Impera

XƏBƏR LENTİ
19:52İcra başçısının əmisi oğlu küçədə xanımı təhqir etdi-BİABIRÇI VİDEO17:48“Pis vərdişlər və cinsi tərbiyə” adlı seminar keçirilib17:00Dövlət Gömrük Komitəsi 2-ci islahatlar paketinə başlayır16:00Bakının ali məktəblərinin yarışdığı 3 günlük startap müsabiqəsi başa çatıb15:00Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib14:17EKTİS-də qeydiyyatdan keçən fermerlərin sayı 47005 nəfərə çatıb13:37Bu siyasətbazların bütün oyunları "müxalifət statusu"na yiyələnmək uğrundadır12:46Heyvanlar arasında profilaktik tədbirlər davam edir12:21FHN yangını söndürmək üçün Müdafiə Nazirliyindən kömək istədi11:25ABŞ-ın 109 yaşlı sakini: "Hər cümə şərab içirəm"11:00Kənd Təsərrüfatı Nazirliyindən fermerlərə mühüm məsləhət10:35Valideyin-məktəb əlaqələri daha güclü olmalıdır10:18Səhiyyə Nazirliyi və məhkəmə orqanlarının daha bir qurbanı10:00Nazir İnam Kərimov Zaqatalada vətəndaşları qəbul edəcək09:41Atəşkəs rejimi 21 dəfə pozulub09:00Ölümündən 75 il sonra dəfn edilib16:30Tural Qarayevin hakimiyyətlə heç bir əlaqəsi yoxdur16:15Qubada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar keçirilib16:00Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir15:37Bu ərazidə xətlənmə işləri aparılacaq15:27Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli qoyulub15:17Diaspor təşkilatlarımız bir-birilərini qırır, səfirliklər isə öz inzibati binalarını kolxoz bazarına çeviriblər14:57Gənclər arasında müsabiqə keçirilir14:45Cocuq Mərcanlıda vətəndaşlar qəbul edilib14:32Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində qonaq olub14:13“Sağlam məktəbli” layihəsi çərçivəsində görüşlər keçirilib13:50Sabah hava necə olacaq?13:38Vaşinqton Yerevanı güzəştə getməyə məcbur edə bilər13:19Bir ay ərzində dövlətin dəstəyi ilə 506 kənd təsərrüfatı texnikası satılıb12:53“Milli Mübarizə və Qəhrəmanlıq" adlı şeir gecəsi təşkil olunacaq12:39Zaqatalada fermerlərə təlim keçirilib12:33Səfər Mehdiyev İran nümayəndə heyətini qəbul edib12:15“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda “dəyirmi masa” keçirilib11:52Fuad Qəhrəmanlının qızını döyən şəxs müxalifətin mitinqlərinin fəal iştirakçısı olub-FOTOLAR11:45Heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər davam edir11:30Bakıda 3-cü Qlobal Sağlamlıq Turzimi Forumu keçiriləcək11:14Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək11:01Dövlətimizə və ya dövlətçiliyimizə qarşı çirkli planları pozmaq hər birimizin borcudur10:50Vətəndaşların qaz və işıq problemlərinin həlli məqsədilə İşçi Qrupu yaradılıb10:23Paytaxt məktəblərində “Oxu günü” çərçivəsində tədbirlər keçirilib10:15Aİİ rektoru Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində istehsalat təcrübəsi keçən tələbələrlə görüşüb10:00Müdafiə naziri HHQ-nin təlim-məşq mərkəzinin açılışında iştirak edib - VİDEO09:47Atəşkəs rejimi 25 dəfə pozulub09:00Azərbaycan-İran iqtisadi əməkdaşlığı müzakirə edilib08:44Bakının ali təhsil müəssisələrini əhatə edən 3 günlük startap müsabiqəsi keçirilir22:29İlbər Ortaylı Məhəmməd Əmin Rəsulzadə ilə xatirəsini açıqladı-VIDEO19:11Azərbaycan İlahiyyat İnstitutu Ağcabədi rayonunda abturiyentlərlə görüş təşkil edib18:54Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçən fermerlərin sayı 37,500 nəfəri keçib18:35XV Avropa Gənclər Olimpiya Festivalının komanda idman növlərinin qrupları bəlli olub18:23Ölkədə baş verən irili-xırdalı hər bir hadisədən siyasi maraqlar üçün istifadə etməyi doğru hesab etmirəm18:14Mingəçevirdə 400 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkar olunub18:00“Erməni Yalanları” adlı içtimai müzakirə keçirilib17:29Kənd Təsərrüfatı Nazirliyi Qobustanda respublika müşavirəsi keçirib17:00Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq16:48“BTR” MMC-nin “Evədək optika” layihəsinin ikinci mərhələsi başlayır16:35Yanğından zərər çəkmiş sahibkarlara dəstək tədbirləri davam etdirilir16:16Şəki və Gədəbəydə azot gübrələrinin güzəştli şərtlərlə səyyar satışı keçirilib16:00“İrəli” İctimai Birliyinin “Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir15:38Azərbaycanda dövlət-din münasibətləri müzakirə edilib15:23Azərbaycan-Belarus Qarışıq Komissiyasının növbəti iclası Bakıda olub15:16“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda konfrans keçiriləcək15:05Suraxanı rayonunda yeni yol infrastrukturu layihəsinin icrasına start verilib14:56Cocuq Mərcanlıda "Aqrar Elm Günü" keçirilib14:45Azərbaycan Texniki Universitetində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar keçirilib14:30ATU-da beynəlxalq elmi-praktik konfrans keçirilib14:04ABŞ-da Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etmək istəyir13:55NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru Hərbi Akademiyada olub13:45Türkiyə nümayəndə heyətinin səfəri başa çatıb13:25Türkiyə tarixində əlamətdar hadisə12:53Sabah yağış yağacaq12:43BNA yeni layihənin icrasına başlayıb-VIDEO12:26Münaqişənin həllinə yönəlik heç bir razılaşma yoxdur12:15Füzuli rayonunda yem emalı müəssisəsi istifadəyə verilib12:06Nazir vətəndaşları qəbul edib11:55Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qaraçuxurda yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub11:45Dövlət Aqrar Ticarət Şirkəti işçi axtarır11:30Kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi üçün sənəd imzalanıb11:16Anomaliyaların intellektul axtarışı və çevik nəzarət variantları: “Kaspersky Lab” biznes üçün qorunmanı təkmilləşdirdi11:02Deputat Aytən Mustafazadə milyonlara necə sahib olub?10:48DSX rəisi Rusiya ilə sərhəddə yerləşən sərhəd mühafizə orqanlarının döyüş fəaliyyətini yoxlayıb10:31Raket və artilleriya bölmələri döyüş atışları icra edib-VIDEO10:20Oqtay Şirəliyevin sonu yaxınlaşır, yüzlərlə xəstəxana Səhiyyə Nazirliyinin tərkibindən çıxarılır09:30Ermənilər 24 dəfə atəşkəsi pozub09:00Yardımlıda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib08:23Binəqədidə sahə müvəkkili cinayətkarı gizlədir?19:30AQTA sədri TİGEM nümayəndələri ilə görüşüb19:08Diasporla İş üzrə Dövlət Komitəsində xarici işlər nazirinin müaviniilə görüş keçirilib18:34Sumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb18:21Aİİ-də psixoloqla görüş keçirlib18:10İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Yüksək Səviyyəli İşçi Qrupu Bakıda toplaşıb17:56Çəyirtkəkimilərə qarşı mübarizə işlərinə hazırlıqla bağlı toplantı keçirilib17:38Müdafiə naziri NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru ilə görüşüb16:59Türkiyəli qonaqlar inklüziv təhsil siniflərində olublar16:34Azərbaycan İlahiyyat İnstitutunda "Açıq qapı" günləri başlayır16:18Prezident qanunu pozan məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verib15:52Təhsil naziri məktəb direktorlarını topladı15:21Qusarda yol tikintisinə üç milyon manat ayrılıb15:09Müasir çağrı mərkəzləri necə təşkil olunmalıdır?15:00Heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır14:45Rövşən Rzayev BMT QAK-ın Azərbaycandakı nümayəndəsi ilə görüşüb
BÜTÜN XƏBƏRLƏR
Aprel 2019 (375)
Mart 2019 (323)
Fevral 2019 (330)
Yanvar 2019 (397)
Dekabr 2018 (355)
Noyabr 2018 (438)

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib-FOTOLAR

13 sen 2018, 09:20   
Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib-FOTOLAR


Newscenter.az.13.09.2018
. Yeni tədris ilinin başlaması ərəfəsində Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda təhsil naziri Ceyhun Bayramov, təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva, nazirliyin və BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, məzunlar və media nümayəndələri iştirak ediblər. Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub və tər çiçəklər düzüblər.
Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib-FOTOLAR

Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra 2017-2018-ci tədris ili ərzində BŞTİ-nin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva hesabat məruzəsi ilə çıxış edib. Konfrans iştirakçılarını salamlayan Məhəbbət Vəliyeva ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər və perspektiv məsələlərdən bəhs edib, ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işlərə diqqət çəkib. O, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 2018-2019-cu tədris ilinə tam hazır olduğunu və növbəti dərs ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini ifadə edib. Nazir müavini qeyd edib ki, son illər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının nəticələrində, bütövlükdə isə ali və orta ixtisas təhsili müəssisələrinə qəbulda müsbət dinamika müşahidə olunmaqdadır. "Buraxılış imtahanlarının nəticələrinə görə 4 il ərzində məktəblərin irəliləməsi və gerilələməsi rayonlar üzrə təhlil edilib". Şagirdlərin imtahan nəticələrinə əsasən, Bakının Səbail, Xətai, Nəsimi rayonlarının məktəbləri ilk üçlükdə, Xəzər, Pirallahı və Qaradağ rayonlarının məktəbləri isə son üçlükdədir”.

Məhəbbət Vəliyeva vurğulayıb ki, əvvəlki tədris ili ilə müqayisədə 2017/2018-tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında qeyri-müvəffəq qiymət alanların sayı 0.54 faiz azalıb, müvəffəq qiymət alanların sayı isə 2.16 faiz artıb. Nazir müavini əlavə edib ki, hazırda BŞTİ-nin tabeliyində 317 orta məktəb var: "2017-2018-ci tədris ili ilə müqayisədə bu tədris ilində müəllimlərin sayı 0,3 faiz, şagirdlərin sayı 4, 5 faiz artıb. Bakıdakı şagirdlərin 83 faizi Azərbaycan, 17 faizi rus bölməsi üzrə təhsil alır". Nazir müavini onu8 da diqqətə çatdırıb ki, ötən tədris ilində 10 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib. Onun sözlərinə görə, ötən tədris ilində BŞTİ-nin bir əməkdaşı, 20 direktor müavini, 9 müəllim, 1 kitabxana müdiri işdən çıxarılıb. Eyni zamanda, 2 BŞTİ əməkdaşı, 18 təhsil müəssisəsinin rəhbəri, 32 direktor müavini, 54 müəllim, BŞTI-yə tabe struktur bölmələrinin 6 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Məhəbbət Vəliyeva əlavə edib ki, BŞTI-yə tabe struktur bölmələrinin 30 əməkdaşı, 27 təhsil müəssisəsinin rəhbəri, 11 direktor müavini, 40 müəllimə isə xəbərdarlıq edilib. Nazir müavini qeyd edib ki, bəzi siniflərdə şagird sayı azlıq təşkil edir: "Bu sahədə kadr çatışmazlığı da əlavə problemlər yaradır. İlkin təhlillər bəzi məktəblərdə rus bölməsinin bütün siniflər üzrə davamlı olmadığını, sinif sayının 2-3, bəzilərində isə 8-9 olduğunu göstərib. Şagird sayının azlığına baxmayaraq, həmin məktəblərdə buraxılış imtahanlarının nəticələri kifayət qədər yaxşı olmayıb".

Onun sözlərinə görə, bu da təhsilin keyfiyyət göstəricilərinə mənfi təsir edib: "Buna görə də BŞTİ son 3 ildə davamlı şəkildə 9-cu siniflərin tədrisini təmin edə bilməyən məktəblərin siniflərini yaxın ərazilərə köçürülməsinə və təhsilin daha keyfiyyətli təşkil olunmasına şərait yaradıb".
Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib-FOTOLAR

Sonra konfransda çıxış edən təhsil naziri Ceyhun Bayramov təhsil sahəsindəki uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan danışıb. “Bilik günü” münasibətilə təhsil işçilərinə təbriklərini çatdıran nazir bir sıra həlli vacib məsələlərə, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub. Nazir ölkə prezidenti tərəfindən imzalanmış "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsinin 5 illik müddətinin təhsil islahatlarına və təhsil sistemində baş verən dəyişikliklərə qiymət vermək baxımından əhəmiyyətinə diqqət çəkib. Ceyhun Bayramov çıxışında I sinfə və məktəbəhazırlığa qəbulun elektronlaşdırılması, şagirdlərin dərs yükü, ibtidai təhsil, məktəbdaxili qiymətləndirmə və digər vacib məsələlərdən geniş şəkildə danışıb. Təhsil naziri respublika üzrə bilik yarışlarında, beynəlxalq olimpiadalarda və ali məktəblərə qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayının ilbəil artdığını bildirib. Nazir eyni zamanda, buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Təhsil naziri çıxışında məktəb idarəetməsi, məktəblərin reytinqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi kimi məsələlərin növbəti tədris ilində əsas prioritet istiqamətlərdən olacağını qeyd edib. Ceyhun Bayramov onu da diqqətə çatdırıb ki, Azərbaycanda vaxtında məktəbə getməmək əmsalı 2012-ci illə müqayisədə 2 dəfə azalıb: “Belə ki, əgər bu göstərici 2012-ci ildə 12 faiz idisə, hazırda 6 faizdir. Növbəti illərdə bu göstəricinin aşağı düşməsi istiqamətində təsirli tədbirlər görüləcək”. Nazir bildirib ki, zəif nəticə göstərən şagirdlərin sayı 2012-ci illə müqayisədə xeyli azalıb.

Ceyhun Bayramov əlavə edib ki, builki qəbul imtahanlarında 2090 nəfər 500-600 bal arası nəticə göstərərək ilk sırada müəllimlik ixtisasını seçiblər. Bu da ötən tədris ili ilə müqayisədə 53,6 faiz çoxdur. Bütün bunlar islahatların və dəyişikliklərin aparılmasına nikbin baxılmasına səbəb verir.

O qeyd edib ki, şagirdlərin dərs yükü məsələsi daim müzakirə olunur: “Bu istiqamətdə kifayət qədər intensiv iş aparılıb. Yeni məktəbdaxili qiymətləndirmə layihəsi hazırlanıb. Sabah nazirlikdə kollegiya iclası keçiriləcək və layihə orada geniş müzakirə olunacaq. Daha sonra yekun qərar qəbul edilərək aidiyyəti üzrə yerlərə göndəriləcək. Xüsusilə də ibtidai siniflərdə dərs yükünün yüngülləşdirmə istiqamətində ciddi addımlar atılacaq".
Daha sonra 35 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Pərvanə Talıbova, müəllimlərin işə qəbulu müsabiqəsində 55 bal toplayan İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Ülvi Şamilov, 244 nömrəli tam orta məktəbin məzunu və bu il ali məktəblərə qəbul imtahanında 666 bal toplayan, Azərbaycan Dillər Universitetinin I kurs tələbəsi Rəşidə Həqiqətli çıxış ediblər.

Sonda pedaqoji ixtisaslar üzrə ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrə təşəkkürnamələr verilib. Həmçinin, yüksək balla müəllim kimi işə qəbul olunan, eləcə də uzun müddət təhsil sistemində çalışan müəllimlər mükafatlandırılıb.
NEWSCENTER.AZ
OXŞAR MÖVZULAR