Impera

XƏBƏR LENTİ
11:33Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər mövzusunda regional seminar keçirilib11:21Müdafiə naziri Zakir Həsənov Çexiyaya səfər edəcək10:51Paytaxtda 48 206 şagird I sinifdə təhsil alır10:34İcazəsiz ova cəhd edən şəxs saxlanılıb10:1516 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar AQTA maarifləndirici videoçarx yayıb09:41Ermənilər müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:10İnam Kərimov Masallıda vətəndaşlarla görüşəcək09:00Qarabağ qazisi Etimad Əsədov vəfat edib08:30Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib20:00Buenos Ayres 2018 Atletlər kəndində Azərbaycan deleqasiyasının rəhbərinin müavini Vaqif Əliyev idmançılarla görüşüb20:00Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib15:00AzTU ilə Çexiya universitetləri arasında əməkdaşlıq perespektivləri müzakirə olunub14:38Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək14:00AzTU daha bir universitetlə ikili diplom müqaviləsi imzaladı13:20İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib13:00Bu yolda təmir işləri aparılır12:55Sabahın hava proqnozu açıqlanıb12:05“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib11:50Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub11:39Prezident İlham Əliyev Lənkəran rayonuna səfərə gedib11:33AQTA əməkdaşı nüfuzlu beynəlxalq təşkilatın işçi qrupuna üzv seçilib11:22Qanunsuz ova cəhd edən şəxslər 4000 manat cərimələnib, 3 ov tüfəngi götürülüb11:1224/7 Sahibkarlıq proqramına start verilir10:43Şəkidə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib10:00Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək09:26Aqrar kadr bazarına sahiblənməliyik09:00Erməniər atəşkəs rejimini 28 dəfə pozub19:20Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib19:00AzTU ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb18:25“İdeyadan Biznesə” startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib18:15Daşkəsəndə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib18:00Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu17:55Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib17:49Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək17:34Prezident İlham Əliyev jurnalistin sağlıq durumu ilə bağlı müvafiq göstəriş verib17:25Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunda pərakəndə satış müəssisələrinin rəhbərlərinə təlim keçirilir17:18İlk səyyar qəbul keçirilib17:04ATXƏM sədri dünyaca məşhur professorla görüşdü16:35Texniki Universitetlə Voronej Dövlət Texniki Universiteti arasındakı əməkdaşlıq yenilənib16:20AQTA maarifləndirmə tədbirləri çərçivəsində “Sağlam məktəbli” layihəsinə start verib16:18Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:43Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:23100-ə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb15:19Sabah hava necə olacaq?15:01Azərbaycan MOM-un xərçəng xəstəliyi ilə mübarizə üsulları Londonda müzakirə edilib14:48Azərbaycanın energetika naziri Pərviz Şahbazov “AmCham”ın üzvləri ilə görüşüb14:30Şuranın dəstəklədiyi layihə çərçivəsində müzakirələr keçirilir14:00Bakıda “Sahibkar-Peşə təhsili əməkdaşlığı” mövzusunda konfrans keçiriləcək13:50Danışıqlarda sükut hökm sürür13:38Badamdarda torpaq sürüşməsi baş verib, 8 ailəyə evlərini tərk etməklə bağlı xəbərdarlıq olunub13:10Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib12:55Badamdar şosesində hərəkət məhdudlaşdırılıb12:30Diaspor sədri Misir parlamentinin komitə sədri ilə görüşüb11:43Bu yolda təmir işləri aparılır11:14Bakı-Gəncə qatarının sürəti tədricən 150-160 km/saata çatdırılacaq10:50“Azərkosmos” ASC-nin nümayəndələri AzTU-da tələbələrlə görüşüblər10:17Soydaşlarımız Kaliforniyada Merilənd prospektinin Arsax adlandırılmasına etiraz edir09:50Məktəblilər üçün ekskursiyalar təşkil edilib09:35Düşmən atəşkəs rejimini 27 dəfə pozub09:00Vergi inzibatçılığında şəffaflıq və səmərəlilik əsas hədəfdir08:34İlahiyyat İnstitutunda Fələstin səfiri ilə görüş keçirilib16:00AQTA sahibkarlara müraciət etdi15:50Mənəvi Dəyərlərin Təbliği Fondu avtomobilləri şəxslərə deyil, dini icmalara verir15:36Bu yolda rənglənmə işləri aparılacaq13:52Prezident İlham Əliyev Qubada Gənclər Parkında yaradılan şəraitlə tanış olub13:40Yeni Texniki Xidmət Məntəqəsinin açılışı olub13:25Yağış yağacaq, havanın temperaturu 3-5 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ13:10Kiber idman turniri keçiriləcək12:52Dövlət Komitəsi yeni layihəyə start verib12:34İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti tədbiri keçirilib12:10Prezident Qubada Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi ilə tanış olub11:51Prezident şimal zonasına gedib11:45Bölmələrin qış mövsümünə hazırlığı yoxlanılır11:28Nardaran sakinlərinin qanuni mülklərinə kim göz dikib?- ŞİKAYƏT10:52Narkomaniyaya qarşı maarifləndirici tədbirləri keçirilir10:38Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb10:06İnsan amili dövlət siyasətinin prioritet istiqamətlərindən biridir09:27Səfir Daşqın Şikarov Əbu-Dabi Ticarət və Sənaye Palatasının baş direktoru Məhəmməd Hilal əl-Muhairi ilə görüşüb09:00Atəşkəs rejimi 25 dəfə pozulub18:35Yardımlıda "Narkomaniyaya qarşı mübarizədə din amili" mövzusunda tədbir keçirilib18:22Prezident bu şəxslərə fəxri ad verdi-SİYAHI18:05Şəki “ASAN Həyat” kompleksinin tikintisinə 19,8 milyon manat ayrılıb17:46Sentyabr ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatlar OPEC-ə təqdim edilib17:11AzTU yeni bir əməkdaşlığa imza atdı16:36Bakı şəhər Prokurorluğunda həbs16:20İqtisadiyyat naziri Çinin Azərbaycandakı səfiri ilə görüşüb16:00Azərbaycan 2020-ci ilde Güllə Atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışına rəsmi evsahibliyi edəcək15:25“Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib14:14Bakıda yeni alternativ teleqüllə istifadəyə verilib13:47Azərbaycanlı jurnalist Misir mətbuatında ermənilərin işğalçılıq siyasətindən yazdı13:32Aİİ fəaliyyətinin ilkin nəticələri ilə bağlı mətbuat açıqlaması verəcək13:06Kiçik yaşlı məktəblidən böyük uğur12:54Təhsil naziri Ceyhun Bayramov Finlandiyada səfərdə olub12:49Sabah hava necə olacaq?12:20Bakıda şagird məktəbə gözyaşardıcı qaz buraxıb, 9 nəfər zəhərlənib11:46Azərbaycanda tələbələr üçün ilk akademik test mərkəzi açılıb11:14Almaniya hökuməti: Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir11:06Zakir Həsənov Özbəkistana gedir11:00Azərbaycanda məhbusları aparan vaqonlar kamera-müşahidə və siqnalizasiya sistemləri ilə təchiz ediləcək10:47Ağsu rayonunda 15 km-lik avtomobil yolu yenidən qurulur
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2018 (285)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Qarabağ həqiqətlərinin çatdırılması həm soydaşlarımız, həm də diaspor təşkilatları üçün hər zaman prioritet olub

08 okt 2018, 12:57   
Qarabağ həqiqətlərinin çatdırılması həm soydaşlarımız, həm də diaspor təşkilatları üçün hər zaman prioritet olub


Newscenter.az.8.10.2018. Bu günlərdə isə Fransada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin Parisdə növbəti toplantısı keçirilib. İclasda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti və ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev iştirak ediblər. Toplantıda soydaşlarımızın problemləri, inteqrasiya məsələləri, eləcə də Azərbaycanın dünyada təbliği, Qarabağ həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər və gələcək planlar müzakirə edilib. Qeyd olunub ki, ölkəmizin təbliği ilə bağlı qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Fransadakı Azərbaycan diasporu öz fəaliyyətini və koordinasiyanı gücləndirməlidir. Tədbirdə diaspor fəaliyyəti, aktual məsələlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb. Diaspor təşkilatları və soydaşlarımız tərəfindən diaspor fəaliyyətinin daha da səmərəli təşkili məqsədilə müxtəlif təkliflər səsləndirilib, müzakirələr aparılıb. Soydaşlarımızın daha sıx birləşməsinin və diaspor təşkilatlarının fəaliyyətinin daha güclü şəkildə əlaqələndirilməsinin zəruriliyi qeyd edilib. Bu məqsədlə Fransa Azərbaycanlıları Koordinasiya Şurası təsis edilib və Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Fransa Mədəniyyət Assosiasiyasının sədri Toğrul Zeynalov Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi seçilib. Qeyd edək ki, Fransa Azərbaycanlıları Koordinasiya Şurası Fransada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarını və diaspor üzvlərini könüllülük və bərabərlik prinsipləri əsasında birləşdirən kollegial orqandır.
Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası, (ACAF), Fransa Azərbaycanlıları Koordinasiya Şurasının (FAKŞ) əlaqələndiricisi Toğrul Zeynalov adıçəkilən qurumun yaradılması zərurəti, bunun diaspor fəaliyyətinə müsbət təsiri, eləcə də digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

- Toğrul bəy, bu günlərdə Fransa Azərbaycanlıları Koordinasiya Şurası yaradıldı. Bundan əvvəl isə Almaniyada da belə bir Şura formalaşdırıldı. Koordinasiya Şuralarının yaradılmasını necə dəyərləndirirsiniz?

- Fransa Azərbaycanlıları Koordinasiya Şurası Fransadakı Azərbaycan diaspor təşkilatlarını əlaqələndirən bir qurumdur. Biz Fransada fəaliyyət göstərən diaspor təşkilatları və diaspor nümayəndələri bundan sonra əlaqəli şəkildə, koordinasiya olunmuş birgə fəaliyyət göstərməyə razılaşdıq. Mən səlahiyyətlərimin icrasına bu ilin dekabrında başlayacam və 6 ay şuraya rəhbərlik edəcəm. Əslində, səlahiyyətlər deyərkən, burada əlaqələndirmədən söhbət gedir. Bütün qərarlar kollegial qəbul ediləcək, birgə müzakirələrdən keçəcək. Belə müzakirələrin təşkilində də mən bir əlaqələndirici olaraq iştirak edəcəyəm. Bütün qərarların ümumi mənafeyə xidmət etməsi bizim üçün əsas olacaqdır. Hər kəs Şurada öz təklifini, layihəsini səsləndirəcək, əsaslandıracaq, təqdim edəcək. Daha sonra isə ümumi qərar qəbul ediləcəkdir. Elə Koordinasiya Şurasının mahiyyəti də bundan ibarətdir ki, qərarlar ümumi müzakirədən keçsin. Vahid rəhbərlikdən kollegial qərar qəbuluna keçid təmin edilsin.

- Şuranın əlaqələndiricisi seçilməniz necə baş verdi?


- Məlumat üçün bildirim ki, Fransada çox güclü diaspor təşkilatları var və fəaliyyət göstərirlər. Təbii ki, birgə fəaliyyətin daha uğurlu olacağı daha çox ehtimal ediləndir. Mənim seçilməyimə gəldikdə, burada 6 ay əlaqələndirici mən olacam, daha sonra başqa bir şəxs də ola bilər. Yəni, bu belədir, daimi deyil və əlaqələndirici hər hansı üstünlüyə malik deyil. Əlbəttə, ilkin olaraq mənim seçilməyim, diaspor təşkilatları və nümayəndələri tərəfindən mənə olan etimaddır və çox böyük məsuliyyətdir. Mən uzun illərdir Fransada, Nant şəhərində diaspor fəaliyyəti ilə məşğul oluram. Elə Nantın özündə çox güclü diaspor təşkilatları var, çoxsaylı soydaşlarımız yaşayır. Onlara da təşəkkür edirəm ki, mənə etimad göstərildi. Mən də çalışacağam ki, bu etimadı, məsuliyyəti doğruldum. Nəticədə biz Fransada Azərbaycan diasporunun birləşməsinə, koordinasiya olunmuş fəaliyyətinə nail olaq.

- Artıq Şuranın əlaqələndiricisi seçilmisiniz və yaxın aylarda fəaliyyətə başlayacaqsınız. Sizin fikrinizcə, Koordinasiya Şurası Azərbaycan-Fransa münasibətlərinə hansı töhfəni verəcək?

- Əvvəla, Azərbaycan beynəlxalq hüquqi normalara hörmətlə yanaşan bütün ölkələrlə isti münasibətləri olan dünyəvi bir dövlətdir. O cümlədən, Avropanın aparıcı dövlətlərindən olan Fransa ilə də Azərbaycanın çox yaxın münasibətləri var. Ümid edirəm ki, Koordinasiya Şurası bu münasibətlərin daha da yaxşılaşmasına öz töhfəsini verəcək. Qeyd edildiyi kimi, Fransada çoxlu sayda azərbaycanlılar var. Elə Nant və Nant ətrafı ərazilərdə 650-dən artıq ailə yaşayır ki, bu da 2000-dən çox soydaşımız deməkdir. Ümumilikdə isə, müxtəlif mənbələrdə Fransada 8000-dən çox azərbaycanlının yaşadığı qeyd edilir. İlk növbədə Koordinasiya Şurası soydaşlarımızın daha yaxşı təşkilatlanmasına kömək edəcəkdir ki, bu da ölkəmizin Fransada daha çevik təbliğinə, Fransa cəmiyyətinə daha yaxından inteqrasiyaya imkan yaradacaq. Təbii ki, bütün bunlar Fransa-Azərbaycan arasında münasibətləri daha da möhkəmləndirəcək.

- Bundan sonrakı fəaliyyətinizdə nələr ön sırada dayanacaq?


- Diaspor təşkilatları, bütün yerlərdə olduğu kimi, Fransada da ölkəmizi tanıtmaq, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, mədəniyyətimizi təbliğ etmək, Azərbaycan dilini yaşatmaq və s. istiqamətlərdə fəalliyyət göstərir. Yəni fəaliyyət istiqamətimizdə hər hansı ciddi dəyişikliyin olacağını zənn etmirəm, sadəcə gücümüzü birləşdirəcəyik. Diaspor təşkilatları birgə fəaliyyət göstərəcək və təbii ki, bu halda da nəticələr daha təsirli, uğurlu olacaq.

- Fransada Azərbaycan diaspor fəaliyyətinizi necə qurmusuz?


- Bildiyiniz kimi, mən 2015-ci ildən Nant şəhərində Azərbaycan Mədəniyyət Assosiasiyasının sədriyəm. Azərbaycanın təbliği istiqamətində bir çox tədbirlər həyata keçirmişik. Bu işləri görmək üçün peşəkar komanda hər zaman vacibdir. Biz də bu vaxta kimi öz peşəkar komandamızı qorumağı bacarmışıq, bundan sonra da qoruyacağımıza və uğurlu layihələrə imza atacağımıza inanıram.

- Bildiyimiz kimi, Fransada ermənilər üstünlük təşkil edir. Diaspor sahəsində sizin gördüyünüz işlərə bədnam qonşularımız tərəfindən hər hansı maneələr olurmu?


- Bəli, bəzi tədbirlərdə texniki problemlər yaratmağa cəhd göstərirlər. Amma qeyd etdiyim kimi, biz peşəkar komanda olaraq belə fors-major halların olacağını əvvəlcədən görür və onun qarşısını alırıq.

- Fransada diaspor sahəsində çalışan dəyərli həmvətənlərimiz çoxdur. Onlarla bir araya gəlib hansısa məsələləri müzakirə edirsinizmi?

- Təbii ki, toplantılar keçirir, görəcəyimiz işləri müzakirə edirdik. Həmçinin, soydaşlarımızın problemlərini öyrənib onu həll etməyə çalışırdıq. Amma, etiraf edim ki, bu davamlı və kütləvi deyildi, fərqli fikirlər də mövcuddur. Bununla belə, toplantı və müzakirələrimiz bundan sonra daha intensiv hal alacaqdır. Soydaşlarımız, diaspor təşkilatları ilə əlaqələr, fəaliyyətimiz planlı və sistemli formada davam edəcək. Hər bir məsələdə biri-birimizə dəstək göstərməyə çalışacağıq.

- Qarabağ məsələsi hamımızın yaralı yerimizdir. İşğal faktının tanıdılması üçün hansı işləri görürsüz? Bundan sonrakı fəaliyyətinizdə Qarabağla bağlı nələr etməyi düşünürsüz?

- Qarabağ həqiqətlərinin çatdırılması həm soydaşlarımız, həm də diaspor təşkilatları üçün hər zaman prioritet olub və bu istiqamətdə bir çox tədbirlər həyata keçirmişik. Həmçinin, “Xocalıya Ədalət” kampaniyası çərçivəsində yüksək səviyyədə təşkil etdiyimiz aksiyanı xüsusi qeyd etmək istəyirəm. Bu günə kimi də bədnam qonşularımız bu tədbirin şokunu yaşayır. Bu mövzu Koordinasiya Şurasının növbəti il üçün fəaliyyət proqramında prioritet məsələ olacaq

- Xaricdə yaşayan azərbaycanlıların, xüsusilə də gənc nəslin ana dili ilə bağlı problemləri olur. Bu istiqamətdə hansı işləri görməyi düşünürsünüz?


- Bu məsələ ilə bağlı bir çox layihələrimiz var. Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə də bu barədə müzakirələrimiz oldu. Gələn ilin əvvəllərində Nant şəhərində növbəti ana dili məktəbimiz açılacaq, hətta Komitə rəhbərliyi belə bir ifadə də işlətdi ki, 2019-cu ili “Nant ili” elan edəcəyik. Düşünürəm ki, məktəbin açılması Nantda dilimizin unudulmaması və yaşadılması baxımından önəmli olacaqdır.

-Xaricdəki diaspor rəhbərlərinin bir çoxu Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilməsini uğurlu seçim adlandırır. Hətta iddia olunur ki, Fuad müəllim qısa müddət ərzində diaspor sahəsində xeyli canlanma yarada bilib. Sizin yeni sədrdən gözləntiləriniz nədir?

- Bildiyimiz kimi, Fuad müəllim Dövlət Komitəsinə sədrliyindən öncə Milli Məclisinin deputatı olmaqla yanaşı, həm də beynəlxalq təşkilatlarla iş sahəsində aktiv millət vəkillərindən olub. Bu isə həm Fuad müəllimin diplomatiyanı yüksək səviyyədə bilməsinə dəlalət edir, həm də diasporlarımızın problemlərini öyrənməyə şərait yaradır. Ona görə də, Fuad müəllim Komitə rəhbəri təyin edilməmişdən öncə də diasporların, xaricdə yaşayan soydaşlarımızın problemləri haqqında dolğun informasiyası olan bir millət vəkili idi. İndi də, artıq komitə rəhbəri kimi, bu problemlərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyətə başlayıb. Bir nüansı qeyd etmək istərdim. Fuad müəllim Nantda yaşayan soydaşlarımızla görüş keçirdi və bu insanlar ilk dəfə idi ki, dövlət nümayəndəsi ilə təmasda olurdular. İlk dəfəydi ki, məmur Nantda yaşayan soydaşlarımızla görüşürdü. Bu görüş soydaşlarımıza, sanki bir ruh verdi, onlar bunu çox yüksək əhval ruhiyyə ilə qarşıladılar.
OXŞAR MÖVZULAR