Impera

XƏBƏR LENTİ
19:28Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir19:14Şamaxıda “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib18:33Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat17:52Nazirlər Kabinetinin iclası keçirilib17:39Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub17:22Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub17:11Miqrasiya Xidmətində təlim keçirilib16:38İlahiyyat Institutu bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib16:20“Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlara start verilib16:06Aqil Ələsgər: “Ermənistan Dağlıq Qarabağı narkoplantasiyaya çevirib”15:55Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsahibə elan edir15:45Minskdə Azərbaycan mədəniyyəti günü keçirilib15:34Bu məhsulların idxalına qadağa qoyuldu15:24Mastercard-la “Hepsiburada”-dan 10% endirim əldə edin15:15Stokholmda Azərbaycan tədris kursları açılıb15:10Özbəkistan nümayəndə heyəti ÜST-nin Bakıdakı Əməkdaşlıq Mərkəzinə tanışlıq səfəri edir15:00Monqolustan Prezidentinin Azərbaycana səfəri başlayıb14:41Azərbaycan diasporuna yeni nəfəs gəlir14:02Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər13:47Avtomobilin salonunda gizlədilmiş mobil telefonlar aşkar olunub13:11Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək, yağış yağacaq13:06Cənubi Qafqazda ABŞ və Rusiyanın toqquşan maraqları və......12:42Ermənistana qaz nəqli dayandırılıb12:09Lənkəranda kiçik tut odlucasına qarşı mübarizə tədbirləri davam etdirilir11:43Polis və DTX Astarada birgə əməliyyat keçirib, silah-sursat götürülüb11:26BNA-dan növbəti sosial xarakterli videoçarx-VİDEO11:11Müdafiə Nazirliyi “Ehtiyat zabit hazırlığı kursu”na namizədlərin qəbulunu elan edir10:53Paytaxt üzrə 805 müəllim üçün təlim keçirilib10:40Bakı Şəhər İcra Hakimiyyəti günahı "Azərsu"nun üstünə atdı10:12Azərbaycan və Ermənistanın XİN başçıları sentyabrın 26-da Nyu-Yorkda görüşəcəklər10:01Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlər Forumu inkluziv dünyaya nail olmağa kömək edəcək09:40Düşmən atəşkəs rejimini 89 dəfə pozub09:30İcazəsiz ov edən şəxs saxlanılıb09:06Mediada uşaq hüquqlarının qorunması mövzusu müzakirə edilib08:43Energetika naziri OPEC-in Baş katibi və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşüb08:12Dövlət Komitəsi İctimai Televiziya ilə yeni layihəyə başladı07:50Şəmkirdə ağır yol qəzası, ölənlər və yaralananlar var16:24Binəli Yıldırım: "Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir"16:10Toz dumanlı hava şəraiti ən çox Abşeron yarımadasında müşahidə olunur15:56Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşları qəbul edəcək15:52İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib15:26Yeni tədris ilində təhsil robotlarının tətbiqinə başlanılıb15:16Mir Cəlal küçəsi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verildi14:47Girov götürülən şəxslərin hüquqlarının tədqiqi ilə bağlı layihə yekunlaşıb14:35Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb14:18Müddətli müqavilə ilə işə qəbul üzrə növbəti tura start verilir13:50Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib13:45Prezident İlham Əliyev Binəli Yıldırımla görüşüb13:21Növbəti iki gündə hava şəraiti qeyri-sabit keçəcək13:14Bakıda mənzildən kişi meyiti tapılıb13:00Təhsil naziri Pakistan İslam Respublikası Senatının sədri ilə görüşüb12:55Hansı məhsulları soyuducuda saxlamaq doğru deyil?12:42119 əcnəbi saxlanılıb12:27Azərbaycanın müdafiə naziri NATO baş katibinin müavini ilə görüşüb12:20Xətai rayonunda güclü yanğın başlayıb - VİDEO12:00Amerika ilə Rusiya arasında iqtisadi savaş yeni mərhələyə qədəm qoyur11:50Pedaqoji işçilər üçün nəzərdə tutulan layihə başa çatıb11:40Donald Trampdan Qarabağ açıqlaması11:30Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir11:15Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu işçi axtarır10:51Beynəlxalq Sülh Günü tədbirləri keçirilib10:39Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır10:20Genişmiqyaslı təlimlərdə gecə vaxtı döyüş atışları keçirilib - VİDEO10:01Yol qəzalarında 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb10:00Prezident Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirak edir09:20Ermənilər yaşayış məntəqələrini atəşə tutub09:00Azərbaycan 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik edəcək19:03Dövlət Komitəsində görüş keçirilib18:38Bakının 3 rayonuna içməli su fasilə ilə veriləcək18:11“ABAD” I Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisində təqdim olunur18:00Rusiya senatoru ATU-da qonaq olub17:50Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb17:39SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub-SIYAHI17:31Prezident İlham Əliyev NATO baş katibinin müavinini qəbul edib17:21Daşkənddə əməkdaşlıq məsələləri müzakirə olunub17:06“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında16:48Eksperimental istehsalat müəssisəsində yenidənqurma işləri aparılıb16:09Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib - VİDEO15:55MDB iştirakçı dövlətlərinin gömrük xidmətlərinin kinoloji strukturlarının yarışları keçirilir15:32MOK İspaniyada keçirilən beynəlxalq marketinq seminarında təmsil olunub14:50Təhsil naziri Gəncə şəhərində vətəndaşları qəbul edəcək14:26Səngəçal və Goran stansiyalarında 17 ədəd yoldəyişən qurğu dəyişdirilir14:0050 tona yaxın kartofda zərərli orqanizmlər aşkarlanıb-VİDEO13:50Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub13:20Bu gün Aşura12:36Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı təntənəli iclas keçiriləcək12:14Marketdən oğurluq edən şəxsi döyən direktor və satıcılar saxlanıldı11:57Bölmə iclasları başa çatıb11:45Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb11:09İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək10:57Azərbaycanın energetika naziri OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında iştirak edəcək10:30Azərbaycanda pambığın alış qiyməti 50 manat artırıldı10:16Yol qəzalarında 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb10:04Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılır09:41Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi-VIDEO09:35Atəşkəs rejimi 90 dəfə pozulub09:07Göyçayda sahibkarlar üçün treninq keçirilib09:00Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb07:34Növbəti startap turu Sumqayıtda keçiriləcək07:28Aİİ-də “Kərbəla hadisəsinə sosio-psixoloji, ədəbi və tarixi baxış” mövzusunda dəyirmi masa keçirilib
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2018 (360)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)
Aprel 2018 (757)

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Azərbaycan Tibb Universitetində köklü islahatlar aparılıb

14 sen 2018, 09:55   
Azərbaycan Tibb Universitetində köklü islahatlar aparılıb


Newscenter.az.14.09.2018
. İnsan üçün ən dəyərli nemətlərdən biri – sağlamlıqdır. Sağlamlığımızı qorumağa, səhhətimizdəki problemləri aradan qaldırmağa bizə peşəkar həkimlər kömək edir. Azərbaycanda səhiyyə sahəsində peşəkar kadrları yetişdirən əsas və ən qədim ali məktəb – Azərbaycan Tibb Universitetində bu işi təkmilləşdirmək üçün son illər ərzində ciddi islahatlar aparılıb.

Newscenter.az xəbər verir ki, adıçəkilən təhsil ocağında aparılan islahatlarla bağlı mətbuata müsahibə verən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli bildirib ki, universitetdə təhsil-tədris prosesini yaxşılaşdırmaq, tələbələrin xüsusilə praktik biliklərini gücləndirməsinə yardım etmək üçün köklü dəyişikliklər həyata keçirilib.


-Gəray müəllim, son illər ATU-da bir sıra dəyişikliklərin həyata keçirildiyinin şahidiyik. Bu qəbildən əsasən hansı islahatları xüsusi qeyd etmək olar?

-Əvvəlcə onu qeyd edim ki, bizim əsas məqsədimiz Azərbaycan Tibb Universitetində təhsil sistemini təkmilləşdirmək, proqramı beynəlxalq standartlara uyğunlaşdırmaq, tələbələrimizin xarici ölkələrdə daha çox təcrübə keçməsinə imkan yaratmaq, onların daha çox faydalı bilik, o cümlədən praktiki bacarıq əldə etməsinə yardım etməkdən ibarətdir. Bu və nəzərdə tutduğumuz digər islahatları reallaşdırmaq üçün əvvəlcə bir sıra sənədlər qəbul etdik. Məsələn, ATU-nun Nizamnaməsi qəbul edildi və Səhiyyə Nazirliyi tərəfindən təsdiqləndi. Azərbaycan Tibb Universitetinin Klinikaları haqqında əsasnamələr qəbul olundu.

Digər sənədlər arasında Azərbaycan Tibb Universitetində təhsilin keyfiyyətinin təminatı sistemi haqqında Bəyannamə, ATU-nun müxtəlif kafedralarında fəaliyyət göstərən Laboratoriyaların Əsasnamələrinin qəbulunu göstərmək olar. ATU-da professor-müəllim heyətinin fəaliyyətinin obyektiv qiymətləndirilməsi üçün də komissiya və bal-reytinq şkalası yaradılıb.

Əsasnamə layihəsinə əsasən, pilot kafedralar seçilərək və burada müəyyən meyarlar əsasında qiymətləndirmə aparılacaq.

Bu tədris ilindən etibarən bütün bütün müsabiqədə iştirak edən müəllimlər bal-reytinq şkalasından keçib sonra konkursa buraxılacaqlar.

Xüsusilə qeyd etmək istərdim ki, ilk dəfə olaraq biz işimizin daha düzgün qiymətləndiriməsi, fəaliyyətimizdə şəffaflığın artırılması üçün Azərbaycan Tibb Universitetinin Rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının yaradılmasına qərar verdik. Ötən ilin mayında bu şuranın Əsasnaməsi qəbul edildi. Hazırda həmin təşkilatın üzvləri arasında millət vəkilləri, ölkənin tanınmış KİV rəhbərləri, QHT sədrləri var. Onlar mütəmadi olaraq ATU-da olur, imtahanların gedişini, qəbul prosesini izləyirlər, iradlarını, məsləhətlərini səsləndirirlər. Və artıq onların təklifləri qarşısında islahatlar da aparılıb.

Bundan əlavə, Azərbaycan Tibb Universitetinin yeni atributları - gerbi və loqosu qəbul edildi. Bu rəmzlərin seçilməsi üçün tələbələr arasında elektron sorğu da keçirildi. Daha sonra ATU-nun himni qəbul edildi. Bunlar tələbələrimizin daha da həmrəy olmasına və ATU-nun daha yaxşı təqdimatına yardımçı oldu.

-Yeni qəbul edilən sənədlər sayəsində hansı sahədə dəyişiklik oldu? Yeniliklər müəllim və tələbələrin işinə, təhsilinə necə təsir göstərdi?

-Ciddi islahatlardan biri buraxılış imtahanları ilə bağlı idi. Keçən ildən etibarən ATU-da Buraxılış Dövlət İmtahanları yeni formada – Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan (OSKİ) bacarıq imtahanı formasında aparılır. Biz bunu ən əsas dəyişiklik adlandıra bilərik. Çünki indiyədək tələbələrin əsasən nəzəri bilikləri qiymətləndirilirdi. İndi isə tələbələrin gələcəkdə bacarıqlı həkim kimi yetişməsinin göstərici olan praktiki bacarıqlarına da qiymət verilir. Tələbələrə bir neçə dəqiqə ərzində konkret tapşırıqları yerinə yetirmək təklif olunur, məsələn, xəstəyə süni nəfəs vermək, ürəyi masaj etmək, venaya iynə vurmaq və s.

Digər tərəfdən, imtahan sessiyalarında 1-ci kurs tələbələrinin qış imtahan sessiyasında yeni imtahan sistemi tətbiq etdik.

İmtahanlarla bağlı mühüm dəyişikliklərdən biri də Elektron Universitetin yaradılması ilə bağlıdır. Belə ki, əvvəllər imtahanların nəticələri adi qaydada təqdim olunurdu. İndi idə ATU-da yeni yaradılmış İT şöbəsinin vasitəsilə imtahan nəticələri statistik formada hazırlanır və dekan müavinlərinə təqdim olunur. Burada qiymətlərin statistikası, ümumi imtahanın statistikası açıqlanır.

Elektron Universitetin tətbiqi bu prosesdə insan faktorunu demək olar heçə endirib. Əvvəllər 2 günə görülən işlər indi 10 dəqiqəyə icra olunur. Hazırda ATU-da yaradılan sistem beynəlxalq standartlara uyğundur. İmtahan sistemindəki dəyişikliklərlə bağlı Türkiyənin Hacettepe Universitetinin mütəxəssisləri yardım göstəriblər.

-ATU həm də xarici tələbələrin ən çox üz tutduğu yerli ali məktəblərdən biridir. Əcnəbi tələbələrin ATU-ya qəbulu, təhsili ilə bağlı hansısa yenilik nəzərdə tutulubmu?

- Yeni tədris ilində Azərbaycan Tibb Universitetinin hazırlıq kursuna qeydiyyat yeni formada - elektron qaydada aparıldı. ATU-nun Böyük Elmi Şurasının qərarına əsasən, 2018/2019-cu tədris ilindən etibarən, universitetə əcnəbi vətəndaşların qəbulu yalnız bu sistemlə aparılacaq.

Hazırlıq kurslarına elektron qəbulu təmin etmək məqsədilə universitetin saytında xüsusi səhifə yaradılıb. Əcnəbi vətəndaşların müraciətləri məhz bu səhifə üzərindən qəbul edilir. Bunun üçün lazımi sənədlərin elektron variantı portala yüklənilir. Sənədlər yoxlanıldıqdan sonra qəbul edilir. Növbəti mərhələ namizədlərlə Skype bağlantısı vasitəsilə müsahibə aparılır. İntervyu 8 nəfərdən ibarət komissiya tərəfindən həyata keçirilir. Bu zaman namizədlərə həm ümumi suallar, həm də fənn sualları verilir. Hər bir namizədə cavablarına uyğun olaraq ballar yazılır. Əgər namizədin topladığı bal keçid balından yuxarıdırsa, onda onların

ATU-nun hazırlıq kursuna qəbul üçün müraciətləri təmin edilir.Skype-la müsahibə 8-10 dəqiqə davam edir.

-Yeri gəlmişkən, gələn həftədən yeni tədris ilinə start verilir. ATU tələbələri bu il hansı yeniliklərlə üzləşəcəklər?

-Maraqlı yeniliklərdən biri elektron jurnalın tətbiqi ilə bağlıdır. Bu ildən ATU-ya qəbul olan tələbələr üçün yalnız elektron jurnal aparılacaq. Bu, proseslərin dəqiq əks olunmasına kömək edəcək. Bu jurnalda tələbənin nömrəsi kodlaşdırılıb və onun haqqında hər cür məlumat daxil edilib. Tələbənin nömrəsinə baxmaqla, onun hansı ildə qəbul olduğu, tədrisi hansı dildə keçdiyi, hansı sırada qeydiyyatda olduğunu bilmək mümkündür. Bu sistem tam şəffaflığa təminat verir, çünki hansısa məlumatı sonradan dəyişmək mümkün deyil. Tələbə kodunu daxil edib sistemə girəndə öz qiymələrini, onun üçün dekanlıq və ya universitet tərəfindən yerləşdirilən elanları da görəcək.

Biz çalışırıq ki, tələbələr rəhbərliyə yaxın olsun, onları narahat edən məsələlərdən daim xəbərdar olaq, yaraanmış problemlərin həllinə nail olaq. Odur ki, tələbələrin idarəetməyə cəlb olunması sahəsində də mühüm dəyişikliklər etmişik. Hər fakültədə tələbələrin dekanları seçilib. Onlar fakültə və universitetin Elmi Şuralarına, rektoryanı şuraya tələbələrin arzu və istəklərini, şikayətlərini çatdırırlar.

Tələbələrimiz elektron jurnal vasitəsilə də müəllimlərin fəaliyyətini, davranışını qiymətləndirə biləcəklər. Jurnalda bu məqsədlə xüsusi pəncərə var. Bura daxil olarkən tələbələr imtahan prosesinin gedişi, həmçinin müəllimlər barədə sualları cavablandıra bilərlər.

Həmçinin tələbələr üçün cədvəlləri, dərsləri beynəlxalq səviyyəyə çatdırmaq üçün bu ildən kurasiyalar ləğv olundu. Həmçinin yay istehsalat təcrübəsinin yay ayılarında keçirilməsi ləğv olunaraq, semestr dərsləri ərzində aparılacaq. Hansıki praktikalar Türkiyədə və dünyada semestr daxilindədir.

Biz bu il imkansız tələbələrlə bağlı ATU olaraq bir yeniliyə imza atdıq. Rəhbərlik tərəfindən universitetimizdə valideyn himayəsindən məhrum olan tələbələr üçün Təqaüd Fondu yaradıldı. Fond vasitəsilə bu cür tələbələrin təhsil haqqı ödənilir. Bu qərar onlarla tələbəmizi əhatə edir. Müəllimlərin rifah halının yüksəldilməsi naminə nəzəri kafedralarda çalışan professor-müəllim heyətinin əlavə əmək haqları artırılıb. Həmçinin Səhiyyə Nazirinin qarşısında vəsadət qaldırılıb ki, bizim tələbəlrimizə orta tibb işçisi kimi işləməyə icazə verilsin. Və cənab Nazir buna müsbət rəy bildirərək, əmr verdi. Artıq Tibb Universitetinin 6 illik bazasını bitirən tələbə orta tibb işçisi kimi işləyə bilər.

Ümid edirik ki, sadaladığımz və adını çəkmədiyim digər islahatların köməyilə Azərbaycan Tibb Universiteti kimi qocaman ali təhsil ocağında təhsilin keyfiyyətinin daha da yüksəlməsinə nail olacağıq.
NEWSCENTER.AZ
OXŞAR MÖVZULAR