Impera

XƏBƏR LENTİ
14:30Tanınmış aktrisa barəsində həbs qərarı çıxarıldı14:06İyunun 22-də “Açıq qapı” günü keçiriləcək14:03338 adda 7 246 037 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib13:42Türkiyəli hərbçilərin təntənəli yola salınması mərasimi keçirilib-VIDEO13:13Həbsxana satışa çıxarıldı12:53Bu yollarda rəngləmə işləri aparılacaq12:45300 məktəbə yeni direktor təyin edilib12:40“Virtual Qarabağ” IKT Gənclər ictimai birliyi və Google şirkətinin Google Mədəniyyət İnstitutu tərəfdaş oldu12:30Müddətsiz müqavilə əsasında 4053 müəllim işə qəbul edilib12:25“Carlsberg Azerbaijan” şirkəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşılıqlı anlaşma haqqında memorandum imzaladı12:192018-2019-cu tədris ilində 8553 müəllim işə götürülüb, 300 məktəbə yeni direktor təyin edilib12:06“MicroPlus” “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının hesablanması üzrə rəsmi tərəfdaşı seçildi11:55165 mindən çox uşaq birinci sinfə gedib11:30AQTA enerji içkiləriiləbağlı qaydaları müəyyənləşdirdi11:17“Türk Hava Yolları” yeni istiqamətlərə uçuşlar həyata keçirəcək11:00Fuad Muradovun Baltikyanı ölkələrə səfəri başa çatıb10:55Böyük Britaniya dərgisində azərbaycanlıların Ermənistandan sürgün edilməsi haqqında məqalə dərc edilib10:30Aytən Səfərova xəsarət yetirdiyi xəstəyə barışıq təklif edib10:13Fransadan Azərbaycanın xeyrinə daha bir ədalətli qərar09:55Qax və Balakən rayonlarında vətəndaşların qəbulu keçiriləcək09:432018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80 514 şagird bitirir09:25Düşmən 19 dəfə atəşkəsi pozub09:02Nazirdən məzunlara təbrik mesajı15:51“Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib15:29Azərbaycan – Avropa İttifaqı biznes forumu keçirilir14:5715 iyundan başlanan yol14:15Bakıda dağlıq ərazidə yanğın başlayıb14:00BŞTİ-nin tabeliyində 318 məktəb fəaliyyət göstərir13:40“Tullantılara ikinci həyat” - maarifləndirici tədbirlər keçirilir13:3150 minə yaxın müraciət daxil olub13:11Hərbi pilotlarımızın peşəkarlığı sayəsində düşmən təxribatı uğursuzluqla nəticələnib - VİDEO13:00Ola bilsin Sevinc Osmanqızı ilə İkram Rəhimovun və digər “reket” jurnalistlərin media fəaliyyətlərinin təməl prinsipləri arasında mühüm oxşarlıqlar var12:54“Kaspersky Lab”: istifadəçilərin yalnız 28%-isənədlərinin təhlükəsizliyini yoxlayır və lazımi dəyişikliklər edir12:49“Nəsimi 650” Diaspor Gənclərinin II Yay Düşərgəsi iştirakçılarının seçimi başa çatıb12:22Bəlkə uzun zamandır boksla məşğul olduğuna görə Ağacan bəy unudub ki, azarkeş kimdir?10:14Paytaxt təhsili 2018-2019-cu tədris ilini uğurla başa vurur10:00Energetika Nazirliyinin rəhbərliyi şimal zonasında vətəndaşları qəbul edəcək09:50AMEA-nın əməkdaşları üçün tikilən mənzillər kimlərə satılıb?09:37Atəşkəs rejimi 15 dəfə pozulub09:00Fuad Muradov Latviyaya səfər edib08:50Doğum günün mübarək olsun, ŞƏHİD!08:43Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Şuranın dəstəyi ilə yaratdığı LOBBİ.az saytını təqdim etdi08:30Türkiyəli hərbçilər üçün mədəni-kütləvi tədbirlər keçirilib18:05Mingəçevirdə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə edilib17:39Almaniyada yəhudi icması Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib17:10AzTU Elmi Şurasının növbəti iclası keçirilib16:41Yevlaxda “Ət, süd və arıçılıq məhsullarının istehsalı sahəsində mövcud vəziyyət və inkişaf perspektivləri”nə dair regional konfrans keçirili16:35Murad Köhnəqala həbs edilib16:26“Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib16:10Komitə rəhbərliyi vətəndaşları qəbul edib16:00Şuranın dəstəyi ilə Qusarda cüdo üzrə turnir keçirilib15:46Bu günə qədər 235159 hektar sahədə taxıl biçini aparılıb15:35Kommunal xidmətlərə qoşulmaya dair sahibkarların sualları cavablandırılıb15:11Naftalanda tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşır14:51Energetika naziri Pərviz Şahbazov Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib14:45“Azəriqaz” İB “ASAN Xidmət” vasitəsi ilə 135836 istehlakçıya xidmət edib14:30Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb13:52Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar konfransı və sərgisi keçirilir13:27Bu günə qədər gümçülər 313,13 ton yaş barama təhvil veriblər13:10Bu yollarda diqqətli olmaq tövsiyə edilir12:50Qəbələdə Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirilib12:43“Təhsil Liqası”na yekun vurulub12:30Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşüb12:12Millət vəkili Eldəniz Səlimov seçicilərlə görüşüb12:05İngilis Dili Olimpiadası başa çatıb12:00Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur11:54Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb11:35Bərdədə pambıqçılıqla məşğul olan fermerlərlə görüş keçirilib11:08Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupu ilə birgə seminarlar keçirib11:00Gənc bioloqların yaradıcılıq müsabiqəsinin qalibləri müəyyənləşib10:51Prezident İlham Əliyev təmir və bərpa olunan “Yanardağ” qoruğunun açılışında iştirak edib10:20Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb09:49Düşmən ərazilərimizə 8 mərmi atlb09:00Komitə sədri vətəndaşları qəbul edib08:39Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib17:432019-cu ilin 5 ayı üzrə bağlanan əmək müqavilələrinin sayı 96,1 min olub17:00Dövlət qurumlarının əməkdaşları üçün “Məlumat əsaslı idarəçilik” təliminə start verilib16:1218-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian 2019” və 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2019” sərgilərinin açılışı olub15:52“Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı Əlaqələndirmə Komissiyasının son toplantısı keçirilib15:40Beynəlxalq turnirin çempionları bəlli olub15:20Bakıda III Milli Mühasiblər Forumu keçiriləcək15:03Yeni vaqonlar artıq Bakıdadır14:50Daha 18 sahibkar və menecer Almaniyada ixtisasartırma kursuna göndərilib14:22Sabah 40 dərəcə isti olacaq13:45Tovuzun daha bir yaşayış məntəqəsi qazlaşdırılır13:27“Microsoft” WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edir13:17Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında gömrük sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib13:00Aİİ rektoru tələbə və valideynlərə müraciət etdi12:45Heydər Əliyev sözün əsl mənasında Azərbaycanın xilaskarı oldu.12:03Mini-futbol çempionatı başa çatıb11:55Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı gücü 1276 MVt-dır11:45Təhsil nazirin müavini videoqəbul keçirəcək11:30O cəmiyyətlərdə ki din gəlir, pul mənbəyinə çevrilib.....11:24Gədəbəydə 22.2 km. uzunluğa malik avtomobil yolları yenidən qurulur11:14Müsabiqə-konfransın qalibləri mükafatlandırılıb10:56Beynəlxalq Enerji Xartiyası Forumunda Azərbaycan da təmsil olunacaq10:35Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək10:10Azərbaycan mayda neft hasilatı ilə bağlı öhdəliyini tam yerinə yetirib09:41Atəşkəs rejimi 16 dəfə pozulub09:00Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilib-VIDEO
BÜTÜN XƏBƏRLƏR
İyun 2019 (308)
May 2019 (846)
Aprel 2019 (647)
Mart 2019 (323)
Fevral 2019 (329)
Yanvar 2019 (397)

«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azay Quliyev :"ATƏT/DTIHB hesabatda yol verdiyi nöqsanlara yenidən baxmalı və onları aradan qaldırmalıdır"

16 apr 2018, 18:05   
Azay Quliyev :"ATƏT/DTIHB hesabatda yol verdiyi nöqsanlara yenidən baxmalı və onları aradan qaldırmalıdır"


Newscenter.az.16.04.2018. Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın Büro iclasında aprelin 11-də Azərbaycanda keçirilmiş Prezident seçkilərində ATƏT/DTİHB-nin müşahidə missiyasının fəaliyyətinə dair çıxış edib.

Newscenter.az-ın xəbərinə görə, Azay Quliyev Büro üzvlərinin nəzərinə çatdırıb ki, Azərbaycanda prezident seçkiləri uğurla təşkil edilmiş və burada iştirak edən 8 namizədin hər birinə demokratik və bərabər şərait yaradılmışdır. Namizədlərin biri fərdi qaydada, altısı siyasi partiyalar, biri isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdür. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev böyük səs çoxluğu ilə seçkinin qalibi olmuşdur.

Vitse-prezident qeyd edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və ölkəmiz arasında münasibətlərdə ötən illərdə mövcud olan bir sıra ciddi fikir ayrılığı və gərginliklərə baxmayaraq, Azərbaycan hökuməti DTİHB-ni prezident seçkilərini müşahidə etməyə dəvət edib. Azərbaycan konstruktiv və səmərəli əməkdaşlığı bərpa etmək üçün təşkilatın Seçki Müşahidə Missiyasının fəaliyyəti üçün bütün imkanları yaradıb. Hətta uzun müddətli müşahidə missiyasının formalaşması mərhələsində DTİHB-ni xahiş etdiyi və ehtiyac duyduğu müvafiq dəstəyi də verdi.

Azay Quliyev ATƏT PA-nın prezidenti Cənab G.Tsereteli və baş katib R. Montellaya DTİHB ilə Azərbaycan arasında konstruktiv və davamlı əməkdaşlığı bərqərar etmək,ümumi dəyərlər və prinsiplər naminə tərəflərə yeni imkanlar tapmaqda yardım göstərdiyi üçün təşəkkür edib: “Mən, həqiqətən də, bu məsələyə sərf etdiyiniz enerjinizə və səylərinizə görəsizə minnətdarlığımı bildirirəm və bunu çox yüksək qiymətləndirirəm. Lakin, təəssüf ki, Beynəlxalq Müşahidə Misssiyası adından aprelin 12-də dərc edilmiş qeyri-obyektiv, balanssız və ədalətsiz hesabat və mətbuata açıqlama bütün bu səylərə mənfi təsir göstərdi və demək olar ki, onları heçə endirdi”.

A.Quliyev deyib ki, beynəlxalq fəaliyyətinin 13 ilini ATƏT PA-ya həsr edən bir şəxs və bu qurumun vitse-prezidenti kimi bütün bu problemlər və uğursuzluqlar barədə danışmaq ona çox çətindir: “Hesabat haqqında tənqidi qeydlərimi yanlış anlamayın. Hər halda, mən bir neçə beynəlxalq müşahidə missiyasına rəhbərlik etmiş bir şəxs kimi DTİHB-nin rolunu və vəzifəsini çox yaxşı anlayıram, ona görə də aparılan müşahidələr və təhlillər asasında əsaslandırılmış və obyektiv tənqidlərə və tövsiyələrə qarşı heç bir şəkildə etiraz etmirəm. Lakin onu da bilirəm ki, tənqid və qiymətləndirmə, real faktlar və sübutlar əsasında, ədalətli və balanslı şəkildə hazırlandığı zaman doğru qəbul edilir və ciddiyə alınır.

Təəssüf ki, Beynəlxalq Seçki Müşahidəsi Missiyasının ilkin nəticələrini və mətbuata açıqlamasını oxuduqdan sonra onların hər ikisi məndə ədalətsiz, balanssız və tam obyektiv olmayan sənəd təsəvvürü yaratdı. İlkin hesabat seçki kampaniyasının və seçki gününün real vəziyyətini əks etdirmək üçün həm müsbət, həm də mənfi tərəfləri lazımi səviyyədə təqdim edə bilmədi, eyni zamanda əksini tapmış bəzi əsas tənqidi məqamlar isə həqiqətdən uzaq oldu. Bunların hamısı məni Azərbaycan Respublikasının Milli Məclisinin üzvü və Assambleyanın vitse-prezidenti kimi çox narahat edir”.

ATƏT PA-nın vitse-prezidenti çıxışında qiymətləndirmənin ədalətli və tam olması üçün əksini tapması vacib olan, lakin hesabatda və mətbuata verilən açıqlamaya daxil edilməmiş məsələlərə toxunub: “Birinci, hesabatda yazılır ki, digər namizədlər vəzifədə olan prezidentə qarşı əks mövqe nümayiş etdirməkdən və ya onu tənqid etməkdən çəkinmişlər. Bu iradı qəbul etmək mümkün deyil. Çünki seçki prosesini izləyən hər kəs şahidi oldu ki, prezidentliyə bir sıra namizədlər, xüsusilə ADP-nin sədri Sərdar Cəlaloğlu istər İctimai Televiziyadakı debatlar zamanı, istərsə də digər mətbu orqanlarda və sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etmiş və buna görə hər hansı məhdudiyyətlə üzləşməmişdir”.

İkinci məsələ isə siyasi mühitlə birbaşa bağlı olan sərbəst toplaşmaq azadlığının təmin olunması ilə bağlıdır: “Həm seçkidə iştirak edən namizədlərin, həm də iştirak etməkdən imtina edən siyasi partiyaların sərbəst toplaşmaq azadlığlına hörmət edilməsi faktından, buna bariz misal olaraq mart ayının 10-u və 31-də Bakının mərkəzində müxalifətin mitinqlər keçirməsindən Missiyanın mətbuata verdiyi açıqlamada bir kəlmə də olsun danışılmır”.

Azay Quliyev çıxışında toxunduğu üçüncü məsələ ilə bağlı isə bildirib ki, seçkilərə qatılmaq istəyən və bunun üçün qanunvericlikdə müəyyən edilmiş sənədləri və imzaları təqdim edən hər kəsə bərabər şərait yaradılmış və heç kimin seçki marafonuna qatılmasının qarşısı hər-hansı bir yolla alınmamışdır.

Dördüncü mühüm məsələ isə budur ki, Azərbaycan əhalisinin 80 faizinin internetə sərbəst çıxışı olması faktı aralıq hesabatdan fərqli olaraq ilkin hesabatda nədənsə “unudulur”. Azərbaycanda vebsaytların, xüsusilə sosial medianın təhqirlə tənqidin sərhədlərini belə tanımadan tam sərbəst və heç bir məhdudiyyət qoyulmadan fəaliyyət göstərməsi qeyd edilmir.

Vitse-prezidentin vurğuladığı beşinci məsələ isə 11 aprel prezident seçkilərində ilk dəfə tətbiq olunan mühüm yeniliklə bağlı olub: “Bir məsələyə tamamilə laqeyd yanaşılır və hesabatda haqsız və mən deyərdim, bilərəkdən əks olunmur. Bu da İTV-də debat üçün ayrılmış pulsuz efir vaxtından başqa, ölkə üzrə yayımlanan 6 televiziya kanallarının xəbər proqramlarında bütün namizədlərin seçki təşviqat kampaniyasına pulsuz olaraq geniş yer ayırması, onların seçicilərlə görüşü barədə ətraflı məlumat verməsi faktının qeyd olunmamasıdır. Hətta seçki təşviqatının son həftəsində həmin televiziya kanallarının xəbərlərində gedən materialların ümumi həcminin 84 faizi digər namizədlərin, yəni rəqiblərin, yalnız 16 faizi YAP-ın namizədinin seçki fəaliyyətinə həsr olunmuşdur. ATƏT/DTİHB-nin bu haqda müfəssəl məlumatı olsa da, təəssüf ki, bu barədə hesabatda heç nə yazmadı”.

Azay Quliyevin toxunduğu altıncı məsələdə isə bildirilir ki, ümumilikdə 29 mart 2018-ci ildə təqdim olunmuş aralıq hesabtla 12 aprel 2018-ci ildə təqdim olunmuş ilkin hesbat məzmun etibari ilə bir-birindən o qədər fərqlənir ki, sanki bu sənədlər ayrı-ayrı ölkələrdən bəhs edir. Aralıq hesabatda balanslı şəkildə qeyd olunan bir çox mühüm və müsbət müddəalarm ilkin hesabatda ya verilmir, ya da mahiyyəti tamamilə dəyişilir. Bu fakt Seçki Missiyasının Ilkin Hesbatının səmimiliyinə və dəqiqliyinə ciddi şübhə yaradır.

ATƏT PA-nın vitse-prezidenti çıxışında ATƏT/DTİHB-nin müşahidə missiyasının hesabatında və mətbuata verilən açıqlamada istifadə olunan ritorika, boşluqlar və digər mübahisəli məsələlərə də münasibət bildirib: “Mətbuata açıqlamada deyilir ki, “səslərin hesablanmasının yarıdan çoxu mənfi şəkildə qiymətləndirilmişdir”. Bu məlumatı oxuyan istənilən şəxs belə düşünəcək ki, Seçki Müşahidə Missiyası mövcud 5,641 seçki məntəqəsinin 3000-dən çoxunu ziyarət etmiş və hər birində səslərin hesablanması prosesində ciddi pozuntulara şahid olmuşdur. Ancaq bu qeyri-məntiqli və riyazi baxımdan qeyri-mümkündür. SMM-in maksimum 360 müşahidəçisi var idi və onlar əgər bütün imkanlarını səfərbər etsəydilər, maksimum eyni sayda, yəni 360 seçki məntəqəsində səslərin hesablanmasını müşahidə edə bilərdilər. Belə olan halda onlar səslərin hesablanmasının yarıdan çoxunu necə mənfi qiymətləndirə bilərlər? Bu nədir? Bu, seçki prosesinə qəsdən və açıq-aşkar şəkildə kölgə salmaq cəhdidir”.

Digər bir diqqəti çəkən məsələ müsahiblərlə aparılan söhbətlərin məzmununun qəsdən “filtrdən keçirilməsidir”. Bəyanatda bildirilib ki, onlar bir sıra müsahiblə söhbətlər aparmışlar: “Şübhəsiz ki, onlara müsahiblər tərəfindən həm müsbət, həm də mənfi hallar və faktlar barədə məlumat verilmişdir, ancaq bəyanatda yalnız mənfi olanlar əksini tapdı. Bu, obyektivliyin hər hansı bir prinsipinə uyğun gəlmir.Ümumi vəziyyəti bir tərəfli qaydada təsvir etməyin hansısa bir praktiki faydası varmı? Bəyanat birtərəfli olduğundan, biz bunu sağlam tənqid adlandıra bilmərik. Mən sizdən soruşmaq istəyirəm. Belə hərəkətlər bu bəyanatı dərc edən təşkilata olan etibarı artırırmı?”.

Azay Quliyev diqqəti pozuntuların miqyasının bəyanatda şişirdilməsinə də yönəldib: “Bəyanatda seçki qutularına topa bülletenlərin atılması hallarının olması qeyd olunub. Deyək ki, bir neçə belə hal baş veribdir. Ancaq hesabatda bu kimi epizodik məqamları ümumi tendensiya kimi təqdim edilmiş və mətnin əsas hissəsində yerləşdirilmişdir.5-6 bu cür hala görə bütövlükdə seçki prosesini şübhə altına qoymağa cəhd etmək nə dərəcədə əsaslı və ədalətlidir? Bundan başqa, daha bir məsələni dediklərimə əlavə etmək istəyirəm. Seçkilərin nəticələrinə dair hesabatın layihəsini hazırlamağa məsul olan üç əsas şəxsdən biri, missiya rəhbərinin müavini Ştefan Krau zhələ missiyaya qoşulmadan əvvəl ölkəmə qarşı açıq-aydın mənfi və qərəzli mövqedə olmuş, Facebook səhifəsində Azərbaycanla bağlı bir sıra hörmətsiz və qərəzli paylaşımlar etmişdir. Bir ölkənin simvollarına və rəhbərliyinə sosial media vasitəsilə hörmətsizlik göstərən şəxsin həmin ölkədə keçirilən seçkilərə necə qiymət verəcəyini yəqin ki, təsəvvür etmək sizin üçün çətin deyil. Nəticə isə göz qabağındadır. Belə bir qərəzli və selektiv yanaşma nəticəsində DTİHB-nin və bütün müşahidə missiyasının etibarlılığının zədələnməsindən çox narahatam və üzgünəm. Onu da nəzərinizə çatdırım ki, Azərbaycanın Mərkəzi Seçki komissiyası hesabatda yol verilən nöqsanları və ziddiyətli məqamları ətraflı analiz etmiş və aprelin 13-də həmin nöqsanları aradan qaldırmaq üçün ATƏT/DTİHB-ə rəsmi müraciət göndərmişdir.

Mən də öz növbəmdə ATƏT/DTİHB-na müraciət edirəm ki, müşahidə zamanı aşkar etdikləri və əsas kimi götürdükləri bütün sübutları və faktları, əgər varsa Azərbaycan hökumətinə təqdim etsinlər ki, bunlar araşdırılsın və müvafiq tədbirlər görülsün”.

Azay Quliyev bildirib ki, O bu haqsızlığa səssiz və laqeyd qala bilməzdi: “Təkcə ona görə yox ki, bu haqsızlıq mənim ölkəmə qarşı baş verib. Bu, hal ümumiyyətlə başqa ölkəyə qarşı olsaydı, mən yenə də ona eyni münasibəti bildirərdim. Biz Büro üzvü və ATƏT Parlament Assambleyasının rəhbərliyi olaraq öz məsuliyyətimizi unutmamalıyıq, üzv ölkələrə qarşı yol verilən bu cür qeyri-obyektiv və ədalətsiz yanaşmaya yol verməməli və belə hallar olduğu təqdirdə onun qarşısını vaxtında almağı bacarmalıyıq”.

Vitse-prezident çıxışında toxunduğu bütün məlumatları və faktları ATƏT PA rəhbərliyinə rəsmi şəkildə təqdim edib: “Bu məsələlərə yenidən baxmaq və yekun hesabatda nəzərə almaq məqsədilə DTİHB-na çatdırmağınızı xahiş edirəm. Ümid edirəm ki, zəruri olan addımı atmaq – yol verilmiş çatışmazlıqları və səhvləri düzəltmək heç vaxt gec deyil”.
OXŞAR MÖVZULAR