Impera

XƏBƏR LENTİ
15:47Qazaxıstanda 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı elan edilib15:34Ölkə elektrik enerjisi sistemi üzrə “itirilmiş” generasiya güclərinin bərpası davam edir15:15Respublika ərazisində siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam edir15:01“Azəriqaz” İB bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək14:47AzTU-da SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatı keçirilib14:33Əli İnsanov kimdir ki, gəlib müxalifət adına danışır?14:16Binə qəsəbəsində 2 küçə təmir edildi, daha 4 yolda isə təmir davam edir13:49Nazirin iştirakı ilə Göygöldə taxılçılıqla bağlı respublika müşavirəsi keçirilib13:08“ADA” Universiteti və “Coca-Cola”Novruz bayramında “Təmiz ölkəm” ekoloji layihəsinə start verdi12:53“Məktəb seminarları” başa çatıb12:47BNA nəqliyyat infrastrukturuna nəzarəti artırıb12:33Kür çayı üzərindəki körpü təmir-bərpadan sonra istifadəyə verildi12:22Ən fəal tələbə-könüllülər mükafatlandırılıb12:18Təhsil müəssisəsində təntənəli bayram tədbiri keçirilib12:09Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib11:41Fizuli Məmmədovdan səhhətində problem olan döyüşçüyə dəstək11:22Bakıda OPEC+ ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin iclası başlayıb11:08Tərtərdə və Bərdədə yem emalı müəssisələri fəaliyyətə başlayıb10:47Dövlət başçısının imzaladığı əfv sərəncamı milli həmrəyliyin möhkəmləndirilməsinə töhfə verən mühüm addım kimi qiymətləndirilməlidir10:35Fizuli Məmmədov daha 3 Qarabağ qazisinə ev hədiyyə etdi10:21Tələbələr Heydər məscidini ziyarət edib09:50Cənab prezident ölkəmizin nüfuzunu ləkələməyə maraqlı olanların arqumentlərini əllərindən almış oldu09:20Atəşkəs rejimi 24 dəfə pozulub18:59Bu istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq18:41Ölkəmizdə humanizm, tolerantlıq, multikulturalizm ənənələri davam etdiriıməlidir18:30Qazax rayonunda yem emalı müəssisəsi istifadəyə verilib18:17Sumqayıtda ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib18:10Bu qədər dərin nifrət əslində Qərb dünyasının faciəsidir, üz qarasıdır, utanc yeridir18:02SOS: Bir sıra rayonlarda siçanabənzər gəmiricilər yayılıb17:50Bakı və Ağstafa məktəbliləri ilə “Sağlam məktəbli” layihəsi çərçivəsində görüş keçirilib17:37Ekologiya Nazirliyindən xəbərdarlıq-qar yağacaq17:34Maliyyə savadlığının artırılmasına dair təlim keçirilib17:24Almaniya azərbaycanlıları bir araya gəlib17:14“BMT-nin Könüllülər Proqramı” təqdim olunub17:00Ağdamda ikigünlük seminar-müşavirə keçirilib16:50Xüsusi məktəbdə Novruz bayramı qeyd olunub16:37Dini Komitə Elşad Mirinin ittihamlarına cavab verdi16:21Binə qəsəbəsində təmir işləri yekunlaşıb16:17Azərbaycan-İran Dövlət Komissiyasının növbəti iclası keçirilib16:10“Carlsberg Azerbaijan” və “Green Baku” Bakı Mühəndislik Universitetinin ərazisində xiyaban saldılar15:55“Azərsu” kollektivi qan verdi15:21“Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda konfransı keçirilib15:03Təhsil nazirinin müavini Qırğızıstana səfər edib14:50Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsi maarifləndirilmə tədbiri keçirilib14:40AQTA “Sağlam qida” şüarı ilə tədbirlərə start verdi14:31Mərdəkan qəsəbəsində 4 küçə təmir edilib, 4-də isə işlər davam etdirilir14:20Motosiklet minik avtomobili ilə toqquşdu13:46ATU-nun Tədris Cərrahiyyə Klinikasından Novruz kampaniyası13:30206 və 211 nömrəli müntəzəm marşrut avtobusunun hərəkət sxemi dəyişdi13:21Müəllim və valideynlərin müraciəti dinlənilib13:12Dövlət Miqrasiya Xidmətində qanvermə aksiyası keçirilib13:00Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək12:52“Hackathon” müsabiqəsinin qalibləri mükafatlandırıldı11:40AzTU-da növbəti seminar keçirilib11:25Nazir Birləşmiş Ərəb Əmirliklərinə səfər edib11:12Zakir Həsənov hərbi təlimlərlə bağlı kollegiya iclası keçirib11:00Rektor əvəzi qalib tələbələrlə görüşüb10:55Yararsız ət satışı ilə məşğul olanlar həbs edildi10:48Hərbi-idman oyunları keçirilib10:26Düşmən atəşkəs rejimini 26 dəfə pozub10:14Kürdəmirdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib10:00ATU-nun Tədris Terapevtik Klinikasında “Müasir Nefrologiyanın aktual problemləri” elmi-praktik konfransı keçirilib09:23I sinfə qəbulla bağlı suallar cavablandırılacaq09:00Əfqanıstanla neft-qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib16:38“Coca-Cola” Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir16:25BMT baş katibindən Azərbaycana təşəkkür məktubu16:12“Al-Əlvan Qarabağ -2” layihəsi çərçivəsində sərgi təşkil olunub16:04Dəmir yolunda “Sağlamlıq günü” keçirilib16:00Metropolitendən daha bir aksiya15:50BMT-nin İnkişaf Proqramı ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub15:37Balakən məktəbliləri ilə görüş keçirilib15:23Müsabiqə qalibləri bəlli olub15:12“Azərsu” Xəzər rayonunun qəsəbələrində yeni layihələrin icrasına başlayıb15:00Şamaxı rayonunun daha bir kəndi qazlaşdırılır14:47Əli Kərimli Tale Bağırzadəyə hansı vədi verib?14:37Şamaxıda zəlzələ olub14:20“CERT xidmətləri: kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı keçirilib13:52Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsində olub13:42Biləcəri qəsəbəsinin mərkəzi yolunda təmir-tikinti işləri aparılır13:37Ermənistanda zəlzələ olub13:32Sabah hava necə olacaq?13:20Prezident Administrasiyasının məsul işçiləri şəhər və rayonlarda vətəndaşlarla görüşüblər12:45Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü olub12:34Sumqayıtda 27 yaşlı gənc özünü dənizə ataraq intihar edib12:28Müəllimlərə sertifikatlar verilib11:51Ağdamda 35 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işləri başa çatıb11:39Dövlət Miqrasiya Xidmətinin tanıtım video çarxı hazırlanıb-VIDEO11:12Azərbaycan-Yaponiya əlaqələri genişlənir10:57VII Qlobal Bakı Forumu işə başlayıb, Azərbaycan Prezidenti Forumun açılışında iştirak edir10:44Saatlıda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib10:00Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə toplantı keçirilib09:54Bərdədə məcburi köçkünlər qanvermə aksiyasında iştirak ediblər09:3827 dəfə atəşkəs rejimi pozulub09:00Müdafiə naziri təlimin komanda idarəetmə məntəqəsində olub20:00Ağdamın icra başçısının səs yazısı yayıldı - rüşvət alarkən (VİDEO)19:03Daha 3 rayonda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı təşkil olunacaq18:40Aİİ-də “Din və elm” mövzusunda seminar təşkil olunub18:35Təhsil Nazirliyində kollegiya iclası keçirilib18:29Azərbaycan ilə Yaponiyanın vergi xidmətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub18:15Hərbi Dəniz Qüvvələrində Novruz bayramı tədbiri keçirilib
BÜTÜN XƏBƏRLƏR
Mart 2019 (202)
Fevral 2019 (330)
Yanvar 2019 (397)
Dekabr 2018 (355)
Noyabr 2018 (438)
Oktyabr 2018 (502)

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

“Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib

10 iy 2018, 19:17   
“Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib


Newscenter.az.10.07.2018. yulun 10-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib.

Newscenter.az xəbər veriri ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər, Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının rəsmiləri, dini konfessiyaların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eyni zamanda gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, öz məqsədlərinə çatmaq üçün dindən sui istifadə edərək radikal qruplar yaratmaq, ekstremist çağırışlar etmək bütün dünya üçün təhlükəlidir. Bütün dinlərin insanları daim sülhə, ədalətə, haqqa çağırdığını deyən Dövlət Komitəsinin sədri dini radikalizm və ekstremizmə qarşı mübarizənin bəşəri xarakter daşıdığını diqqətə çatdırıb. Dinin siyasiləşdirildiyi və müəyyən qrupların əlində alətə çevrildiyi zaman radikal qrupların meydana gəldiyini söyləyən Mübariz Qurbanlı bunun təkcə İslam dinində deyil, digər dinlərdə də özünü büruzə verdiyini əlavə edib. Dünyanı təhdid edən terrorizm, dini ekstremizm və radikalizmlə mübarizənin Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini radikalizm və ekstremizmə qarşı effektiv mübarizənin aparılması məqsədilə müxtəlif formatlarda silsilə tədbirlər həyata keçirildiyini qeyd edib. Dövlət Komitəsinin bu sahədə Baş Prokurorluq, Daxili İşlər və Müdafiə nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və digər müvafiq dövlət qurumları, eləcə də qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Dini radikalizmə qarşı mübarizənin hüquqi, inzibati və iqtisadi istiqamətlərdə aparıldığını deyən Dövlət Komitəsinin sədri dini ekstremizm və radikalizmə qarşı effektiv mübarizə istiqamətində birgə səyləri müzakirə etmək, ayrı-ayrı qurumların səylərinin birləşdirilməsi, fəaliyyətinin əlaqələndirilməsi də konfransın məqsədləri sırasında olduğunu bildirib.

Dövlət Komitəsinin sədri mürəkkəb geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, bu gün Azərbaycanın nəinki regionun, hətta dünyanın ən sabit və dinamik inkişaf edən ölkələrindən biri olduğunu qeyd edib. “Bunun əsas səbəbi Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uğurlu inkişaf siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün reallıqları nəzərə alınmaqla müvəffəqiyyətlə davam etdirilməsidir,”- deyə əlavə edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məsul əməkdaşı Suad Mahmudov dini radikalizmə qarşı mübarizə tədbirləri barədə danışıb. O qeyd edib ki, DTX aidiyyəti digər dövlət orqanları ilə birgə ölkədə dini ekstremizm və radikalizm meyllərinin qarşısını almaq məqsədilə ardıcıl və sistemli iş aparır. Bu gün dinlə bağlı məsələlərə sırf insan hüquqları və milli-mənəvi dəyərlər prizmasından deyil, həm də təhlükəsizlik baxımından yanaşılması dövlətin hüququdur. DTX rəsmisi vurğulayıb ki, din dövlətdən ayrı olsa da, dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır.

Konfransın aktual mövzuya həsr edildiyini bildirən Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov təmsil etdiyi qurumun Dövlət Komitəsi ilə birgə xurafat, dini radikalizm və ekstremizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, həmçinin radikalizmə və fanatizmə alternativ kimi ənənəvi İslam dəyərlərinin dirçəldilməsi məqsədilə dini maarifləndirmə istiqamətində respublikanın bütün bölgələrində kompleks tədbirlər təşkil etdiyini vurğulayıb. Bu istiqamətdə atılan addımların fərqli din və məzhəb mənsubları arasında dözümsüzlük, ayrı-seçkilik hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın və multikulturalizmin gücləndirilməsi, cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunmasında əhəmiyyətli rola malik olduğunu deyib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov müstəqilliyin ilk illərində ölkəmizdə dini sahədə təhdidlərin mövcud olduğunu, lakin məqsədyönlü siyasət nəticəsində qarşısının uğurla alındığını bildirib. R.Həsənov bu təhlükənin qarşısının alınmasını hüquqi və ideoloji müstəvidə aparılan mübarizə ilə əlaqələndirib. Nümunəvi dövlət-din münasibətlərinə, ictimai-siyasi sabitliyə malik olan Azərbaycanın bu gün dünyada tolerantlıq mühitinə görə örnək ölkələrdən biri kimi tanındığını qeyd edib.
Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə istiqamətində apardığı fəaliyyətə diqqət çəkib. Eyni zamanda ölkədə dini radikalizmə, terrorçuluğa, ekstremizmə qarşı mübarizə üçün Azərbaycanda mükəmməl qanunvericilik bazasının mövcud olduğunu, qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və düzəlişlərin olunmasını müsbət hal kimi qiymətləndirib.

Təhsil Nazirliyinin sektor müdiri Firudin Həmzəyev yüksək təhsilli gənclərin radikal terrorizmin qarşısını almağa, ifşa etməyə qadir olduqlarını deyib. O, həmçinin milli-mənəvi dəyərlərin təbliği istiqamətində təhsil müəssisələrində DQİDK ilə birgə keçirilən tədbirlərin əhəmiyyətinə toxunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov dini radikalizmin ailələr, xüsusilə uşaqlar üçün törətdiyi fəsadlardan bəhs edib. Bu bəlaya qarşı birgə mübarizənin zəruriliyini vurğulayıb.

Ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərləri Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət, anlaşma, sülh şəraitində yaşadığını, eyni zamanda din ilə terrorizmin, radikalizmin yanaşı çəkilməsinin çox acınacaqlı hal olduğunu bildiriblər.

Konfrans müzakirələrlə işini davam etdirib.
OXŞAR MÖVZULAR