Impera

XƏBƏR LENTİ
18:08AQTA sədri Qoşqar Təhməzli FAO-nun regional direktoru ilə görüşüb17:56Babək prospektində hərəkət bərpa olundu17:25UNEC-də startap müsabiqəsi keçirilib17:22Bədənini isti armatur deşən xəstəni ATU-da sağaldıblar17:01Şəkidə avtomobil maneəyə çırpılıb, ölən və yaralanan var16:12Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb16:00BNA dumanlı havayla bağlı sürücülərə müraciət etdi15:47Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamənin heç bir hüquqi əhəmiyyəti yoxdur15:10Kənd Təsərrüfatı Nazirliyində 2019-cu ildə taxıl əkininə hazırlıq vəziyyəti müzakirə edilib14:27Kənd təsərrüfatı naziri Xaçmazda vətəndaşlarla görüşəcək13:08Bakıda güclü duman müşahidə olunur12:55Sabah hava necə olacaq?12:36Dəmir yolları zolağı boyunca yeni fiber-optik infrastrukturun tikintisinə başlanılıb12:07Azərbaycan xalqı öz liderinin yanında və qərarlarının arxasındadır12:00Aİİ-də mediatur təşkil olunub11:45İslam İnkişaf Bankının 2019-2020-ci tədris ili üçün təqaüd proqramı elan edib10:52Bu yolda hərəkət məhdudlaşdırılıb10:12Ümumxalq Hüzn Gününə həsr olunan silsilə tədbirlər keçirilib09:41Ermənilər atəşkəs rejimini 24 dəfə pozub09:21Hindistanda “Canlı Qucarat 2019” Zirvə Görüşü keçirilir19:49Qarabağ qazisi ölkə başçısına müraciət etdi17:52Qanlı Yanvar tarixi metropolitendə qeyd ediləcək17:35Bir çox mərkəzi yollarda nəqliyyat axını normallaşıb, hərəkətin intensivliyi artıb17:28Aİİ-də “Tariximiz – milli dəyərimizdir” mövzusunda konfrans keçirilib17:23Paytaxtda sürət həddi əvvəlki vəziyyətə qaytarılıb17:06Türkiyənin İstanbul Universitetində 20 Yanvar hadisələrinin 29-cu ildönümünə həsr olunmuş konfrans keçirilib17:00Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib16:44Dini Komitədə Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib16:30Təxirə salınan dərs günləri məktəblilərin tətil günlərindən çıxılmayacaq16:1520 Yanvar şəhidlərinin xatirəsi anılıb16:09BNA işə qəbul müsabiqəsi elan edir15:58Qida Təhlükəsizliyi Agentliyində 20 Yanvar faciəsinin qurbanları yad edilib15:47AzTU-da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib15:352019-2020-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı elan edildi15:28“AtaSığorta” ASC iri sığorta ödənişləri həyata keçirib13:20Ukraynada 20 Yanvar faciəsinin qurbanları yad edilib13:05Energetika Nazirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb13:00Dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələri mühafizə edilən duracağa aparılacaq12:50Məktəblilər arasında bilik yarışması keçirilib11:54Nazir vətəndaşları qəbul edib11:41BMT-nin baş katibi XİN rəhbərlərinin Paris görüşünü müsbət qarşılayıb11:26Beyləqan-Daşburun avtomobil yolu yenidən qurulur11:10Güclü külək Bakıdakı bəzi məktəblərə ziyan vurub11:00Toy paltarı09:42Atəşkəs rejimi 30 dəfə pozulub18:35Bakıda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı məsələlər müzakirə olunub18:21Vergilər Nazirliyi sahibkarları məlumatlandırır18:07Metropoliten güclü qar və şaxtaya da tam hazırdı16:52Turizm-xidmət sahəsi üzrə kadr hazırlığına başlanılıb16:39Quş qripi ilə bağlı növbəti monitorinq keçirilib16:16“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb16:03Mübariz Qurbanlı Siyəzəndə vətəndaşları qəbul edəcək15:55Binəqədi qəsəbə bələdiyyəsi hesabat verdi15:40Küləyin sürəti 40 m/s-ə çatıb15:15“Türk Hava Yolları” Azərbaycanda endirim kampaniyası keçirir14:39İranla hərbi əməkdaşlıq genişləndirilir14:30Paytaxtda sürət həddi 20-km/saat həcmində endirilib14:10Avtobuslararası intervallarda gecikmələr müşahidə edilmir13:55Nazir vətəndaşları qəbul edəcək13:44Sabah da hava küləkli olacaq13:32BNA-da yeni təyinat13:14Məktəblilərin əl işlərindən ibarət sərgi keçirilib12:41Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması davam etdirilir12:20“AtaSığorta” ASC yeni məhsul təqdim edir11:17“ADA” Universiteti KOBİA ilə əməkdaşlıq edəcək11:16Paytaxt sakinləri təşvişdə: marketlərdə çörək qıtlığı yarandı10:17Qida təhlükəsizliyi qeydiyyatından keçməyən 50-ə yaxın sahibkarlıq subyektini cərimələnib09:47BNA xüsusi rejimdə fəaliyyət göstərir09:25Düşmən iriçaplı pulemyotlardan mövqelərimizi atəşə tutub09:05Paytaxtda külək 30- 35 m/saniyədək şiddətlənib09:00Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə görüşüb08:30AQTA-da heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçirilib17:26BNA dayanma və durma, parklanma qaydlarını pozan sürücülərin qeydə alınması prosesini fasiləsiz rejimdə həyata keçirir17:20Ramin Quluzadə operativ qərargah yaratdı16:53Dənizdən 1700-dən çox neftçi təxliyyə ediləcək16:37Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub16:20“Azərsu” ASC- də 20 yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib15:53AQTA dabaq xəstəliyi ilə bağlı xəbərdarlıq edib15:45Bərpa olunan enerji mənbələri üzrə qanunvericilik bazası və şəbəkənin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb15:12Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb14:56Eksternat imtahanları başa çatıb14:44Diaspora işində Cənab Ilham Əliyevin yürütdüyü siyasət nəticəsində çox yüksək nəticələr əldə olunub14:18Bütün təhsil müəssisələri bağlanır12:36Siyəzəndə 20 Yanvar şəhidlərinin xatirəsinə rəsm sərgisi təşkil olunub12:14Hava şəraitinin təhlükəli surətdə dəyişəcəyinə görə “Azərenerji” xüsusi rejimdə işləyəcək12:08Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edib11:34“Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və prespektivlər” mövzusunda konfrans keçiriləcək11:16Fransada Azərbaycan muğam konserti keçirilib11:00“Ədəbiyyat biliciləri” müsabiqəsinin ilk mərhələsi başa çatıb10:46Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır10:40İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib10:30NATO-nun ekspert qrupu ilə işçi görüşü keçirilir10:08Aqrar Xidmətlər Agentliyinin rəhbərliyinə təyinat oldu09:45Prezident İlham Əliyev Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb09:38Atəşkəs rejimi 26 dəfə pozulub09:00BNA-dan sürücü və sərnişinlərə vacib müraciət18:52Dubayda “Azərbaycan Ticarət Evi” açılıb17:37“Azərenerji” ASC kadr məsələsi ilə bağlı daha bir yenilik edib17:10Aİİ-də “20 Yanvar” faciəsinə həsr edilmş tədbir keçirilib16:51Arif Alışanov da getdi
BÜTÜN XƏBƏRLƏR
Yanvar 2019 (268)
Dekabr 2018 (355)
Noyabr 2018 (438)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)

«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Əmək Nazirliyi və BƏT-in birgə təşkilatçılığı ilə seminar keçirilib

17 apr 2018, 17:47   
Əmək Nazirliyi və BƏT-in birgə təşkilatçılığı ilə seminar keçirilib


Newscenter.az.17.04.2018
. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı, sosial tərəfdaşların iştirakı ilə “Əmək müfəttişliyinin səmərəliliyinin artırılması üçün strategiyanın hazırlanması və müasir texnologiyaların tətbiqi sahəsində beynəlxalq təcrübə” mövzusunda seminar keçirilir.

Newscenter.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, seminarın açılışında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin icrası sahəsində də ölkəmizdə mühüm irəliləyişlərə nail olunmasına imkan verdiyini vurğulayıb. O bildirib ki, bütün əhali üçün layiqli əməyin təmin olunması və qeyri-bərabərliyin aradan qaldırılması da Məqsədlərdəki hədəflərdəndir: “BƏT-lə birgə icra olunan “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nda əksini tapan məsələlər sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) fəaliyyətinin gücləndirilməsi məqsədilə BƏT-lə birgə fəaliyyət hədəflərinin müəyyən olunması, bu hədəflərə çatmaq üçün əmək müfəttişliyinin və sosial tərəfdaşların potensialının artırılması da mühüm yer tutur. Həmçinin DƏMX-in işində yeni metodların daxil edilməsi, əmək müfəttişliyində məsləhət və peşəkar xidmətlərinin gücləndirilməsi məqsədilə əməyin təftişi ilə bağlı BƏT-in Konvensiyalarının praktiki tətbiqi, qabaqlayıcı və nəzarət tədbirlərinin tarazlaşdırılmış formada istifadəsinə dair siyasətin formalaşdırılması, institusional bazanın artırılması və s. də Proqramda əksini tapır”.

Nazir müavini vurğulayıb ki, əmək müfəttişlikləri iş yerlərində əmək normalarına nə dərəcədə əməl olunmasına nəzarət etməklə yanaşı, bu sahədə, xüsusilə də əmək şəraiti, iş vaxtı, əmək haqqı, əməyin mühafizəsi və digər istiqamətlər üzrə işəgötürənlərə və işçilərə öz dəyərli tövsiyələrini verirlər. Eyni zamanda, onlar öz fəaliyyətlərində qarşılaşdıqları problemləri araşdırır, səbəblərini müəyyən edir, əmək qanunvericiliyinin təkmilləşdirilməsi məqsədi ilə təkliflərini təqdim edirlər: “Təsadüfü deyil ki, ölkəmiz BƏT-in prioritet konvensiyalarından olan “Sənayedə və ticarətdə əməyin təftişi haqqında” 81 nömrəli və “Kənd təsərrüfatında əməyin təftişi haqqında” 129 nömrəli Konvensiyaları ölkəmiz tərəfindən ratifikasiya olunub”.

Əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən orqan olaraq DƏMX-in fəaliyyətinin gücləndirilməsi, maddi-texniki təminatlarının artırılması istiqamətində ötən dövrdə görülən işləri, icra olunan layihələri diqqətə çatdıran İ.İsayev hazırda Xidmətin 100-dən artıq üzvü özündə əhatə edən “Beynəlxalq Əmək Müfəttişliyi Assosiasiyası”nın üzvü olduğunu, bu Assosiasiyada 12 ölkəni birləşdirən regional “Cənub-şərqi Avropa, Azərbaycan və Ukrayna Əmək Müfəttişlərinin Alyansı”nda təmsil olunduğunu qeyd edib.

İ.İsayev bildirib ki, qloballaşan və sürətlə dəyişən dünyamızda yeni çağırışlara uyğun olaraq bütün fəaliyyət sahələri təkmilləşdirilir və belə yanaşma əmək müfəttişliklərinə də aiddir. Eyni zamanda, əmək bazarının çevikliyinin artdığı və informasiya texnologiyalarının əmək bazarına təsirinin gücləndiyi bir şəraitdə əmək normalarına əməl edilməsində əmək müfəttişliklərinin rolu daha da artır: “Əmək bazarındakı mövcud neqativ amillərin aradan qaldırılması üçün ölkədə qeyri-rəsmi məşğulluğun və qeyri-rəsmi əmək ödənişlərinin qarşısının alınması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılmasına yönəlmiş institusional mühitin təkmilləşdirilməsi istiqamətində tədbirləri davam etdirmək zəruridir”.

Nazir müavini diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbir planı”na uyğun olaraq normativ hüquqi aktların və habelə inzibatçılığın təkmilləşdirilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi, monitorinq və qiymətləndirmə sisteminin qurulması, məlumatlandırma və təbliğat işlərinin təşkili ilə bağlı 36 tədbirin həyata keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərin müəyyən bir qismi məhz əmək müfəttişliyinin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir: “Tədbirlər Planının normativ hüquqi aktların təkmilləşdirilməsi bölməsinə uyğun olaraq qanunvericilik aktlarına, o cümlədən Əmək Məcəlləsinə, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu dəyişikliklər əmək münasibətləri prosesində mülki-hüquqi münasibətlər formasından sui-istifadə hallarının qarşısının alınmasına, həyata keçirilən nəzarət tədbirlərində videoçəkilişlərin aparılması, elektron protokolların tərtibi imkanlarının reallaşdırılmasına yönəlib. Qeyri-rəsmi əmək münasibətlərinin leqallaşdırılması ilə bağlı əmək müfəttişliklərində hüquqi yardım mərkəzlərinin yaradılması da Tədbirlər Planına daxildir ki, artıq bununla bağlı fəaliyyətə başlanılıb və hazırda müvafiq əmrlə təsdiq olunmuş alt tədbirlər planı üzrə fəaliyyət davam etdirilir”.

İ.İsayev bildirib ki, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin digər dövlət qurumlarının əmək ehtiyatları ilə əlaqəli olan informasiya ehtiyatlarına inteqrasiyası əsasında ölkə üzrə əmək münasibətlərinə vahid elektron nəzarət informasiya ehtiyatının formalaşdırılması üzrə Tədbirlər Planının müvafiq bəndinin icrası da elektron nəzarət sahəsində əmək müfəttişliklərinin fəaliyyətini genişləndirəcək.

Planda digər bir bəndin isə əmək müfəttişliyinin potensialının və fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı olduğunu vurğulayan nazir müavini qeyd edib ki, BƏT-lə əməkdaşlıq müstəvisində təşkil olunan, müvafiq sahədə müzakirələrin aparılmasına və beynəlxalq təcrübəni öyrənməyə imkan verən hazırkı seminar da bu baxımdan faydalı olmaqla, əmək müfəttişliyinin səmərəliliyin artırılması üçün strategiyanın hazırlanmasına öz töhfəsini verəcəkdir.

Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov əmək müfəttişliklərinin ümumən əmək bazarının tənzimlənməsi proseslərində rolunu qeyd edərək, əmək bazarının çevikliyinin artdığı şəraitdə onların fəaliyyətinin təkmilləşdirilməsi tədbirlərinin də əhəmiyyətli olduğunu vurğulayıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədrinin müavini Cavanşir Alxasov əmək müfəttişliyinin fəaliyyətində səmərəliliyinin artırılmasının işçilərin əmək hüquqlarının təmin edilməsi mexanizminin məqsədyönlü təşkili baxımından xüsusi önəm kəsb etdiyini diqqətə çatdırıb. BƏT-in Layiqli Əmək üzrə Texniki Dəstək qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin baş mütəxəssisi Valentin Mokanu layiqli əmək konsepsiyasının icrası ilə bağlı Azərbaycanda aparılan işlərin eyni zamanda əmək müfəttişliyinin fəaliyyətinin təkmil əsaslar üzərində qurulmasına yönələn strategiyanın hazırlanması ilə müşahidə olunmasının təqdirəlayiq olduğunu, hazırkı seminarın da bu işlərə dəstək məqsədi daşıdığını bildirib.

Seminarda V.Mokanu tərəfindən “Əmək müfəttişlikləri üçün Strateji Uyğunluq Planlanmasında BƏT-in yanaşması və səmərəliliyin artırılması üçün müasir metodologiyanın tətbiqi sahəsində beynəlxalq təcrübə”, Rusiya Federasiyasının Əmək Müfəttişliyinin eksperti Vera Çuxanova tərəfindən “Rusiya Federasiyasında əməyin təftişinə yanaşmaların hazırlanması. E-təftiş: Müsbət təcrübələr və tətbiq üsulları” mövzularında təqdimatların edilməsi, təqdim olunan müsbət təcrübələrin və ölkəmiz üçün müvafiq sahədə Fəaliyyət Planının hazırlanması məsələlərinin müzakirəsi nəzərdə tutulub.
Anar
OXŞAR MÖVZULAR