Impera

XƏBƏR LENTİ
14:48AzTU-da Karyera Sərgisi keçirilib14:33Babək prospektinin yenidən qurulması yekunlaşıb14:27Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib13:47Özbəkistanda BƏT-in beynəlxalq konfransı keçirilib13:20Sabahın hava proqnozu açıqlanıb12:48“Qayğı ilə istifadə et” layihəsinin icrasına başlanıb12:30Quş qripi ilə bağlı xəbərdarlıq edildi12:06Dubayda daha bir ünvanda Azərbaycan bayrağı dalğalandı11:46İşlə təmin olunan 1000-ci ASAN Kadr məlum oldu11:34"İstedadların hazırlığı laboratoriyası" II Beynəlxalq Olimpiadasının qalibləri mükaftlandırılıb11:00Respublikamızda məzhəblər arasında həmrəylik mövcuddur10:20“Kiçik akademiya”ların fəaliyyəti təkmilləşdirilir09:49“İçərişəhər” metro stansiyasında “Əl işləri yarmarkası” açılacaq09:35Atəşkəs rejimi 26 dəfə pozulub09:00Abonentlərin sayı 2 173 748-ə çatıb08:46Daha bir kəndə təbii qaz verilib08:26Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb16:09“Bərpa olunan enerji mənbələri üzrə qanunvericiliyin hazırlanmasında dövlət və özəl sektor arasında əməkdaşlıq mövzusunda tədbir keçiriləcək15:53“Sağlam məktəbli” layihəsi davam edir15:46Azərbaycan-Rusiya Birgə Komissiyası”nın növbəti XV iclası keçirilib15:33Tələbələrə dövlət qulluğu ilə bağlı məlumat verilib15:05“Davamlı İnkişaf üzrə Gənclərin Tədqiqat və Təlim Mərkəzi”nin yaradılması haqqında Əməkdaşlıq Memorandumu imzalanıb14:45Avropa həmrəylik korpusunun şərq tərəfdaşlığı ölkələri üçün açılış tədbiri keçiriləcək13:22"100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazıram”13:00“Bitməyən Ümid" filminin təqdimat mərasimi keçiriləcək12:52“Azərbaycanda sufilik” mövzusunda “dəyirmi masa” keçirilib12:31“Türk Hava Yolları” bu il 70 milyona yaxın sərnişin daşıyıb12:13"Hədəf" Liseyi Robototexnika üzrə dünya nəhəngi ilə müqavilə imzalayıb11:55Təhsil Nazirliyi qadınlar arasında İT-nin təbliğinə görə mükafatlandırılıb11:32Əməkdaşlıq münasibətləri vergi nəzarətinin zəifləməsi demək deyil11:25Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Abu Dabidə anılıb11:12Nazir vətəndaşlarla görüşəcək10:54Sənəd qəbulu başa çatır10:37Özbəkistandan idxal edilən 31 ton kişmiş zərərsizləşdirilib09:47BƏƏ-nin kolalarab.net internet portalında “Azərbaycan xalqı öz ümummilli lideri Heydər Əliyevi unutmur” sərlöhvəli məqalə dərc edilib09:15Düşmən 23 dəfə atəşkəsi pozub08:45Dövlət Komitəsində ulu öndərin xatirəsi anılıb08:18Heydər Əliyev Misirdə anılıb11:21Məktəblərdə Heydər Əliyevin anım günü keçirilib10:2726 rayon üzrə 2189 arıçıya subsidiya verilib10:00Bu ilin 11-ayı ərzində çoxmərtəbəli binalar üzrə 25430 mənzildə təbii qazın açılması təmin olunub09:50Zərərvericilərə qarşı nəzarət tədbirləri gücləndirilib09:30Ermənilər mövqelərimizi iriçaplı pulemyotlardan atəşə tutub09:00Nəcməddin Sadıkov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı ilə görüşüb11:55Cari ilin noyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 801 min barrel olub11:46Əlahiddə Ümumqoşun Ordunun HHM bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib11:30Müəllimlər üçün seminarlar keçirilir11:06Vərəmlə Mübarizə layihəsinin yekun nəticələrinə həsr edilmiş konfrans keçiriləcək10:48Ukraynada Heydər Əliyevin anım mərasimi keçirilib10:33Bu yollarda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq ediləcək09:40Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq09:11Atəşkəs rejimi 24 dəfə pozulub08:46“BakuBus”-da çalışan sürücülərin əmək haqları artırılıb08:33Azərbaycanda Milli Təhsil Forumu keçiriləcək18:59İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibləri mükafatlandırılıb18:31Gələn il “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” sistemi fəaliyyətə başlayacaq18:06Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı biznes forumu keçiriləcək17:55“AGTECH AND GREEN ENERGY” beynəlxalq forumunun açılış mərasimi keçirilib17:45“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilir17:38Kanadadakı azərbaycanlıları erməni təxribatına etiraz edir17:30Azərbaycanda elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdiriləcək17:25Bu ərazilərə içməli su məhdudiyyətlə veriləcək17:20Azərbaycanla Türkiyə arasında Kənd Təsərrüfatı Sığortası üzrə Əməkdaşlıq Protokolu imzalanıb16:18ATU-da milli lider Heydər Əliyevin anım mərasimi keçirilib15:37DGK sədri Hindistan səfiri ilə görüşüb15:27Aİİ-də müzakirələr aparılıb15:00Noyabr ayında Texniki Şuralar vasitəsilə 137 müraciətə baxılıb14:46Miqrasiya Xidmətində ixtisasartırma kursu təşkil edilib14:35Autizmli uşaqlarla bağlı film təqdimatı keçiriləcək14:14Avtomobilin yanacaq çəninin içərisindən pirotexniki vasitələr tapılıb13:50Gürcüstandakı Ahıska türkləri ilə görüş keçirilib13:35“Coca-Cola” Fondu dünya üzrə sosial layihələrə 1 mlrd. dollar yatırıb13:18“AtaTravel” və “Edem Resort”un yeniilqabağı aksiyası start götürüb13:10Gənclərin ll Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçiriləcək12:53“İrəli” daha bir layihəyə yekun vurdu12:40Külli miqdarda aksiz markasızsiqaret aşkar olunub12:30Tam orta təhsil səviyyəsi üzrə eksternat imtahanları keçiriləcək12:06Ağdamda 35 subartezian quyusu qazılacaq10:21Miqrasiya Xidmətinin rəisi 110-dan çox əcnəbini və vətəndaşlığı olmayan şəxsi qəbul edib10:00Hacıbəylilər nəslinin nümayəndələri Azərbaycan tarixi ilə yaxından tanış olub09:32Düşmən 27 dəfə atəşkəsi pozub12:05İlahiyyat İnstitutunun Tələbə Elmi Cəmiyyəti yaradılıb11:52Nazir vətəndaşlarla görüşüb11:26Polşada “Azərbaycan Ticarət Evi” açılıb10:00İrandan quş ətinin idxalına məhdudiyyət qoyuldu09:46ABŞ-da qadın ölü hesab etdiyi qızını 69 il sonra tapıb09:17Atəşkəs rejimi 25 dəfə pozulub09:00Qəbələnin daha iki kəndinə təbii qaz verilib08:14AZTA əməkdaşlıq memorandumu imzalayıb19:236 Bir sıra müntəzəm marşrut xətləri üzrə dəyişiklik edilib18:37Ceyhun Hacıbəylinin varisləri bu gün Bakının bir neçə ali məktəbində olub18:11Bakıda yerləşən Uşaq evlərinin sakinləri “Bakutel-2018” sərgisinə ekskursiya edib17:28Metropoliten daha bir sosial aksiya həyata keçirib17:11Türkiyənin məşhur televiziya verilişi Azərbaycanın turizm bölgələrinə həsr olunmuş silsilə verilişlərini başa çatdırıb16:52Macarıstanın Tibb Universitetinin nümayəndələri ATU-da qonaq olublar16:34Nazir Biləsuvarda vətəndaşları qəbul edəcək16:16İsrail ilə innovasiya sahəsində əməkdaşlıq genişləndiriləcək15:58“Sağlam məktəbli” layihəsi davam edir15:53“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib15:42“GƏNC İNVESTOR” III simulyasiya yarışı keçiriləcək
BÜTÜN XƏBƏRLƏR
Dekabr 2018 (170)
Noyabr 2018 (438)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Dünya alimləri Bakıya toplaşıb

11 iy 2018, 17:00   
Dünya alimləri Bakıya toplaşıb


Newscenter.az.11.07.2018. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma 6-cı Beynəlxalq Konfransı (COIA-2018) keçirilir. Konfrans akademik mühit və ali təhsil müəssisələrindən olan tədqiqatçıların, eyni zamanda tələbələrin fikirlərini bölüşmək, eləcə də son elmi nəticələri müzakirə etmək üçün platforma rolunu oynayır. Artıq ənənə halını almış bu konfrans Bakıda üçüncü dəfə təşkil olunur.

Newscenter.az nazirliyin ictimaiyyətlə əlaqə sektoruna istinadən xəbər verir ki, beynəlxalq tədbirdə dünyanın müxtəlif ölkələrindən 250-yə yaxın alim və tədqiqatçı iştirak edir. İştirakçılar arasında Azərbaycan, Türkiyə, Böyük Britaniya, İspaniya, Rusiya, Braziliya, Meksika, Ukrayna, Serbiya, Fransa, İran, Hindistan, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan, Pakistan, Yunanıstan, Bolqarıstan kimi ölkələrin görkəmli alimləri var.

Salamlama nitqi ilə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə informasiya-kommunikasiya texnologiyaları sahəsinin dünyada dinamik inkişafından söz açıb. Bu sahə ölkəmiz üçün də prioritet sahələrdən biridir və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir.
Dövlət başçısı tərəfindən müəyyən edilmiş siyasətə uyğun olaraq ölkənin davamlı inkişafını təmin etmək üçün qeyri-neft sektoru, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsi sürətlə inkişaf etdirilir.

Ölkəmizdə qurulan müasir informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun dünya standartlarına uyğunlaşdırılması istiqamətində davamlı iş aparılır.
“Qeyd etmək istəyirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə nəşr olunan “Tətbiqi və hesablama riyaziyyatı” beynəlxalq jurnalı təsir əmsalına görə dünyanın 252 nəşri içərisində 19-cu yerdə qərarlaşıb.

Jurnalın redaksiya heyətinin üzvləri də buradadır. Onları da salamlayıram və düşünürəm ki, bundan sonra da elmin inkişafına xidmət edən bu jurnalın reytinqinin artması istiqamətində çalışacaqlar.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Proqramda yüksək texnologiyalar sahəsində dövlət, elm, təhsil əlaqələrinin genişləndirilməsi, xaricdə yaşayan azərbaycanlı alim və mütəxəssislərlə birgə layihələrin həyata keçirilməsi və s. istiqamətlərdə tədbirlər nəzərdə tutulub. Bu tədbirlərin icrası Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə olunub”.

R. Quluzadə nazirliyin Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi və onun müvafiq institutları ilə sıx əməkdaşlıq etdiyini bildirib və birgə əməkdaşlığın ölkəmizin sosial-iqtisadi, eləcə də elmi-texnoloji inkişafına önəmli töhfə verəcəyinə əminliyini ifadə edib.

“Müntəzəm olaraq dünyanın bir çox ölkələrində tanınmış alimlərin iştirakı ilə keçirilən İdarəetmə və Optimallaşdırmanın Sənaye Tətbiqləri üzrə 6-cı Beynəlxalq Konfrans elm aləmində beynəlxalq hadisəyə çevrilib. Bu konfrans, həmçinin Azərbaycan elminin dünya elminə inteqrasiyasında müəyyən mənada rol oynayıb.
Düşünürəm ki, bu tədbir yeni ideyaların formalaşmasına, geniş tətbiq sahələrinin yaranmasına öz töhfəsini verəcək. Alimlərin bir araya gəlməsinə və dünyamızın inkişafı naminə yeni-yeni uğurlar qazanmasına rəvac verəcək”.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov optimallaşdırma və idarəetmənin hazırda dünyanın ən aparıcı və aktual elm sahələrindən biri olduğunu deyib. Rektor adıçəkilən sahənin BDU-da da aparıcı istiqamətlərdən biri olduğunu vurğulayıb. Elmin inkişafına Azərbaycan dövləti tərəfindən göstərilən dəstək, diqqət və qayğıya görə minnətdarlığını da ifadə edən A.Məhərrəmov məhz bu səbəbdən beynəlxalq reytinqlərdə ölkəmiz üzrə göstəricilərin ilbəil artmasını nəzərə çatdırıb.
Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun direktoru Fikrət Əliyev isə konfransın tarixindən və əhəmiyyətindən söz açıb.

Daha sonra ABŞ universitetinin tanınmış professoru Tamer Basarın konfransa təbrik məktubu oxunub. Çıxış edən ukraynalı alim, professor Vladimir Larin və digər qonaqlar konfransın işinin fəal və məhsuldar keçəcəyinə ümid etdiklərini bildirərək, ona fəaliyyətində uğurlar arzulayıblar.
Qeyd edək ki, iki gün davam edəcək beynəlxalq elmi tədbirdə elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi məsələlərinin də geniş müzakirəsi nəzərdə tutulur. Konfransın mövzularına “İdarəetmə Nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual sistemlər”, “Faizi İdarəetmə”, “Şəbəkə və telekommunikasiya”, “Ədədi və hesablama metodları”, “Riyazi modelləşdirmə və simulyasiya”, “Sənaye və iqtisadiyyatda tətbiqlər”, “İdentifikasiya” , “Fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi” kimi istiqamətlər daxildir.
Konfrans çərçivəsindəki plenar görüşlərdə idarəetmə və optimallaşdırmanın bütün aspektlərinə dair tanınmış alimlər tərəfindən təqdimatlar ediləcək.
OXŞAR MÖVZULAR