Impera

XƏBƏR LENTİ
18:23AzTU-da Aprel şəhidlərinə həsr olunmuş filimlərin təqdimatı keçirilib18:16Aİİ “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirib17:46STAR zavodunun açılış mərasimi keçirilib17:41“Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib17:22AMEA Dövlət Komitəsinin müraciətinə müsbət cavab verib17:12Zağulba prospektinin bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq17:06AQTA əməkdaşları “Sağlam məktəbli” layihəsi çərçivəsində 18 nömrəli məktəbdə olub16:45Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir16:32"Bakı Metropoliteni" QSC-də yüksək balla ali təhsil müəssisələrinə qəbul olunmuş metropolitençi övladları ilə görüş keçirilib16:11"Mühafizə və təhlükəsizlik qaydaları" mövzusunda təlimlər keçirilir15:53Nazir İnam Kərimov Masallıda vətəndaşları qəbul edib15:46Dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili mövzusunda seminar keçirilib15:29Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib15:15Bakı-Şamaxı yolu genişləndirilir15:00Yeni Azərbaycan Partiyası Ərazi İlk Partiya Təşkilatının hesabat seçki yığıncağı keçirilb14:50Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Dövlət Komitəsində görüş keçirib14:44“İnternet istifadəçiləri” göstəricisinə görə ölkəmiz digər MDB ölkələri ilə müqayisədə liderdir14:26Qida Təhlükəsizliyi Agentliyi ilə Analitik Ekspertiza Mərkəzi arasında Anlaşma Memorandumunun imzalanıb14:07Şənbə gününün hava proqnozu açıqlanıb13:13Energetika Nazirliyi və BP Niyyət Məktubu imzalayıb13:00“Türk Hava Yolları” noyabrın 8-dən Bakıdan İstanbulun yeni aeroportuna uçuşlara başlayır12:44Badamdar sürüşmə zonasında çatların ölçüləri böyüyür11:25Nazir Ramin Quluzadə Beyləqanda vətəndaşlarla görüşəcək11:15Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək11:04“Loqos”da “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib10:36Energetika naziri Pərviz Şahbazov Çində bir sıra görüşlər keçirib10:15“Sağlam məktəbli” adlı maarifləndirici layihə10:00Miqrasiya Xidmətinin (DMX) Çağrı mərkəzinə 2837 zəng daxil olub09:36Düşmən sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub09:15Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər09:00Tərtərdə qazlaşdırma səviyyəsi 100 faizə çatdırılıb16:50AQTA əməkdaşları Malayziyada beynəlxalq təlimdə iştirak edib16:17Təhsil müəssisələrində müstəqilliyin 27-ci ildönümü qeyd olunub16:00Aİİ-də dini-tarixi abidələrə həsr olunan tədbir keçirilib15:42Dövlət Gömrük Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb15:36“AtaSığorta” ASC yeni tibbi sığorta məhsullarını təqdim edir15:22BNA-da Dövlət Müstəqilliyinin 27-ci ildönümü ilə bağlı tədbir keçirilib15:00Müdafiə naziri "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018"də iştirak edir14:10Lənkəran dövlət Aqrar İnkişaf Mərkəzi fermerlərə xidmət göstərməyə başlayıb13:54“Müasir gənclik və Azərbaycan” mövzusunda tədbir keçirilib13:26Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları icra edib13:10“Virtualkarabakh.az” portalının yeni versiyasının təqdimat mərasimi keçiriləcək.12:52İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti ölkəmizin sabit və ardıcıl inkişafını uğurla təmin edir12:39Azərbaycanın son 15 ildəki inkişafı Dünya Iqtisadi Formunun gözü ilə12:11Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır11:55Tərtərdə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib11:35Yeni Yasamala içməli su məhdudiyyətlə veriləcək11:00İngilis dili müəllimləri üçün seminar keçirilib10:21Azərbaycanın iştirakı ilə Çində Kəmər və Yolun Enerji Tərəfdaşlığı Bəyannaməsi imzalanıb09:21Ümumi sığorta yığımları 6,8 milyon manat artıb09:00Atəşkəs rejimi 29 dəfə pozulub08:47Ucarda sahibkarlara güzəştli kredit verilib08:30Zakir Həsənov çexiyalı həmkarı ilə görüşüb15:36Paytaxt məktəblilərinin beynəlxalq idman uğurları14:54"Bakı Metropoliteni" QSC-də tələbə adını yüksək balla qazananlarla görüş keçiriləcək14:41Energetika Nazirliyi “Masdar” şirkəti ilə Çərçivə Sənədi imzalayıb14:26Cari ilin aprel-sentyabr aylarında 27.900 şüşə aksizsiz və ya saxta aksizli mallar aşkar edilərək müsadirə edilib13:57Zenit-raket komplekslərindən döyüş atışları icra edilib12:29Səyyar ASAN xidmət davam edir12:09Bakıda yağış axşama doğru kəsiləcək11:56AQTA zərərli orqanizmlər sirayətlənmiş kivi məhsulunu məhv edib11:45Energetika naziri Çində səfərdədir11:30Bakıda daha bir ərazidə sürüşmə olub, istinad divarı uçub11:20Səfir Daşqın Şikarovun BƏƏ mediasında Müstəqillik Günü ilə bağlı məqaləsi dərc edilib11:00Azərbaycan, Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkədir10:00Bakı metropolitençiləri Almaniyada nəqliyyat sərgisində09:30Atəşkəs rejimi 30 dəfə pozulub18:33Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur18:22Qida Təhlükəsizliyi Agentliyi növbəti maarifləndirici videoçarx hazırlayıb18:07Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 169 əcnəbi saxlanılıb18:019 ay ərzində 1,59 milyard m3 qaz idxal olunub17:55Mübariz Qurbanlı Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb17:49Tərtər rayonunun dörd kəndinə təbii qaz verilib17:22Rektor qalib tələbələrlə görüşüb17:07Qaz anbarlarında bu günədək 3 milyard kubmetrdən çox qaz tədarük edilib16:55“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib16:46AQTA əməkdaşları ADU tələbələri ilə görüşüb16:31Dövlət Müstəqilliyi Gününə hərs olunmuş yaradıcılıq sərgisi keçirilib16:06Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib15:46Üçüncü rübdə xam neftin ixracı 6 milyon ton təşkil edib15:24Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib15:0040 il sonra yeni dərslik çap olundu14:10Sabah yağış yağacaq13:53“Coca-Cola” ən bahalı brendlərin beşliyinə düşüb13:22Azad Rəhimov Avropa Şurası idman nazirlərinin toplantısına qatılıb12:46“Türk Hava Yolları” doqquz ay ərzində 58 milyon sərnişin daşıyıb12:13Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur12:00Azərbaycanın təbliği, azərbaycançılığın qorunması istiqamətində əlimizdən gələni etməyə çalışırıq11:33Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər mövzusunda regional seminar keçirilib11:21Müdafiə naziri Zakir Həsənov Çexiyaya səfər edəcək10:51Paytaxtda 48 206 şagird I sinifdə təhsil alır10:34İcazəsiz ova cəhd edən şəxs saxlanılıb10:1516 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar AQTA maarifləndirici videoçarx yayıb09:41Ermənilər müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:10İnam Kərimov Masallıda vətəndaşlarla görüşəcək09:00Qarabağ qazisi Etimad Əsədov vəfat edib08:30Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib20:00Buenos Ayres 2018 Atletlər kəndində Azərbaycan deleqasiyasının rəhbərinin müavini Vaqif Əliyev idmançılarla görüşüb20:00Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib15:00AzTU ilə Çexiya universitetləri arasında əməkdaşlıq perespektivləri müzakirə olunub
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2018 (373)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bir qadını qadın edən onun təhsili, xəyalları və qurduğu kariyerasıdır

20 avq 2018, 09:59   
Bir qadını qadın edən onun təhsili, xəyalları və qurduğu kariyerasıdır


Sevinc Məmmədova: "Heç kimdən zəif deyilik hətta dəfələrlə güclüyük"


Newscenter.az.20.08.2018.

“Dünyada hər şey qadının əsəridir” Mustafa Kamal Atatürk

Mənim 17 yaşım var və sırf qadın cinsindən olduğum üçün gün ərzində onlarla eyni tərzli cümlələr eşitməyə məruz qalıram. 2018-ci ildə olmağımıza baxmayaraq bəzi “insanların” fikri hələ də əsrlər əvvəldə qalıb və onlar mənimlə və ya mənim kimi qızlarla danışdıqda öz fikirlərini yeritməyə çalışırlar. Ən çox sevdikləri cümlələr:

“ Qadın hara, maşın sürmək hara? Qadın dediyin otursun evdə xörəyini bişirsin!”
“ Karateyə gedirsən? Sən canı heç qız işidir o? Gimnastikaya get, fitnessə get. Daha karate nədir? Vurub əzəcəklər, lazımdı sənə?”
“ Avropaya oxumağa gedirsən. Bəs kim qalacaq yanında? Qız uşağı atasının dizinin dibində olar. Əcəb işdi e bu xaricdə oxumaq. Təzə dəbə düşüb qız uşağının xaricdə tək oxumağı.”
“ Nə var e həkimlikdə? 12 il də oxumaq olar? Evlənməyəcəksən? Adama qalan ailəsidir, uşaqlarıdır. Nə xəbərdir ki, nolub? Kim alacaq səni sonra?”
“ Qız uşağı dediyin dinməz, lal olmalıdır. Qoy nə deyirlər desinlər sakit durmalıdır.”
“ Nə edirsən? Əl vurma! Qızlıq iş deyil. Bacarmazsan.”
“ Qız uşağı tək yol gedər?! Altıdan sonra evdən çölə çıxmamalıdır e, qız xeylağı.”
“ Qadın dediyin hicaba bürünüb otursun bir kənarda! Mənim dərd çəkməyə halım yoxdur ki, kimsə arvadıma baxır.”
“ Arvad almamışam ki, işləsin! Qalsın evdə balalarıma baxsın.”
“ Qız böyütməmişəm ki, dostlarıyla gəzməyə getsin. Qız böyütmüşəm ki, mənə xidmət eləsin. Az dur, get çay süz!”


İlk altı cümlə mənim başqaları tərəfindən ən çox eşitdiyim mənasız cümlələr toplusudur. Hələ bunlar harasıdır? Onlar məişətdə oğlanlara da qadın cinsini mənfi obraz kimi göstərərək təzyiq etməyi yaxşı bacarırlar. Məsələn:

“ Ə, qız kimi yerimə! Kişi kimi dik dur!”
“ Nə qız kimi vurursan? Kişi kimi vur görək!”
“ Bu nə səsdir çıxardırsan? Ciyildəmə qız kimi.”
“ Kişi ol, qız kimi ağlama, bəsdir!”
“ Bu nə qaçmaqdır? Xəbərin var özündən? Qızlar səndən yaxşı qaçır e…”
Əlbəttə, qızlar nə edirsə hamıdan yaxşı edir. Bu müqaisə, bu yersiz aşağılamanın səbəbi nədir axı? Qayıdıb deyəndə ki, “bəs deyirsiniz qadınlar müqəddəsdir?!”



“ Biz nə deyirik ki, qadınlar müqəddəsdir, amma yerini bilməlidir də.” -cavabını eşidiruk.


Mənə maraqlıdır ki, o yer haradır? Yalnız yoldaşının və ya atasının yanı? Yəqin qadın cinsini ailə qurub bütün günü işlədərək özlərinə xidmət etdirmək və namusum deyib sinəsinə döymək üçün bir vasitə kimi görürlər.

“Qadınım mənim namusumdur, adım-sanımdır buna görə bizə yalnız qadın həkim baxa bilər, maraqlanın görün orada qadın həkim var?”

Mən həqiqətən söz tapa bilmirəm. Öz xanımını və ətrafındaki bütün xanımların oxumağına qarşı çıxan insan xəstəxana dəhlizlərində namusu üçün qadın həkim axtarır…

Hələ bu azmış kimi“ Dayı bilirsən, mən böyüyəndə hakim olacağam ”– deyə dayısının gözünün içinə həvəslə baxan qız uşağına “ Ay qız, hakim nədir? Qızdan hakim olar heç? Sən müəllimə ol.”- deyən qohumlar heç də az deyil.

Sizcə bu dəyərli məlumatdan sonra o balaca qız uşağı nə hisslər keçirir? Əlbəttə, bir boşluğa düşür, daha sonra onun kiçiçik başı fikirlərlə dolub daşır. O, bu qərarı elə belə verməmişdi axı, neçə-neçə xəyallar qurmuşdu. O boşluqda minlərlə suallar yaranır. “Dayım niyə elə dedi?”- bu sual onun başında bəlkə də günlərcə fırlanır. Əzmli qızdırsa maneələrə baxmayaraq öz arzusunun arxasıyca gedəcək, ancaq özünə inamı azdırsa “ Nə müəllimi olum görəsən? ” – deyə suallar verməyə başlayacaq. Cəmiyyət niyə belə düşünür? Problem kimdədir? Qız uşaqları niyə bu qədər gözə girir? Niyə bu qədər əzilir?

Yaxşı, gəlin tamamilə ayrı tərəfdən yanaşaraq bəzi mövzuları gündəmə gətirək. Küçədən keçərkən gözünüzə uzun saçlı, dəblə geyinmiş bir xanım sataşanda ağızlarını ayıraraq baxmağı çox yaxşı bacarırlar. Soruşanda da ki, “ Nə var axı, nəyə baxırsınız?”

“ Bu göz verilib baxmaq üçün.”- deyirlər.
Əcəb işdir. Deməli belə çıxır ki, sənin də bacına, anana və ya qızına küçədə duran hansısa bir kişi ağzını ayırıb baxa bilər. Nə var, nə var, Allah ona da göz qismət edib… Gülüncdür. Bəzən düşündükcə insanı əsəbdən gülmək tutur. Mənə deyirlər ki,

“ Sevinc fikir vermə. Sən oxumağının arxasınca get. Hamısı mentalitetdəndir”.


Lakin mən inanmıram ki, kimsə mentalitetə görə öz xanımını ya da qızını oxumağa qoymasın və sonra da xəstəxanada “ Mənə qadın həkim tapın! ”– deyə səsini başına alsın. Bunun mentalitetə dəxli yoxdur. Heç dinə də dəxli yoxdur.

Qurani Kərimdə “ Qadınlarınız ölsə belə kişi həkimlərə müraciət etməyin! ” yazılmayıb. Quran insan hüquqları, qadına sevgi və elmə qarşı münasibətiylə nümunə göstəriləcək ilk və bəlkə də tək kitablardan biridir. O zaman bunun adını geri qalmışlıq, cahillik adlandırmaq olarmı? Mən qız övladı olacağını eşidən kimi xanımına kobud davranmağa başlayan kişiləri də sükutla qarşılayıram. Axı onlar yerə mələk cildində göndərilirlər. Bəyəm onların özlərini dünyaya qadınlar gətirməyib?

Vaxtı ilə qız uşaqları doğularkən diri-diri basdırıldığı ölkələr də belə hal-hazırda qızlara bu münasibət yoxdur, amma əvəzində bizdə elmin inkişafından istifadə edərək uşağın ana bətnində cinsini müəyyən edib qız olduğu təqdirdə uşağı qanunsuz yollarla ana bətnindən aldıran valideynlər və onlara öz gəlirlərinə görə xidmət edən həkim adına layiq olmayan tibb işçilərimiz var. İllərlə uşaq gözləyən, ana olmaq üçün günləri, ayları bəlkə də illəri sayan yüzlərlə insan varkən Allahın verdiyi lütfü geri çevirən insanlar da var. Sırf qızdır deyə, sırf dostlarının yanında yəkə-yəkə “ Oğlum olacaq e mənim!”- deyə bilməyəcək deyə qadının göz yaşına məhəl vermədən dünyaya göz gəlməkdə olan uşağın talehinə son verir. Bir ana nə hiss edir bəs?

“ Sən necə qadınsan ki, mənə oğlan sevincini yaşada bilmirsən?”.


Bu sözlər onun bütün duyğularını məhv etməyə kifayətdir. Bir ana yoldaşına övlad sevincini yaşada bilməlidir, oğlan yox! Bu necə böyük bir günahdır? Mənim gəldiyim nəticə odur ki, min illər keçməsinə baxmayaraq insanların şüuru hələ dəyişməyib.

Sizə hər hansısa bir qurumdan yüksək vəzifəli iş təklifi gəlsə, ancaq qarşılığında maaşsız, tətilsiz, yay, qış demədən xəstə olsanız və hətta bəzi günləri yuxusuz qalsınız da işləməli olduğunuzu desələr qəbul edərsiniz? Əlbəttə ki, yox lakin bunu bir iş kimi görmədən qəbul edən milyonlarla insan var. Bəli, cavab açıq-aydın məlumdur. Bunların hamısını Allahın cənnəti ayaqlarının altına sərdiyi analardan başqa heç kim etməz. Qarşılıq güdmədən, öz balasının xoşbəxtliyi üçün çalışan bir qadına qarşı niyə rəhimli ola bilmirik axı? Niyə onları aşağılayaraq, əlavə hansısa məşğuliyyətlə maraqlandıqlarında lağ edib “ Otur evində xörəyini bişir ” – deyirik? Qadınlar sizin gözünüzdə ancaq bu işə yarayır? Heç özünüzə demisiniz ki, bizə illərlə yemək bişirən qadınlar niyə kişi aşbazları alçaldacaq cümlələr qurmur? Niyə biz qadınlar hansısa bir kişi aşbaza“ Kişi hara yemək bişirmək hara? Getsin o, daş daşıyıb pulunu qazansın!” – demirik? Çünki bilirik ki, insanlar hər şeyi etməyə qadirdir. Dilindən, dinindən və cinsindən asılı olmayaraq. Çünki biz qadınlar alçaldılmağı o qədər sevmirik ki, qarşımızdakini alçaltmaq ağlımızdan belə keçmir. Bəli, biz kiməsə görə zəif ola bilərik, kiməsə görə başımız hər zaman aşağıya doğru əyilə bilər, kiməsə görə öz gülüşümüzdən imtina etməli ola bilərik və kiməsə görə ancaq namus sözündən ibarət ola bilərik. Bunlar hamısı “kimlərəsə” görədir. Namus isə cinsiyyəti olmayan bir anlayışdır.

Namus insana xasdır. Küçədə gördüyün qadına təcavüz edirsənsə, söz atırsansa, öz xanımın ola ola başqasına yan gözlə baxırsansa, qadınların söz azadlığını əlindən alırsansa, onları susdurmaq üçün təhditlər edirsənsə çox gümanki NAMUSSUZ elə sən olursan! Kimsə ədəbsizdir biz nə edək? Kiminsə tamahı güclüdür və nəfsinə qarşı çıxa bilmir bizim günahımız nədir? Məncə kişilər o qədər öz həmcinslərinə inanmırlar ki, elə nə oldu bu inamsızlığı qadınların üzərində göstərməyə çalışırlar.

“ Mən qoymayım, mən əngəlləyim, birazda sıxım, qoruyum hər şey yaxşı olsun.”

Heç nə yaxşı olmur. Siz arxanızdan gizlincə iş çevirməyə məcbur qalan obrazlar yaradırsınız. Bir müddətdən sonra onlar elə professionallıqla sizi idarə edib yalanlar deməyə başlayırlar ki, siz də elə bilirsiz ki, hər şey yolundadır. Bu tərbiyə metodu yox, potensial yalançılar yetişdirməkdir.

Bir qadını qadın edən onun yoldaşı, uşağı, hər gün yığışdırmalı olduğu evi deyil. Bir qadını qadın edən onun təhsili, xəyalları və qurduğu kariyerasıdır. Heç kimdən zəif deyilik hətta dəfələrlə güclüyük. İstəyimiz, fərq qoyulmadan normal yaşamaqdır. Biz qadınıq deyə kişilərdən daha az maaş almalı, biz qadınıq deyə əlavə peşələrə sahib olmamalıyıq kimi düşüncələri yalnış sayıram. Nəyə görə bir qadın hakim, prokror olmaq istədikdə ona birtəhər baxılır? Xəyallarımızı, arzularımızı əlimizdən almayın. Sizin heç bizi “qız, qadın və arvad” deyə sinifləndirməyə də haqqınız yoxdur. Qız sizə görə saf, tərtəmiz, qadın evlənmək ərəfəsində olan və ya yeni evlənmiş, arvadsa artıq kişinin sənədli malı kimi qələmə verilir. Qınamıram çünki siz oğlanla kişi sözünün arasına da fərq qoyursunuz. 10 yaşındaki uşağa “ Kişi sözü ver ə, kişi kimi vur görək, kişi kimi düzünü de, kişiliyin olsun biraz ” kimi sözlərlə başlayan və ardı uzandıqca uzanan cümlələr qurursunuz. Çünki sizə birinin oğlan olmağı da kifayət eləmir. Mütləq kişi kimi olmalıdır. Bu yerə qədər hər şey aydındır, ancaq bir şeydən başqa niyə bir qadın da hər hansısa bir işi kişi kimi görməlidir? Qadın kimi və ya qız kimi görəndə o işin nəyi əksik olur?

“ Qızım, kişi kim söz verirsən ki, heç kəsə bu haqda danışmayacaqsan?”

Qadın kimi söz verəndə xəbərçi olmuş oluram və ya o cümləni kişi kimi söz vermədən demək mümkün deyil? Qızınız qız kimi söz vərəndə o sözün nəyi əksik olur? Bu suallara cavab tapmaq mümkün deyil. Nəin ki, cavab tapmaq qarşı cinsə başa salmaq da mümkün deyil. Biz 11 il sinif yoldaşlarımızla eyni parta arxasında oturub kədərimizi, sevincimizi bir yərdə bölüşən insanlarıq taa məzuniyyət gününə kimi… həmin gün gəldiyində güya yığıncaqda olanlar bizi yeyəcəklərmiş kimi rəftarla ya yığıncağa getməyə qoyulmuruq ya da elə bir münasibət yaranır ki, özümüz ömrümüzdə bir dəfə olacaq tədbirdən imtina edərək getməkdən çəkinirik.

Məqsədim kişiləri aşağılamaq deyil. Məqsədim eyni dərəcədə hüquqlara malik olduğumuzu göstərməkdir. Biz bərabərik. Mən qadınam və bu cinsdə əksik olduğumu düşünmürəm. Bir işi qız kimi görmək istəyirəm. Mən qız kimi idman etmək, qız kimi söz vermək, qız kimi maşın sürmək, qız kimi gülmək istəyirəm. Mən nəyəmsə o olmaq istəyirəm. Heç kimdən asılı deyiləm və mənə bu cins kiminsə istəklərini kölə kimi qarşılamaq məqsədiylə bəxş edilməyib. Kiminsə əxlaqsız olmağının günahını mən çəkmək məcburiyyətində deyiləm. Mən sadəcə özümə cavabdeh olmaq istəyirəm. Mən mən olmaq istəyirəm. Kiminsə namusu, nəfsinin qurbanı yox özüm olmaq istəyirəm. Kimsə mənə bacara bilməzsən, zəifsən, bu iş sənlik deyil deyə bilməz. Hamımız eyniyik, sən bacarırsansa mən niyə bacarmıyım? Nə tez ulu nənələrinizin yoldaşları şəhid olduqda və əlavə dəstək qüvvəyə ehtiyac duyulduğu zaman at belində gözünü qırpmadan saatlarla vuruşduğunu unudursunuz? O mənim ulu nənəmdirsə mən bunu bu gün niyə bacara bilmərəm? Məndən niyə bir rəhbər, bir sədr və ya hərbçi pilot ola bilməz?

Mən bir qadınam. Mən bir anayam. Mənim bir missyam var. Mən gələcəyin dəvamçısıyam. Sən məndən var olan və mənə ömrünün sonuna qədər minnətdar olmağa məcbur olansan. Çünki mən səni böyüdən, yeri gəlsə uğruna gözümü qırpmadan can verə bilən kəsəm və sən mənim canımdansan. İndi çıxdığın o qabı bəyənməməyə və alçaltmağa çalışırsan. Nə minnətinizi, nə də təşəkkürünüzü istəyirik. Sadəcə sevginizi və hörmətinizi gözləyirik. QADIN kimi var olmaq və bir QADIN kimi əbədiyyətə qarışmaq istəyirik.

Son olaraq, Stuart Mill demişkən: “Bir sivilizasiyanın səviyyəsini ölçmək istəsəniz, dərhal qadının həyat şərtlərinə baxın”.

Sevinc Məmmədova
Türk Dünyası Araşdırmalar Vəqfi, Bakı Atatürk Liseyinin məzunu
OXŞAR MÖVZULAR