Impera

XƏBƏR LENTİ
19:28Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir19:14Şamaxıda “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib18:33Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat17:52Nazirlər Kabinetinin iclası keçirilib17:39Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub17:22Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub17:11Miqrasiya Xidmətində təlim keçirilib16:38İlahiyyat Institutu bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib16:20“Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlara start verilib16:06Aqil Ələsgər: “Ermənistan Dağlıq Qarabağı narkoplantasiyaya çevirib”15:55Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsahibə elan edir15:45Minskdə Azərbaycan mədəniyyəti günü keçirilib15:34Bu məhsulların idxalına qadağa qoyuldu15:24Mastercard-la “Hepsiburada”-dan 10% endirim əldə edin15:15Stokholmda Azərbaycan tədris kursları açılıb15:10Özbəkistan nümayəndə heyəti ÜST-nin Bakıdakı Əməkdaşlıq Mərkəzinə tanışlıq səfəri edir15:00Monqolustan Prezidentinin Azərbaycana səfəri başlayıb14:41Azərbaycan diasporuna yeni nəfəs gəlir14:02Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər13:47Avtomobilin salonunda gizlədilmiş mobil telefonlar aşkar olunub13:11Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək, yağış yağacaq13:06Cənubi Qafqazda ABŞ və Rusiyanın toqquşan maraqları və......12:42Ermənistana qaz nəqli dayandırılıb12:09Lənkəranda kiçik tut odlucasına qarşı mübarizə tədbirləri davam etdirilir11:43Polis və DTX Astarada birgə əməliyyat keçirib, silah-sursat götürülüb11:26BNA-dan növbəti sosial xarakterli videoçarx-VİDEO11:11Müdafiə Nazirliyi “Ehtiyat zabit hazırlığı kursu”na namizədlərin qəbulunu elan edir10:53Paytaxt üzrə 805 müəllim üçün təlim keçirilib10:40Bakı Şəhər İcra Hakimiyyəti günahı "Azərsu"nun üstünə atdı10:12Azərbaycan və Ermənistanın XİN başçıları sentyabrın 26-da Nyu-Yorkda görüşəcəklər10:01Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlər Forumu inkluziv dünyaya nail olmağa kömək edəcək09:40Düşmən atəşkəs rejimini 89 dəfə pozub09:30İcazəsiz ov edən şəxs saxlanılıb09:06Mediada uşaq hüquqlarının qorunması mövzusu müzakirə edilib08:43Energetika naziri OPEC-in Baş katibi və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşüb08:12Dövlət Komitəsi İctimai Televiziya ilə yeni layihəyə başladı07:50Şəmkirdə ağır yol qəzası, ölənlər və yaralananlar var16:24Binəli Yıldırım: "Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir"16:10Toz dumanlı hava şəraiti ən çox Abşeron yarımadasında müşahidə olunur15:56Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşları qəbul edəcək15:52İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib15:26Yeni tədris ilində təhsil robotlarının tətbiqinə başlanılıb15:16Mir Cəlal küçəsi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verildi14:47Girov götürülən şəxslərin hüquqlarının tədqiqi ilə bağlı layihə yekunlaşıb14:35Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb14:18Müddətli müqavilə ilə işə qəbul üzrə növbəti tura start verilir13:50Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib13:45Prezident İlham Əliyev Binəli Yıldırımla görüşüb13:21Növbəti iki gündə hava şəraiti qeyri-sabit keçəcək13:14Bakıda mənzildən kişi meyiti tapılıb13:00Təhsil naziri Pakistan İslam Respublikası Senatının sədri ilə görüşüb12:55Hansı məhsulları soyuducuda saxlamaq doğru deyil?12:42119 əcnəbi saxlanılıb12:27Azərbaycanın müdafiə naziri NATO baş katibinin müavini ilə görüşüb12:20Xətai rayonunda güclü yanğın başlayıb - VİDEO12:00Amerika ilə Rusiya arasında iqtisadi savaş yeni mərhələyə qədəm qoyur11:50Pedaqoji işçilər üçün nəzərdə tutulan layihə başa çatıb11:40Donald Trampdan Qarabağ açıqlaması11:30Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir11:15Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu işçi axtarır10:51Beynəlxalq Sülh Günü tədbirləri keçirilib10:39Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır10:20Genişmiqyaslı təlimlərdə gecə vaxtı döyüş atışları keçirilib - VİDEO10:01Yol qəzalarında 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb10:00Prezident Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirak edir09:20Ermənilər yaşayış məntəqələrini atəşə tutub09:00Azərbaycan 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik edəcək19:03Dövlət Komitəsində görüş keçirilib18:38Bakının 3 rayonuna içməli su fasilə ilə veriləcək18:11“ABAD” I Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisində təqdim olunur18:00Rusiya senatoru ATU-da qonaq olub17:50Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb17:39SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub-SIYAHI17:31Prezident İlham Əliyev NATO baş katibinin müavinini qəbul edib17:21Daşkənddə əməkdaşlıq məsələləri müzakirə olunub17:06“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında16:48Eksperimental istehsalat müəssisəsində yenidənqurma işləri aparılıb16:09Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib - VİDEO15:55MDB iştirakçı dövlətlərinin gömrük xidmətlərinin kinoloji strukturlarının yarışları keçirilir15:32MOK İspaniyada keçirilən beynəlxalq marketinq seminarında təmsil olunub14:50Təhsil naziri Gəncə şəhərində vətəndaşları qəbul edəcək14:26Səngəçal və Goran stansiyalarında 17 ədəd yoldəyişən qurğu dəyişdirilir14:0050 tona yaxın kartofda zərərli orqanizmlər aşkarlanıb-VİDEO13:50Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub13:20Bu gün Aşura12:36Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı təntənəli iclas keçiriləcək12:14Marketdən oğurluq edən şəxsi döyən direktor və satıcılar saxlanıldı11:57Bölmə iclasları başa çatıb11:45Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb11:09İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək10:57Azərbaycanın energetika naziri OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında iştirak edəcək10:30Azərbaycanda pambığın alış qiyməti 50 manat artırıldı10:16Yol qəzalarında 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb10:04Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılır09:41Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi-VIDEO09:35Atəşkəs rejimi 90 dəfə pozulub09:07Göyçayda sahibkarlar üçün treninq keçirilib09:00Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb07:34Növbəti startap turu Sumqayıtda keçiriləcək07:28Aİİ-də “Kərbəla hadisəsinə sosio-psixoloji, ədəbi və tarixi baxış” mövzusunda dəyirmi masa keçirilib
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2018 (360)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)
Aprel 2018 (757)

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Qırmızı Körpü Asiya və Avropa arasında qlobal əlaqələndirmənin mühüm elementinə çevrilir

14 sen 2018, 14:04   
Qırmızı Körpü Asiya və Avropa arasında qlobal əlaqələndirmənin mühüm elementinə çevrilir


Newscenter.az.14.09.2018. Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-lər) həyata keçirilməsi baxımından tərəfdaşlıqlar, xüsusilə də yerli, regional və qlobal səviyyələrdəki tərəfdaşlıqlar mühüm əhəmiyyət kəsb edir. DİM-lərin reallaşdırılması və əmin-amanlıq, təhlükəsizlik və azad ticarətin gücləndirilməsi üçün ölkələr bərabər çalışmalıdırlar. Bu baxımdan, yaşayış səviyyəsinin yüksəldilməsi və sərhədlərdə insanların və malların hərəkəti üçün təhlükəsiz şəraitin yaradılması məqsədi daşıyan regional layihələrin rolu əvəz edilməzdir. Məhz bu səbəbdən, sərhəd idarəçiliyində daha güclü, ikitərəfli, regional və beynəlxalq əməkdaşlığın yaradılmasına çalışan Azərbaycan və Gürcüstan hökumətləri Cənubi Qafqazın bu iki ölkəsini birləşdirən birgə gömrük nəzarəti məntəqələrində inteqrasiya edilmiş sərhəd idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində fəaliyyət göstərirlər.

Strateji baxımdan Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan və Gürcüstan dövlətləri 2015-ci ilin sonlarında iki ölkə arasında və ya daha geniş mənada desək, iki qitə, yəni Asiya və Avropa arasında əsas sərhəd nəzarət məntəqəsi olan Qırmızı Körpü Sərhəd-Keçid Məntəqəsində insanların və malların təhlükəsiz və qanuni şəkildə hərəkətini asanlaşdırmaq məqsədilə öz qüvvələrini birləşdirdilər. BMT-nin Bakıdakı ofisinin informasiya depratamentindən verilən məlumata görə, Avropa İttifaqı (Aİ) “Şərq Tərəfdaşlığı” proqramının “Flaqman Təşəbbüsü”nün bir hissəsi kimi həyata keçirilən layihə Azərbaycan və Gürcüstanda BMT-nin İnkişaf Proqramı tərəfindən Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti və Azərbaycan Dövlət Gömrük Komitəsi kimi iki strateji tərəfdaşla sıx əməkdaşlıq çərçivəsində idarə olunur. Ümumi büdcəsi 2.66 milyon avro olan layihəyə Avropa İttifaqı tərəfindən 2.128 milyon avro, Azərbaycan və Gürcüstan hökumətləri tərəfindən isə birlikdə 532,000 avro məbləğində vəsait ayrılıb. Qırmızı Körpü Sərhəd-Keçid Məntəqəsində üç il ərzində uğurlu əməliyyatlar həyata keçirdikdən sonra Azərbaycan və Gürcüstan hökumətləri, eləcə də Aİ və BMTİP-in nümayəndələri layihənin başa çatmasını və bu birgə platformanın müxtəlif mərhələlərdə əldə etdiyi nailiyyətləri qeyd etmək üçün Gürcüstanın Tbilisi şəhərində bir araya gəlib.

Gürcüstan və Azərbaycan hökumətlərini sərhəd təhlükəsizliyinin qorunmasında dəstəkləmək məqsədi daşıyan bu layihədə iki ölkə, eyni zamanda Avropa İttifaqına üzv dövlətlər arasında ikitərəfli və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verilib. Layihə çərçivəsində ön planda tutulan iki əsas sahəyə Azərbaycanda və Gürcüstanda sərhəd idarəçiliyi orqanlarının imkanlarının genişləndirilməsi və Qırmızı Körpünün hər iki tərəfində hərəkətin asanlaşdırılmasını və təhlükəsizliyin artırılmasını dəstəkləmək üçün infrastruktur və avadanlıqların təmin olunması daxildir.

Tbilisidə layihənin bağlanış mərasimində çıxış edən Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbəri cənab Kestutis Yankauskas qeyd edib ki, “Avropa İttifaqının BMTİP ilə birlikdə dəstəklədiyi və həyata keçirdiyi bu flaqman təşəbbüsü Azərbaycan və Gürcüstan dövlətlərinin gömrük orqanları arasında əlaqələndirməni artıq gücləndirib. Sözügedən birgə fəaliyyət regional əməkdaşlığı inkişaf etdirir, prosedurların asanlaşdırılmasına kömək edir və ticarət imkanlarını artırır. Aİ-nin yardımı ilə Qırmızı Körpü Asiya və Avropa arasında qlobal əlaqələndirmənin mühüm elementinə çevrilməkdədir”.

Keçmişdə Azərbaycanın Sərhəd Keçid Məntəqəsi xaricində təhlükəsiz gömrük rəsmiləşdirilməsi sahəsinin olmaması səbəbindən malların dərhal rəsmiləşdirilə bilməməsi bütün digər yüklərin də hərəkətini ləngidirdi. Qırmızı Körpü layihəsinin köməyi ilə ikinci dərəcəli yoxlamaların həyata keçirilməsinə və sərhəddə hərəkətin asanlaşdırılmasına imkan verən təhlükəsiz hərəkət sahəsi yaradılıb. Ən əsası odur ki, layihənin reallaşdırılması sayəsində yüklərlə bağlı prosedurların icrasına sərf olunan vaxt artıq əhəmiyyətli dərəcədə azalıb. Elə təkcə Azərbaycanda Dövlət Gömrük Komitəsinin 70-dən çox əməkdaşına gömrük nəzarəti prosedurları, fitosanitariya, sanitariya, baytarlıq və qida təhlükəsizliyi məsələləri ilə bağlı sərhəd nəzarəti üzrə Aİ-nin qabaqcıl standartlarına uyğun təlimlər keçirilib, Sərhəd Keçid Məntəqəsində işləyən 250-dən çox müfəttiş isə Aİ-nin Latviya, Litva və Polşadan olan ekspertlərinin rəhbərliyi ilə təşkil olunan bacarıqların artırılması üzrə 10 təlim proqramında iştirak edib. Ümumilikdə Azərbaycan Dövlət Gömrük Komitəsinin 300-dən artıq əməkdaşı layihə çərçivəsində təşkil olunan 20 bilik mübadiləsi tədbirinə qatılıb. Bu fəaliyyətlər eyni vaxtda Gürcüstanda da həyata keçirilib. Layihənin bağlanış mərasimi ilə yanaşı həmçinin sərhədin Gürcüstan tərəfində fəaliyyət göstərəcək müasir avadanlıqlarla təchiz olunmuş yeni sanitar, baytarlıq və fitosanitar nəzarət məntəqəsinin istifadəyə verilməsi və Qırmızı Körpünün Azərbaycan hissəsində yeni gömrük terminalının açılışı qeyd olunub.
Bu mühüm layihənin nəticələrindən söz açan BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMTİP-in Rezident Nümayəndəsi cənab Qulam İsakzai xüsusilə vurğulayıb:

“Effektiv sərhəd idarəçiliyi Dayanıqlı İnkişaf Məqsədləri ilə sıx şəkildə əlaqəlidir və o, ölkələrə hüquqları müdafiə etməklə və sərhəddən keçən şəxslərin üzləşdikləri çətinliklərin sayını azaltmaqla öz milli təhlükəsizliklərini beynəlxalq hüquqa uyğun qaydada yaxşılaşdırmaq imkanı verir”.
NEWSCENTER.AZ
OXŞAR MÖVZULAR