Impera

XƏBƏR LENTİ
13:20İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib13:00Bu yolda təmir işləri aparılır12:55Sabahın hava proqnozu açıqlanıb12:05“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib11:50Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub11:39Prezident İlham Əliyev Lənkəran rayonuna səfərə gedib11:33AQTA əməkdaşı nüfuzlu beynəlxalq təşkilatın işçi qrupuna üzv seçilib11:22Qanunsuz ova cəhd edən şəxslər 4000 manat cərimələnib, 3 ov tüfəngi götürülüb11:1224/7 Sahibkarlıq proqramına start verilir10:43Şəkidə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib10:00Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək09:26Aqrar kadr bazarına sahiblənməliyik09:00Erməniər atəşkəs rejimini 28 dəfə pozub19:20Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib19:00AzTU ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb18:25“İdeyadan Biznesə” startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib18:15Daşkəsəndə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib18:00Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu17:55Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib17:49Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək17:34Prezident İlham Əliyev jurnalistin sağlıq durumu ilə bağlı müvafiq göstəriş verib17:25Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunda pərakəndə satış müəssisələrinin rəhbərlərinə təlim keçirilir17:18İlk səyyar qəbul keçirilib17:04ATXƏM sədri dünyaca məşhur professorla görüşdü16:35Texniki Universitetlə Voronej Dövlət Texniki Universiteti arasındakı əməkdaşlıq yenilənib16:20AQTA maarifləndirmə tədbirləri çərçivəsində “Sağlam məktəbli” layihəsinə start verib16:18Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:43Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:23100-ə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb15:19Sabah hava necə olacaq?15:01Azərbaycan MOM-un xərçəng xəstəliyi ilə mübarizə üsulları Londonda müzakirə edilib14:48Azərbaycanın energetika naziri Pərviz Şahbazov “AmCham”ın üzvləri ilə görüşüb14:30Şuranın dəstəklədiyi layihə çərçivəsində müzakirələr keçirilir14:00Bakıda “Sahibkar-Peşə təhsili əməkdaşlığı” mövzusunda konfrans keçiriləcək13:50Danışıqlarda sükut hökm sürür13:38Badamdarda torpaq sürüşməsi baş verib, 8 ailəyə evlərini tərk etməklə bağlı xəbərdarlıq olunub13:10Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib12:55Badamdar şosesində hərəkət məhdudlaşdırılıb12:30Diaspor sədri Misir parlamentinin komitə sədri ilə görüşüb11:43Bu yolda təmir işləri aparılır11:14Bakı-Gəncə qatarının sürəti tədricən 150-160 km/saata çatdırılacaq10:50“Azərkosmos” ASC-nin nümayəndələri AzTU-da tələbələrlə görüşüblər10:17Soydaşlarımız Kaliforniyada Merilənd prospektinin Arsax adlandırılmasına etiraz edir09:50Məktəblilər üçün ekskursiyalar təşkil edilib09:35Düşmən atəşkəs rejimini 27 dəfə pozub09:00Vergi inzibatçılığında şəffaflıq və səmərəlilik əsas hədəfdir08:34İlahiyyat İnstitutunda Fələstin səfiri ilə görüş keçirilib16:00AQTA sahibkarlara müraciət etdi15:50Mənəvi Dəyərlərin Təbliği Fondu avtomobilləri şəxslərə deyil, dini icmalara verir15:36Bu yolda rənglənmə işləri aparılacaq13:52Prezident İlham Əliyev Qubada Gənclər Parkında yaradılan şəraitlə tanış olub13:40Yeni Texniki Xidmət Məntəqəsinin açılışı olub13:25Yağış yağacaq, havanın temperaturu 3-5 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ13:10Kiber idman turniri keçiriləcək12:52Dövlət Komitəsi yeni layihəyə start verib12:34İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti tədbiri keçirilib12:10Prezident Qubada Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi ilə tanış olub11:51Prezident şimal zonasına gedib11:45Bölmələrin qış mövsümünə hazırlığı yoxlanılır11:28Nardaran sakinlərinin qanuni mülklərinə kim göz dikib?- ŞİKAYƏT10:52Narkomaniyaya qarşı maarifləndirici tədbirləri keçirilir10:38Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb10:06İnsan amili dövlət siyasətinin prioritet istiqamətlərindən biridir09:27Səfir Daşqın Şikarov Əbu-Dabi Ticarət və Sənaye Palatasının baş direktoru Məhəmməd Hilal əl-Muhairi ilə görüşüb09:00Atəşkəs rejimi 25 dəfə pozulub18:35Yardımlıda "Narkomaniyaya qarşı mübarizədə din amili" mövzusunda tədbir keçirilib18:22Prezident bu şəxslərə fəxri ad verdi-SİYAHI18:05Şəki “ASAN Həyat” kompleksinin tikintisinə 19,8 milyon manat ayrılıb17:46Sentyabr ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatlar OPEC-ə təqdim edilib17:11AzTU yeni bir əməkdaşlığa imza atdı16:36Bakı şəhər Prokurorluğunda həbs16:20İqtisadiyyat naziri Çinin Azərbaycandakı səfiri ilə görüşüb16:00Azərbaycan 2020-ci ilde Güllə Atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışına rəsmi evsahibliyi edəcək15:25“Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib14:14Bakıda yeni alternativ teleqüllə istifadəyə verilib13:47Azərbaycanlı jurnalist Misir mətbuatında ermənilərin işğalçılıq siyasətindən yazdı13:32Aİİ fəaliyyətinin ilkin nəticələri ilə bağlı mətbuat açıqlaması verəcək13:06Kiçik yaşlı məktəblidən böyük uğur12:54Təhsil naziri Ceyhun Bayramov Finlandiyada səfərdə olub12:49Sabah hava necə olacaq?12:20Bakıda şagird məktəbə gözyaşardıcı qaz buraxıb, 9 nəfər zəhərlənib11:46Azərbaycanda tələbələr üçün ilk akademik test mərkəzi açılıb11:14Almaniya hökuməti: Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir11:06Zakir Həsənov Özbəkistana gedir11:00Azərbaycanda məhbusları aparan vaqonlar kamera-müşahidə və siqnalizasiya sistemləri ilə təchiz ediləcək10:47Ağsu rayonunda 15 km-lik avtomobil yolu yenidən qurulur10:30“AtaTravel” MMC Prime Travel Market 2018 tədbirində iştirak edib10:10Qarabağ mitinqi siyasi oyunlar üçün keçirilməməlidir09:50Ermənilər iriçaplı pulemyotlardan mövqelərimizi atəşə tutub09:30Aİİ-də xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib09:00“Türk Hava Yolları” AZTA-nın tam hüquqlu üzvü oldu08:33ABŞ nümayəndə heyəti Energetika Nazirliyində olub17:00Lənkəranda çılpaq ilbizlərə qarşı mübarizə tədbirləri davam etdirilir16:49Qalib startapçılarla görüş keçirilib16:09Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulur15:50Dəmir yolunda “Sağlamlıq günü” keçirilib15:31Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib14:00BSU nəzdində Məktəb-Lisey Kompleksində növbəti metodiki seminar keçirilib13:41Sabah hava yağmursuz olacaq12:45KOBİA və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2018 (271)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)

«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“Sahibkarlar Günü”nə həsr olunmuş Konfrans keçirilib

25 may 2018, 16:35   
“Sahibkarlar Günü”nə həsr olunmuş Konfrans keçirilib


Newscenter.az.25.05.2018.
Mayın 25-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş Konfransda aidiyyəti dövlət qurumlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Newscenter.az-a nazirliyin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət edilib, abidəsi önünə çiçək dəstələri düzülüb. Konfrans iştirakçıları həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar.

Bakı Biznes Mərkəzinin foyesində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti və Sənaye şöbələrinin, Sahibkarlığa Kömək Milli Fondunun, AZPROMO-nun, Azərbaycan İnvestisiya Şirkətinin, sənaye parklarının və məhəllələrinin, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin, “Təmiz Şəhər” ASC-nin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Banklar Assosiasiyasının sahibkarlığın inkişafı və dəstəklənməsi sahəsində gördüyü işlərə dair stendlər quraşdırılıb, maarifləndirici materiallar yerləşdirilib. Müvafiq qurumların nümayəndələri təmsil etdikləri sahələr üzrə Konfrans iştirakçılarına ətraflı məlumat verib, KİV nümayəndələrinin suallarını cavablandırıblar.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ölkəmizin hərtərəfli inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi, özəl sektorda da sürətli inkişafa nail ounduğunu, bu istiqamətdə bir çox sistemli və ardıcıl tədbirlərin, kimpleks islahatların həyata keçirildiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq üçüncü ildir ki, keçirilən “Sahibkarlar Günü” də sahibkarlara göstərilən qayğının bariz nümunəsidir.
Şahin Mustafayev vurğulayıb ki, aprelin 11-də keçirilmiş Prezident seçkiləri bir daha xalqımızın son 15 il ərzində ölkəmizdə görülmüş genişmiqyaslı işləri yüksək qiymətləndirdiyini və Azərbaycanda sabitliyi, əmin-amanlığı, iqtisadi inkişafı təmin edən siyasəti dəstəklədiyini bir daha təsdiq edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqaməti kimi ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb. “Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq qanunvericiliyin təkmilləşdirilməsi, şəffaf inzibati tənzimləmə, dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin etibarlı müdafiəsi təmin edilir. İqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafının dəstəklənməsi dövlət başçısının daim diqqətindədir və bu istiqamətdə yeni iqtisadi islahatlar paketi reallaşdırılır. Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilədək dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin sayı əhəmiyyətli dərəcədə azaldılıb, prosedurlar sadələşdirilib və lisenziyaların elektron qaydada verilməsi üçün “Lisenziyalar və icazələr” portalı istifadəyə verilib, investisiyaların və ixracın təşviqi mexanizmləri tətbiq olunur, yerli istehsalın dəstəklənməsi üçün kompleks və ardıcıl tədbirlər həyata keçirilir, dövlət satınalmalarında yerli istehsala üstünlük verilir. Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb, vergi və gömrük prosedurları sadələşdirilib. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində son 15 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə, sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə artıb, özəl bölmənin payı artaraq ÜDM-də 84%-i, məşğulluqda isə 75%-i ötüb, 90 mindən çox müəssisə yaradılıb.

Görülmüş tədbirlər beynəlxalq hesabatlarda da öz müsbət əksini tapır. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatlarında Azərbaycan 2005-ci ildən 2017-ci ilədək olan dövrdə 69-cu yerdən 35-ci yerə yüksəlib və 2009-cu ildən indiyə kimi MDB-də liderliyini qoruyub saxlayır. “Doing Business 2018” hesabatında Azərbaycan ötən illə müqayisədə 8 pillə irəliləyib və 190 ölkə arasında 57-ci pillədə qərarlaşıb, Avropa və Mərkəzi Asiya regionunda 4 və daha çox islahat aparan 3 ölkədən biridir.

İqtisadiyyat naziri qeyd edib ki, qeyri-neft sektorunda istehsal və ixrac potensialının artırılması məqsədilə Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları, Mingəçevir, Pirallahı və Milli Elmlər Akademiyasının yüksək texnologiya parkları, Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələrinin yaradılması istiqamətində əhəmiyyətli işlər görülüb, tikintisi tamamlanmış sənaye zonalarında müasir standartlara uyğun müəssisələr fəaliyyətə başlayıb. 2,5 milyard manatlıq investisiya qoyuluşunu nəzərdə tutan 271 layihə üçün İnvestisiya Təşviqi Sənədi verilib. Artıq bu layihələrin 130-u üzrə müəssisələr fəaliyyətə başlayıb. Hazırda 30 rayon üzrə 191,8 min hektar ərazidə 45 aqroparkın yaradılması təşviq olunur. Xaçmaz, Şəmkir və Cəlilabad aqroparklarında 1-ci mərhələ üzrə işlər başa çatıb. 2018-ci ildə 15 aqroparkın istifadəyə verilməsi gözlənilir.

İndiyədək 35 mindən çox sahibkara 2,2 milyard manatadək güzəştli kredit verilib. 2018-ci ildə isə qaytarılmış kreditlər hesabına sahibkarlara minimum 170 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.
Ölkəmizin xarici iqtisadi əlaqələrinin genişləndirilməsində ixrac təşviqi mexanizmləri xüsusi əhəmiyyət kəsb edir və indiyədək xarici ölkələrə 13 ixrac missiyası təşkil olunub, sahibkarlara 4,6 milyon manat ixrac təşviqi ödənilib, ölkəmiz 11 beynəlxalq sərgidə “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunub. Sahibkarlardan bazar araşdırmalarının aparılması üçün 50-yə yaxın sifariş daxil olub və artıq 12 bazar araşdırması aparılıb. Belarusda Azərbaycan Ticarət Evi artıq 1 ildən çoxdur ki, sahibkarların istifadəsindədir. Latviya və Ukraynada da Azərbaycan ticarət evlərinin yaradılması işləri yekunlaşmaq üzrədir. Çin, Rusiya, BƏƏ və Polşada Azərbaycanın ticarət nümayəndələri təyin edilib. Dövlət-özəl əməkdaşlığının genişləndirilməsi üçün 15 istehsalçılar və ixracatçılar assosiasiyası, İxracatçılar Klubu yaradılıb. Yerli istehsalının potensialının yüksəldilməsi və ixracın dəstəklənməsi tədbirləri nəticəsində qeyri-neft ixracı 2017-ci ildə 24,4%, 2018-ci ilin I rübündə isə 35%-ə yaxın artıb. Eyni zamanda Azərbaycanın tranzit potensialının yüksəldilməsi məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi istifadəyə verilib ki, bu da sahibkarlar üçün geniş imkanlar açır, özəl bölmənin fəaliyyətini stimullaşdırır. İqtisadiyyat naziri sahibkarlara göstərdiyi böyük diqqət və qayğıya, yaradılan əlverişli şəraitə görə dövlət başçısına bir daha minnətdarlığını bildirib, iş adamlarını “Sahibkarlar Günü” münasibətilə təbrik edib.

Sonra sahibkarlığın inkişafına həsr olunmuş “Dayanıqlı inkişaf. Güclü sahibkarlıq” filmi nümayiş olunub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri, akademik Ziyad Səmədzadə dövlət başçısının rəhbərliyi ilə son dövrlərdə ölkəmizdə sahibkarlıq sahəsində həyata keçirilən effektli islahatlar və qəbul edilən qanunvericilik aktlarının sahibkarlığın inkişafında önəmli rolunu diqqətə çatdırıb, özəl bölmənin və biznes mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə fikirlərini bölüşüb.
Sahibkarlarla bağlı xüsusi günün qeyd edilməsinin ölkədə biznes mühitinə, özəl sektora verilən böyük önəmin göstəricisi olduğunu bildirən Vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan dəyişikliklərin başlıca prinsipləri, vergi ödəyiciləri ilə münasibətdə şəffaflığın təmin olunması, onların qarşılaşdığı məsələlərin həll olunması istiqamətində görülən işlər barədə danışıb.

Kənd təsərrüfatı naziri İnam Kərimov çıxışında kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən tədbirlərdən, aqrar sahəin inkişafında sahibkarlığın rolundan bəhs edib, Azərbaycan dövlətinin daim sahibkarlara dəstəyini davam etdirdiyini vurğulayıb.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tədbirdəki çıxışında dövlət başçısının rəhbərliyi ilə gömrük sahəsində həyata keçirilən islahatlar, həyata keçirilən tədbirlərin iqtisadiyyatın və ticarətin inkişafındakı rolu, gömrük orqanlarının modernləşdirilməsi, gömrük işinin daha səmərəli təşkili istiqamətində həyata keçirilən innovativ tədbirlər barədə məlumat verib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib ki, dövlət başçısı tərəfindən “Sahibkarlar Günü”nün qeyd edilməsi ilə bağlı Sərəncamı özəl bölməyə ölkə iqtisadiyyatında əsas prioritet istiqamətlərdən biri kimi böyük önəm verildiyinin daha bir nümunəsidir. Səttar Mehbalıyev sahibkarlıq subyektlərində işçilər üçün əlverişli və təhlükəsiz əmək şəraitin yaradılmasının əhəmiyyətini, sosial məsuliyyətin vacibliyini, sahibkarların sosial məsələlərin həllində mühüm rol oynadığını vurğulayıb.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, dövlət başçısının özəl bölmənin inkişafına göstərdiyi dəstək sahibkarların daha yaxşı işləməsində, ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın rolunun artırılmasında önəmlidir. Azərbaycanın biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahat aparan ölkələrdən olduğunu diqqətə çatdıran Məmməd Musayev qüdrətli və müasir Azərbaycanın davamlı inkişafı üçün sahibkarların da çox işlər görməli olduğunu qeyd edib və bu sahədə Konfederasiyasının görəcəyi işlər barədə məlumat verib.

Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov kiçik və orta sahibkarların fəaliyyətinin əlaqələndirilməsi, onlara göstərilən dəstəyin ünvanlılığının təmin edilməsi və bu sahənin inkişafının stimullaşdırılması məqsədilə yaradılmış agentliyin fəaliyyətinin təşkili istiqamətində tədbirlərin görüldüyünü, qurumun KOS-lara dəstək tədbirləri barədə danışıb, göstərilən xidmətlərin bir məkanda – “Kiçik və Orta Sahibkarlıq Evi”ndə birləşdirəcəyini qeyd edib.

Sonra Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunub.
Konfransda çıxış edən sahibkarlar son dövrlərdə həyata keçirilən islahatları, bu istiqamətdə qəbul edilmiş hüquqi aktları böyük razılıqla qarşıladıqlarını bildirib və sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya, həyata keçirilən çoxsaylı dəstək tədbirlərinə, fəaliyyətlərinə verilən yüksək qiymət üçün dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.
Aygün
OXŞAR MÖVZULAR