Impera

XƏBƏR LENTİ
16:55BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti Azərbaycanın Xarici İşlər Nazirinə etimadnaməsini təqdim etd16:32"Mxitaryan futbol oynaya bilər, amma siyasətdə sadəcə alətdir" - Səbuhi Abbasovdan videomüraciət16:05Tələbələr üçün təlim keçirilib16:00Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb15:57Bakıda “YOUTHVİSİON” Beynəlxalq Mahnı Müsabiqəsi keçiriləcək15:46Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüb15:37Heyvan düşərgələrinə səyyar baytarlıq xidməti təşkil edilib15:25Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilib15:11Gömrükçülər beynəlxalq elmi konfransda çıxış ediblər14:51Xədicələr, Nərminlər bizim onsuz da tarıma çəkilmiş əsəblərimizlə çox oynamasınlar14:35Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində regionlararası görüş keçirilib14:26AzMİU-da beynəlxalq elmi konfrans keçirilib14:23Əli Kərimli yaddan çıxarır ki, yetkinlik yaşına çatmayan fərdin siyasi oyunlara cəlb olunması ən azı siyasi hoqqabazlıqdır14:02Xidmətə ilkin hazırlıq təlimlərinin dinləyiciləri üçün atış üzrə təlim keçirilib13:18QHT sədrindən Fazil Talıblıya irad-Siz mənim salamımı almırsınızsa, demək narazı vətəndaşları görməyə ümumiyyətlə vaxt tapa bilmirsiniz12:40İnam Kərimov fransalı həmkarı ilə görüşüb12:35Olimpiadanın final mərhələsinin vaxtı açıqlanıb12:25Tovuzda sahibkarlarla görüş keçirilib12:08Yevlaxda ağır yol qəzası, mikroavtobus aşdı12:00Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin ərzaq məhsulları təqdim edilib11:49Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrdən istifadə ilə bağlı görüş keçirilib11:35Şamaxı və Ağsunun 5 kəndində içməli su layihələrinin icrasına başlanılır11:26İmişlidə ölmüş vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlanıb11:22Hər üç istifadəçidən birinin əvvəlki iş yerinin sənədlərinə çıxışı var11:15Gəncədə AQTA əməkdaşlarının iştirakı ilə seminar keçirilib11:05Bakı Telefon Rabitəsi MMC (Baktelecom) yay mövsümü ilə əlaqədar “Simsiz rabitə” şəbəkəsinin tutumunu artırır11:00M2 magistralının Xaldan-Şəki hissəsi əsaslı şəkildə yenidən qurulur10:48Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub10:30UEFA Avropa Liqasının final oyunu ilə tədbirlər planı hazırlanıb10:10Londonda Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib09:40ADAU-nun rektoru Polşada səfərdədir09:35Neftçalada mikroavtobus yük maşınına çırpılıb, 4 nəfər ölüb09:28Düşmən 21 dəfə atəşkəsi pozub07:30Müdafiə naziri düşmənin təxribat cəhdlərinin qarşısının alınması barədə tapşırıq verib - VİDEO07:20Qida təhlükəsizliyi sahəsində çalışmaq istəyən gənclərlə görüş keçirilib07:12Fuad Abbasovla bağlı Putinə müraciət edildi.07:00Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib17:15“Bərəkət”dən sahibkarlara dəstək layihəsi17:05Prezident və xanımı Mərkəzi Parkın açılışında16:09Nazirliyin 5 əməkdaşına cinayət işi açıldı, 8 nəfər isə işdən çıxarıldı15:58Metropolitenin ehtiyat elektrik təchizatı üzrə işlər başa çatmaq üzrədir15:20Turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib14:17Vətəndaşa dəymiş 40 minlik ziyanı müstəntiq necə ört-basdır etdi?-FOTOLAR13:55DGK rəhbər heyəti vətəndaşları qəbul edəcək13:50Səhra şəraitində təminat məntəqələri yaradılıb-VIDEO13:40Ölmüş heyvan ətinin satışının qarşısı alınıb13:34Sabah hava necə olacaq?13:10143 qanunsuz miqrant saxlanılıb12:40Bakıda "Zara" mağazasında soyunub-geyinmə otağına kamera yerləşdirildi-VIDEO12:1020 ölkədən 70-dən çox iştirakçı Bakıya gələcək12:00Ombudsman aparatı nümayəndələri döyüş bölgəsində yerləşən hərbi hissədə olublar11:50Pedaqoji mühazirələrin paytaxt üzrə qalibləri müəyyənləşib11:40Gürcüstandan Azərbaycana siqaret və spirtli içki keçirilməsinin qarşısı alındı11:31Paytaxtda daha bir gənc intihar etdi11:154000 ədəd siqaret aşkarlanıb10:50Daha bir idmançımız TOKYO 2020 olimpiya oyunlarına vəsiqə qazandı10:35Məktəb direktorlarının üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirilməsi vacibdir10:17Təmas xəttində monitorinq keçiriləcək09:50Səmti müəyyənetmə üzrə Beynəlxalq yarış keçirilib09:35Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri müzakirə ediləcək09:05Atəşkəs rejimi 22 dəfə pozulub08:33Nazir hərbi təlimləri izləyib-VIDEO08:15Komitə sədri vətəndaşları qəbul edib00:23Polad Bülbüloglu kokteyl məclislərinə qatılmaq və arayış satmagı bilir17:10MDB iştirakçı dövlətlərinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçiriləcək17:00Fuad Abbasovun hüquqlarının müdafiə komitəsi yaradıldı16:47Gəncədə sahibkarlarla görüş keçirilib16:40“Kiber təhlükəsizlik üzrə Gənclər Seminarı”16:30Azərbaycanda III Robot Olimpiadası keçiriləcək16:11Bakı Beynəlxalq Avtovağzal Kompleksində İİV-lə bağlı tədbir keçirilib16:00Birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub15:45“Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilir15:30Prezident İlham Əliyev: "Çalışırıq ki, dolanışıq daha yaxşı olsun"15:20Türkiyə səfirliyinin din işləri üzrə müşaviri Saatlıda dindarlarla görüşüb15:15Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub14:55Dini Komitənin rəhbərliyi qərb bölgəsində vətəndaşlarla görüşüb14:43Jurnalistə qarşı bu cür aşağılayıcı münasibət Rusiya dövlətinin imicinə kölgə sala bilər14:23Şəkidə fermerlər üçün maarifləndirmə tədbiri keçirilib14:13Rusiyadakı hər bir azərbaycanlı Fuad Abbasovu müdafiə etməli idi14:10Müəllim və valideynlər qəbul ediləcək13:59Aİİ rektoru Rusiya Federasiyasında səfərdədir13:44Dünya Azərbaycanlıları Assambleyası Rusiyanın hüquq-mühafizə orqanlarına müraciət etdi13:30DGK-dan açıqlama-Rəşad Babayev “Qırmızı Körpü” gömrük postunun rəisi vəzifəsində çalışmayıb13:10Bu yollarda rəngləmə işləri aparılacaq12:56Lisey və gimnaziyalara qəbulla bağlı müsahibə başlayıb12:47Azərbaycanlı biznesmen İlqar Hacıyev prezident İlham Əliyevə müraciət etdi12:35“Türk Hava Yolları” İstanbul hava limanında beş yeni biznes zal açır12:19Məktəb direktorlarının müşavirəsi keçirilib11:49Bu dövlətimizin şərəf məsələsidi11:30M2 magistralının Hacıqabul-Ələt hissəsi əsaslı şəkildə təmir edilir11:20“Avropada antisemitizm tarixi: antik dövrdən bugünədək” mövzusunda təlim keçirilib11:13Bölgələrdə gicitkən və şeytanqanqalı kəpənəklərinin tırtılları geniş yayılıb11:02Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib10:57"Azərsu" "cinayətdə ittiham olunan" məmurun rəis təyin edilməsinə aydınlıq gətirdi10:39Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yeni mərhələdə10:25Təlimlərin planına uyğun olaraq xəritə üzərində tapşırıqlar icra olunur - VİDEO10:17Bu rayona içməli su fasilə ilə veriləcək09:47Aytac Əliyeva sakinlərlə görüşüb onların problemləri ilə maraqlandı09:39Düşmən müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:30Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası və enerji forumu keçiriləcək
BÜTÜN XƏBƏRLƏR
May 2019 (658)
Aprel 2019 (647)
Mart 2019 (323)
Fevral 2019 (329)
Yanvar 2019 (397)
Dekabr 2018 (355)

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan İlahiyyat İnstitutu keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malikdir

16 avq 2018, 14:37   
Azərbaycan İlahiyyat İnstitutu keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malikdir


Newscenter.az.16.08.2018. Məlum olduğu kimi, yeni yaranmış Azərbaycan İlahiyyat İnstitutu bu ildən tələbə qəbulu elan edib. İnstituta tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə - islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə aparılır. İnstituta islamşünaslıq ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla cəmi 60 nəfər abituriyentin qəbulu nəzərdə tutulub. İnstitutda təhsil ödənişsizdir.Həmçinin tədris ocağı keyfiyyətli tədrisi təmin edəcək yüksək ixtisaslı kadr potensialına malikdir.

Azərbaycanda dinşünas və islamşünas ixtisaslı mütəxəssisləri hazırlamaq üçün təsis olunan İnstitutun yetişdirəcəyi kadrlar gələcəkdə ölkədə müxtəlif sahələrdə dini mütəxəssislərə olan ehtiyacını ödəməlidir. Qeyd edək ki, artıq İnsituta sənəd qəbulu başlanıb və müraciətlər davam edir. Newscenter.az xəbər verir ki, ölkədə fəaliyyət göstərən Qeyri – Hökümət Təşkilatlarının rəhbərləri abituriyentlərə və onların valideynlərinə müraciət edərək Azərbaycanİlahiyyat İnstitutunu seçməyin üstünlüklərini qeyd ediblər.

Mübariz Göyüşlü, “Müasir İnkişaf” İctimai Birliyinin idarə heyətinin sədri, dialoq.info təhsil saytının baş redaktoru

İlahiyyat İnstitutunun yaranması ölkəmizin dini və ictimai həyatı üçün mühüm bir hadisədir və Azərbaycan dövlətinin dinə, dini dəyərlərə verdiyi əhəmiyyətin göstəricisidir. Ölkəmizdə həm dini, həm də dünyəvi elmləri bilən, müxtəlif dillərə yiyələnən ziyalı ilahiyyatçı kadrların və din xadimlərinin hazırlanmasına böyük ehtiyac var. Belə kadrların hazırlanması dinin insanlara doğru şəkildə çatdırılması, həmçinin din sahəsindəki təhlükəli tendensiyaların qarşısının alınması baxımından böyük zərurət kəsb edir. Hesab edirəm ki, Azərbaycan İlahiyyat İnstitutu qeyd etdiyim parametrlərə uyğun gələn kadrların hazırlanması üçün lazımi potensiala malikdir. Əvvəla, institutda təhsil pulsuzdur. Bu, ilahiyyatçı olmaq istəyən, lakin təhsil haqqını ödəyə bilməyən abituriyentlər üçün böyük bir şansdır. İkincisi, Azərbaycan İlahiyyat İnstitutu keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malikdir. Burada fəaliyyət göstərən alimlər ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilən və öz sahələrində kifayət qədər biliyə malik olan insanlardır. Azərbaycan İlahiyyat İnstitutu pulsuz və keyfiyyətli təhsillə yanaşı, tələbələrinə ərəb, ingilis, fars və rus dillərini öyrənmək, eləcə də, Erasmus, Mevlana və s. beynəlxalq mübadilə proqramları vasitəsilə Avropa, Amerika, Şərq ölkələrində təhsil almaq və yüksək qiymətlərlə məzun olan bakalavrların ixtisasları üzrə magistratura və doktorantura təhsilini dövlət xətti ilə xarici ölkələrdə davam etdirmə imkanını da verir. Nəhayət, institutdan “islamşünalıq” və “dinşünaslıq” ixtisası üzrə məzun olan tələbələrin gələcəkdə işlə təmin olunması da nəzərdə tutulur. Hesab edirəm ki, bütün bunlar kifayət edir ki, abituriyentlər Azərbaycan İlahiyyat İnstitutunu seçib, ali təhsillərini burada alsınlar.

Çingiz Bayramov, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri

Cənab Prezidentin sərəncamı ilə yaradılmış Azərbaycan İlahiyyat İnstitutu ölkəmizdə dini maarifçilik sahəsində mühüm strateji əhəməmiyyət daşıyan bir qurumdur. Abituriyentlərin bu institutda istər İslam, istərsə də digər səmavi dinlər sahəsində düzgün təhsil almaları və bu dinləri bir elm kimi öyrənmələri onların cəmiyyətimiz üçün sağlam kadr kimi yetişməsində mühüm rol oynayacaq. Eyni zamanda Aİİ Azərbaycan xalqının tolerantlığının göstəricisi olan bir elm ocağına çevriləcək, həmçininin regionda da İslamın düzgün təbliği istiqamətində bir nümunə olacaqdır. İnanıram ki, bu instituta qardaş Türkiyə başda olmaqla digər müsəlman ölkələrindən də təhsil almaq üçün tələbələr gələcək. Azərbaycan İlahiyyat İnstitutunda yüksək səviyyəli təhsilin verilməsini təmin edəcək savadlı kadr potensialı vardır. Aİİ-də təhsilin ödənişsiz olması dövlətimizin Azərbaycan gəncliyinə qayğısının göstəricisidir.

Ceyhun Musaoğlu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi, Jurnalist Ekspert Mərkəzinin sədri, “Tərəqqi” medalı mükafatçısı

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ölkəmizin ictimi-siyasi həyatında mühüm hadisədir. Azərbaycan dünyəvi ölkə olmaqla yanaşı, əhalisinin əksəriyyəti islam dininə sitayiş edir. Ölkədə dinlə dövlətin ayrı olmasına baxmayaraq, dövlət daim dini mühitin sağlam formalaşmasına yaxından və böyük dəstək göstərir. Azərbaycanda nəinki İslam dini, digər dinlərin daşıyıcıları da tolerant mühitdə eyni hüquqlu vətəndaş kimi yaşayırlar.
İlahiyyat İnstitutunun yaradılması dövlətin dinə göstərdiyi qayğının davamıdır. İnstitut tələbələrə bir çox üstünlüklər vəd edir ki, bunların sırasında ödənizşsiz əsaslarla ali təhsil almaq, İslam dini ilə bərabər səviyyədə digər dünya dinləri barədə akademik savad vermək və müxtəlif xarici dilləri tədris etmək var.
Azərbaycanlı gənclərin İslam dinini mükəmməl bilmələri və onun dəyərlərini sağlam əqidəyə söykənərək təbliğ etmələri cəmiyyətin inkişafına bir başa təkandır. İlahiyyat İnstitutu tələbələrə akademik təhsil verib, onların ali savadlı olmasını təmin etməklə yanaşı, həm də hərtərəfli vətəndaş kimi yetişmələrinə çalışacaq. İnstitutun rəbərliyi və kollektivinin bu müqəddəs işin öhdəsindən layiqincə gələcəyinə bütün qəlbimizlə inanırıq.
İlahiyyat İnstitutunun ilk məzunları olacaq gənclər Vətənə bağlılığı, dövlətə sədaqəti, cəmiyyətə sevgiləri ilə sözün bütün mənalarında fərqlənəcək və bu fərq cəmiyyətin sağlam təməllər üzərində inkişafında özünü göstərəcək.

İlahiyyat İnstitutunu seçəcək məzunları indidən təbrik edir, gələcəkdə xalqın onların peşakar fəaliyyətindən faydalanacağına əminliyimi ifadə edirəm.

Asim Vəliyev, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri

Ölkə başçısı, cənab prezidentimiz İlham Əliyevin sərəncamına müvafiq olaraq Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını yüksək qiymətləndirirəm.Cəmiyyətimizdə mövcud dini biliklərin yanlış dini cərəyanların təsiri nəticəsində düzgün formalaşmaması, bu sahədə milli kadrların azlığı və dinin bəzən düzgün təbliği olunmamasını nəzərə alsaq, Azərbaycan İlahiyyat İnsititunun yaradılmasının təqdirəlayiq bir addım olduğunu hesab edirəm. Bu təhsil ocağının fəaliyyət göstərməsi yüksək ixtisaslı kadrların yetişdirilməsinə öz töhfəsini verəcək. Beləliklə də ölkəmizə din sahəsində heç bir xarici dairə mənfi fikirlər aşılaya bilməyəcək. Eyni zamanda yeni yaradılan institutda ölkəmizin adət-ənənələri, milli-mənəvi dəyərləri, müxtəlif dinlər haqqında informasiyalar və islam dininin əsasları elmi şəkildə bütün gənclərimizə öyrədiləcəkdir. İnstitut dini elmləri dərindən mənimsəmək istəyənlərə geniş imkanlar yaradacaqdır. Həm də tədris zamanı tələbələrə müxtəlif xarici dillər öyrədiləcək, müxtəlif xarici ölkələrin tədris mərkəzləri ilə də sıx əməkdaşlıqlar qurulacaqdır. İnistitutun heyətinə uğurlar arzu edirəm.

İlqar Orucov, fəlsəfə doktoru,Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri

Dövlət başçımızın 9 fevral 2018-ci il tarixində imzaladığı sərəncamla Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılması tapşırılmış və yeni təhsil müəssisəsi artıq fəaliyyətə başlamışdır. İlahiyyat İnstitutunun yaradılmasını ölkəmiz üçün xeyli əhəmiyyətli hadisə kimi qiymətləndirmək lazımdır. Xüsusilə son illərdə dünyada gedən gərgin siyasi proseslər, din-dövlət münasibətlərinin kəskinləşməsi, dünyada süni şəkildə dini qarşıdurmaların və radikalizmin formalaşdırılması daha çevik, ağıllı və düşünülmüş qərarlar qəbul etməyi diktə edir. Müxtəlif siyasi mətbəxlərdə insanların dini inanclarınınməqsədli şəkildə yanlış formada idarə edilməsi cəmiyyətin dini baxımdan savadlı, bilikli və məlumatlı olmasını tələb edir. Xüsusilə, dövlətin milli təhlükəsizliyinin mühüm tərkib elementlərindən biri kimi bu faktor hazırda xeyli aktualdır. Ölkəmizdə dini təhsil almağa həvəsi olan gənclərimiz arzularını gerçəkləşdirmək məqsədilə digər dövlətlərə üz tuturdular və bir çox hallarda biz bu prosesin əks effektini görürdük. Təəssüflə qeyd etmək lazımdır ki, həmin dövlətlərdə bir çox hallardaməqsədli şəkildə gənclərimiz müxtəlif təsirlə məruz qalırdılar. Digər tərəfdən, dini baxımdan insanlarımızın bəzən ifrat savadsızlığının şahidi oluruq. Burada da dini mərasimləri həyata keçirən, bunu fəaliyyət növü seçən insanların yerində olmaması özünü aydın göstərir. Bu gün savadlı dini kadrların hazırlanmasına və onlardan ölkəmizdə dini fəaliyyətin həyata keçirilməsi məqsədilə istifadə etməyə böyük zərurət vardır. Hesab edirəm yaradılmış yeni institut bu istiqamətdə faydalı nəticələr ortaya qoyacaqdır. Həmçinin, institutda təhsilin ödənişsiz olması, dünyanın qabaqcıl elmi müəssisələri ilə əməkdaşlığın nəzərdə tutulması, eləc ədə bütün dinlər üzrəvə təhsilin daha yüksək (magistratura və doktorantura) pillələrində yüksək ixtisaslı kadr hazırlığının planlanması bu elm ocağının uğurlu gələcəyindən xəbər verir. Fikrimcə yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini təmin etmək, dini fəaliyyətin təşkili prosesi üçün savadlı, bilikli kadrların hazırlanması məqsədilə növbəti tədris ilində tələbə qəbulu planının artırılması vacibdir.


OXŞAR MÖVZULAR