Impera

XƏBƏR LENTİ
16:50AQTA əməkdaşları Malayziyada beynəlxalq təlimdə iştirak edib16:17Təhsil müəssisələrində müstəqilliyin 27-ci ildönümü qeyd olunub16:00Aİİ-də dini-tarixi abidələrə həsr olunan tədbir keçirilib15:42Dövlət Gömrük Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb15:36“AtaSığorta” ASC yeni tibbi sığorta məhsullarını təqdim edir15:22BNA-da Dövlət Müstəqilliyinin 27-ci ildönümü ilə bağlı tədbir keçirilib15:00Müdafiə naziri "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018"də iştirak edir14:10Lənkəran dövlət Aqrar İnkişaf Mərkəzi fermerlərə xidmət göstərməyə başlayıb13:54“Müasir gənclik və Azərbaycan” mövzusunda tədbir keçirilib13:26Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları icra edib13:10“Virtualkarabakh.az” portalının yeni versiyasının təqdimat mərasimi keçiriləcək.12:52İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti ölkəmizin sabit və ardıcıl inkişafını uğurla təmin edir12:39Azərbaycanın son 15 ildəki inkişafı Dünya Iqtisadi Formunun gözü ilə12:11Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır11:55Tərtərdə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib11:35Yeni Yasamala içməli su məhdudiyyətlə veriləcək11:00İngilis dili müəllimləri üçün seminar keçirilib10:21Azərbaycanın iştirakı ilə Çində Kəmər və Yolun Enerji Tərəfdaşlığı Bəyannaməsi imzalanıb09:21Ümumi sığorta yığımları 6,8 milyon manat artıb09:00Atəşkəs rejimi 29 dəfə pozulub08:47Ucarda sahibkarlara güzəştli kredit verilib08:30Zakir Həsənov çexiyalı həmkarı ilə görüşüb15:36Paytaxt məktəblilərinin beynəlxalq idman uğurları14:54"Bakı Metropoliteni" QSC-də tələbə adını yüksək balla qazananlarla görüş keçiriləcək14:41Energetika Nazirliyi “Masdar” şirkəti ilə Çərçivə Sənədi imzalayıb14:26Cari ilin aprel-sentyabr aylarında 27.900 şüşə aksizsiz və ya saxta aksizli mallar aşkar edilərək müsadirə edilib13:57Zenit-raket komplekslərindən döyüş atışları icra edilib12:29Səyyar ASAN xidmət davam edir12:09Bakıda yağış axşama doğru kəsiləcək11:56AQTA zərərli orqanizmlər sirayətlənmiş kivi məhsulunu məhv edib11:45Energetika naziri Çində səfərdədir11:30Bakıda daha bir ərazidə sürüşmə olub, istinad divarı uçub11:20Səfir Daşqın Şikarovun BƏƏ mediasında Müstəqillik Günü ilə bağlı məqaləsi dərc edilib11:00Azərbaycan, Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkədir10:00Bakı metropolitençiləri Almaniyada nəqliyyat sərgisində09:30Atəşkəs rejimi 30 dəfə pozulub18:33Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur18:22Qida Təhlükəsizliyi Agentliyi növbəti maarifləndirici videoçarx hazırlayıb18:07Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 169 əcnəbi saxlanılıb18:019 ay ərzində 1,59 milyard m3 qaz idxal olunub17:55Mübariz Qurbanlı Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb17:49Tərtər rayonunun dörd kəndinə təbii qaz verilib17:22Rektor qalib tələbələrlə görüşüb17:07Qaz anbarlarında bu günədək 3 milyard kubmetrdən çox qaz tədarük edilib16:55“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib16:46AQTA əməkdaşları ADU tələbələri ilə görüşüb16:31Dövlət Müstəqilliyi Gününə hərs olunmuş yaradıcılıq sərgisi keçirilib16:06Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib15:46Üçüncü rübdə xam neftin ixracı 6 milyon ton təşkil edib15:24Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib15:0040 il sonra yeni dərslik çap olundu14:10Sabah yağış yağacaq13:53“Coca-Cola” ən bahalı brendlərin beşliyinə düşüb13:22Azad Rəhimov Avropa Şurası idman nazirlərinin toplantısına qatılıb12:46“Türk Hava Yolları” doqquz ay ərzində 58 milyon sərnişin daşıyıb12:13Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur12:00Azərbaycanın təbliği, azərbaycançılığın qorunması istiqamətində əlimizdən gələni etməyə çalışırıq11:33Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər mövzusunda regional seminar keçirilib11:21Müdafiə naziri Zakir Həsənov Çexiyaya səfər edəcək10:51Paytaxtda 48 206 şagird I sinifdə təhsil alır10:34İcazəsiz ova cəhd edən şəxs saxlanılıb10:1516 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar AQTA maarifləndirici videoçarx yayıb09:41Ermənilər müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:10İnam Kərimov Masallıda vətəndaşlarla görüşəcək09:00Qarabağ qazisi Etimad Əsədov vəfat edib08:30Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib20:00Buenos Ayres 2018 Atletlər kəndində Azərbaycan deleqasiyasının rəhbərinin müavini Vaqif Əliyev idmançılarla görüşüb20:00Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib15:00AzTU ilə Çexiya universitetləri arasında əməkdaşlıq perespektivləri müzakirə olunub14:38Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək14:00AzTU daha bir universitetlə ikili diplom müqaviləsi imzaladı13:20İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib13:00Bu yolda təmir işləri aparılır12:55Sabahın hava proqnozu açıqlanıb12:05“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib11:50Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub11:39Prezident İlham Əliyev Lənkəran rayonuna səfərə gedib11:33AQTA əməkdaşı nüfuzlu beynəlxalq təşkilatın işçi qrupuna üzv seçilib11:22Qanunsuz ova cəhd edən şəxslər 4000 manat cərimələnib, 3 ov tüfəngi götürülüb11:1224/7 Sahibkarlıq proqramına start verilir10:43Şəkidə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib10:00Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək09:26Aqrar kadr bazarına sahiblənməliyik09:00Erməniər atəşkəs rejimini 28 dəfə pozub19:20Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib19:00AzTU ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb18:25“İdeyadan Biznesə” startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib18:15Daşkəsəndə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib18:00Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu17:55Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib17:49Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək17:34Prezident İlham Əliyev jurnalistin sağlıq durumu ilə bağlı müvafiq göstəriş verib17:25Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunda pərakəndə satış müəssisələrinin rəhbərlərinə təlim keçirilir17:18İlk səyyar qəbul keçirilib17:04ATXƏM sədri dünyaca məşhur professorla görüşdü16:35Texniki Universitetlə Voronej Dövlət Texniki Universiteti arasındakı əməkdaşlıq yenilənib16:20AQTA maarifləndirmə tədbirləri çərçivəsində “Sağlam məktəbli” layihəsinə start verib16:18Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:43Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:23100-ə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2018 (341)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Azərbaycan diasporuna yeni nəfəs gəlir

24 sen 2018, 14:41   
Azərbaycan diasporuna yeni nəfəs gəlir


Diaspor təşkilatları DİDK və İctimai Televiziyanın birgə layihəsi olan "Vətən uzaqda deyil" proqramını belə dəyərləndirirlər


Newscenter.az.24.09.2018. Müstəqillik illərindən sonra hər bir sahə kimi diaspor sahəsində də müşahidə edilən tərəqqi, inkişaf qısa müddət ərzində Azərbaycan diasporunun genişlənməsi. yayılmasına, ölkəmizin haqq səsinin diaspor təşkilatları vasitəsilə dünya ölkələrinə çatdırılmasına zəmin yaratdı. Dünyanın demək olar ki, hər bir ölkəsində fəaliyyət göstərən diaspor təşkilatları Azərbaycan dövlətinin dəstəyi, diqqət və qayğısı nəticəsində fəaliyyət göstərdiyi ölkələrin ictimai-siyasi həyatında fəal rol oynamağa başladı.

Bu gün də əminliklə deyə bilərik ki, Azərbaycan dövlətinin diqqət və qayğısı nəticəsində diaspor təşkilatlarımız uğurlu fəaliyyət göstərir. Bəzən diaspor təşkilatlarımızın fəaliyyət göstərdiyi ölkədə təşkil etdikləri tədbirlərin, konfransların cəmiyyətə çatdırılması, həmin fəaliyyətlər barədə ictimaiyyətin məlumatlandırılmasında çətinliklər olsa da, lakin tədricən həmin problemlər də aradan qalxır. Bu sırada Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Belə ki, son aylarda fəaliyyətində müsbət istiqamətə doğru çox böyük dəyişikliklərə imza atan Diasporla İş üzrə Dövlət Komitəsi daha bir yeniliyə imza atıb.

Belə ki, artıq soydaşlarımızın səbirsizliklə gözlədiyi “Vətən uzaqda deyil” ixtisaslaşmış televiziya proqramı fəaliyyətə başlayır. Diasporla İş üzrə Dövlət Komitəsinin İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birgə layihəsi olan “Vətən uzaqda deyil” diaspor proqramının ilk buraxılışı sentyabrın 24-dən 25-nə keçən gecə saat 00.10-da yayımlanacaq. İlk buraxılışda “Cümhuriyyətun 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsindən bəhs ediləcək. 37 ölkədən gəlmiş gənclərin Yay düşərgəsi və Azərbaycan haqqında təəssüratları, diaspor gənclərinin gələcəyə baxışı, ölkəmizdə və xaricdə yaşayan gənclərin maraqlı debatı, diaspor gənclərini vətənə bağlayan tellər və s. kimi məsələlərlə ilk buraxılışda tanış ola bilərsiniz. Bu arada bir məqama xüsusi diqqət çəkmək lazımdır ki, bu da Diasporla İş üzrə Dövlət Komitəsinin gənclərlə işləməyə üstünlük verməsidir. Etiraf edək ki, uzun illərdir xarici ölkələrdə təhsil alan və ya çalışan gənclərimizin diaspor fəaliyyətinə cəlb edilməsi, onların potensialından istifadə olunması təşəbbüsü səsləndirilir. Düzdür, müəyyən zaman kəsiyində bu imkanlardan istifadə etməyə maraq göstərilib. Lakin mövcud potensialdan yetərincə istifadə edilməyib. Ancaq bir müddət əvvəl Şəki şəhərində baş tutan Diaspor Gənclərinin I Yay düşərgəsi qeyd etdiyimiz istiqamətdə atılan ən uğurlu addımlardan biri idi.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Vətən uzaqda deyil” proqramı layihəsinin əsas məqsədi dünya azərbaycanlılarının müzakirə platformasını formalaşdırmaq, soydaşlarımızı maraqlandıran məsələlərin müzakirəsini təşkil etmək və soydaşlarımız arasında, eləcə də soydaşlarımızla tarixi vətənləri arasındaetibarlı körpü yaratmaqdan ibarətdir. “Vətən uzaqda deyil” TV layihəsinin buraxılışlarını Dövlət Komitəsinin onlayn “Diaspor TV” ünvanında da izləmək mümkündür.
Diasporla İş üzrə Dövlət Komitəsi və İctimai Televiziyanın birgə “Vətən uzaqda deyil” adlı proqram təşkil etməsi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız tərəfindən müsbət qarşılanıb.
Azərbaycan diasporuna yeni nəfəs gəlir

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi deyib ki, belə bir proqramın hazırlanması və efirə getməsi bir neçə istiqamətdən faydalıdır. Onun sözlərinə görə, ilk növbədə diaspor təşkilatlarının cəmiyyətlə təmasda olması baxımından faydalıdır: “Yəni, həmin proqram vasitəsilə cəmiyyət , insanlarımız hansı ölkələrdə hansı diaspor təşkilatlarımızın fəaliyyət göstərdiyini, nə kimi işlər gördüklərini, Azərbaycanı necə təbliğ etdiklərini aydın şəkildə görəcəklər. Eyni zamanda diaspor təşkilatları olaraq həyata keçirdiyimiz layihələr, təşkil etdiyimiz tədbirlər barədə xalqın bilgiləndirilməsi baxımından olduqca vacibdir. Üçüncü bir məqam ondan ibarətdir ki, belə proqram vasitəsilə Azərbaycan xalqı əsl diaspor fəaliyyəti ilə kimlərin məşğul olduğunu görəcək, onları yaxından tanıyacaq. Ona görə də hesab edirəm ki, belə bir proqramın hasırlanıb efirə getməsi olduqca müsbətdir”. Ayhan Dəmirçi qeyd edib ki, bu kimi verilişlər, proqramlar faydalı məsələlər ətrafında müzakirələrin aparılması, diaspor təşkilatları arasında efir vasitəsilə fikir mübadiləsinin həyata keçirilməsi baxımından da maraqlıdır.
Azərbaycan diasporuna yeni nəfəs gəlir

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu da Diasporla İş üzrə Dövlət Komitəsi və İctimai Televiziyanın birgə layihəsi olan “Vətən uzaqda deyil” proqramının hazırlanmasınıə alqışlayıb. Dərnək sədri deyib ki, bu həm də diaspor təşkilatları üçün yaradılan bir fürsətdir, tribunadır:

“Bu proqrama uğurlar arzulayıram və onun diasporamız üçün faydalı olacağına əminəm”.

Səfər Karakoyunlu da deyib ki, sözügedən proqram ayrı-ayrı diaspor təşkilatlarının gördüyü işlər, göstərdiyi fəaliyyətləri cəmiyyətə çatdırmaqla yanaşı ayrı-ayrı təşkilatların məsuliyyət hissini də artıracaq və istər-istəməz təşkilatlar daha aktiv fəaliyyət göstərməyə meyilli olacaqlar:

“Bu proqram həm də diaspor təşkilatlarımızın gördüyü işlər barədə hesabat verməsi deməkdir. Heç şübhəsiz ki, hər bir diaspor təşkilatı da çalışacaq ki, xalqa yaxşı hesabat versin”.

İSTAD sədri proqramın ideya müəllifləri, təşkilatçıları, ümumiyyətlə bu işdə əməyi keçən hər kəsə təşəkkürünü ifadə edib və proqrama uğurlar arzulayıb: “Ümid edirəm ki, çox uğurlu bir proqram olacaq və diasporamıza yeni nəfəs gətirəcək”.
NEWSCENTER.AZ
OXŞAR MÖVZULAR