Dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib » Newscenter.az
Impera

XƏBƏR LENTİ
15:36İsraillə "Həmas" arasında imzalanan müqavilə Qəzzada humanitar problemləırin həllinə yol açacaq15:17Azad Rəhimov Göygöldə vətəndaşları qəbul edib15:03Kür çayının aşağı axarında artım müşahidə edilib14:45Kredit İttifaqının İdarə Heyətinin sədri barəsində cinayət işi başlanılıb14:34Mexanizatorlara sertifikat təqdim ediləcək14:30Sürüşmə zonalarında aktivlik müşahidə olunur14:18“Türk Hava Yolları” iyul ayında aviaşirkət tarixində rekord yüklənmə səviyyəsinə çatıb14:00Qurbanlıq heyvan hər cəhətdən qüsursuz olmalıdır13:36Xəbərdarlıq:Şimşək çaxacaq, leysan yağacaq, güclü külək əsəcək13:25"Aqrolizinq" cənub zonasının sakinləri ilə görüş keçirəcək13:04“Kaspersky Lab” şirkəti messenger və sosial şəbəkələrə olan fişinq hücumlarında artım qeydə alıb12:50Köçəryan siyasətə hansı güclə qayıdır?12:36İstirahət günlərində hava qeyri-sabit keçəcək, temperatur aşağı enəcək12:14İrandan psixotrop maddə gətirmək cəhdinin qarşısı alınıb12:00ADAU-ya qəbul olmuş tələbələrin validyenləri ilə görüş keçirilib11:44Xaçmazda qadın özünü hərəkətdə olan avtomobildən ataraq intihar edib11:34Azərbaycanın KTMT-yə üzvlüyü Qarabağın azad edilməsinə gətirib çıxarmayacaq11:256 müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb11:05Lənkəranda turizmin inkişafına təkan verəcək yolun yenidən qurulması yekunlaşır10:52Son 17 ildə ilk səfər10:31Bu yollarda təmir və rənglənmə işləri aparılır10:13Dövlət Baytarlıq Xidmətindən rayon rəhbərlərinə müraciət10:00Əsgər ölümünə görə üç hərbi qulluqçu həbs olunub09:44Tramp Qorbaçovla eyni siyasəti aparır09:30Ermənilər 92 dəfə atəşkəs rejimini pozub09:15Xaçmazda qanunsuz ağac kəsilməsi faktı aşkar edilib09:00Bakının böyük bir hissəsinə təbii qaz fasilə ilə veriləcək22:04Ağdaşda yaşayış binasında yanğın olub, xəsarət alan var19:27İnam Kərimov Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb18:52Qaradağda yol tikintisinə 11,6 milyon manat ayrılıb18:19ABŞ-ın Texas A&M Universitetinin əməkdaşları ADAU-a olublar18:06“Bədəviliyin sosio-psixoloji analizi” mövzusunda seminar keçirilib17:582018-2019-cu dərs ilinin prioritet istiqamətləri müəyyənləşib17:37Avtobus dayanacaq məntəqəsinin ətrafına çəkilən dəmir hasar sökülüb.17:22Avqust ayı üzrə pensiyalar hesablara köçürülüb17:11Aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb16:45Qarabağ klanı Nikola qarşı cəbhə açır16:36Toxumçuluq mövzusuna həsr olunmuş regional müşavirə keçiriləcək16:15Zakir Həsənov Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aparılan təmir-tikinti işlərinin gedişini yoxlayıb16:10QARABAĞ TV-nin internet səhifəsi hazırlanıb16:00Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif edilib15:43“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək15:34Serj Sərkisyan istintaqa çağırılıb14:37Azərbaycan İlahiyyat İnstitutu keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malikdir13:59General-mayoru Dağlar Abdullayevin anım mərasimi keçirilib13:31Prezident bu şəxsləri təltif etdi-SİYAHI13:23Şəmkirdə 26 yaşlı gənc özünü yük vaqonundan asaraq intihar edib13:12Sabah hava necə olacaq?12:57Nazir vətəndaşlarla görüşəcək12:33Bu ilin 6 ayında 369611 kv. metr sahə məcburi dezinfeksiya edilib12:21Xaçmazda uşaq hüquqlarının qorunması ilə bağlı tədbir keçirilib12:13SABAH qrupu tələbələrinin təcrübə proqramı başa çatıb11:56Lerikdə 28 məntəqəni birləşdirən yol yenidən qurulur11:40“ASAN Viza” sistemi vasitəsilə 702 282 viza verilib11:33Təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır11:25Avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib11:15Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi AQSİA ilə əməkdaşlıq haqqında memorandum imzalayıb11:03Daha bir yolda təmir işləri həyata keçirilir10:53Azərbaycan İlahiyyat İnstitutu boş qalan yerlərə tələbə qəbulu elan edir10:22Bakı-Quba yolunda təmir işləri başlanılıb10:08Qurban bayramı ilə əlaqədar müvəqqəti kəsim məntəqələri yaradılır09:53İrandan Azərbaycana narkotik vasitələr gətirən mütəşəkkil cinayətkar qrup saxlanıldı09:34Gürcüstanla həmsərhəd rayonlara əlavə vaksin göndərilib09:19Düşməın 87 dəfə atəşkəsi pozub09:00Paytaxtdakı yaşayış binalarından birində yanğın olub08:25“Xəzər günü” ilə əlaqədar iməcilik keçirilib20:42Paytaxtda yaşayış binasında yanğın olub19:12Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edən şəxslərlə bağlı cinayət işi başlanıb18:30Babək prospekti yenidən qurulacaq18:15İmişli sakini Araz çayında boğulub17:57Balakəndə itkin düşmüş şəxsin meyiti tapıldı17:02İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib16:29Keçən ay 653 nəfərin ölkə ərazisinə girişinə qadağa qoyulub16:10Salyanda pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib15:59Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb15:45Goranboyda ağır yol qəzası15:39Şamaxıda torpaq sürüşməsi baş verib15:19Bruselyoz xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirləri həyata keçirilir15:04Xarici ölkələrdə Azərbaycanın ticarət evlərinin fəaliyyətinə dair müzakirələr aparılıb14:40Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi birgə layihəyə start verib14:10Daha bir kəndə təbii qaz verilib13:36Sabah Azərbaycanda havanın temperaturu artacaq12:29Türk dünyasının birlik və bərabərliyi istiqamətində daha bir addım12:17Lahıc yolunda hərəkətin təhlükəsizliyi təmin olunur12:08Təbiətə ziyan vuran şəxs cərimələnib11:53Paytaxtda 19 ünvanda piyada keçidi təşkil olunacaq11:37Yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədləri təmir edilir11:08Astarada 11 km uzunluğunda avtomobil yolunun inşası yekunlaşır10:39Bu rayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq10:25Axtarışda olan 22 nəfər saxlanılıb09:54Ermənilər müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:03Azərbaycan manatının dövriyyəyə buraxılmasından 26 il keçir08:14Paytaxtda daha bir intihar cəhdi16:07Vaşinqtonla Ankara arasında səmimi dialoq mümkün deyil15:21Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq14:35Sabah hava necə olacaq?14:12BƏƏ mətbuatı Qəbələdə keçirilən festivaldan yazdı13:39XƏBƏRDARLIQ-Qeyri-sabit hava şəraiti davam edəcək, şimşək çaxacaq, leysan yağacaq13:24"Nyukasl xəstəliyi"nə qarşı profilaktik tədbirlər aparılır13:15Padar stansiyasında yeni yoldəyişənlər quraşdırılır
BÜTÜN XƏBƏRLƏR
Avqust 2018 (322)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)
Aprel 2018 (757)
Mart 2018 (669)

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib

17 iy 2018, 08:07   
Dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib


Newscenter.az.17.07.2018. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.

Newscenter.az-a nazirliyin mətbuat xidmətindən bildirilib ki, iqtisadiyyat naziri, kollegiyanın sədri Şahin Mustafayev diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti 2018-ci ilin ilk 6 ayının Azərbaycan iqtisadiyyatı üçün uğurlu olduğunu, dinamik inkişaf templərinin qorunub saxlanıldığını vurğulayıb, görülən işləri müsbət qiymətləndirib. Belə ki, bu dövrdə ÜDM 1,3%, qeyri-neft sektoru 2%, qeyri-neft sənayesi 8,8%, kənd təsərrüfatı 7,6%, bitkiçilik 14%-dən çox, yükdaşımalar 1%, informasiya və rabitə xidmətləri 4,9%, pərakəndə ticarət dövriyyəsi 2,5% artıb.

2018-ci ilin birinci yarısında Azərbaycanın valyuta ehtiyatları artaraq 44,3 milyard ABŞ dollarına çatıb, ölkə iqtisadiyyatına 6 milyard manatdan çox sərmayə qoyulub, Dövlət İnvestisiya Proqramı 47% icra olunub, dövlət büdcəsinin gəlirləri 27%, xərcləri 16% artıb.

Bu ilin ilk 6 ayında əhalinin gəlirləri 9,3% artıb, inflyasiya 3% təşkil edib, əhalinin gəlirlərinin artım tempi inflyasiyanı dəfələrlə üstələyib. Bu dövrdə xarici ticarət dövriyyəsi 35%, ixrac 34%, o cümlədən qeyri-neft ixracı 20% artıb. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır. Bütün bunlar qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan kompleks işlərin, sərmayə mühitinin əlverişliliyinin nəticəsidir.

Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti neft və qazdan asılılığın azaldılması, qeyri-neft sektorunun sürətli inkişafı, sərmayə qoyuluşlarının artırılması, Dövlət İnvestisiya Proqramında tutulmuş infrastruktur layihələrinin tam icrası, xüsusilə sosial infrastrukturla bağlı məsələlərin həlli, qazlaşdırma səviyyəsinin 95%-ə çatdırılması, məktəblərin tikintisi və təmiri, yeni olimpiya idman komplekslərinin istifadəyə verilməsi, yeni yolların salınması, enerji sisteminin ən müasir əsaslarla idarə edilməsi istiqamətində mühüm vəzifələr müəyyənləşdirib. Prezident İlham Əliyev həmçinin, sənaye parkları və məhəllələrinin, aqroparkların, iri fermer təsərrüfatlarının təşkili işlərinin davam etdirilməsi, müasir aqrotexniki texnologiyaların və elektron kənd təsərrüfatı sisteminin tətbiqi, yeni iş yerlərinin yaradılması, özünüməşğulluq proqramının icrası, sahibkarlara güzəştli kreditlərin verilməsinin və investisiya təşviqi mexanizminin tətbiqinin davam etdirilməsi, xarici ölkələrdə ticarət evlərinin açılması, sahibkarların bu prosesə yaxından cəlb olunması və s. tapşırıqlar verib.

Dövlət başçısının tapşırıqlarının icrası istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən görülən işlər, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə kollegiyanın sədri Şahin Mustafayev geniş məlumat verib.

İqtisadiyyatın aparıcı sahələrindən olan sənayenin inkişafı istiqamətində görülən işlərdən danışan Şahin Mustafayev bildirib ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parkları və məhəllələrinin yaradılması, yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Sənaye parklarına indiyədək 2,6 milyard dollar investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə investisiya qoyuluşunun 3,6 milyard dollara çatdırılması və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur.

Artıq Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyət göstərir, 2018-ci ilin sonunadək daha 7 müəssisə istifadəyə veriləcəkdir.

Ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədi ilə yaradılmış Balaxanı Sənaye Parkının hazırda 14 rezidenti var. Bunlardan 5-i artıq fəaliyyət göstərir. Rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə, 32 milyon manat məbləğində investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq, Parkın ərazisi 8,3 hektaradək genişləndirilib. Balaxanı Sənaye Parkında ilkin mərhələdə 400-ə yaxın daimi iş yeri yaradılıb. İkinci mərhələdə daha 9 istehsal sahəsinin tikintisinə başlanacaqdır.

Pirallahı Sənaye Parkında ümumi dəyəri 100 milyon dollar olan əczaçılıq və şpris istehsalı müəssisələrinin yaradılması işləri aparılır. İlin sonuna istifadəyə veriləcək şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, ixrac imkanları da yaradacaqdır.

Mingəçevir Sənaye Parkında investisiya dəyəri 85 milyon dollar olan 2 iplik fabrikində 750 nəfər işlə təmin olunub.

Ölkədə ilk sənaye zonası olan Neftçala Sənaye Məhəlləsində 8 müəssisə artıq fəaliyyətə başlayıb, bu müəssisələr üzrə 45 milyon manatdan çox investisiya qoyulub, 500-ə yaxın yeni iş yeri yaradılıb. Bu ilin mart ayının sonunda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Neftçala Sənaye Məhəlləsində açılmış “Xəzər” avtomobil zavodunda ildə 10 min avtomobil istehsal olunacaq. Bu avtomobillər daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac ediləcəkdir.

Masallı Sənaye Məhəlləsinin tikintisi başa çatdırılıb, Hacıqabul və Sabirabad Sənaye məhəllələri ilin sonunadək istifadəyə veriləcəkdir.

Hazırda digər rayonlarda da yeni sənaye parkları və məhəllələrinin yaradılması imkanlarının araşdırıldığını vurğulayan iqtisadiyyat naziri Şahin Mustafayev bu istiqamətdə işlərin sürətləndirilməsi, araşdırmaların regionların potensialı nəzərə alınmaqla coğrafiyasının genişləndirilməsi barədə Nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verib.

Dövlət başçısının tapşırığına uyğun olaraq, xalçaçılığın inkişafı məqsədilə 10 rayonda xalça emalatxanası istifadəyə verilib, daha 10 emalatxananın, 5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin və Sumqayıt Kimya Sənaye Parkında yunəyirici boyaq fabrikinin tikintisi aparılır. Fabrikdə yerli xammal əsasında iplik istehsal ediləcəkdir. Bundan başqa, 2019-cu ildə 10 xalça emalatxanasının tikintisi tamamlanacaq, həmin dövrə emalatxanaların sayı 30-a çatdırılacaqdır. İclasda Şahin Mustafayev ənənəvi istehsal sahələrindən olan xalçaçılığın inkişafına İqtisadiyyat Nazirliyi tərəfindən dəstəyin gücləndirilməsi barədə göstərişlər verib.

Kollegiya iclasında yerli istehsalın genişləndirilməsinin, yeni istehsal və emal müəssisələrinin yaradılmasının, mövcud istehsal sahələrinin potensialının artırılmasının dövlət başçısının daim diqqət mərkəzində olduğu vurğulanıb. Kollegiyanın sədri bildirib ki, bu strategiyaya uyğun olaraq, yeni texnologiyalara əsaslanan müəssisələrin, xüsusilə idxalı əvəz edən məhsulların yerli istehsalının təşkili, eləcə də ənənəvi sahələrin inkişafı istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən dəstək tədbirləri davam etdirilir.

Qeyd olunub ki, 2018-ci ilin ötən dövründə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 468,1 milyon manat olan 611 sahibkara geri qaytarılan vəsaitlər hesabına 100 milyon manatdan çox güzəştli kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur. Bu layihələr hesabına illik müqayisədə 3 dəfə çox olmaqla 7 mindən artıq yeni iş yerinin açılması nəzərdə tutulur. Ümumilikdə, 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara azı 170 milyon manat güzəştli kredit veriləcəkdir.

Aqrar sektorun inkişafı məqsədilə 30 rayon üzrə 192 min hektar ərazidə ümumi dəyəri 1 milyard manatdan artıq olan 45 aqroparkın yaradılması üzrə işlər sürətlə davam etdirilir. Aqroparklarda zəruri infrastrukturun yaradılmasına 207 milyon manat dövlət əsaslı vəsait qoyulub, 111 milyon manat güzəştli kredit və dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. İlin sonunadək 14 aqropark istifadəyə veriləcəkdir. Fəaliyyət göstərən aqropark və iri fermer təsərrüfatlarında 50 min hektardan artıq ərazidə müasir suvarma sistemlərinin tətbiqi nəticəsində buğda, arpa, dənlik qarğıdalı və digər kənd təsərrüfatı bitkiləri üzrə hər hektardan əldə edilmiş orta məhsuldarlıq ölkə üzrə müvafiq göstəricilərdən 2 dəfəyədək çoxdur.

İqtisadi fəallığın artırılması, ixracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə 55-i 2018-ci ilin birinci yarısında olmaqla, indiyədək 261 sahibkarlıq subyektinə 294 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manat investisiyanın yatırılması və 19 mindən çox yeni iş yeri açılması imkanı yaradılıb, bunlardan investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə artıq fəaliyyət göstərir.

Dövlət başçısının müvafiq Fərmanından irəli gələn vəzifələrin icrası olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə yaradılmış “Lisenziyalar və icazələr” portalı bu ilin mart ayından fəaliyyətə başlayıb. Bu günədək İqtisadiyyat Nazirliyi tərəfindən “Lisenziyalar və icazələr” portalı vasitəsilə sahibkarlara 200-dən çox elektron lisenziya verilib.

Bununla yanaşı, kollegiya iclasında kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsində əhəmiyyətli rol oynayacaq Kiçik və Orta Biznesin İnkişafı Agentliyinın fəaliyyətinin təşkili işlərinin sürətləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

İclasda bildirilib ki, qeyri-neft ixracının artırılması məqsədilə dövlət dəstəyi tədbirləri davam etdirilir. İndiyədək 15 ixrac missiyası təşkil olunub, Azərbaycan şirkətləri 11 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib, ilkin razılaşmalar və sifarişlər əldə olunub, ixrac müqavilələrı imzalanıb, ixrac təşviqinin ödənilməsi davam etdirilib və 2018-ci ilin birinci yarısında sahibkarlara 2,2 mln. manat, indiyədək isə 5,3 mln. manat ixrac təşviqi ödənilib.

Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Şərqi Avropada ticarət nümayəndələri fəaliyyət göstərir. Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyanın Həştərxan şəhərində “Azərbaycan İş Mərkəzi” açılıb. Xarici kütləvi informasiya vasitələrində sahəvi brendlərin reklamı kampaniyasına, “Made in Azerbaijan” brendinin təşviqinə başlanıb. Belarusda və Ukraynada Azərbaycan ticarət evləri açılıb, bu yaxınlarda Latviyada “Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayacaq, ilin sonunadək Çinin Şanxay şəhərində “Azərbaycan Şərab Evi”, Birləşmiş Ərəb Əmirliklərində “Azərbaycan Ticarət Evi”nin açılması planlaşdırılır, Çinin paytaxtı Pekində və bir sıra digər iri şəhərlərində ticarət və şərab evlərinin yaradılması nəzərdə tutulur.

Kollegiya iclasında bu istiqamətdə işlərin sürətləndirilməsi, istehsal və ixrac potensialı olan prioritet məhsullar üzrə məlumat bazasının hazırlanması, eləcə də daxili bazarın qorunması məqsədilə spesifik rüsumlardan istifadə üzrə mütəmadi təhlillərın aparılması barədə Nazirliyin aidiyyəti strukturlarına tapşırıqlar verilib.

Yerli məhsulların ixracında istehsalçılara dəstək göstərmək və ixracatçılar arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədilə yaradılmış İxracatçılar Klubunun, Arıçılar, Nar, Fındıq, Şərab, Çay, Süd və s. istehsalçıları və ixracatçıları assosiasiyalarının iclasları keçirilib, yerli şirkətlərə ixraca dair xidmətlər göstərilib.

Həyata keçirilən kompleks tədbirlər nəticəsində ixracın artım tempi davam edib, kənd təsərrüfatı məhsullarının ixracı 22%, sənaye məhsullarının ixracı 27%, xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 34% artıb.

Kollegiya iclasında vurğulanıb ki, dövlət başçısının tapşırığına uyğun olaraq, sosial layihələrin icrasına diqqət daha da artırılacaq, səhiyyə və təhsil obyektlərinin tikintisi, əsaslı təmiri və ya yenidənqurulması, modul tipli məktəblərin inşası, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması tədbirləri davam etdiriləcək. İclasda Dövlət İnvestisya Proqramında nəzərdə tutulan layihələrin icrası üzrə monitorinqlərin intensivliyinin artırılması, mütəmadi təhlillərin aparılması barədə tapşırıqlar verilib.

Kollegiya iclasında 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün, 2017-2021-ci illərdə tütünçülüyün inkişafına dair dövlət proqramlarının icrası istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən görülmüş işlər barədə hesabat dinlənilib.

Kollegiyanın sədri Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

Kollegiya iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təltif olunmuş Nazirliyin bir qrup əməkdaşına medallar və onların vəsiqələri təqdim edilib.

İqtisadiyyat naziri Şahin Mustafayev verilən yüksək qiymətə görə Nazirliyin kollektivi adından dövlət başçısına dərin minnətdarlığını bildirib, kollektivin göstərilən etimadı doğruldacağını vurğulayıb.

İclasda digər cari məsələlər də müzakirə edilib.
OXŞAR MÖVZULAR