Impera

XƏBƏR LENTİ
16:07Bakıda E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə master-klas keçiriləcək15:47Sahilyanı ərazilərdə təmizlik aksiyası keçirilib15:34İlahiyyat İnstitutunda yeni təyinatlar verilib14:51195-2 Çağrı Mərkəzinə 80 min müraciət olub13:52Sabah hava necə olacaq?13:16QHT sədri Ukraynadakı "Qafqaz" xalq rəqs ansamblına millli geyimlər hədiyyə edib13:00Daha bir kəndə təbii qaz verilib12:45Xarici ali təhsil müəssisələrində təhsil formasını seçən zaman vətəndaşlar nələrə diqqət etməlidirlər?12:28İrandan gələn vətəndaşın əl yükündə narkotik vasitə-heroin aşkarlanıb12:19Məscidlərdən qara bayraqlar deyil, Azərbaycan bayrağı asılmalıdır11:46Azərbaycan və Rusiya Xəzərdə birgə təlimlər keçirib11:1230 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək10:58“Xətai” stansiyası əsaslı təmir işləri ilə əlaqədar bağlanacaq10:45Məktəb direktorları ilə görüş keçirilib10:32“Azəriqaz” İB-nin xidmətləri Səyyar ASAN xidmətdə10:08Havanı çirkləndirən zavodla bağlı toplanmış sənədlər məhkəməyə göndərilib09:40Düşmən atəşkəs rejimini 87 dəfə pozub09:20Romada əlil qız "İtaliya gözəli" seçilib09:00Prezident: "Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər"19:22“Mənəvi dəyərlərimiz: dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib19:05Müdafiə naziri bölmələrin döyüşə hazırlığını yoxlayıb18:43Ələt-Astara-İran ilə dövlət sərhədi-Biləsuvar avtomobil yolu yenidən qurulur18:38İnnovasiya Müsabiqəsinə layihələrin qəbulu müddəti uzadılıb18:30Azərbaycan-Qazaxıstan İşçi Qruplarının ilk iclası keçirilib18:13Metropoliten sərnişinlərə Milli Musiqi Günü sürprizi etdi18:03Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək17:47Dini Komitə və Dövlət Təhlükəsizlik Xidməti Ağsuda "Dini etiqad azadlığı haqqında” Qanunun müvafiq maddələrinin pozulduğunu aşkar edib17:43Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb17:38İlahiyyat İnstitutunda tələbələrlə görüş keçirilib17:35Prezident Masallıda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına 1 milyon manat ayırıb17:19AQTA balıq və balıq məhsulları ilə bağlı xəbərdarlıq edir17:04Azad Rəhimov Avstriyanın vitse-kansleri ilə görüşüb16:55Ağcabədinin su təchizatı və kanalizasiya sistemləri yenilənir16:12Moldova ilə əməkdaşlıq protokolu imzalanıb15:59Prezident Cavid Qurbanova "Şöhrət" ordeni verdi15:26AzTU-nun müətəxəsissləri NRYTN-nin Yüksək Texnologiyalar Parkında olublar15:11Dövlət Komitəsindən diaspor təşkilatlarına səmərəli təklif14:40İlham Əliyev Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib14:25“Veysəloğlu” Şirkətlər Qrupu ucqar dağ kəndlərində14:05Microsoft” Pərakəndə Satış və Rəqəmsal Transformasiya üzrə regional Virtual Sammitinə ev sahibliyi edəcək13:59Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib13:44Azərbaycan gənclərinin Mərakeşə səfəri baş tutub13:36Prezident İlham Əliyev Biləsuvar rayonuna səfər edib13:35Ağcabədi rayonunun daha bir kəndinə təbii qaz verilib13:11Pirallahıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib13:00Təlimlərdə iştirak edən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır - VİDEO12:45Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub12:30Prezident Masallı rayonunda bir sıra obyektlərin açılışında iştirak edib11:55Prezident Masallı rayonuna gedib11:44Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib11:20Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb10:40Qoşunlarda döyüşə hazırlıq tədbirləri aparılır-VİDEO09:20Ermənilər atəşkəs rejimini 85 dəfə pozub08:18Carlsberg Azerbaijan təhlükəsiz avtomobil idarəetmə üzrə dəyirmi masa formatında görüş təşkil edib16:20Babək prospektində işlərin oktyabr ayında yekunlaşdırılması nəzərdə tutulur16:09“İrəli”nin “SAY:Cümhuriyyət” layihəsi başa çatıb15:47Səfir Daşqın Şikarov Xəlifə Fondunun baş direktoru Məhəmməd Haci əl Xuri ilə görüşüb15:33Beynəlxalq Atletika Federasiyası 1-ci dərəcəli lektorlar üçün seminar keçirib14:32Diaspor təmsilçisinə İtaliyada yüksək etimad14:23Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur14:12“Bilik günü” AzMİU-da qeyd olunub13:44Ermənistanın baş naziri Azərbaycanın daxili məsələləri ilə bağlı yersiz və cəfəng açıqlamalar verir13:23ATU-da “Bilik günü” qeyd olundu13:07Bakının İrəvana son mesajı12:57489 namizəd uğur qazanıb12:40Bakıda keçirilən parad Ermənistada açıq hərbi dərs idi12:35Culia Gralou: "Arzu edərdim ki, ABŞ-ın Sietl Xərçəng Mərkəzində də belə şərait olsun"12:27Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır12:08Bu yolda rənglənmə işləri aparılacaq11:55İlk dərslər vətənpərvərlik mövzularına həsr olunub11:47Millət vəkili Kiyev Universitetinin tələbələri ilə görüşüb11:35Məktəblilər Avropa birinciliyinin qalibi olublar11:27Tələbə adını qazanan 1803 gənc Azərbaycan Texniki Universitetini seçib11:11Azərbaycan İlahiyyat İnstitutunun açılış mərasimi olub10:56Dövlət Miqrasiya Xidmətində təlim keçirilib10:38Direktor, direktor müavinləri və müəllimlər üçün təlimlər keçiriləcək10:17Şəhər yollarında piyada təhlükəsizliyinin artırılması işləri davam etdirilir10:00Azərbaycanın din xadimləri Prezidentə müraciət ünvanlayıblar09:40Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb09:30Atəşkəs rejimi 93 dəfə pozulub09:15Azərbaycanda məmur vəfat edib19:35İslam İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib19:13Dövlət Fitosanitar Xidməti əhaliyə xəbərdarlıq edir18:37Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib18:32"İdeyadan Biznesə" startap turlarının növbəti mərhələsinə start verilir18:27Aİİ-də “Sekulyarizasiya prosesi və müasir cəmiyyətdə din” mövzusunda seminar keçirilib18:18Azərbaycan məhsulları “Worldfood Moscow 2018” Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq18:11Bayıl-Bibiheybət-Lökbatan kollektorunun inşasına 3 milyon manat ayrılıb18:03Paytaxtda fəaliyyət göstərən bir sıra çörək istehsalı müəssisələrində nöqsanlar aşkar edilib17:37AQTA sahibkarlara müraciət etdi17:12Energetika Nazirliyi“Equinor” şirkəti ilə bərpa olunan enerji mənbələrinin inkişafını müzakirə edib17:01İxracatçılar Klubu və Dövlət Aqrar Ticarət Şirkəti arasında əməkaşlıq müzakirə edilib16:34İlqar Məmmədovun "demokartikliyi"16:12Təhsil naziri İndoneziya Respublikasının mədəniyyət və təhsil naziri ilə görüşüb16:02Bakıda “Dosso Dossi Fashion Show” tekstil sərgisi keçiriləcək15:25NATO Parlament Assambleyasının nümayəndə heyəti Energetika Nazirliyində olub15:00İnam Kərimov Salyanda vətəndaşları qəbul edib14:34Energetik içkilərə vergi tətbiq edilməlidirmi?14:22“Türk Hava Yolları” yeni uniformasını təqdim edib14:04Qırmızı Körpü Asiya və Avropa arasında qlobal əlaqələndirmənin mühüm elementinə çevrilir
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2018 (257)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)
Aprel 2018 (757)

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb

15 avq 2018, 15:59   
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb


Newscenter.az.15.08.2018. Avqustun 15-dən respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb.

Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Ərizələrin onlayn qeydiyyatı Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərini və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərini, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərini əhatə edir.

Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərində ərizələrin onlayn qeydiyyatı avqustun 15-dən sentyabrın 25-dək həyata keçiriləcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 15 avqustdan 28 sentyabradək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək. Adıçəkilən rayonlarda yerləşən məcburi köçkün məktəbləri üzrə ərizələrin onlayn qeydiyyatı sentyabrın 1-dən 25-dək aparılacaq. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 3 sentyabr tarixdən başlayacaq, 28 sentyabrda başa çatacaq.

Yalnız Bakı şəhərinin bir sıra ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına qəbul ərazi prinsipi əsasında aparılır. Digər rayon və şəhərlərdə, o cümlədən həmin rayon və şəhərlərdə yerləşən məcburi köçkün məktəblərində ərazi prinsipi tətbiq olunmur.

Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadə mədəniyyətinin formalaşması baxımından olduqca əhəmiyyətlidir.

Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən onlayn (www.mektebeqebul.edu.az) və ya Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə məktəbəhazırlıq qruplarına elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş 82 məktəbdə fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərində aparıla bilər.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə ( qəbulu elektron sistem vasitəsilə həyata keçirilən rayon və şəhərlərdə valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi Kabinet”indən çap olunmuş “Ərizə” daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi(olduğu təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur.

Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur.

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Müvafiq qanunvericiliyə uyğun olaraq, Təhsil Nazirliyinin icazəsi ilə bir sıra təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında təhsil ödənişli həyata keçirilə bilər.

Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib.

Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.

Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq.

Xatırladaq ki, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşında olan uşaqların 24, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65 faizini əhatə edib. 2018-2019-cu dərs ilində həmin göstəricinin 75, 2019-2020-ci tədris ilində isə 90 faizə çatdırılması nəzərdə tutulur.



2018/2019-cu dərs ili üçün Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərində, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərinin məktəbəhazırlıq qruplarına qəbuluşaqların qeydiyyatının elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab
OXŞAR MÖVZULAR