Impera

XƏBƏR LENTİ
22:39Gənclər təşkilatıları Prezidentə müraciət edir - Yaş senzi ilə bağlı15:55AQTA-nın sahibkarlara müraciət edib15:35“Dəyişikliklərə doğru”: Bakıda üçüncü dəfə “SHE Congress”keçiriləcək13:51İlham Əliyevlə Paşinyan Amerikada görüşəcək?13:19İTV-nin Yayım Şurasının iclası keçirilib13:07Zakir Həsənov Rusiyanın hərbi attaşesi ilə görüşüb12:49Xocəsən-Lökbatan avtomobil yolunun 11 km-lik hissəsi yenidən qurulur12:13Müsabiqənin ilk mərhələsi başa çatıb11:56AzTU-da təhsil, texnologiya və biznes səyləri birləşdirilir11:13Ermənistan xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirən Mehdibəy Səfərov yeni partiya təsis edir10:46Aİİ-də Heydər Əliyev təqaüdü təsis edilib10:00Paytaxt məktəblisi Respublika müsabiqəsinin qızıl medalçısı olub09:24Atəşkəs rejimi 23 dəfə pozulub18:36Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib18:17Respublika fənn olimpiadalarının nəticələri açıqlanıb17:48Doktorant, tələbə və AMEA-nın magistrantlarının təqaüdlərinin məbləğləri müəyyənləşdirilib17:31Dövlət Miqrasiya Xidmətində RESTART layihəsinin tərəfdaşlarının ilk görüşü keçirilib17:25Ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği artırılıb17:205 mart Bədən Tərbiyəsi və İdman Günü tədbirləri Gəncədə keçiriləcək16:41“Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib16:07Metropolitençilər qan verib15:46Cəbhə bölgəsində maarifləndirmə tədbiri keçirilib15:28“Müasir Azərbaycan Qadını – 4” layihəsinin açılış mərasimi keçirildb15:02Qazaxın içməli su təchizatı yenidən qurulur14:40Səyyar ASAN Kommunal Səbaildə14:386,4 km magistral su kəməri çəkiləcək14:00AzTU ilə Əfqanıstan universitetləri arasında əməkdaşlıq perespektivləri müzakirə olunub13:43Paytaxtda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var13:10Miqrasiya Xidməti Anlaşma Memorandumu imzalayıb13:00Sükan arxasında siqaret çəkən sürücülər cərimə olunacaq12:46Binəqədi rayonunda 15-ə yaxın küçə və yolda təmir-bərpa işləri aparılır12:30Nazirin qəbul vaxtı dəyişdirildi12:13“Kiçik Akademiya”ların fəaliyyəti gücləndirilir11:37Vergilər Nazirliyində kollegiya iclası keçirilib10:41Aİİ-də “Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş olunacaq10:20“Nikoil Bank”ın vəzifəli əməkdaşları həbs edilib09:10Düşmən 27 dəfə atəşkəsi pozub08:31Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı15:20Miqrasiya Xidmətinə 5 min 940 müraciət daxil olub15:05“İrəli” sədri təltif olunub14:52Ali Baş Komandan əsgərlərlə bir süfrə arxasında14:46"İdeyadan Biznesə" layihəsinin ikinci mərhələsinə start verilir13:06Prezident Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun açılışında iştirak edib11:22Özünə millətçi deyən şəxs xarici dövlətdən dəstək istəməz11:00Fiziki tərbiyə müəllimləri üçün seminarlar keçirilib10:24Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi09:40Ermənilər 29 dəfə atəşkəsi pozub09:00Ölkəmiz “Rəqəmli Bazarların Harmonizasiyası” üzrə beynəlxalq tədbirdə təmsil olunub18:25İqtisadiyyat naziri Rene Van der Linden ilə görüşüb17:57Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib17:34“Türk Hava Yolları” təhlükəsizlik üzrə yeni təlimatvideosu hazırlayıb17:16Prezidentdən yeni təyinat17:14Gürgən qəsəbəsi və “Qoşa Qışlaq” yaşayış massivinin yolları yenidən qurulur16:00Qəbələ “KOB Dostu” sahibkarların xidmətində15:49Keçən ay 4 rayon üzrə 14 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanıb15:23Boks üzrə açıq birincilik başa çatıb14:20“Xətai” stansiyasında yeni eskalatorlar quraşdırılır13:53“Azərenerji” enerjisistemin Dispetçer İdarəetmə Mərkəzini yenidən qurur13:26Prezidentin zəlzələ ərazisindəki sakinlərlə görüşü onlarda böyük ruh yükəsəkliyi yaratdı12:17Paytaxtda daha bir otel istifadəyə verilib11:49İlahiyyat İnstitutunun kataloqu çap olunub11:19Naxçıvan Qarnizonu qoşunlarında təlim-metodiki toplantı keçirilib10:48İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri keçirilir10:10Bakıda Xıdır Nəbi bayramı qeyd edilib09:54Təmas xəttində monitorinq keçiriləcək09:00Düşmən 21 dəfə atəşkəs rejimini pozub13:52Bakı-Şamaxı avtomobil yolunda hərəkət sürəti artırılır13:23Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək13:00Məktəblilər Avropadan medalla qayıdıb12:48“Veysəloğlu” şirkətlər qrupu “Gələcək Qurmaq” üçün yola çıxdı12:30Çexiya ilə təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib12:00Prezident vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə böyük diqqət yetirir11:47İlham Əliyevin apardığı xarici siyasətin növbəti qələbəsi11:34Azərbaycanın dövlət sərhədini pozmaq istəyən şəxs zərərsizləşdirilib11:22“Azəriqaz”ın abunəçilərinin sayı 2,2 milyona çatıb10:36Aİİ-də payız semestrinin ilk qış imtahan sessiyası yekunlaşıb10:26Xocalı soyqırımının 27-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiqlənib10:15Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçiriləcək10:00Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun təməli qoyulub09:17Yeni layihələr Azərbaycan - Rusiya iqtisadi-ticarət əməkdaşlığına növbəti töhfədir08:50Atəşkəs rejimi 25 dəfə pozulub17:50Prezident İlham Əliyev minimum əməkhaqqını 38,4 faiz artırıb17:19Azad Rəhimov vətəndaşları qəbul edib16:50Türk Şurasına üzv dövlətlər arasında təcrübəsi mübadiləsi keçirilib16:30Məlumat Hesablama Mərkəzi "Lightest” – "qlobal etibarlılıq” layihəsi çərçivəsində Kopenhagendə keçirilən konfransda təmsil olunub16:14ATU-da yaşlı qadına böyrək köçürülüb16:00Müxalifət ölkə rəhbərindən ibrət götürsün15:48Bir qrup iş adamı və təhsil eksperti ADAU-da olub15:36İctimai Birlik sədrindən radikallara mesaj- Gör nə qədər ələbaxımsınız15:22Üç rayon üzrə qəbul keçirilib15:12Xərçəng xəstəliyi niyə cavanlaşır?15:06Bu yolda hərəkət qismən məhdudlaşdırılıb14:42Ramin Quluzadə Hacıqabulda vətəndaşları qəbul edib14:27Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzi yaradılır14:11Azərbaycan İlahiyyat İnstitutununbirillik fəaliyyəti ilə bağlı tədbir təşkil olunub13:58“Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib13:41Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb13:13Təhsil naziri Neftçala şəhərində vətəndaşları qəbul edir12:48Alagözlü Leyla-HEKAYƏ12:22Türkiyənin Beynəlxalq Elm, Mədəniyyət və İdman Dərnəyinin(UBİKS) rəhbəri ADAU-da olub
BÜTÜN XƏBƏRLƏR
Fevral 2019 (201)
Yanvar 2019 (397)
Dekabr 2018 (355)
Noyabr 2018 (438)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Şuranın fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə yubiley mərasimi keçirilib

22 in 2018, 21:48   
Şuranın fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə  yubiley mərasimi keçirilib


Newscenter.az.22.06.2018. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə yubiley mərasimi keçirilib.

Newscenter.az xəbər verir ki, mərasimdə açılış nitqiylə çıxış edən Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin qurucusu olduğunu bildirib. Azay Quliyev deyib ki, Şuranın yaradılması Azərbaycanda vətəndaş cəmiyyətinin milli əsaslarının möhkəmləndirilməsi, QHT sektorunun xarici donordan asılılığınının minumuma endirilməsi prosesinin başlanğıcı olub. Bununla dövlət sözün yaxşı mənasında QHT sektoruna dəstək verməyə və ona sahib durmağa başladı: “Şuranın yaradılması ilə QHT-hökumət münasibətləti yeni keyfiyyət mərhələsinə qədəm qoydu.QHT-lər dövlət qurumlarının etibarlı tərəfdaşına çevrildilər. Qeyri-hökumət təşkilatı haqqında əvvəlki illərdə olan antihökumət və ya antidövlət assosiyasiyası yavaş–yavaş aradan qalxdı. Şura cəmiyyəti maraqlandıran və narahat edən ən müxtəlif problemlərin, ictimai əhəmiyyətli məsələlərin həllinə QHT sektorunu yaxından cəlb edə bildi. Milli maraqların təminatı, ölkəmizin beynəlxalq arenada layiqincə təmsil olunması istiqamətində dövlətçiliymizə və xalqımıza bağlı olan bütün QHT-ləri səfərbər etdi”.

Azay Quliyev vurğulayıb ki, Şuranın yaradılması ilə ixtisaslaşmış milli donor institutunun əsası qoyuldu: “Milli donor sözünü təsadüfən işlətmirəm, çünki Şuraya qədər xarici donorlar milli məsələlərə dair heç bir təşəbbüsü dəstəkləməyiblər. Yaxşı xatırlayıram: 1998-ci ildə, düz 20 il bundan öncə Soros fondunun ölkə üzrə direktoru Devit Stabsdan işğal olunmuş torpaqlarımız haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması, şəhid ailələrinə və müharibə veteranlarına yardım edilməsi, hərbi vətənpərvərliklə əlaqədar təşəbbüslərin fond tərəfindən niyə dəstəklənmədiyinin səbəbini soruşdum. O isə açıq şəkildə dedi ki, bu sizin daxili probleminizdir və bizi maraqlandırmır. O vaxtın acı reallığı idi bu. Şuranın yaranması ilə dövlət məhz xarici donorların imtina etdiyi, lakin ölkəmiz üçün milli məsələ hesab olunan sahələri prioritet sahə elan etdi və bu istiqamətlərə dəstək verməyə başladı”.

Şura sədri bildirib ki, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, Xocalı soyqırımına ədalətli qiymətin verilməsi və ölkəmizin məruz qaldığı təcavüz aktının ifşa edilməsi istiqamətində Heydər Əliyev Fondunun və şəxsən 1-ci vitse prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr hər zaman QHT sektoru və Şura üçün nümunə olub: “Bu baxımdan qeyd olunan istiqamətlər üzrə dövlətimizin həyata keçirdiyi siyasətə ictimai dəstək vermək məqsədilə Şura dünyanın 43 ölkəsinin 100-dən çox şəhərində Ermәnistanın Azәrbaycan torpaqlarını işğal etməsi, 1 milyondan cox azәrbaycanlı qaçqın vә mәcburi köçkünün hәyatı vә taleyi, Xocalı

soyqırımının dәhşәtlәri haqqında mәlumatları yaymağa və müxtəlif tədbirlər keçirməyə nail olub. Şuranın dəstəyilə Avropa universitetlәrindә Qarabağ guşәlәri yaradılıb, çoxlu sayda və müxtəlif dillərdə filmlәr cәkilib, kitablar yazılıb, teatr tamaşaları sәhnәyә qoyulub”.

Azay Quliyev deyib ki, əldə olunan bütün nailiyyətlərə görə yalnız möhtərəm prezidentimiz cənab İlham Əliyevə borcluyuq: “Fürsətdən istifadə edib Azәrbaycanda vәtәndaş cәmiyyәtinin inkişafına, demokratik dәyәrlәrin qorunmasına vә QHT-lәrә göstәrdiyi diqqәt vә qayğıya gorә hörmәtli prezidentimiz cәnab İlham Əliyevә ictimai sektor adından dәrin minnәtdarlığımızı bildirir vә dövlət başçısını әmin edirik ki, bundan sonra da Şura olaraq milli maraqlarımızın qorunması, vәtәndaş cәmiyyәtinin güclәnmәsi, QHT-lәrlә hökumәt arasında dialoqun vә әmәkdaşlığın dәrinlәşmәsindә üzәrimizә düşәn vәzifәlәri layiqincә yerinә yetirmәyә çalışacağıq”.

Yubiley mərasimində Şuranın 10 illik fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənov çıxışında bildirib ki, Şura ölkədə vətəndaş cəmiyyəti təsisatlarının möhkəmləndirilməsi, dövlət və ictimai sektor arasında əməkdaşlığın səmərəli modelinin tapılması yönündə aparılan axtarışların nəticəsi kimi meydana çıxıb: “Qeyri-hökumət təşkilatlarının iştirakı ilə formalaşdırılmış bu ixtisaslaşmış qurumun əsas vəzifəsi sözügedən konsepsiyada təsbit olunmuş istiqamətlər üzrə üçüncü sektora yardım göstərmək, cəmiyyət həyatının bütün sahələrində qeyri-hökumət təşkilatlarının rolunun artırılmasına nail olmaq idi. Əminliklə qeyd etmək olar ki, Şura qısa müddət ərzində ona bəslənilən ümidləri doğrultmuş, üzərinə düşən missiyanı uğurla yerinə yetirə bilib. Şura bu gün həm vətəndaş təşəbbüslərinin dəstəklənməsində, həm də ictimai fəaliyyətin dövlət maraqları və milli-mənəvi dəyərlərlə uzlaşdırılmasında əhəmiyyətli rol oynayır”.

Əli Həsənov deyib ki, həm Azərbaycan dövlətinin, həm də xarici donorların ayırdıqları qrantlar bu gün şəffaf şəkildə məqsədə uyğun istifadə edilir: “Bu gün Azərbaycanda QHT təmsilçiləri var ki, vəzifə təklif olunur, imtina edirlər.Onlar artıq QHT sahəsində məslək sahibi kimi formalaşıblar. QHT sektorunda fəal insanlar üçün faktiki iş yerləri açılıb. Azərbaycanda 26 il ərzində QHT sektoruna 306 milyon manata yaxın vəsait ayrılıb. QHT Şurası isə ötən 10 il ərzində QHT layihələrinin maliyyələşdirilməsinə 36 milyon manat ayırıb. Maliyyələşdirilən bu layihələrdə 30 minə qədər insan çalışıb. Bunlar Azərbaycanın fəal insanlarıdır və dövlətimizi xaricdən gələn təhlükələrdən elə dövlətin özü qədər qoruyurlar. Çox təəssüf ki, QHT arasında xarici donorların təsiri altına düşən və Azərbaycana qarşı istifadə olunanlar da olub. KİV arasında da belə təsir altına düşən, Azərbaycan əleyhinə yazılar verənlər var. Azərbaycanda sağlam mövqeyə malik QHT bu sektorun 99 faizini təşkil edir".

Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini Bahar Muradova Şuranın fəaliyyətə başlaması ilə ölkənin ictimai həyatında xüsusi canlanmanın yarandığını deyib. Milli Məclisin sədr müavini Şuranın QHT-lərin Azərbaycanın milli maraqlarının istər ölkəmizdə, istərsə də xaricdə effektiv müdafiəsinin təşkilində göstərdiyi xidmətin xüsusilə təqdirəlayiq olduğunu vurğulayıb. Bahar Muradova da Şuranın ötən 10 il ərzində uğurla fəaliyyət göstərdiyini, bu gün QHT-lərin Azərbaycan dövlətinin maraqlarını müdafiə etdiyini bildirib. Milli Məclisin Şura ilə əməkdaşlıq barədə memorandum imzaladığını xatırladan B. Muradova Şuranın təşəbbüsü ilə QHT sektoru ilə əlaqədar irəli sürülən qanun layihələrinin parlamentdə qəbul olunduğunu qeyd edib: "Bu gün heç kəs deyə bilməz ki, vətəndaş cəmiyyəti təşəbbüsləri dəstəklənmir. Bu gün QHT-lər Azərbaycan xalqı və dövləti üçün dövlətimiz kimi məsuliyyət daşıyır".

Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı Rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının və BMT-nin Əhali Fondunun Rezident

nümayəndəsi Qulam İsakzai Şuranın 10 il ərzində məhsuldar fəaliyyət göstərdiyini bildirib. Q.İsakzai Şuranın cəmiyyət üçün açıq, şəffaf fəaliyyəti ilə bir çox donorlara nümunə olduğunu deyərək gələcək fəaliyyətində quruma uğurlar arzulayıb.

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Şuranın siyasi, milli, dini mənsubiyyətindən asılı olmayarq bütün QHT-lərin cəmiyyət üçün ictimai aktuallıq kəsb edən layihələrini maliyyəşdirməsinin Azərbaycan vətəndaş cəmiyyəti institutları üçün yenilik olduğunu bildirib. MQF prezidenti QHT sektorunun inkişafı sahəsindəki xidmətlərinə görə Şura sədri Azay Quliyevə təmsil etdiyi qurumun Fəxri Fərmanını təqdim edib.

Rəsmi hissə bitdikdən sonra tədbirin bədii hissəsi başlayıb. Mərasim müxtəlif qeyri-hökumət təşkilatlarının rəhbərləri və ya üzvlərdən ibarət sənət adamlarının konserti ilə davam etdirilib.
Şuranın fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə  yubiley mərasimi keçirilib
OXŞAR MÖVZULAR