Impera

XƏBƏR LENTİ
14:04ABŞ-da Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etmək istəyir13:55NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru Hərbi Akademiyada olub13:45Türkiyə nümayəndə heyətinin səfəri başa çatıb13:25Türkiyə tarixində əlamətdar hadisə12:53Sabah yağış yağacaq12:43BNA yeni layihənin icrasına başlayıb-VIDEO12:26Münaqişənin həllinə yönəlik heç bir razılaşma yoxdur12:15Füzuli rayonunda yem emalı müəssisəsi istifadəyə verilib12:06Nazir vətəndaşları qəbul edib11:55Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qaraçuxurda yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub11:45Dövlət Aqrar Ticarət Şirkəti işçi axtarır11:30Kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi üçün sənəd imzalanıb11:16Anomaliyaların intellektul axtarışı və çevik nəzarət variantları: “Kaspersky Lab” biznes üçün qorunmanı təkmilləşdirdi11:02Deputat Aytən Mustafazadə milyonlara necə sahib olub?10:48DSX rəisi Rusiya ilə sərhəddə yerləşən sərhəd mühafizə orqanlarının döyüş fəaliyyətini yoxlayıb10:31Raket və artilleriya bölmələri döyüş atışları icra edib-VIDEO10:20Oqtay Şirəliyevin sonu yaxınlaşır, yüzlərlə xəstəxana Səhiyyə Nazirliyinin tərkibindən çıxarılır09:30Ermənilər 24 dəfə atəşkəsi pozub09:00Yardımlıda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib08:23Binəqədidə sahə müvəkkili cinayətkarı gizlədir?19:30AQTA sədri TİGEM nümayəndələri ilə görüşüb19:08Diasporla İş üzrə Dövlət Komitəsində xarici işlər nazirinin müaviniilə görüş keçirilib18:34Sumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb18:21Aİİ-də psixoloqla görüş keçirlib18:10İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Yüksək Səviyyəli İşçi Qrupu Bakıda toplaşıb17:56Çəyirtkəkimilərə qarşı mübarizə işlərinə hazırlıqla bağlı toplantı keçirilib17:38Müdafiə naziri NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru ilə görüşüb16:59Türkiyəli qonaqlar inklüziv təhsil siniflərində olublar16:34Azərbaycan İlahiyyat İnstitutunda "Açıq qapı" günləri başlayır16:18Prezident qanunu pozan məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verib15:52Təhsil naziri məktəb direktorlarını topladı15:21Qusarda yol tikintisinə üç milyon manat ayrılıb15:09Müasir çağrı mərkəzləri necə təşkil olunmalıdır?15:00Heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır14:45Rövşən Rzayev BMT QAK-ın Azərbaycandakı nümayəndəsi ilə görüşüb13:21Formula-1 yarışları bu avtobusların hərəkət istiqamətini dəyişəcək12:55AQTA adından rüşvət alan növbəti dələduzun görüntüləri yayıldı12:32Paytaxtda müasir yol infrastrukturu yaradılır12:18Bu yollarda xətlənmə işləri aparılır12:05Yalandan və qərəzdən uzaq olmaq lazımdır12:00Nazir Biləsuvarda vətəndaşları qəbul edəcək11:45Avropa Gənclər Olimpiya Festivalına hazırlıq tədbirləri keçirilir11:27Şəhid ailələri və Qarabağ əlillərinin övladları üçün keçirilən sosial layihə başa çatıb11:06“Türk Hava Yolları” Birləşmiş Ərəb Əmirliyində üçüncü istiqaməti – Şarjanı uçuş əhatəsinə daxil etdi11:00Təəssüf ki, sağlam deyil, dövlətini, millətini satan, ədəbsiz müxalifətimiz var10:55Azərbaycanda yeni generasiya güclərinin yaradılması müzakirə edilib10:49"Aqrolizinq" ASC-nin kombaynları hansı fermerlərə xidmət göstərəcək?10:30Xətai rayonunda qaz kəmərləri yenidən qurulur10:05Elçin Quliyev Ermənistanla sərhəddəki məntəqələrin döyüş fəaliyyətini yoxlayıb09:55Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib09:42Özünü millətin vəkili sayan, amma heç bir işə yaramayan adam kişilikdən danışmasın09:30Düşmən 21 dəfə atəşkəs rejimini pozub09:15Millət vəkili yubiley medalı ilə təltif edilib09:00ABŞ-da silahlı qıza görə 22 məktəb bağlanıb08:50Xanım hakimlər elə qanunsuzluğa imza atdılar ki....10:38Şabranın "Şahin"ləri zona mərhələsinin qalibi olublar10:00Müsabiqənin növbəti mərhələsi keçirilib09:24Atəşkəs rejimi 20 dəfə pozulub09:00Kənd Təsərrüfatı Nazirliyi işçi axtarır21:32Bakı, İstanbul, Ankara və İzmir təhsil idarələri arasında niyyət protokolu imzalanıb17:28Taksidə siqaret çəkənləri polis cərimələyəcək17:18Maliyyə Nazirliyinin səlahiyyətlərindən biri ləğv edilib17:0920566 fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib16:55Əli Kərimli və onun "muşketyor"ları siyasi iblisliklə məşğuldur16:45Tərtər-Hindarx avtomobil yolunun yenidən qurulması yekunlaşıb16:34Şamaxıda bəndin uçması nəticəsində dəymiş ziyan aradan qaldırılır16:25Bərdədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə start verilir16:19AQTA və AQTİ heyəti Amerikada işgüzar səfərdə olub16:00BNA daha iki dairədə nəqliyyat şəraitinin yaxşılaşdırılması işlərinə başlayıb15:54“Sağlam gənclik, sağlam gələcək” layihəsi çərçivəsində şahmat turniri keçirilib15:18Azərbaycan Beynəlxalq Su Həftəsində təmsil olunub15:03Özünü Azərbaycan demokratiyasının monopolisti kimi təqdim edən komsomolçu bəy14:46Radikalizmə qarşı mübarizəni ümumxalq işinə çevirmək vacibdir14:30Məktəb psixoloqların fəaliyyəti üçün əsasnamə yoxdur14:05Diplomatik savaş sonda Qarabağın ya sülh, ya da hərb yoluyla azad edilməsi ilə nəticələnəcək13:45Tovuzda istifadəyə yararsız 150 kq heyvan cəmdəyi aşkar olunub13:34İlahiyyat İnstitutunun internet səhifəsi fəaliyyətə başlayıb13:20Kərimlinin Qərbə yaxın siyasətçi obrazı yaratmaq həvəsi13:06Bakıda nəhəng nəqliyyat qovşağı istifadəyə verildi12:5019,5 ton istifadəyə yararsız qida məhsulu məhv edilib12:25Ukrayna Azərbaycanlıları Radasının təsis qurultayı keçirilib12:00Rektor dissertant və doktorantlarla görüşüb11:50Sabiq nazir Avropada milyonlara necə nail olub?11:30Sabunçuda abadlıq – quruculuq işləri aparılır11:08“Azərsu” rəhbərliyi Şamaxıda qəbul keçirəcək10:55Lerikdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilib10:49Şamaxıda üzümçülüyün inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb10:35Binəqədidə Aprel zəfərinin ildönümü ilə bağlı ağacəkmə aksiyası keçirilib10:24Apelyasiya komissiyası fəaliyyətə başlayır10:00Heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər davam edir09:44Cocuq Mərcanlıda vətəndaşların qəbulu keçiriləcək09:22Düşmən müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:16Bakıda Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans keçirilir09:00Paytaxtda daha bir intihar hadisəsi18:45Azərbaycan Prezidenti: “Rusiya ilə əlaqələr çoxplanlıdır”18:35Daha iki rayonda azot gübrələrinin güzəştli şərtlərlə səyyar satışı keçirilib18:21Riqaya ixrac missiyası başa çatıb18:13Təhsil Nazirliyi və Baş Prokurorluq Elina Hacıyevanın intiharı ilə bağlı birgə açıqlama yayıb17:52Astaranın üç kəndinin elektrik enerjisi ilə təchizatına 1,5 milyon manat ayrılıb17:35Daha 5 avtobusun hərəkət istiqaməti dəyişir
BÜTÜN XƏBƏRLƏR
Aprel 2019 (310)
Mart 2019 (323)
Fevral 2019 (330)
Yanvar 2019 (397)
Dekabr 2018 (355)
Noyabr 2018 (438)

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Cocuq Mərcanlıda istixana və arıçılıq təsərrüfatları yaradılıb

27 iy 2018, 16:06   
Cocuq Mərcanlıda istixana və arıçılıq təsərrüfatları yaradılıb


Newscenter.az.27.07.2018.İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı Səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində istixana və arıçılıq təsərrüfatları yaradılıb. İyulun 27-də bu təsərrüfatlar Cocuq Mərcanlı sakinlərinin istifadəsinə verilib.

Bununla əlaqədar Cocuq Mərcanlıda İqtisadiyyat Nazirliyinin, Türkiyənin Azərbaycandakı Səfirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin, sahibkarların və Cocuq Mərcanlı sakinlərinin iştirakı ilə tədbir keçirilib.

Newscenter.az-a nazirliyin mətbuat xidmətindən bildirilib ki, tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və 2016-cı ilin aprel ayında həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı ilə strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayışın bərpa olunması və sakinlərin öz ata-baba yurdlarına dönməsi üçün əlverişli şəraitin yaradıldığını vurğulayaraq, Böyük Qayıdışa Cocuq Mərcanlıdan başlayan Azərbaycanın işğaldan azad olunacaq bütün torpaqlarımızda tikinti-quruculuq işləri aparmağa qadir olduğunu qeyd edib. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin sürətlə aparılması 24 illik fasilədən sonra həyatın əvvəlki axarına qayıtması bunun əyani göstəricisidir. Şahin Musatafayev Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafının sürətləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib, dövlət başçısının yeni həyat bəxş etdiyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyata keçirilən birgə layihələrin Azərbaycan-Türkiyə dostluğunun daha bir nümunəsi olduğunu qeyd edib. Azərbaycanda regionların, xüsusilə sərhəd rayonlarının inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayan İqtisadiyyat naziri birgə layihənin Cocuq Mərcanlının sosial-iqtisadi inkişafında və sakinlərin məşğulluğunun təmin olunmasında əhəmiyyətini qeyd edib. Bildirilib ki, burada məhsullar “Cocuq Mərcanlı” brendi altında istehsal olunacaq. İqtisadiyyat naziri assosiasiya rəhbərlərini və sahibkarları Cocuq Mərcanlıda layihələrin icrasına dəvət edib.

Türkiyənin Azərbaycandakı Səfirliyinin iqtisadiyyat müşaviri Can Memduh Erdem və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyinin Proqram Kordinatoru Adəm Urfa Türkiyə-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini, birgə layihələrin reallaşdırıldığını diqqətə çatdırıb, Cocuq Mərcanlıda birgə icra olunan layihələrin bölgədə kənd təsərrüfatının inkişafında önəmini vurğulayıblar.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 15 ədəd hər biri 160 m2 sahəyə malik polietilen örtüklü tunel tipli istixanalar qurulub. İstixanalar damcı suvarma sistemi ilə təchiz olunub, istifadəçilərə toxum, gübrə və pestisidlər, bitkilərə qulluq üçün alət və avadanlıqlar verilib. Bunlarla yanaşı, layihə iştiraçılarına tərəvəzin becərilməsi ilə bağlı 3 ay müddətində təlim və məsləhət xidməti göstəriləcəkdir.


Birgə həyata keçirilən layihələr çərçivəsində həmçinin, Cocuq Mərcanlıda 15 ailənin hər birinə 10 arı ailəsi olmaqla 150 arı ailəsi verilib. Arı təsərrüfatlarının hər biri 10 ədəd iki mərtəbəli iyirmi çərçivəli yeşiklə, arıçılıq avadanlıqları və materiallarla (gəzdirmə qutusu, qəfəs, fırça, arıcı libası və s.), xəstəliklərə qarşı dərman vasitələri ilə təmin olunub.

Birgə layihənin birinci mərhələsi çərçivəsində 30-dan çox Cocuq Mərcanlı sakininin məşğulluğu təmin edilib.
Cocuq Mərcanlıda Türkiyə ilə birgə layihələrin həyata keçirilməsi davam etdirilir. Belə ki, burada daha bir layihənin - suvenir istehsalı müəssisəsinin tikintisinə başlanılıb. Müəssisədə istehsal sahəsi, sərgi zalı, yeməkxana və s. fəaliyyət göstərəcək. Müəssisənin bu ilin sonuna istifadəyə verilməsi nəzərdə tutulur. Burada istehsal olunacaq məhsullar “Cocuq Mərcanlı” brendi ilə satışa çıxarılacaq.

Bunlarla yanaşı, Cocuq Mərcanlıda Türkiyə ilə daha bir birgə layihə çərçivəsində ilkin mərhələdə 150 başlıq cins heyvandarlıq kompleksinin yaradılması işlərinə başlanılıb. Birgə layihələrdə Türkiyəli mütəxəssislərin təcrübəsindən də istifadə olunacaq.

Cocuq Mərcanlı sakinləri göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakşıları birgə həyata keçirilən layihələr çərçivəsində görülən işlərlə tanış olublar.
OXŞAR MÖVZULAR