Impera

XƏBƏR LENTİ
19:52İcra başçısının əmisi oğlu küçədə xanımı təhqir etdi-BİABIRÇI VİDEO17:48“Pis vərdişlər və cinsi tərbiyə” adlı seminar keçirilib17:00Dövlət Gömrük Komitəsi 2-ci islahatlar paketinə başlayır16:00Bakının ali məktəblərinin yarışdığı 3 günlük startap müsabiqəsi başa çatıb15:00Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib14:17EKTİS-də qeydiyyatdan keçən fermerlərin sayı 47005 nəfərə çatıb13:37Bu siyasətbazların bütün oyunları "müxalifət statusu"na yiyələnmək uğrundadır12:46Heyvanlar arasında profilaktik tədbirlər davam edir12:21FHN yangını söndürmək üçün Müdafiə Nazirliyindən kömək istədi11:25ABŞ-ın 109 yaşlı sakini: "Hər cümə şərab içirəm"11:00Kənd Təsərrüfatı Nazirliyindən fermerlərə mühüm məsləhət10:35Valideyin-məktəb əlaqələri daha güclü olmalıdır10:18Səhiyyə Nazirliyi və məhkəmə orqanlarının daha bir qurbanı10:00Nazir İnam Kərimov Zaqatalada vətəndaşları qəbul edəcək09:41Atəşkəs rejimi 21 dəfə pozulub09:00Ölümündən 75 il sonra dəfn edilib16:30Tural Qarayevin hakimiyyətlə heç bir əlaqəsi yoxdur16:15Qubada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar keçirilib16:00Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir15:37Bu ərazidə xətlənmə işləri aparılacaq15:27Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli qoyulub15:17Diaspor təşkilatlarımız bir-birilərini qırır, səfirliklər isə öz inzibati binalarını kolxoz bazarına çeviriblər14:57Gənclər arasında müsabiqə keçirilir14:45Cocuq Mərcanlıda vətəndaşlar qəbul edilib14:32Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində qonaq olub14:13“Sağlam məktəbli” layihəsi çərçivəsində görüşlər keçirilib13:50Sabah hava necə olacaq?13:38Vaşinqton Yerevanı güzəştə getməyə məcbur edə bilər13:19Bir ay ərzində dövlətin dəstəyi ilə 506 kənd təsərrüfatı texnikası satılıb12:53“Milli Mübarizə və Qəhrəmanlıq" adlı şeir gecəsi təşkil olunacaq12:39Zaqatalada fermerlərə təlim keçirilib12:33Səfər Mehdiyev İran nümayəndə heyətini qəbul edib12:15“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda “dəyirmi masa” keçirilib11:52Fuad Qəhrəmanlının qızını döyən şəxs müxalifətin mitinqlərinin fəal iştirakçısı olub-FOTOLAR11:45Heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər davam edir11:30Bakıda 3-cü Qlobal Sağlamlıq Turzimi Forumu keçiriləcək11:14Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək11:01Dövlətimizə və ya dövlətçiliyimizə qarşı çirkli planları pozmaq hər birimizin borcudur10:50Vətəndaşların qaz və işıq problemlərinin həlli məqsədilə İşçi Qrupu yaradılıb10:23Paytaxt məktəblərində “Oxu günü” çərçivəsində tədbirlər keçirilib10:15Aİİ rektoru Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində istehsalat təcrübəsi keçən tələbələrlə görüşüb10:00Müdafiə naziri HHQ-nin təlim-məşq mərkəzinin açılışında iştirak edib - VİDEO09:47Atəşkəs rejimi 25 dəfə pozulub09:00Azərbaycan-İran iqtisadi əməkdaşlığı müzakirə edilib08:44Bakının ali təhsil müəssisələrini əhatə edən 3 günlük startap müsabiqəsi keçirilir22:29İlbər Ortaylı Məhəmməd Əmin Rəsulzadə ilə xatirəsini açıqladı-VIDEO19:11Azərbaycan İlahiyyat İnstitutu Ağcabədi rayonunda abturiyentlərlə görüş təşkil edib18:54Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçən fermerlərin sayı 37,500 nəfəri keçib18:35XV Avropa Gənclər Olimpiya Festivalının komanda idman növlərinin qrupları bəlli olub18:23Ölkədə baş verən irili-xırdalı hər bir hadisədən siyasi maraqlar üçün istifadə etməyi doğru hesab etmirəm18:14Mingəçevirdə 400 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkar olunub18:00“Erməni Yalanları” adlı içtimai müzakirə keçirilib17:29Kənd Təsərrüfatı Nazirliyi Qobustanda respublika müşavirəsi keçirib17:00Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq16:48“BTR” MMC-nin “Evədək optika” layihəsinin ikinci mərhələsi başlayır16:35Yanğından zərər çəkmiş sahibkarlara dəstək tədbirləri davam etdirilir16:16Şəki və Gədəbəydə azot gübrələrinin güzəştli şərtlərlə səyyar satışı keçirilib16:00“İrəli” İctimai Birliyinin “Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir15:38Azərbaycanda dövlət-din münasibətləri müzakirə edilib15:23Azərbaycan-Belarus Qarışıq Komissiyasının növbəti iclası Bakıda olub15:16“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda konfrans keçiriləcək15:05Suraxanı rayonunda yeni yol infrastrukturu layihəsinin icrasına start verilib14:56Cocuq Mərcanlıda "Aqrar Elm Günü" keçirilib14:45Azərbaycan Texniki Universitetində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar keçirilib14:30ATU-da beynəlxalq elmi-praktik konfrans keçirilib14:04ABŞ-da Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etmək istəyir13:55NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru Hərbi Akademiyada olub13:45Türkiyə nümayəndə heyətinin səfəri başa çatıb13:25Türkiyə tarixində əlamətdar hadisə12:53Sabah yağış yağacaq12:43BNA yeni layihənin icrasına başlayıb-VIDEO12:26Münaqişənin həllinə yönəlik heç bir razılaşma yoxdur12:15Füzuli rayonunda yem emalı müəssisəsi istifadəyə verilib12:06Nazir vətəndaşları qəbul edib11:55Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qaraçuxurda yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub11:45Dövlət Aqrar Ticarət Şirkəti işçi axtarır11:30Kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi üçün sənəd imzalanıb11:16Anomaliyaların intellektul axtarışı və çevik nəzarət variantları: “Kaspersky Lab” biznes üçün qorunmanı təkmilləşdirdi11:02Deputat Aytən Mustafazadə milyonlara necə sahib olub?10:48DSX rəisi Rusiya ilə sərhəddə yerləşən sərhəd mühafizə orqanlarının döyüş fəaliyyətini yoxlayıb10:31Raket və artilleriya bölmələri döyüş atışları icra edib-VIDEO10:20Oqtay Şirəliyevin sonu yaxınlaşır, yüzlərlə xəstəxana Səhiyyə Nazirliyinin tərkibindən çıxarılır09:30Ermənilər 24 dəfə atəşkəsi pozub09:00Yardımlıda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib08:23Binəqədidə sahə müvəkkili cinayətkarı gizlədir?19:30AQTA sədri TİGEM nümayəndələri ilə görüşüb19:08Diasporla İş üzrə Dövlət Komitəsində xarici işlər nazirinin müaviniilə görüş keçirilib18:34Sumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb18:21Aİİ-də psixoloqla görüş keçirlib18:10İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Yüksək Səviyyəli İşçi Qrupu Bakıda toplaşıb17:56Çəyirtkəkimilərə qarşı mübarizə işlərinə hazırlıqla bağlı toplantı keçirilib17:38Müdafiə naziri NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru ilə görüşüb16:59Türkiyəli qonaqlar inklüziv təhsil siniflərində olublar16:34Azərbaycan İlahiyyat İnstitutunda "Açıq qapı" günləri başlayır16:18Prezident qanunu pozan məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verib15:52Təhsil naziri məktəb direktorlarını topladı15:21Qusarda yol tikintisinə üç milyon manat ayrılıb15:09Müasir çağrı mərkəzləri necə təşkil olunmalıdır?15:00Heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır14:45Rövşən Rzayev BMT QAK-ın Azərbaycandakı nümayəndəsi ilə görüşüb
BÜTÜN XƏBƏRLƏR
Aprel 2019 (375)
Mart 2019 (323)
Fevral 2019 (330)
Yanvar 2019 (397)
Dekabr 2018 (355)
Noyabr 2018 (438)

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Energetik içkilərə vergi tətbiq edilməlidirmi?

14 sen 2018, 14:34   
Energetik içkilərə vergi tətbiq edilməlidirmi?


Newscenter.az.14.09.2018. Son illər Azərbaycanda xüsusilə gənclər arasında energetik içkilərə maraq artıb. Hər addımbaşı rast gəldiyimiz supermarketlərdə yaş məhdudiyyəti olmadan bu içkiləri əldə etmək mümkündür. İnsan orqanizmi üçün zərərli olan bu məhsulun satışına hər hansı qadağanın olmaması isə onu daha da əlçatan edib.

Artıq bəzi ölkələrdə energetik içkilərin satışına qadağalar qoyulub və ya məhdudiyyətlər tətbiq edilib. Məsələn, 2010-cu ildə ABŞ-da kofein tərkibli spirtli enerji içkiləri tamamilə satışdan çıxarılıb. Elə həmin il Litvada energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışına qadağa qoyulub. 2015-ci ildə Rusiyanın Moskva vilayətində də eyni məhdudiyyətlər tətbiq olunub. Türkiyə, Danimarka, Norveç, Uruqvay, İslandiya, eləcə də ABŞ-nın Vaşinqton, Yuta, Oklaxoma, Miçiqan kimi ştatlarında da bu cür qadağalar mövcuddur.

Hazırda Finlandiyada energetik içkilərə vergi tətbiqi barədə düşünürlər. Uşaqların hüquqları üzrə ambudsman və ölkə parlamentinin bir qrup deputatı bu içkiləri «zərərli məhsullara vergi tətbiqi» siyahısına salmaq tələbi ilə çıxış ediblər. Artıq gələn ilin dövlət büdcəsinə bununla bağlı xüsusi aksiz vergisi əlavə oluna bilər.

Bu ilin aprel ayının 6-dan etibarən Almaniyada «şəkər vergisi» tətbiq edilir. Bu yığım barədə müzakirələrə iki il əvvəl başlanmışdı və o vaxtdan bəri ölkədə şirin içkilərin tərkibində işlədilən şəkərin miqdarı 45 milyon kiloqram azaldılıb. Qida istehsalçıları öz məhsullarının reseptinə yenidən baxaraq vergi tutulan həddi aşmamaq üçün müvafiq addımlar atıblar.

İngiltərə ictimaiyyətində «şəkər vergisi» adlandırılan qanuna əsasən, 100 millilitr içkinin tərkibindəki şəkər 5 qramı aşsa, litrbaşına 18 pens vergi tutulur. 100 millilitr içkidə istifadə edilən şəkər miqdarının 8 qramı aşması isə litrbaşına 24 pens həcmində vergi alınmasına səbəb olur.

...Paytaxtımızda fəaliyyət göstərən «Doktor Davud» Tibb Mərkəzinin direktoru Davud Qüdrətovun sözlərinə görə, hazırda şəhərin bütün mağazalarda satılan bir banka enerji verən içkinin tərkibində 0,5 litr su, 75 mq. kofein, 500 mq. taurin, şəkər, qlükoza, qlükoronolakton, rəngverici, aromatizator, limon duzu, duzluluğu tənzimləyici, karbon 4 oksid və bəzi vitaminlər var: «Əksər televiziyaların «qanadlandırıcı» kimi reklam etdiyi «XL», «Pitbull», «Rox», «Red Bull», «Hell», «Jaquar», «Blue», «Reo Line», «Monster» və s. kimi içkilər, əslində, vətəndaşlarımızın, xüsusilə

gənclərimizin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Bu içkilər nəinki insana enerji vermir, əksinə, onun daxilindəki enerji ehtiyatını xərcləyir. Biz, gec-tez, bu enerjini yorğunluq, yuxusuzluq, əsəb və depressiya şəklində geri qaytarırıq. Belə çıxır ki, insan öz resurslarından «borc» götürür, borcu isə əvvəl-axır qaytarmalısan.

Enerjiverici içkilərin «qanadlandırması» ilə bağlı yayılan miflərlə yanaşı, zərərləri ilə bağlı faktlar da kifayət qədərdir. Xarici mətbuata bir neçə dəqiqəlik səyahət yetərlidir ki, yüzlərlə belə fakt tapasan. Məsələn, 2001-ci ildə İçveçdə 30 yaşlı Tereza diskotekada iki banka energetik içki ilə spirtli içkini qarışdıraraq içdikdən sonra ürəyi dayanıb, 18 yaşlı basketbolçu Ross Kuni isə 3 banka energetik içki qəbulundan sonra elə idman meydançasında dünyasını dəyişib. Bütün bunlar mətbuatın yazdıqlarıdır, yazmadıqları, xəbərsiz olduqları isə ...».

Araşdırmalara görə, təkcə 2005-ci ildə kofeinin həddən artıq dozada qəbulu zamanı 1000-dən artıq insan dünyasını dəyişib. 2008-ci ildə bu rəqəm 16.000-dən çox olub. Bu rəqəmlərlə tanış olduqda hər birimizdə haqlı suallar yaranır: həqiqətənmi energetik içkilər insana bu qədər güclü təsir edir, enerji verir, yoxsa bizdən pul qoparmaq üçün bu da bəzi istehsalçıların növbəti tələsidir? Doğrudanmı, biz bir banka içki ilə həyatımızı riskə atırıq?

Milli Məclisin deputatı Azər Badamov hesab edir ki, Azərbaycan bazarında enerji içkiləri birtərəfli qaydada reklam olunur, onu yalnız insana güc gətirəcək, əhval-ruhiyyəni yaxşılaşdıracaq bir qida kimi təqdim edirlər: «Dünyanın inkişaf etmiş ölkələrinin bazarlarına diqqət yetirsək, görərik ki, Almaniya, İngiltərə və ABŞ kimi ölkələr öz vətəndaşlarını enerji içkilərindən uzaqlaşmağa çağırır. Müəyyən tədbirlər görürlər ki, bu içkidən daha az istifadə olunsun. Dünya Səhiyyə Təşkilatı tərəfindən də energetik içkilərin törədəcək fəsadlar haqqında geniş danışılır. Yəni, bu içkilərin insan orqanizminə zərərini bizim səhiyyə təşkilatları da təbliğ etməlidirlər. Bildirilməlidir ki, hansı hallarda və nə qədər bu içkidən istifadə etmək olar. Çünki bizdə bu içki adi su yerinə içilir. Bunun da əsas səbəbi onun qiymətinin ucuzluğu və fəsadları haqqında vətəndaşlarımızın məlumatsız olmasıdır».

Millət vəkili onu da qeyd etdi ki, Azərbaycanda enerji içkilərinin əsas istehlakçıları yeniyetmələr və gənclərdir: «Bu içkidən istifadə etmək gənclər arasında, bir növ, dəb halını alıb. Onlar heç də düşünmürlər ki, orqanizmlərinin enerji içkisinə ehtiyacı yoxdur. Çünki gənc orqanizm kifayət qədər enerjilidir və qəbul edilən hər hansı stimulyasiyaedici vasitə onun məhvinə aparır. Biz gələcəyimiz olan gənc nəsli qorumaq istiqamətində ciddi addımlar atmalı, müxtəlif yollarla yeniyetmələrimizi zərərli vərdişlərdən, o

cümlədən bu cür təhlükəli içkilərdən istifadə etməyi çəkindirməliyik. Hesab edirəm ki, çıxış yollarından biri də enerji içkilərinin idxalına, istehsalına və satışına əlavə rüsum və vergilərin tətbiq edilməsidir. Bu, həm həmin içkilərdən istifadənin miqdarını azaldar, həm də dövlət büdcəsinə əlavə vəsait gətirər...».
OXŞAR MÖVZULAR