Impera

XƏBƏR LENTİ
13:39Azərbaycanda "İKT-də qızlar" günü12:47Çin-AB arasında anlaşma, Azərbaycanın gələcək əhəmiyyətini artıran amildir-TƏHLİL12:17ATU Klinikasında ürək qüsuru olan gənc əməliyyat olunub12:00Bakı, Çin kimi nəhəng siyasi və hərbi gücə malik ölkənin Qarabağ münaqişəsində dəstəyini ala bilər-ŞƏRH11:41AQTA iaşə obyektində nöqsanlar aşkar edib11:30Təhsil Nazirliyi “Twitter” istifadəsinə görə üçüncü yerdədir11:14AQTA maarifləndirici tədbirləri davam etdirir11:00Daha bir yolda hərəkət məhdudlaşdırılır10:50“Formula 1” Azərbaycan Qran Prisinə həsr olunmuş poçt markası buraxılıb10:40Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin rayon mərhələsinin nəticələri bəlli olub10:18Azərbaycanda ilk dəfə istixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə üsulu tətbiq edilir10:10İçəri Şəhərin hissə-hissə dağıdılması, Qarabağda ermənilərin tarixi abidələrimizə qarşı vandalizmi ilə eynidir09:55Lənkəranda quduzlaşmış itlər 10 nəfəri dişləyib09:35Müdafiə naziri HHQ-nin aviasiya bazasının yeni komanda məntəqəsinin açılışında iştirak edib - VİDEO09:30Əli Kərimli indi özünü Avropa simpatizanı kimi aparır09:28Düşmən atəşkəs rejimini 30 dəfə pozub08:5037 il əvvəl itkin düşmüş əsgərin cəsədi tapıldı08:37Azərbaycan gömrükçüləri ABŞ-da praktiki təlimlərdə iştirak edirlər08:25Rusiyada Azərbaycan diasporu birləşir08:14Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib08:08Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi07:55Narkotik alverçilərinin təlim keçdiyi tutuquşu saxlanıldı07:48Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vətəndaşları qəbul edib07:42"Azərbaycan Diaspor Könüllüləri" proqramı təqdim edildi07:12Dəm qazı daha bir can aldı07:00Hitlerin ölümqabağı teleqramı üzə çıxdı16:44Saatlı rayonunda çəyirtkəkimilərə qarşı mübarizə ilə bağlı təlim keçirilib16:20Mübariz Qurbanlı Ağcabədidə vətəndaşları qəbul edib15:50"Bakı Metropoliteni" QSC: əlil arabasının daşınması üçün yeni qurğu15:30Altı barmaqlı uşaq ATU-da əməliyyat olundu15:09KOBİA-da Səudiyyə Ərəbistanı Krallığının dövlət və özəl qurumlarının nümayəndələri ilə görüş keçirilib14:47Dövlət Komitəsinin sədri “Mine Mark” Fondunun nümayəndə heyəti ilə görüşüb14:33Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 102 əcnəbi saxlanılıb14:14Türkiyədən Gürcüstana qızıl əşyalarını qanunsuz keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb13:50“Xalq-iqtidar” birliyi antiazərbaycan qüvvələrə əl-qol açmağa imkan verməyəcək13:22Makiavellist siyasət Əli Kərimlinin boyuna biçilib12:55Iran Amerikanın hədəfində12:35Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib12:25Sabunçu rayonunda yol infrastrukturu yenidən qurulur12:08Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə ediləcək silahlara, hərbi və xüsusi texnikaya baxış keçirilib-VIDEO11:45Narkotiklərə nəzarət sahəsində 2018-ci il üçün Ölkə Məruzəsi” hazırlanıb11:34“Şahin” hərbi-idman oyununun rayon birinciliyinin qalibləri müəyyən olub11:13180 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkar olunub10:54“İslam əxlaqı və müasir gənclik” mövzusunda seminar keçirilib10:45Bu yolda xətlənmə işləri aparılır10:05DGK sədrinin vətəndaşların qəbul tarixi dəyişib10:00Nərimanov rayonuna içməli su məhdudiyyətlə veriləcək09:38Mövqelərimiz düşmən tərəfindən atəşə tutulub09:17BNA daha bir proqrama start verir08:20"Vətən saatı" adlı tədbir keçirilib08:00Prezident İlham Əliyev Çinə işgüzar səfərə gedib15:49Türkiyə-ABŞ ziddiyyətləri artır15:17"Azərişıq" və "Azərenerji" "Formula 1" vaxtı birgə işləyəcək15:04Turizm klasterləşməsinin təşviqi prioritet istiqamətlərdəndir14:45Azərbaycan-Fransız Universitetinin tələbələri Bakı metropolitenində14:20Cəmiyyətdə baş verən əksər iyrəncliklərin mayasında korrupsiya və cəzasızlıq mühiti dayanır13:50Növbəti səyyar qəbul keçiriləcək13:36Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib13:24“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı çəkilib-VIDEO13:15ALDP sədri Çernobıl əlili ilə bağlı merə müraciət edib13:03Qar uçqununa düşən əsgərin meyiti tapılıb12:55Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü12:46Mən hər zaman Prezidentimin, xalqımın yanındayam12:36Beynəlxalq reytinq sistemində AzMIU birinci olub12:26“Formula-1” Azərbaycan Qran-prisi telekommunikasiya xidmətləri ilə tam təchiz edilib12:15Xaçmazda Nəsiminin abidəsinin açılışı olacaq11:54İcra başçısının MTN-dən çıxarılan oğlu balıq biznesinə başlayıb-FOTOLAR11:39Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyası yenidən qurulur10:46AQTA Lənkəran və Ağdaş məktəbliləridə maarifləndirici tədbir keçirib10:36"Formula-1"dən qazandığımız və itirdiklərimiz-İQTİSADİ DƏYƏRLƏNDİRMƏ10:20Kitabxanaçılar klubunun üzvləri ilə görüş keçirilib09:55Düşmən atəşkəs rejimini 25 dəfə pozub09:30Təhsil naziri İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb09:00Müdafiə naziri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb19:01Gömrük Akademiyasında gömrük əməkdaşları üçün təlimlərə start verilib18:42Təhsil işçiləri arasında futbol çempionatı keçirilib18:26Dövlət Gömrük Komitəsinin sədri İsrail Dövlətinin səfiri ilə görüşüb17:29Prezident Qazaxda yol tikintisinə 6,8 milyon manat ayırıb16:59Heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri davam edir16:53Balakən rayonunda 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulur16:10Cari ilin 1-ci rübündə dövlət büdcəsinə Vergilər Nazirliyi tərəfindən 1 milyard 672,9 milyon manat vergi səfərbər edilib16:01Millət vəkili seçicilərlə görüşüb15:57“Azərsu” yeni elektron xidmət istifadəyə verib15:36Azərbaycan nümayəndə heyəti minalarla bağlı beynəlxalq konfransda iştirak edib15:24Ukraynalılar yeniliyə səs verdi15:14Bu ilin 3 ayı ərzində ölkədə 10 minə yaxın elektron imza sertifikatı istifadəyə verilib15:01Füzuli Ələkbərovdan ölkənin imicinə böyük zərbə: sabiq nazir BMW-ni və dövləti necə aldadır?-ŞOK FAKTLAR14:48Bölgələrdə sarı pas xəstəliyinə qarşı kimyəvi mübarizə tədbirləri aparılır14:38Qoyunlar və keçilər infeksion bradzot xəstəliyinə görə vaxtında peyvənd olunmalıdır14:27DGK ölkəyə minik avtomobilləri gətirən şəxslərin gömrük rəsmiləşdirilməsi zamanı əlavə ödənişlərə məcbur edilməsi xəbərini təkzib etdi14:15Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib13:53Hərbi təyyarələrimiz təlim-məşq uçuşlarına başlayıb-VIDEO13:38Rüfət Quliyev: “Seçki zamanı hər hansı bir problem qeydə alınmayıb”13:20Azərbaycan-Türkiyə birgə hərbi təlimi keçiriləcək12:56Azərbaycana xain gözlə baxanlar12:26Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər vergi yükünü azaldıb11:57Makedoniyanın Beynəlxalq Balkan Universitetinin rektoru Azərbaycana gəlir11:46Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştirak edəcək11:39Türk “iş adamı”ndan istintaqa təzyiq: “Ərdoğana deyəcəm, Türkiyə mediasına çıxaracam…”-ŞİKAYƏT+VİDEO11:10Xətlənmə işləri aparılacaq
BÜTÜN XƏBƏRLƏR
Aprel 2019 (480)
Mart 2019 (323)
Fevral 2019 (330)
Yanvar 2019 (397)
Dekabr 2018 (355)
Noyabr 2018 (438)

«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Ümummilli Liderin anadan olmasının 95-ci ildönümü ilə bağlı keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

12 may 2018, 15:13   
Ümummilli Liderin anadan olmasının 95-ci ildönümü ilə bağlı keçirilmiş müsabiqənin nəticələri açıqlanıb


Newscenter.az.12.05.2018. Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən tələbə, magistr və doktorantlar arasında təşkil edilən elmi məqalə müsabiqəsinə yekun vurulub.

Newscenter.az-a nazirliyin mətbuat xidmətindən bildirilib ki, mayın 12-də İqtisadiyyat Nazirliyinin nümayəndələrinin, KİV əməkdaşlarının və müsabiqə iştirakçılarının iştirakı ilə müsabiqənin nəticələri açıqlanıb. Bununla əlaqədar keçirilən tədbirdə əvvəlcə Ümummilli Liderin həyat və fəaliyyətinə dair film nümayiş olunub. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov tədbirdəki çıxışında müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən, dahi siyasət korifeyinin dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatın inkişafında əvəzsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən Ulu Öndər ölkəni xaos və böhrandan xilas edib, vətəndaş müharibəsinin qarşısını alıb, atəşkəsə nail olub, ölkədə siyasi sabitlik yaradıb. Heydər Əliyevin rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilib.

Ümummilli Liderin davamlı və dayanıqlı, sosialyönümlü və innovativ iqtisadiyyatın formalaşması istiqamətində həyata keçirdiyi strategiya, o cümlədən neft, aqrar islahatlar, özəlləşdirmə, regionların tarazlı inkişafı, sahibkarlığın formalaşdırılması, infrastrukturun, yeni istehsal sahələrinin yaradılması, nüfuzlu beynəlxalq maliyyə institutları ilə əlaqələrin qurulması kimi kompleks tədbirlər sonrakı illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Ulu Öndərin siyasi kursu hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə müstəqil Azərbaycan inkişaf edir, dünyada nüfuzu artır. Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzi, beynəlxalq layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Nazirliyinin Aparat rəhbəri, Müsabiqə Komissiyasının sədri Ayaz Əliyev müsabiqə barədə məlumat verib. Qeyd olunub ki, İqtisadiyyat Nazirliyi tərəfindən 13 aprel 2018-ci il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı tələbə, magistr və doktorantlar arasında elmi məqalə müsabiqəsi elan edilib. Ümumilikdə müsabiqəyə ölkəmizdə aparılan iqtisadi islahatlara, kiçik və orta sahibkarlığın inkişafına və “Made in Azerbaijan” brendinin təşviqinə dair 27 elmi məqalə təqdim olunub. Bütün elmi məqalələr İqtisadiyyat Nazirliyində yaradılmış Komissiya tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib.

Tədbirdə qaliblər elan olunub, onlara diplomlar və mükafatlar təqdim edilib. Ümumiyyətlə isə, bütün müsabiqə iştirakçıları diplomlarla təltif olunub.
Aygün
OXŞAR MÖVZULAR