri də Bolus-Kəpənəkçi elindən İsrafil bəy Musa ağa oğlu Acalovdur (Hacaloğlu).

İsrafil bəy 1857-ci ildə Borçalı bəylərindən Musa ağa Ağakişi bəy oğlunun ailəsində anadan olmuşdur. Xatırladım ki, İsrafil ağanın babası Ağakişi bəy Borçalının tanınmış şəxsiyyətlərindən olmuş və 1818-ci ildə general Velyaminovun təqdimatı əsasında dövlətçiliyə xüsusi xidmətlərinə görə, üzərində Rusiya İmperatorunun şəkli olan qırmızı lentli 2 qızıl medalla təltif edildiyi barəsində də tarixi bəlgələrdə qeydlər var. Ağakişi bəyin dörd oğlundan Musa ağa Borçalıda Musa ağa daha çox “Qaragöz” adı ilə məşhur olub ad-san qazanmışdır. O, çox bacarıqlı və istedadlı gənc kimi seçilib. Xüsusi məktəbdə təhsil alan “Qaragöz” Musa ağa Kəpənəkçidəki malik olduqları pay torpaqlarına qane olmayıb indiki yurda çıxmışlar. Bu yurd sonradan Gürcüstanda Bolnisi rayonunun bir kəndi olaraq “Ağalıq” adı ilə rəsmiləşmişdir. Əslində “Ağalıq” Musa ağaya gürcü knyazından məhkəmə və hərbə-zorba çəkişmələrindən sonra onlara nəsib olmuş və tarixi titulları əsasında da “Ağalıq” deyə tarixə düşmüşdür. Hazırda kənddə 60 ev var. Unikal təbii-coğrafi yüksək ərazidə yerləşən bu kənddəki İsrafil ağanın evinin balkonundan baxanda Borçalı çökəyi Marneuliyə qədər apaydın gözlə görünür. Musa ağanın da başı çox qeyli-qallar çəkmiş və sürgün həyatı da yaşamağa məcbur olmuşdur. Lakin, buna baxmayaraq o, uzaq Sibirə sürgündən əfv olunaraq geri doğma kəndinə qayıda bilmişdir. Yerli məmurlar tərəfindən bir çox haqsızlığa düçar olan Musa ağa ortancıl oğlu İsrafili oxutdurmaq qərarına gəlir.

İsrafil bəy dini təhsil aldıqdan sonra Kalinoda rus məktəbini, daha sonra Tiflisdə gimnaziyanı bitirdikdən sonra İsrafil bəy dövrünün ziyalıları ilə ayaqlaşmaq üçün təhsilini daha uca mərtəbəyə çatdırmaq niyyəti ilə Sankt-Peterburqa getmiş və buradakı ən ali Darülfuna (Universitetə) hüquq fakültəsinə qəbul olmuşdur. Universiteti qurtardıqdan sonra yüksək səviyyəli mədəniyyəti və dərin hüquqşünas təhsili ilə seçilən İsrafil bəy qısa müddət Peterburqda çalışdıqdan sonra təyinatla Tiflis şəhər məhkəməsinə vəkil işləməyə göndərilir. Beləliklə, İsrafil ağa Peterburqda hüquq təhsili almış və sonra vəkil işləyən ilk Borçalı Azərbaycanlısı kimi yaddaşlarda həkk olunur. Bir müddət vəkil işləyən İsrafil bəy bacarığı sayəsində Tiflisdə bir məhkəmənin rəhbəri vəzifəsinə təyin edilir. Borçalıların dərd-səri ilə ürəkdən məşğul olan İsrafil bəy öz zamanında yüksək intellektual səviyyəsi ilə seçilməklə yanaşı, həm də Tiflis ədəbi-ictimai mühitində tanınmış simalarla: Əbdürrəhim bəy Haqverdiyevlə, İlya Çavçavadze, Nəriman Nərimanov, Fətəli xan Xoyski və digər ədiblər ilə yaxından dostluq münasibətləri saxlamışdır. Yerli müsəlman əhalinin savadsız olması İsrafil bəyi çox narahat edir və düşündürürdü. İsrafil bəy dəfələrlə yerli müsəlman türklərin kitablarının işıq üzü görməsində yardımcı olmuş, Tiflisdə çıxan müsəlman Türk qəzetlərinə daima maliyyə dəstəyi etmişdir.

Belə ki, ilk dəfə 1917-ci ildə İsrafil ağanın dəstəyi sayəsində Ə. Haqverdiyevin sədrliyilə Tiflisdə Borçalı Müsəlman Türklərinin I qurultayı baş tutmuşdur. 1905-1906-cı illər arası Tiflisdə və Borçalının digər məkanlarında (Şüləver, Sarvan və s.) baş vermiş erməni-müsəlman türk toqquşmalarında İsrafil bəy öz şəxsi hesabına Osmanlıdan (keçmiş Borçalı qaçağı olmuş indisə Osmanlı Paşası olan Darvazlı Mehralı bəydən) və Çar Rusiyasından çoxlu silah-sursat gətizdirərək azğınlaşmış ermənilərə böyük divanlar tutur. Bundan sonra İsrafil bəy doğma kəndi Ağalıqda silah anbarı tikdirərək oranı daima dolu saxlayır, ehtiyatı əldən vermirdi. Həmin dövrlər Azərbaycanda türklər hərbi xidmətə çağrılmasalar da Borçalıda İsrafil ağanın uzaqgörən siyasəti nəticəsində gənc Borçalılar Çar Hökümətinin ordu sıralarında qulluq edirdilər. Çar höküməti yanında böyük nüfuza malik olan İsrafil bəy xüsusi bəylərbəyi statusu alaraq Zaqafqaziya seyminin (məslisinin) ilk Borçalılı müsəlman türk üzvü seçilməklə yanaşı, özəl kareta və cangüdənlərlə təçhiz olunur. Başına daima qarapapaq qoyub belində gümüşü qılınc gəzdirən İsrafil bəy bu cangüdənlərdən imtina edir. Yüksək vəzifələrdə çalışmasına baxmayaraq İsrafil bəy kəndə gələndə əsl toy-bayram olarmış. Hökümətlə davası olanın yerindəcə şikayətinə baxar, imkansızlara əl tutar, onlarla ümumxalq işində qol çırmayıb işləyər, bəyzadəliyini gözə soxmayaraq, qulluqçularla, bağbanlarla oturub çörək yeyərmiş. Hətta böyük oğlu Rəşid ağanın toyunda Ağalığa o qədər yüksək mənsəbli qonaq-qara gəlməsinə rəğmən o, toy süfrəsini hamı üçün açdırmış və ayrı-seçkilik salmadan bir yerdə əyləşmələrini istəmişdir. Bu hərəkətdən qeyzlənən bəzi Qızılhacılı bəylər bunu özlərinə təhqir bilib İsrafil ağaya irad da bildirmişdilər. Lakin İsrafil bəy: - Çoban-çoluq dediyiniz insanlar məni İsrafil bəy etmişlər, kim istəyir əyləşsin, kim istəmir buyurub gedə bilər,- deyə sərt tonda qonaqlarına cavab verir.

Daha sonra İsrafil ağa doğma kəndində bir məscid tikdirir... 1917 ci ildə Lüksemburqda (indiki Bolnisi, türk adı Çörük Qəmərli) məskünlaşan almanların azğınlaşıb yerli türklərə saldırdığını eşidən İsrafil bəy 100 nəfərlik dəstə ilə bura gələrək azğınlaşmış almanları darmadağın edir. Xatırladım ki, İsrafil bəyin ikinci xanımı Bolnisli alman olub. 1918-ci ilin əvvəllərindən başlayaraq ermənilər Azərbaycanın müxtəlif yerlərində, Bakıda, Şamaxıda, Qarabağda, Gəncədə, Qubada və s. şəhərlərində yerli xalqa qarşı qətliam törətməyə başlayırlar. İsrafil ağa əmisi oğlu Emin ağa ilə birlikdə Azərbaycana köməyə gedən Osmanlı Paşası Nuru Paşanı Ərdahanda qarşılayaraq doğma kəndi Kəpənəkçiyə gətirirlər. Nuru Paşa İsrafil bəyə çoxlu silah sursat və 200 tüfəng verdikdən sonra Borçalı bəyləri onu Qazaxa qədər müşayət edirlər. Müxtəlif yerlərdə Türklərə qarşı kütləvi qətliamlar törədən Andronik və general Nazarbekyan 800 erməni daşnak silahlısı ilə gizlincə Azərbaycandan ermənistana, oradan isə Borçalıda yerləşən ən böyük erməni yaşayış məntəqəsi olan Xaçına gəlirlər. Məqsəd bu strateji nöqtədən Borçalının kəndlərinə hücum etmək və əliyalın türk müsəlman əhalisini qırmaq idi. General Nazarbekyan “İntilligentnıy Palaç” adlandırdığı İsrafil bəydən 1905-06-ci il olaylarına görə intiqam almaq istəyirdi. Ermənilərin bu gizli məkirli planından çoxdan xəbər tutan İsrafil bəy öz tədbirini çoxdan görmüşdü. İsrafil ağa ilk öncə Xaçın baş keşişin və onların başbilənləri ilə görüşüb qan tökülməsinə qarşı olduğunu bildirərək onlardan Androniklə Nazarbekyanın yerini soruşur, ermənilər isə onlara bu haqda məlumatlarının olmadığını bildirirlər.

Erməni silahlı dəstəsinin izinə düşən İsrafil bəy onları Borçalının ən böyük kəndi olan Kəpənəkçinin girişində yaxalayaraq güllə-baran edir. Bu döyüşdə Andronik öz 3-5 adamı ilə qaçıb canını qurtarsa da 800 erməni quldur dəstəsi məhv edilir. İsrafil ağa özü şəxsən general Nazarbekyanın başını qılıncla kəsir. Bu döyüşdə Borçalı qaçağı Cöyrə oğlu Qara və İsrafil ağanın bacısı oğlu Osmanlıda yaşayan Məmməd daha fəal idilər. Bakını ermənilərdən təmizləyən Nuru və Mürsəl Paşalar geri Osmanlıya dönərkən yenidən Kəpənəkçiyə gələrək İsrafil ağanın qonağı olurlar. İsrafil bəyə qəhrəmanlığı sayəsində Paşa tituluna layiq olduğunu söyləmiş və onunla Türkiyəyə gedərsə bu ada layiq görüləcəyini desələr də, İsrafil bəy getmir və ermənilərdən qorxduğunu yozacaqlarından ehtiyat edərək elini-obasını yiyəsiz qoymamışdır. Lakin ermənilər də bu məğlubiyyətin qisasını almaq üçün hər yola əl atmaq qərarına gəlirlərlər. Tiflisdə öz hüquqşünaslıq vəzifəsini icra edən İsrafil bəyə 1918-ci ilin noyabrında ermənilər sui-qəsd hazırlayır və onun evinə basqın edilərək öldürülməsini təşkil edirlər. Lakin Tiflisdəki evinə basqın nəticəsində İsrafil bəy atışmada ağır yaralanır və xəstəxanaya çatdırılır. Terror törədən qrupun yenidən xəstəxanaya hücum edəcəklərindən şübhələnən dost-tanış ona xəstəxanadakı yerinin dəyişdirilməsini təklif edirlər. Amma İsrafil bəy ömrü boyu ermənidən qorxmadığını söyləyərək, belə ucuz can qorumaqla yaşamağı şərəfinə sığışdırmır. Bu qüruru ona baha başa gəlir və erməni terrorçuları ikinci dəfə xəstxanaya hücum edərək onu qətlə yetirirlər. Maraqlı burasıdır ki, o zaman Türkiyədə yaşayan bacısının oğlu Məmməd dayısı İsrafil bəyin öldürüldüyünü eşidərək və Tiflisdə qətliam törədən terrorçu dəstənin üzvlərini bir-bir yaxalayaraq qana-qan dayısının qisasını alır.. Daşnak ermənilərin Dərələyaz, Ağbaba, Naxçıvan, Bakı, Göyçay və Şamaxı, Urmu, Təbriz və s. istiqamətlərində on minlərlə türk və müsəlmanın qanını axıtdıqlarına baxmayaraq, yeganə haldır ki, daşnakların ancaq Borçalı Qarapapaq türklərinə məğlubiyyəti haqqında yetərincə məlumat var. Bu bölgədə heç bir qətliam baş vermədiyinə görə, o vaxtkı İsrafil bəy kimi tarixi şəxiyyətlərimizin rolu həddən ziyadə böyük olmuşdur. Təssüflər olsun ki, İsrafil bəyin oğulları Rəşid və Rəhim bəylər 1937-ci ilin repressiya qurbanlarına çevilərək güllələnirlər.
Anar Məsimov
OXŞAR MÖVZULAR