Paşinyan yaxşı anlayır ki,.... » Newscenter.az
Impera

XƏBƏR LENTİ
12:29Paytaxtda mənzildən külli miqdarda qızıl oğurlanıb12:26Füzuli Məmmədov AAK-dan qovuldu12:09Avtomobildə gizlədilən mobil telefonlar və kəsici alətlər aşkar edilib12:00Prezident Хüsusi Dövlət Mühafizə Хidmətinin bir qrup hərbi qulluqçusunu təltif edib11:37Ekologiya Nazirliyi ağac kəsənləri cərimələdi11:22Nazir İnam Kərimov Şəmkirdə vətəndaşlarla görüşəcək11:08Iraqın turizm şirkətinin Azərbaycanda təmsilçiliyi açılacaq10:32Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi bu gün başa çatır09:59Bir qadını qadın edən onun təhsili, xəyalları və qurduğu kariyerasıdır09:36Atəşkəs rejimi 92 dəfə pozulub09:00Bu ay aqrokimya laboratoriyalarında 90 nümunə üzərində analizlər aparılıb08:16Əgər bu ölkədə Güllü Yoloğlu Türklüyə qarşıdırsa…15:36İsraillə "Həmas" arasında imzalanan müqavilə Qəzzada humanitar problemləırin həllinə yol açacaq15:17Azad Rəhimov Göygöldə vətəndaşları qəbul edib15:03Kür çayının aşağı axarında artım müşahidə edilib14:45Kredit İttifaqının İdarə Heyətinin sədri barəsində cinayət işi başlanılıb14:34Mexanizatorlara sertifikat təqdim ediləcək14:30Sürüşmə zonalarında aktivlik müşahidə olunur14:18“Türk Hava Yolları” iyul ayında aviaşirkət tarixində rekord yüklənmə səviyyəsinə çatıb14:00Qurbanlıq heyvan hər cəhətdən qüsursuz olmalıdır13:36Xəbərdarlıq:Şimşək çaxacaq, leysan yağacaq, güclü külək əsəcək13:25"Aqrolizinq" cənub zonasının sakinləri ilə görüş keçirəcək13:04“Kaspersky Lab” şirkəti messenger və sosial şəbəkələrə olan fişinq hücumlarında artım qeydə alıb12:50Köçəryan siyasətə hansı güclə qayıdır?12:36İstirahət günlərində hava qeyri-sabit keçəcək, temperatur aşağı enəcək12:14İrandan psixotrop maddə gətirmək cəhdinin qarşısı alınıb12:00ADAU-ya qəbul olmuş tələbələrin validyenləri ilə görüş keçirilib11:44Xaçmazda qadın özünü hərəkətdə olan avtomobildən ataraq intihar edib11:34Azərbaycanın KTMT-yə üzvlüyü Qarabağın azad edilməsinə gətirib çıxarmayacaq11:256 müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb11:05Lənkəranda turizmin inkişafına təkan verəcək yolun yenidən qurulması yekunlaşır10:52Son 17 ildə ilk səfər10:31Bu yollarda təmir və rənglənmə işləri aparılır10:13Dövlət Baytarlıq Xidmətindən rayon rəhbərlərinə müraciət10:00Əsgər ölümünə görə üç hərbi qulluqçu həbs olunub09:44Tramp Qorbaçovla eyni siyasəti aparır09:30Ermənilər 92 dəfə atəşkəs rejimini pozub09:15Xaçmazda qanunsuz ağac kəsilməsi faktı aşkar edilib09:00Bakının böyük bir hissəsinə təbii qaz fasilə ilə veriləcək22:04Ağdaşda yaşayış binasında yanğın olub, xəsarət alan var19:27İnam Kərimov Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb18:52Qaradağda yol tikintisinə 11,6 milyon manat ayrılıb18:19ABŞ-ın Texas A&M Universitetinin əməkdaşları ADAU-a olublar18:06“Bədəviliyin sosio-psixoloji analizi” mövzusunda seminar keçirilib17:582018-2019-cu dərs ilinin prioritet istiqamətləri müəyyənləşib17:37Avtobus dayanacaq məntəqəsinin ətrafına çəkilən dəmir hasar sökülüb.17:22Avqust ayı üzrə pensiyalar hesablara köçürülüb17:11Aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb16:45Qarabağ klanı Nikola qarşı cəbhə açır16:36Toxumçuluq mövzusuna həsr olunmuş regional müşavirə keçiriləcək16:15Zakir Həsənov Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aparılan təmir-tikinti işlərinin gedişini yoxlayıb16:10QARABAĞ TV-nin internet səhifəsi hazırlanıb16:00Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif edilib15:43“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək15:34Serj Sərkisyan istintaqa çağırılıb14:37Azərbaycan İlahiyyat İnstitutu keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malikdir13:59General-mayoru Dağlar Abdullayevin anım mərasimi keçirilib13:31Prezident bu şəxsləri təltif etdi-SİYAHI13:23Şəmkirdə 26 yaşlı gənc özünü yük vaqonundan asaraq intihar edib13:12Sabah hava necə olacaq?12:57Nazir vətəndaşlarla görüşəcək12:33Bu ilin 6 ayında 369611 kv. metr sahə məcburi dezinfeksiya edilib12:21Xaçmazda uşaq hüquqlarının qorunması ilə bağlı tədbir keçirilib12:13SABAH qrupu tələbələrinin təcrübə proqramı başa çatıb11:56Lerikdə 28 məntəqəni birləşdirən yol yenidən qurulur11:40“ASAN Viza” sistemi vasitəsilə 702 282 viza verilib11:33Təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır11:25Avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib11:15Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi AQSİA ilə əməkdaşlıq haqqında memorandum imzalayıb11:03Daha bir yolda təmir işləri həyata keçirilir10:53Azərbaycan İlahiyyat İnstitutu boş qalan yerlərə tələbə qəbulu elan edir10:22Bakı-Quba yolunda təmir işləri başlanılıb10:08Qurban bayramı ilə əlaqədar müvəqqəti kəsim məntəqələri yaradılır09:53İrandan Azərbaycana narkotik vasitələr gətirən mütəşəkkil cinayətkar qrup saxlanıldı09:34Gürcüstanla həmsərhəd rayonlara əlavə vaksin göndərilib09:19Düşməın 87 dəfə atəşkəsi pozub09:00Paytaxtdakı yaşayış binalarından birində yanğın olub08:25“Xəzər günü” ilə əlaqədar iməcilik keçirilib20:42Paytaxtda yaşayış binasında yanğın olub19:12Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edən şəxslərlə bağlı cinayət işi başlanıb18:30Babək prospekti yenidən qurulacaq18:15İmişli sakini Araz çayında boğulub17:57Balakəndə itkin düşmüş şəxsin meyiti tapıldı17:02İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib16:29Keçən ay 653 nəfərin ölkə ərazisinə girişinə qadağa qoyulub16:10Salyanda pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib15:59Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb15:45Goranboyda ağır yol qəzası15:39Şamaxıda torpaq sürüşməsi baş verib15:19Bruselyoz xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirləri həyata keçirilir15:04Xarici ölkələrdə Azərbaycanın ticarət evlərinin fəaliyyətinə dair müzakirələr aparılıb14:40Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi birgə layihəyə start verib14:10Daha bir kəndə təbii qaz verilib13:36Sabah Azərbaycanda havanın temperaturu artacaq12:29Türk dünyasının birlik və bərabərliyi istiqamətində daha bir addım12:17Lahıc yolunda hərəkətin təhlükəsizliyi təmin olunur12:08Təbiətə ziyan vuran şəxs cərimələnib11:53Paytaxtda 19 ünvanda piyada keçidi təşkil olunacaq11:37Yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədləri təmir edilir11:08Astarada 11 km uzunluğunda avtomobil yolunun inşası yekunlaşır
BÜTÜN XƏBƏRLƏR
Avqust 2018 (333)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)
Aprel 2018 (757)
Mart 2018 (669)

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Paşinyan yaxşı anlayır ki,....

07 avq 2018, 17:10   
Paşinyan yaxşı anlayır ki,....


Newscenter.az.7.08.2018. Ermənistanda inqilabi dəyişiklikdən sonra daxildə sabitliyi bərpa etmək qeyri-mümkün olaraq qalır. Bir tərəfdən xalqa verdiyi vədi yerinə yetirə bilməyən inqilabçı Paşinyan cəmiyyətin qınağı və etirazları ilə qarşılaşır, digər tərəfdən Qarabağ klanını özünə ciddi rəqib hesab edərək ona qarşı geniş cəbhə açır. Bütün bunlar azmış kimi Nikol beynəlxalq səviyyədə də uğursuzluqlarla üzləşir. Sadalanan proseslərin hər biri isə ümumilikdə Ermənistanın xiyanına işləyir, onsuz da ağır vəziyyətdə olan işğalçı ölkənin durumunu bir qədər də gərginləşdirir. Heç şübhəsiz ki, Ermənistanda cərəyan edən xoşagəlməz olaylar Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə də öz mənfi təsirini göstərir və danışıqlar prosesini dalana dirəyir. Bəs görəsən proseslərin bu cür axarı hadisələri hansı məcraya aparır və danışıqlar prosesinin dalana dirənməsi Qarabağda hərbi əməliyyatların aktuallığını artırırmı? Bu və ya digər suallarla Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə ilə söhbətləşdik.

-Məhəmməd bəy, hazırda Dağlıq Qarabağ probleminin həlli istiqamətində mövcud olan vəziyyəti necə dəyərləndirirsiniz?

-Ermənistanda aprel ayında etiraz aksiyalarına başçılıq edən Vətəndaş Birliyi Partiyasının sədri və parlamentdə olan müxalif Yelk blokunun deputatı Nikol Paşinyan Sərkisyan hakimiyyətini devirərək bu ölkədə yeni mərhələnin əsasını qoydu. May ayında baş nazir postunda əyləşəndən dərhal sonra onun Qarabağ münaqişəsi ilə bağlı açıqlamaları vəziyyəti gərginləşdirirdi və demək olar ki, qeyri-konustruktiv təkliflər irəli sürərək danışıqların ruhuna zərbə vururdu. Hazırda münaqişə ətrafında situasiya gərgin olaraq qalır və xarici işlər nazirləri səviyyəsində danışıqlar baş tutsa da, real irəlləyişlər nəzərı çarpmır. Halbuki, Ermənistan üçün ən ümdə məsələ münaqişənin həllini tezləşdirməkdi. Amma biz Nikol Paşinyanın manevr etdiyini, hələlik real danışıqlardan yayındığını görürük. Bunun daxili problemlərlə əlaqəli olduğunu vurğulayırlar və Azərbaycan tərəfindən vaxt istəyirlər. Hesab edirəm ki, indiki situasiya gərgindi və müharibə ehtimalı yüksək olaraq qalır.

-Sizcə, Ermənistanın yeni hakimiyyəti problemin danışıqlar yolu ilə həllinə maraqlıdır, yoxsa Paşinyan hökuməti də Sərkisyan hakimiyyətinin yolunu gedir?

-Ermənistanın baş naziri Nikol Paşinyanın ilk günlərdə verdiyi açıqlamalardan aydın olurdu ki, yeni hakimiyyət Sərksyan rejiminin yolunu davam etdirir, hətta daha da sərt siyasi xətt ortaya qoyur. Paşinyanın Qarabağ separtçılarını danışıqlarda tərəf kimi göstərməsi, Ermənistanın bu danşıqlarda yalnız vasitəçi kimi olmasını qeyd etməsi, təbii ki, danışıqların fiaskosudur. Amma Azərbaycanın Naxçıvan və cəbhənin digər istiqamətlərində işğalçıya mesajı əslində Paşinyana mesaj idi. Hazırda o, yaxşı anlayır ki, danışıqların dayanması və verdiyi mesajlar Azərbaycanın sərt hərbi təzyiqlərinin başlanmasına rəvac verə bilər. Brüsseldə xarici işlər nazirlərinin görüşündə Ermənistan tərəfinin Minsk formatının davamı etməsi barədə bəyanatı, görünür Paşinyanın danışıqlarda maraqlı olmasına gətirib. Qeyd edim ki, danışıqlar müvəqqəti dayansa da, bu Ermənistan tərəfinin Azərbaycandan vaxt əldə əldə etməsidir. Çünki, yeni hakimiyyət Rusiyaya bağlı siyasi dairələri zərərləşdirməklə məşğuldur. Bundan əlavə, Erməni Milli Konqresinin üzvü tərəfindən ötən günlərdə Yerevanda verilən bəyanat məhz Paşinyan rejiminin siyasi xətti kimi qəbul olunmalıdır. O, bəyanatda Ermənistanın Azərbaycanın ərazilərini işğal etdiyini və ərazilərin qaytarılmasını vurğulamaqla, məhz yeni siyasi xətti elan etmiş oldu.
Paşinyan yaxşı anlayır ki,....


-Münaqişənin həlli istiqamətində hərbi əməliyyatlar, müharibə variantı nə dərəcədə real görünür?


-Hazırda müharibə ehtimalı yüksək olaraq qalmasına baxmayaraq, hərbi əməliyyatların başlanması Yerevanın tutacağı siyas xəttdən aslıdır. İndi onlar danışıqlara hazır olduqlarını qeyd ediblər. Ona görə də bir qədər vəziyyət gözləmə mövqeyindədir. Amma, danışıqlara gedilməsə, müharibə başlaya bilər. Bu da münaqişənin həllini tezləşdirə bilər.

-Bu arada Paşinyan hökumətinin ya Qərb, ya Rusiya seçimi qarşısında qaldığı müşahidə edilir. Sizcə, İrəvan hakimiyyəti hansı tərəfə daha çox üstünlük verəcək?

-Ermənistanda etiraz aksiyaları birmənalı şəkildə Qərbdən idarə olunurdu. Sosial etirazlar fonunda keçirilən bu aksiyalar əsasən SOROS və Amerika Erməni Assambeleyası tərəfindən idarə edilirdi. Məqsəd ölkədə Rusiyanın bu ölkədən çıxarılması və Ermənistanın Qərbə inteqtasiyası idi. Nikol Paşinyanın daxildə Rusiyaya bağlı dairələri zərərsizləşdirməsi və həyata keçirilən həbslər buna hesablanıb. Rusiyanın bu ölkədə əsas siyasi dayağı olan Köçəryan-Sərkisyan ittifaqının Paşinyan tərəfindən zərərsizləşdirilməsi bununla bağlıdır. Köçəryanın həbsi, digər tərəfdən Kremlə bağlı generalların istintaqa çağırılması, məhz gələcəkdə mümükün dövlət çevrilişinin qarşısını almağa planlanıb. Rusiya revanş göturərək Köçəryanın başçılığı ilə növbəti dəfə hakimiyyəti ələ ala bilər. Ona görə də Paşinyan var qüvvəsi ilə bu klanı çökürdürməyə və onları siyasi səhnədən tam uzaqlaşdırmağa çalışır. Paşinyanın əsas siyasəti qərbpərəstdir. Onun Rusiya ilə bağlı sözdə qeyd etdikləri yalnız Rusiyanı qəzənbləndirməməkdi. Hazırda Rusiyanın Gümrüdəki 102-ci bazasının boşaldılması üçün çağırışlar edilir. Təbii ki, bunlar yeni hakimiyyət tərəfindən idarə olunur. Hesab edirəm ki, Paşinyan Rusiya və Qərb arasında qaldıqda əsasən Qərbin siyasətini üstün tutacaq. Çünki, xalq onu yalnız Qərb siyasi dəyərləri uğrunda hakimiyyətə gətirib. Rusiyanın Ermənistandan çıxması isə regionumuz üçün müsbət irəliləyişlər vəd edir.

-Qərbə meyillilik İrəvanın Rusiya tərəfindən cəzalandırılması ilə nəticələnə bilərmi?

Paşinyan yaxşı anlayır ki,....

-Paşinyanın Qərbə meyilliliyi onun Rusiya tərəfindən cəzalandırılmasını gündəmə gətirir. Rusiya Ukrayna və Gürcüstanı Qərbə meyilləndiyinə görə cəzalandırdı və ərazilərinin bir hissəsini işğal etdi. Hazırda Rusiya Ermənistanla 100 milyonluq silah anlaşmasını dayandırıb və bu ölkəyə ixrac etdiyi qazın qiymətini qaldırmaq barədə siyasi qərar qəbul edib. Rusiyanın Ermənistana təzyiq rıçaqları böyükdür. İqtisadi təzyiq Ermənistanın çökldürülmısinə gətirə bilər. Həmçinin Ermənistanda Rusiyaya ixrac olunan məhsullara embarqo qoyula bilər. Bundan əlavə, Qarabağ münaqişəsində neytrallığını saxlamaqla münaqişənin həllinin tam Azərbaycanın xeyrinə həll olunmasına dəstək verə bilər və s. Yəni, Rusiya bu kimi təzyiq rıçaqlarına malikdir.

-Paralel olaraq Ermənistandaxili vəziyyət də qeyri-normal olaraq görünür və Paşinyanın ciddi cəhdlə rəqiblərini sıradan çıxardığını görürük. Sizcə, Paşinyanın bu addımları nəyə hesablanıb və davam edən həbslər yenidən işğalçı ölkədə etiraz dalğası, kütləvi aksiyaları gündəmə gətirə bilərmi?


-Paşinyanın daxili siyasətdə atdığı addımlar əsasən xalqda məmnuniyyətlə qarşılanır. Çünki, 20 illik Qarabağ klanı bu ölkədə korrupsiya və ciddi siyasi problemlərə yol açıb. Dövlətin bütün təsisatlarını zəiflədib. Qarabağ klanının sıradan çıxarılması Rusiyanın bu ölkədə dayaqlarının aradan götürülməsinə və həmçinin özünün gələcək seçkilərdə rəqiblərini zərərləşdirməyə hesablanıb. Bu həbslər əsasən Qarabağ klanına məxsus şəxslərə şamil olunub. Ona görə də yeni etirazların baş qaldırmasını gözləmirəm. Amma, Paşinyanın sosial və iqtisadi islahatlar vədi yerinə yetirilməsə, əhalinin sosial vəziyyəti yaxşılaşmasa, mümükün etiraz aksiyalarının keçirilməsi baş verə bilər. Hesab edirəm ki, Ermənistanın inkişafı yalnız onun işğaçılıq siyasətindən əl çəkdikdən sonra mümkündür. Nə qədər ki, işğalçılıq siyasətini davam etdirir, bu ölkədə hər hansı inkişafdan söhbət gedə bilməz. Düşünürəm ki, Ermənistan Qarabağ klanını sıradan çıxarmaqla və ölkəsinin real inkişafına nail olmaq üçün Qarabağ danışıqlarında kompromisə gələ bilər. Qərbin də məhz istəyi münaqişənin həlli və Ermənistanın Rusiya buxovundan çıxmasıdır. Nə qədər ki, Ermənistan işğal etdiyi ərazidən çıxmayıb, Ermənistanda Rusiyanın forpostundan çıxmayacaq. İnqilab və islahatların da heç bir müsbət təsiri olmayacaq. Rusiya Ermənistanı bataqlıqda saxlayacaq. Ona görə də Paşinyan praqmatik siyasət ortaya qoyub, xalqının rifahı üçün münaqişəni həll etməlidir.

-Bu arada müntəzəm olaraq Rusiya tərəfindən münaqişənin həlli ilə bağlı verilən açıqlamalar nədən xəbər verir?
Paşinyan yaxşı anlayır ki,....

-Düşünürəm ki, Kremlin ideolqu olan Aleksandr Duginin Ermənistanın yeni hakmiyyəti ilə bağlı verdiyi müsahibəsində Azərbaycan tərəfinin nəticə çıxarmalı olduğu məqamlar da var. O, müsahibəsində qeyd edir ki, Ermənistanın yeni hakimiyyəti Rusiyaya qarşı çıxmaqla, ikitərəfli müttəfiq əlaqələrini sual altına qoyur. Nəticədə bu ölkə Qarabağın itirilməsinə və bir dövlət kimi çökməsinə səbəb olar. Duginin bu müsahibəsindən aydın olur və etiraf edilir ki, Qarabağın işğalda qalmasına Rusiya çalışır və əgər ayrılsanız Qarabağ əlinizdən çıxacaq. Demək, Duginin bir müddət bundan əvvəl Azərbaycana gələrək Cocuq Mərcanlıda Qarabağla bağlı qeyd etdikləri imitasiya idi. Hesab edirəm ki, Duginin əsas hədəfi Rusiyanın regionda qalması və Qarabağ münaqişəsinin problem olaraq davam etməsidir. Belə olduqda Rusiya regionda öz güc funksiyasını saxlaya bilər. Duginin dedkilərindən belə çıxır ki, Ermənistan Rusiyanın forpostu olaraq Qarabağın işğalını davam etdirməlidir. Göründüyü kimi, Kreml ideloqunun ölkəmizdə verdiyi açıqlamalar bizim auditoriya üçün hesablanmışdı. O, Moskvada Ermənistana həm məsləhət verir, həm də hədə gəlir ki, bu gedişlə Qarabağı itirə bilərsiz. Təbii ki, Dugin kimilər heç vaxt Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını istəmirlər. Çünki, regiondan Rusiya çıxa bilər Kremlin yaxın siyasi ekspertləri olaraq, əsas vəzifələri regionda Rusiyanın imperiya maraqlarını pərdələməkdi. Biz, artıq Duginin bundan sonraki açıqlamalarına inanmamalıyıq. Deməli, Duginə qərbpərəst Paşinyan deyil, Sərkisyan lazımdır ki, Ermənistan Rusiyanın forpostu olaraq qalsın və Azərbaycanla münaqişə davam etsin. Bundan əlavə, Dugin qeyd edir ki, Sərksiyan beş rayonu qaytarmağa hazırlaşırdı. Nikol Paşinyan Sarksiyanı devirdi və beş rayon məsələsi gündəmdən düşdü. Ümumiyyətlə, Sərksiyan Rusiyanın əsas fiquru olaraq mıəhz Qarabağ konfliktinin düyün kimi qalamsına çalışıb. Kremlin ekspert dairələri qatı antiAzərbaycan qüvvələridir. Onların Azərbaycanla bağlı verdiyi bəyanatlar qeyri-ciddidir.
OXŞAR MÖVZULAR