Impera

XƏBƏR LENTİ
19:22“Mənəvi dəyərlərimiz: dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib19:05Müdafiə naziri bölmələrin döyüşə hazırlığını yoxlayıb18:43Ələt-Astara-İran ilə dövlət sərhədi-Biləsuvar avtomobil yolu yenidən qurulur18:38İnnovasiya Müsabiqəsinə layihələrin qəbulu müddəti uzadılıb18:30Azərbaycan-Qazaxıstan İşçi Qruplarının ilk iclası keçirilib18:13Metropoliten sərnişinlərə Milli Musiqi Günü sürprizi etdi18:03Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək17:47Dini Komitə və Dövlət Təhlükəsizlik Xidməti Ağsuda "Dini etiqad azadlığı haqqında” Qanunun müvafiq maddələrinin pozulduğunu aşkar edib17:43Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb17:38İlahiyyat İnstitutunda tələbələrlə görüş keçirilib17:35Prezident Masallıda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına 1 milyon manat ayırıb17:19AQTA balıq və balıq məhsulları ilə bağlı xəbərdarlıq edir17:04Azad Rəhimov Avstriyanın vitse-kansleri ilə görüşüb16:55Ağcabədinin su təchizatı və kanalizasiya sistemləri yenilənir16:12Moldova ilə əməkdaşlıq protokolu imzalanıb15:59Prezident Cavid Qurbanova "Şöhrət" ordeni verdi15:26AzTU-nun müətəxəsissləri NRYTN-nin Yüksək Texnologiyalar Parkında olublar15:11Dövlət Komitəsindən diaspor təşkilatlarına səmərəli təklif14:40İlham Əliyev Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib14:25“Veysəloğlu” Şirkətlər Qrupu ucqar dağ kəndlərində14:05Microsoft” Pərakəndə Satış və Rəqəmsal Transformasiya üzrə regional Virtual Sammitinə ev sahibliyi edəcək13:59Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib13:44Azərbaycan gənclərinin Mərakeşə səfəri baş tutub13:36Prezident İlham Əliyev Biləsuvar rayonuna səfər edib13:35Ağcabədi rayonunun daha bir kəndinə təbii qaz verilib13:11Pirallahıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib13:00Təlimlərdə iştirak edən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır - VİDEO12:45Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub12:30Prezident Masallı rayonunda bir sıra obyektlərin açılışında iştirak edib11:55Prezident Masallı rayonuna gedib11:44Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib11:20Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb10:40Qoşunlarda döyüşə hazırlıq tədbirləri aparılır-VİDEO09:20Ermənilər atəşkəs rejimini 85 dəfə pozub16:20Babək prospektində işlərin oktyabr ayında yekunlaşdırılması nəzərdə tutulur16:09“İrəli”nin “SAY:Cümhuriyyət” layihəsi başa çatıb15:47Səfir Daşqın Şikarov Xəlifə Fondunun baş direktoru Məhəmməd Haci əl Xuri ilə görüşüb15:33Beynəlxalq Atletika Federasiyası 1-ci dərəcəli lektorlar üçün seminar keçirib14:32Diaspor təmsilçisinə İtaliyada yüksək etimad14:23Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur14:12“Bilik günü” AzMİU-da qeyd olunub13:44Ermənistanın baş naziri Azərbaycanın daxili məsələləri ilə bağlı yersiz və cəfəng açıqlamalar verir13:23ATU-da “Bilik günü” qeyd olundu13:07Bakının İrəvana son mesajı12:57489 namizəd uğur qazanıb12:40Bakıda keçirilən parad Ermənistada açıq hərbi dərs idi12:35Culia Gralou: "Arzu edərdim ki, ABŞ-ın Sietl Xərçəng Mərkəzində də belə şərait olsun"12:27Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır12:08Bu yolda rənglənmə işləri aparılacaq11:55İlk dərslər vətənpərvərlik mövzularına həsr olunub11:47Millət vəkili Kiyev Universitetinin tələbələri ilə görüşüb11:35Məktəblilər Avropa birinciliyinin qalibi olublar11:27Tələbə adını qazanan 1803 gənc Azərbaycan Texniki Universitetini seçib11:11Azərbaycan İlahiyyat İnstitutunun açılış mərasimi olub10:56Dövlət Miqrasiya Xidmətində təlim keçirilib10:38Direktor, direktor müavinləri və müəllimlər üçün təlimlər keçiriləcək10:17Şəhər yollarında piyada təhlükəsizliyinin artırılması işləri davam etdirilir10:00Azərbaycanın din xadimləri Prezidentə müraciət ünvanlayıblar09:40Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb09:30Atəşkəs rejimi 93 dəfə pozulub09:15Azərbaycanda məmur vəfat edib19:35İslam İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib19:13Dövlət Fitosanitar Xidməti əhaliyə xəbərdarlıq edir18:37Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib18:32"İdeyadan Biznesə" startap turlarının növbəti mərhələsinə start verilir18:27Aİİ-də “Sekulyarizasiya prosesi və müasir cəmiyyətdə din” mövzusunda seminar keçirilib18:18Azərbaycan məhsulları “Worldfood Moscow 2018” Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq18:11Bayıl-Bibiheybət-Lökbatan kollektorunun inşasına 3 milyon manat ayrılıb18:03Paytaxtda fəaliyyət göstərən bir sıra çörək istehsalı müəssisələrində nöqsanlar aşkar edilib17:37AQTA sahibkarlara müraciət etdi17:12Energetika Nazirliyi“Equinor” şirkəti ilə bərpa olunan enerji mənbələrinin inkişafını müzakirə edib17:01İxracatçılar Klubu və Dövlət Aqrar Ticarət Şirkəti arasında əməkaşlıq müzakirə edilib16:34İlqar Məmmədovun "demokartikliyi"16:12Təhsil naziri İndoneziya Respublikasının mədəniyyət və təhsil naziri ilə görüşüb16:02Bakıda “Dosso Dossi Fashion Show” tekstil sərgisi keçiriləcək15:25NATO Parlament Assambleyasının nümayəndə heyəti Energetika Nazirliyində olub15:00İnam Kərimov Salyanda vətəndaşları qəbul edib14:34Energetik içkilərə vergi tətbiq edilməlidirmi?14:22“Türk Hava Yolları” yeni uniformasını təqdim edib14:04Qırmızı Körpü Asiya və Avropa arasında qlobal əlaqələndirmənin mühüm elementinə çevrilir13:45Nazir Azad Rəhimov Şirvanda vətəndaşlarla görüşüb13:27AzTU-da Tvininq layihəsi çərçivəsində görüş keçirilib12:58İlhaiyyat İnstitutu Alban-Udi Xristian dini icması ilə birgə tədbirlər həyata keçirəcək12:39Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsinin növbəti iclası keçirilib11:42Tanınmış jurnalist vəfat etdi11:24Göygöl rayonunun iki kəndinə ilk dəfə təbii qaz verilib11:01Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib10:52Abonentlərin sayı 2 149 772-ə çatıb10:46İlham Əliyev Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak edib10:30Metropolitendə milli musiqi günü qeyd olunacaq10:17Dövlət Agentliyi Piran-Hamarat avtomobil yolu ilə bağlı məsələyə aydınlıq gətirdi09:55Azərbaycan Tibb Universitetində köklü islahatlar aparılıb09:40Atəşkəs rejimi 92 dəfə pozulub09:11Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır08:34Energetika Nazirliyi Gürcüstanda CAREC çərçivəsində keçirilmiş tədbirlərdə təmsil olunub08:10"SpaceX" dünyada ilk dəfə Ayın ətrafına sərnişin aparacaq08:00Bu marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək17:23Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı tədbir keçirilib17:05Bilik Fondu və Mənəvi Dəyərlərin Təbliği Fondu birinci sinif şagirdlərinə məktəbli forması və məktəb ləvazimatları hədiyyə edib17:00Azərbaycan İlahiyyat İnstitutununprorektorları təyin edilib
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2018 (239)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)
Aprel 2018 (757)

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

14 sen 2018, 18:37   
Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib


Newscenter.az.14.09.2018. Sentyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.

Newscenter.az. xəbər verir ki, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva bildirib ki, Məhərrəm ayı ilə əlaqədar Dövlət Komitəsi bu mövzuda silsilə tədbirlər həyata keçirir. O qeyd edib ki, Lənkəran, Astara rayonlarında, eləcə də Bakı şəhərinin Sabunçu, Səbail, Binəqədi, Yasamal, Suraxanı rayonlarında keçirilən seminar-müşavirələrdə rayon icra hakimiyyətinin başçıları, Milli Məclisin deputatları, QHT nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri, dini icma rəhbərləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Onun sözlərinə görə, tədbirlərin təşkilində əsas məqsəd milli-mənəvi irsimizin düzgün təbliği, dini mərasimlərin milli-mənəvi dəyərlərimizə və müasir dövrün tələblərinə uyğun keçirilməsi istiqamətində maarifləndirmə işinin aparılmasıdır. Bildirilib ki, bu gün keçirilən seminar-müşavirə iştirakçılarının ancaq qadınlar olması cəmiyyətimizdə, ölkəmizin ictimai-siyasi, sosial həyatında qadınların rolunu və mövqeyini göstərir. Y.Əliyeva bildirib ki, Azərbaycan qadını hər zaman cəmiyyətin avanqard qüvvəsi hesab olunub və taleyüklü məsələlərin həllinə, cəmiyyətin maarifləndirilməsi işinə öz dəyərli töhfəsini verib.

DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova isə qeyd edib ki, Azərbaycan xalqının milli adət-ənənələri, əxlaqi, mənəvi dəyərləri onun qədim tarixə malik zəngin mədəniyyətinin göstəricisidir. Hər bir xalqın adət-ənənələri onun mənsub olduğu dinlə sıx bağlıdır. Şöbə müdiri vurğulayıb ki, İslam dini Azərbaycan xalqının milli-mənəvi dəyərlərində, həyat tərzində, adət-ənənələrində dərin izlər buraxıb. Zaman keçdikcə, cəmiyyət dəyişdikcə sadəcə din və onun qayda-qanunları, hökmləri dəyişilməz qalır. “Adət-ənənələr, mərasimlər isə zamanla dəyişir, müasir dövrün tələbinə uyğunlaşır. Dini mərasimlər dinimizi, tariximizi, mədəniyyətimizi, ənənələrimizi, həyat tərzimizi əks etdirməlidir. Düzgün maariflənmə və maarifləndirmə, fərdi şəkildə xurafatla mübarizə, elmimizin və mənəviyyatımızın paralel inkişafı dinimizi xurafatdan, mövhumatdan qoruya və gələcək nəsillərə ötürə bilər”, - deyə E.Kərimova diqqətə çatdırıb.

Daha sonra çıxış edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı isə bildirib ki, bu gün Azərbaycanda bu sahələr üzrə islahatlar gedir. Xurafat və cəhalətə qarşı mübarizəni isə yalnız dövlətin deyil, cəmiyyətin aparmalı olduğunu deyən M.İbrahimqızı qeyd edib ki, Azərbaycan qadınları gələcək üçün sağlam nəsil yetişdirməlidir. Deputat vurğulayıb ki, bu gün bəzi dini mərasimlərdə savadsız mollaların söhbətləri olur. Bu da yeniyetmələrin dünya görüşlərinə və təfəkkürlərinə təsir edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib ki, İslam cəmiyyətdə faydalı din kimi təbliğ olunmalıdır. Bu işin reallaşmasında vəzifəsindən və statusundan asılı olmayaraq qadınlar daha çox fəallıq nümayiş etdirməlidir. Azərbaycan xalqının yüksək savada və intellektə sahib olduğunu qeyd edən S.Qəhrəmanova deyib: “Yeni nəslə izah olunmalıdır ki, İslam dini qadınlara hüquq verir. İslam tarixinə diqqət yetirdikdə görürük ki, ərəblərin cahillik dövründə körpə qız uşaqlarının diri-diri torpağa basdırılması məhz İslam dininin yayılmasından sonra dayandırılıb. Bu gün ölkəmizdə İslamın qaydalarından kənar, yanlış təbliğat aparan savadsız qrup mövcuddur. Birlikdə bu neqativ halın qarşısını almaq lazımdır”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat katibliyinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Rəhimə Dadaşova bildirib ki, İslam seçilən bir dindir. Dinimizdə gender probleminin olmadığını deyən R.Dadaşova qeyd edib ki, İslam insanlara olduğu kimi çatdırılmalıdır. Onun sözlərinə görə, QMİ-nin təlimatlarına uyğun olaraq, təyinat alan qadın mollalar yüksək dini biliklərə sahib olmalıdırlar. Məscidlərdə QMİ-nin təyinatı ilə işləyən din xadimlərinin daim attestasiyası keçirilir. Onların təhsilli olması, təkmilləşməsi də diqqətdə olan məsələlərdəndir.
R.Dadaşova əlavə edib ki, QMİ fətva verməklə insanlara Aşura məclisinin necə keçirilməsini tövsiyə şəklində bildirir. O vurğulayıb ki, bu il Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanların sayı daha da artıb. Bu günədək qanvermə aksiyalarına ancaq müsbət reaksiya verilib.

“Erkən nikahların olmasına görə yalnız din xadimlərini günahlandırmaq olmaz. Çox zaman erkən nikahı məhz mollalar bağlayırlar. Bu məsələyə kompleks yanaşmaq lazımdır. Ailə, məktəb də erkən nikah məsələsində rol oynamalıdır. Ailə və məktəb öz məsuliyyətini mollanın üzərinə ata bilməz”, - deyə Rəhimə Dadaşova diqqətə çatdırıb.
OXŞAR MÖVZULAR