Impera

XƏBƏR LENTİ
19:28Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir19:14Şamaxıda “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib18:33Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat17:52Nazirlər Kabinetinin iclası keçirilib17:39Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub17:22Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub17:11Miqrasiya Xidmətində təlim keçirilib16:38İlahiyyat Institutu bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib16:20“Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlara start verilib16:06Aqil Ələsgər: “Ermənistan Dağlıq Qarabağı narkoplantasiyaya çevirib”15:55Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsahibə elan edir15:45Minskdə Azərbaycan mədəniyyəti günü keçirilib15:34Bu məhsulların idxalına qadağa qoyuldu15:24Mastercard-la “Hepsiburada”-dan 10% endirim əldə edin15:15Stokholmda Azərbaycan tədris kursları açılıb15:10Özbəkistan nümayəndə heyəti ÜST-nin Bakıdakı Əməkdaşlıq Mərkəzinə tanışlıq səfəri edir15:00Monqolustan Prezidentinin Azərbaycana səfəri başlayıb14:41Azərbaycan diasporuna yeni nəfəs gəlir14:02Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər13:47Avtomobilin salonunda gizlədilmiş mobil telefonlar aşkar olunub13:11Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək, yağış yağacaq13:06Cənubi Qafqazda ABŞ və Rusiyanın toqquşan maraqları və......12:42Ermənistana qaz nəqli dayandırılıb12:09Lənkəranda kiçik tut odlucasına qarşı mübarizə tədbirləri davam etdirilir11:43Polis və DTX Astarada birgə əməliyyat keçirib, silah-sursat götürülüb11:26BNA-dan növbəti sosial xarakterli videoçarx-VİDEO11:11Müdafiə Nazirliyi “Ehtiyat zabit hazırlığı kursu”na namizədlərin qəbulunu elan edir10:53Paytaxt üzrə 805 müəllim üçün təlim keçirilib10:40Bakı Şəhər İcra Hakimiyyəti günahı "Azərsu"nun üstünə atdı10:12Azərbaycan və Ermənistanın XİN başçıları sentyabrın 26-da Nyu-Yorkda görüşəcəklər10:01Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlər Forumu inkluziv dünyaya nail olmağa kömək edəcək09:40Düşmən atəşkəs rejimini 89 dəfə pozub09:30İcazəsiz ov edən şəxs saxlanılıb09:06Mediada uşaq hüquqlarının qorunması mövzusu müzakirə edilib08:43Energetika naziri OPEC-in Baş katibi və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşüb08:12Dövlət Komitəsi İctimai Televiziya ilə yeni layihəyə başladı07:50Şəmkirdə ağır yol qəzası, ölənlər və yaralananlar var16:24Binəli Yıldırım: "Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir"16:10Toz dumanlı hava şəraiti ən çox Abşeron yarımadasında müşahidə olunur15:56Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşları qəbul edəcək15:52İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib15:26Yeni tədris ilində təhsil robotlarının tətbiqinə başlanılıb15:16Mir Cəlal küçəsi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verildi14:47Girov götürülən şəxslərin hüquqlarının tədqiqi ilə bağlı layihə yekunlaşıb14:35Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb14:18Müddətli müqavilə ilə işə qəbul üzrə növbəti tura start verilir13:50Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib13:45Prezident İlham Əliyev Binəli Yıldırımla görüşüb13:21Növbəti iki gündə hava şəraiti qeyri-sabit keçəcək13:14Bakıda mənzildən kişi meyiti tapılıb13:00Təhsil naziri Pakistan İslam Respublikası Senatının sədri ilə görüşüb12:55Hansı məhsulları soyuducuda saxlamaq doğru deyil?12:42119 əcnəbi saxlanılıb12:27Azərbaycanın müdafiə naziri NATO baş katibinin müavini ilə görüşüb12:20Xətai rayonunda güclü yanğın başlayıb - VİDEO12:00Amerika ilə Rusiya arasında iqtisadi savaş yeni mərhələyə qədəm qoyur11:50Pedaqoji işçilər üçün nəzərdə tutulan layihə başa çatıb11:40Donald Trampdan Qarabağ açıqlaması11:30Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir11:15Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu işçi axtarır10:51Beynəlxalq Sülh Günü tədbirləri keçirilib10:39Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır10:20Genişmiqyaslı təlimlərdə gecə vaxtı döyüş atışları keçirilib - VİDEO10:01Yol qəzalarında 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb10:00Prezident Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirak edir09:20Ermənilər yaşayış məntəqələrini atəşə tutub09:00Azərbaycan 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik edəcək19:03Dövlət Komitəsində görüş keçirilib18:38Bakının 3 rayonuna içməli su fasilə ilə veriləcək18:11“ABAD” I Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisində təqdim olunur18:00Rusiya senatoru ATU-da qonaq olub17:50Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb17:39SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub-SIYAHI17:31Prezident İlham Əliyev NATO baş katibinin müavinini qəbul edib17:21Daşkənddə əməkdaşlıq məsələləri müzakirə olunub17:06“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında16:48Eksperimental istehsalat müəssisəsində yenidənqurma işləri aparılıb16:09Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib - VİDEO15:55MDB iştirakçı dövlətlərinin gömrük xidmətlərinin kinoloji strukturlarının yarışları keçirilir15:32MOK İspaniyada keçirilən beynəlxalq marketinq seminarında təmsil olunub14:50Təhsil naziri Gəncə şəhərində vətəndaşları qəbul edəcək14:26Səngəçal və Goran stansiyalarında 17 ədəd yoldəyişən qurğu dəyişdirilir14:0050 tona yaxın kartofda zərərli orqanizmlər aşkarlanıb-VİDEO13:50Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub13:20Bu gün Aşura12:36Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı təntənəli iclas keçiriləcək12:14Marketdən oğurluq edən şəxsi döyən direktor və satıcılar saxlanıldı11:57Bölmə iclasları başa çatıb11:45Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb11:09İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək10:57Azərbaycanın energetika naziri OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında iştirak edəcək10:30Azərbaycanda pambığın alış qiyməti 50 manat artırıldı10:16Yol qəzalarında 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb10:04Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılır09:41Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi-VIDEO09:35Atəşkəs rejimi 90 dəfə pozulub09:07Göyçayda sahibkarlar üçün treninq keçirilib09:00Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb07:34Növbəti startap turu Sumqayıtda keçiriləcək07:28Aİİ-də “Kərbəla hadisəsinə sosio-psixoloji, ədəbi və tarixi baxış” mövzusunda dəyirmi masa keçirilib
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2018 (360)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)
Aprel 2018 (757)

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Aqrokimya laboratoriyaları aqrar sahənin inkişafı üçün böyük önəm daşıyır - MÜSAHİBƏ

12 sen 2018, 11:32   
Aqrokimya laboratoriyaları aqrar sahənin inkişafı üçün böyük önəm daşıyır - MÜSAHİBƏ


Newscenter.az.12.09.2018. Newscenter.az Kənd Təsərrüfatı Nazirliyinin Abşeron Regional Aqrokimya Laboratoriyasının müdiri Rəşad Vahabzadənin müsahibəsini təqdim edir:


- Rəşad müəllim, regional aqrokimya laboratoriyalarının fəaliyyəti hansı prossedurlar əsasında təmin edilir?

-Regional aqrokimya laboratoriyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il tarixli qərarına əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tərkibində 11 inzibati ərazi bölgüsündə Abşeron, Bərdə, Göygöl, Lənkəran, Quba, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və Ucarda yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin 13 avqust 2016-cı il tarixli Kollegiya Qərarına əsasən bu laboratoriyaların idarəçiliyi Dövlət Fitosanitar Xidmətinə tapşırılıb.

- Hazırda hansı regionlarda aqrokimya laboratoriyaları fəaliyyət göstərir?


-Hazırda Bərdə, Göygöl, Quba, Salyan,Sabirabad, Samaxı,Tovuz, Ucar regional aqrokimya laboratoriyaları fəaliyyət göstərir. Səki və Abşeron regional aqrokimya laboratoriyalarının isəcari ilin oktyabr ayına kimi fəaliyyətə başlayacagı nəzərdə tutulub. Qeyd edim ki, Quba və Bərdə regional agrokimya laboratoriyalarının maddi-texniki bazasının möhkəmləndirilməsi, cihaz və avadanlıqların quraşdırılması istiqamətində işlər başa çatdırılıb və laboratoriyalar istismara buraxılıb. Lənkəran, Şəki, Salyan və Sabirabad laboratoriyalarının yenidən işə salınması məqsədi ilə alınması nəzərdə tutulan cihazlar sifariş verilib. Laboratoriyaların fəaliyyəti İSO/17025-2009 standartının tələblərinə uyğunformalaşdırılır. Laboratoriyalarda texniki və idarəetmə menecmenti qurulub. Analizlərin aparılmasında müasir innovativ sınaq metodları tətbiq olunur. Sınaqlarda qeyri-müəyyənliyin təyin olunması istiqamətində proseduralara əməl olunur. Bu istiqamətdə sınaqların həqiqiliyinin təsdiq olunması üçün peşəkarlığın artırılmasını və keyfiyyət analizlərinin həyata keçirilməsini təşkil edən beynəlxalq şirkətlərdə qeydiyyat aparılıb və cari ilin sonunda aparılacaq analiz raundlarında laboratoriyalarımız da iştirak edəcək.Əldə ediləcək nəticələrə uyğun olaraq laboratoriyalarımızda akkreditasiya sahəsi müəyyən olunacaq. İştirak edəcəyimiz raundlar torpaq,su və bitki analizləri üzrə olacaq.

- Bu laboratoriyalar fermerlərə hansı xidmətləri təklif edirlər? Göstərilən xidmətlər müqabilində ödənişlər hansı tarif əsasında həyata keçirilir?

- Regional aqrokimya laboratoriyaları fermerlərə torpağın məhsuldarlıq göstəricilərinin, torpağın fiziki göstərcilərinin,torpağın qida maddələri ilə təminatının kartoqrammasının hazırlanması və suvarma sularının analizlərinin həyata keçirilməsi xidmətlərini təklif edir. Göstərilən xidmətlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 18 iyul 2018-ci il tarixli 87 nömrəli əmri ilə təsdiq olunmuş tarif qiymətlərinə əsasən aparılır.Həmçinin,laboratoriyaların kadr təminatının təşkil edilməsi ilə əlaqədar bir sıra işlər həyata keçirilib. Belə ki, işə götürülən texniki heyət elmi-praktiki təlimlərdə iştirak ediblər. Regionlar üzrə kadr təminatı formalaşdırılıb və beynəlxalq mütəxəssislərin iştirakı ilə təlimlər aparılıb. Sözsüz ki, laboratoriyalarda kadr hazırlığı və təlimlərin təşkili daim diqqət mərkəzində saxlanılır. Müasir innovativ metodların tətbiq olunması daimi olaraq təlimlərin aparılmasına vüsət verir. Texniki heyət nümunələrin götürülməsi, sınaqların aparılması üzrə təlimlərdə iştirak ediblər.

- Aqrokimya laboratoriyaları ölkədə aqrar sahənin inkişafı üçün hansı töhfələr verəcək?


- Regional aqrokimya laboratoriyaları aqrar sahənin inkişafı üçün çox böyük önəm daşıyır. Aqrokimyəvi tədqiqatların nəticəsində qabaqlayıcı tədbirlərin aparılması mümkün olur, fermerlər hansı məhsul qrupunun əkəcəyini müəyyən edir, gübrələmə normalarını düzgün seçir və sonda keyfiyyətli bol məhsul əldə edir. Torpağınvə bitkinin fiziki-kimyəvi analizi, pestisidlərin qalıq miqdarının təyin olunması qida sağlamlığının qorunmasında vacib amillərdən biridir. Fermerlər bu xidmətlərimizdən yararlanaraq istehlakçılara keyfiyyətli və təhlükəsiz məhsul təklif edə bilərlər.

- Bəs bu laboratoriyaların cəmiyyətdə tanıdılması və geniş təbliğ olunması istiqamətində hansı işləri görülür? Bununla bağlı hansı planlar hazırlanıb?

- Aqrokimya laboratoriyaların PR və marketinq sahəsinin formalaşdırılması və qurulması istiqamətində hazırlıq işlərinə başlanılıb. Hazırdamüştəri bazasının formalaşdırılması, xidmətlərin daxili bazarda həcminin hesablanması, xidmət sahələrinin keyfiyyətinə nəzarət sisteminin formalaşdırılması, reklam və tanıtma çarxlarının, bukletlərin hazırlanması, fermer təsərrüfatları ilə görüşlərin keçirilməsi, sosial şəbəkələrdə aktivliyin formalaşdırılması, kütləvi informasiya vasitələri ilə təbliğat və təşviqat işlərinin təşkili prosesi gedir.

- Aqrokimya laboratoriyalarının fəaliyyətinin aqrar sektora nə kimi təsiri göstərəcək?

- Aqrokimya laboratoriyalarının fəaliyyəti nəticəsində aqrar sektor daha geniş profillə fəaliyyət göstərəcək. Belə ki, əkinə yararlı torpaqlardan düzgün istifadə olunmaqla, keyfiyyətli və təhlükəsiz məhsul artımı baş verəcək. Eyni zamanda əkinə yararsız torpaqlar müayinə olunaraq yararlı vəziyyətə gətiriləcək. Suvarma suları və onların mənbələrinin monitorinqi nəticəsində keyfiyyətli suvarma suları monitorinqə uyğun olaraq qruplaşacaq və fermerlər sudan düzgün istifadə qaydalarına riayət edərək vəsaitlərinə qənaət etmiş olacaqlar. Bitki analizləri sayəsində istehlakçıya keyfiyyətli və təhlükəsiz məhsul təqdim edəcəklər və bütün bu proseslərin sonunda dayanıqlı sabit marketinq idarəetməsini formalaşdıracaqlar. Keyfiyyətli məhsul istehsalı respublikanın ixrac əməliyyatlarında dayanıqlı inkişaf reformasının və proseslərin stimullaşdırılmasına gətirib çıxaracaq. Bunun sayəsində fermerlər vəsaitlərin düzgün istiqamətdə yönəltməklə böyük gəlirlər əldə edəcəklər.
OXŞAR MÖVZULAR