Impera

XƏBƏR LENTİ
20:00Buenos Ayres 2018 Atletlər kəndində Azərbaycan deleqasiyasının rəhbərinin müavini Vaqif Əliyev idmançılarla görüşüb20:00Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib15:00AzTU ilə Çexiya universitetləri arasında əməkdaşlıq perespektivləri müzakirə olunub14:38Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək14:00AzTU daha bir universitetlə ikili diplom müqaviləsi imzaladı13:20İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib13:00Bu yolda təmir işləri aparılır12:55Sabahın hava proqnozu açıqlanıb12:05“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib11:50Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub11:39Prezident İlham Əliyev Lənkəran rayonuna səfərə gedib11:33AQTA əməkdaşı nüfuzlu beynəlxalq təşkilatın işçi qrupuna üzv seçilib11:22Qanunsuz ova cəhd edən şəxslər 4000 manat cərimələnib, 3 ov tüfəngi götürülüb11:1224/7 Sahibkarlıq proqramına start verilir10:43Şəkidə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib10:00Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək09:26Aqrar kadr bazarına sahiblənməliyik09:00Erməniər atəşkəs rejimini 28 dəfə pozub19:20Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib19:00AzTU ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb18:25“İdeyadan Biznesə” startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib18:15Daşkəsəndə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib18:00Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu17:55Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib17:49Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək17:34Prezident İlham Əliyev jurnalistin sağlıq durumu ilə bağlı müvafiq göstəriş verib17:25Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunda pərakəndə satış müəssisələrinin rəhbərlərinə təlim keçirilir17:18İlk səyyar qəbul keçirilib17:04ATXƏM sədri dünyaca məşhur professorla görüşdü16:35Texniki Universitetlə Voronej Dövlət Texniki Universiteti arasındakı əməkdaşlıq yenilənib16:20AQTA maarifləndirmə tədbirləri çərçivəsində “Sağlam məktəbli” layihəsinə start verib16:18Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:43Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:23100-ə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb15:19Sabah hava necə olacaq?15:01Azərbaycan MOM-un xərçəng xəstəliyi ilə mübarizə üsulları Londonda müzakirə edilib14:48Azərbaycanın energetika naziri Pərviz Şahbazov “AmCham”ın üzvləri ilə görüşüb14:30Şuranın dəstəklədiyi layihə çərçivəsində müzakirələr keçirilir14:00Bakıda “Sahibkar-Peşə təhsili əməkdaşlığı” mövzusunda konfrans keçiriləcək13:50Danışıqlarda sükut hökm sürür13:38Badamdarda torpaq sürüşməsi baş verib, 8 ailəyə evlərini tərk etməklə bağlı xəbərdarlıq olunub13:10Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib12:55Badamdar şosesində hərəkət məhdudlaşdırılıb12:30Diaspor sədri Misir parlamentinin komitə sədri ilə görüşüb11:43Bu yolda təmir işləri aparılır11:14Bakı-Gəncə qatarının sürəti tədricən 150-160 km/saata çatdırılacaq10:50“Azərkosmos” ASC-nin nümayəndələri AzTU-da tələbələrlə görüşüblər10:17Soydaşlarımız Kaliforniyada Merilənd prospektinin Arsax adlandırılmasına etiraz edir09:50Məktəblilər üçün ekskursiyalar təşkil edilib09:35Düşmən atəşkəs rejimini 27 dəfə pozub09:00Vergi inzibatçılığında şəffaflıq və səmərəlilik əsas hədəfdir08:34İlahiyyat İnstitutunda Fələstin səfiri ilə görüş keçirilib16:00AQTA sahibkarlara müraciət etdi15:50Mənəvi Dəyərlərin Təbliği Fondu avtomobilləri şəxslərə deyil, dini icmalara verir15:36Bu yolda rənglənmə işləri aparılacaq13:52Prezident İlham Əliyev Qubada Gənclər Parkında yaradılan şəraitlə tanış olub13:40Yeni Texniki Xidmət Məntəqəsinin açılışı olub13:25Yağış yağacaq, havanın temperaturu 3-5 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ13:10Kiber idman turniri keçiriləcək12:52Dövlət Komitəsi yeni layihəyə start verib12:34İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti tədbiri keçirilib12:10Prezident Qubada Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi ilə tanış olub11:51Prezident şimal zonasına gedib11:45Bölmələrin qış mövsümünə hazırlığı yoxlanılır11:28Nardaran sakinlərinin qanuni mülklərinə kim göz dikib?- ŞİKAYƏT10:52Narkomaniyaya qarşı maarifləndirici tədbirləri keçirilir10:38Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb10:06İnsan amili dövlət siyasətinin prioritet istiqamətlərindən biridir09:27Səfir Daşqın Şikarov Əbu-Dabi Ticarət və Sənaye Palatasının baş direktoru Məhəmməd Hilal əl-Muhairi ilə görüşüb09:00Atəşkəs rejimi 25 dəfə pozulub18:35Yardımlıda "Narkomaniyaya qarşı mübarizədə din amili" mövzusunda tədbir keçirilib18:22Prezident bu şəxslərə fəxri ad verdi-SİYAHI18:05Şəki “ASAN Həyat” kompleksinin tikintisinə 19,8 milyon manat ayrılıb17:46Sentyabr ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatlar OPEC-ə təqdim edilib17:11AzTU yeni bir əməkdaşlığa imza atdı16:36Bakı şəhər Prokurorluğunda həbs16:20İqtisadiyyat naziri Çinin Azərbaycandakı səfiri ilə görüşüb16:00Azərbaycan 2020-ci ilde Güllə Atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışına rəsmi evsahibliyi edəcək15:25“Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib14:14Bakıda yeni alternativ teleqüllə istifadəyə verilib13:47Azərbaycanlı jurnalist Misir mətbuatında ermənilərin işğalçılıq siyasətindən yazdı13:32Aİİ fəaliyyətinin ilkin nəticələri ilə bağlı mətbuat açıqlaması verəcək13:06Kiçik yaşlı məktəblidən böyük uğur12:54Təhsil naziri Ceyhun Bayramov Finlandiyada səfərdə olub12:49Sabah hava necə olacaq?12:20Bakıda şagird məktəbə gözyaşardıcı qaz buraxıb, 9 nəfər zəhərlənib11:46Azərbaycanda tələbələr üçün ilk akademik test mərkəzi açılıb11:14Almaniya hökuməti: Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir11:06Zakir Həsənov Özbəkistana gedir11:00Azərbaycanda məhbusları aparan vaqonlar kamera-müşahidə və siqnalizasiya sistemləri ilə təchiz ediləcək10:47Ağsu rayonunda 15 km-lik avtomobil yolu yenidən qurulur10:30“AtaTravel” MMC Prime Travel Market 2018 tədbirində iştirak edib10:10Qarabağ mitinqi siyasi oyunlar üçün keçirilməməlidir09:50Ermənilər iriçaplı pulemyotlardan mövqelərimizi atəşə tutub09:30Aİİ-də xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib09:00“Türk Hava Yolları” AZTA-nın tam hüquqlu üzvü oldu08:33ABŞ nümayəndə heyəti Energetika Nazirliyində olub17:00Lənkəranda çılpaq ilbizlərə qarşı mübarizə tədbirləri davam etdirilir16:49Qalib startapçılarla görüş keçirilib16:09Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulur
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2018 (276)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)

«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsində növbəti mühüm addım

19 apr 2018, 19:17   
Ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsində  növbəti mühüm addım


Newscenter.az.19.04.2018.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanın imzalanması ölkəmizdə şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsinin dövlət başçısının uğurlu sosial siyasətində əsas istiqamətlərdən biri olduğunu təsdiq etməklə, bu sahədə getdikcə gücləndirilən məqsədyönlü tədbirlərin növbəti davamıdır”. Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini icra edən Səlim Müslümov jurnalistlərə müsahibəsində vurğulayıb.

S.Müslümov bildirib ki, şəffaf və ədalətli şəkildə keçirilən Prezident seçkilərində 86,02 faiz səslə möhtəşəm qələbəyə nail olaraq yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilən cənab İlham Əliyevin andiçmə mərasimindən sonrakı gündə və ilk olaraq mühüm sosial müdafiə əhəmiyyəti daşıyan belə bir Fərman imzalaması növbəti 7 ildə də sosial inkişaf kursunun uğurla davam etdiriləcəyini əyani şəkildə sübut edir. Həmin mərasimdə çıxışı zamanı cənab Prezidentin gələcək fəaliyyətində də Azərbaycan vətəndaşının maraqlarının, rifahının daim diqqət mərkəzində olacağını bəyan etməsi bir gün sonra bu Fərmanla bir daha gerçək təcəssümünü tapır.

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəman Vətən övladlarının ailə üzvlərinin rifah halının yaxşılaşdırılması məqsədilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan tədbirlərin son 15 ildə yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdıran S.Müslümov şəhid ailələrinə, həmin döyüşlərdə əlil olmuş insanlara dövlət qayğısının daim artdığını, bu məqsədlə icra olunan proqramların daha da genişləndirildiyini qeyd edib: “Həmin təbəqələrə aid vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər ildən-ilə gücləndirilməklə, ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 6,1 mindən çox müasir tələblərə uyğun yeni mənzil inşa etdirilərək əlil və şəhid ailələrinin istifadəsinə verilib, 6 min nəfərdən çox müharibə əlili və onlara bərabər tutulan vətəndaş minik avtomobili ilə təmin edilib. Onlara verilən imtiyaz və güzəştlərin miqyası da genişləndirilməklə, Prezident cənab İlham Əliyevin müvafiq Fərmanları ilə 2007-ci ildən şəhid ailələrinin, 2008-ci ildən müharibə əlillərinin Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təminatına başlanılıb. Ötən dövrdə bu təqaüdlərin, habelə, onlara ödənilən müavinətlərin, pensiyaların dəfələrlə artırılması təmin olunub”.

S.Müslümov vurğulayıb ki, 19 aprel 2018-ci il tarixli Fərman isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasında daha bir əhəmiyyətli addım kimi ümumən cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb: “Məlum olduğu kimi, 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib və həmin dövrdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişləri ilə bağlı maliyyə təminatı məsələsi həll edilməklə, həmin sığorta ödənişlərinin verilməsi həyata keçirilib. Dövlət başçısının 19 aprel 2018-ci il tarixli Fərmanı isə həmin Qanun qüvvəyə mindiyi günədək, yəni 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsini nəzərdə tutur”.

S.Müslümov bildirib ki, Fərmana uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilməklə, üç ay müddətində Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim ediləcək: “Birdəfəlik ödəmələr həmin ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə onların müraciəti və notariat qaydasında təsdiq olunmuş sənədləri (hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə, hərbi qulluqçunun ölmüş elan edilməsi haqqında məhkəmə qərarı, birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd, birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış) təqdim etmələri əsasında ödəniləcək. Həmçinin birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə veriləcək”.

S.Müslümov diqqətə çatdırıb ki, bununla bağlı Ədliyyə Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan olunması ilə əlaqədar sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçular haqqında, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti isə 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar sığorta ödənişi verilmiş hərbi qulluqçular barədə bir ay müddətində Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verəcəklər: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəmənin verilməsinə dair müraciəti təqdim olunmuş sənədlərlə birlikdə qəbul etməklə, onu müraciətlərin vahid elektron reyestrinə daxil edəcək. Müraciətin daxilolma tarixini, reyestr nömrəsini əks etdirən qəbz müraciət etmiş şəxsə təqdim olunacaq”.

Nazirliyin hərbi qulluqçunun adının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təqdim etdiyi ümumi siyahıda olub-olmamasını müəyyən edəcəyini bildirən S.Müslümov qeyd edib ki, bunun əsasında və Fərmanın digər tələbləri də nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsinə və ya bundan imtina edilməsinə dair qərar qəbul edəcək. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul etdiyi şəxslər barədə məlumatları vəsaitin ayrılması məsələsinin həll edilməsi üçün, mütəmadi olaraq, Maliyyə Nazirliyinin müəyyən etdiyi formaya əsasən həmin Nazirliyə təqdim edəcək. Müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, birdəfəlik ödəmələr nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürüləcək və bu barədə həmin şəxslərə məlumat veriləcək.

S.Müslümov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eyni zamanda, birdəfəlik ödəmə üçün müraciət etmiş və ödəniş almış şəxslər, həmçinin ödənilmiş məbləğ barədə rüblük məlumatı Maliyyə Nazirliyinə təqdim edəcək, eləcə də hərbi qulluqçunun adını, soyadını və atasının adını daxil etməklə, ümumi siyahıda olub-olmamasını yoxlamağa imkan verən internet informasiya resursunun fəaliyyətini təmin edəcək. Bununla yanaşı, Fərmanın icrası olaraq, Maliyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş məlumatlar əsasında müraciətlərin daxilolma ardıcıllığı nəzərə alınmaqla, birdəfəlik ödəmələrin verilməsi ilə əlaqədar maliyyələşmənin həyata keçirilməsi üçün tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulması və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmasını təmin olunacaq.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə xüsusi diqqət və qayğısının daha bir təzahürü olan, həmin ailələrin rifah halının yaxşılaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən bu Fərmanın vaxtlı-vaxtında və tam icrası ilə bağlı aidiyyəti dövlət qurumları birgə fəaliyyət müstəvisində bütün məqsədyönlü tədbirlərin görülməsi təmin olunacaqdır”, deyə S.Müslümov vurğulayıb.
Anar
OXŞAR MÖVZULAR