Impera

XƏBƏR LENTİ
11:33Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər mövzusunda regional seminar keçirilib11:21Müdafiə naziri Zakir Həsənov Çexiyaya səfər edəcək10:51Paytaxtda 48 206 şagird I sinifdə təhsil alır10:34İcazəsiz ova cəhd edən şəxs saxlanılıb10:1516 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar AQTA maarifləndirici videoçarx yayıb09:41Ermənilər müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:10İnam Kərimov Masallıda vətəndaşlarla görüşəcək09:00Qarabağ qazisi Etimad Əsədov vəfat edib08:30Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib20:00Buenos Ayres 2018 Atletlər kəndində Azərbaycan deleqasiyasının rəhbərinin müavini Vaqif Əliyev idmançılarla görüşüb20:00Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib15:00AzTU ilə Çexiya universitetləri arasında əməkdaşlıq perespektivləri müzakirə olunub14:38Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək14:00AzTU daha bir universitetlə ikili diplom müqaviləsi imzaladı13:20İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib13:00Bu yolda təmir işləri aparılır12:55Sabahın hava proqnozu açıqlanıb12:05“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib11:50Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub11:39Prezident İlham Əliyev Lənkəran rayonuna səfərə gedib11:33AQTA əməkdaşı nüfuzlu beynəlxalq təşkilatın işçi qrupuna üzv seçilib11:22Qanunsuz ova cəhd edən şəxslər 4000 manat cərimələnib, 3 ov tüfəngi götürülüb11:1224/7 Sahibkarlıq proqramına start verilir10:43Şəkidə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib10:00Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək09:26Aqrar kadr bazarına sahiblənməliyik09:00Erməniər atəşkəs rejimini 28 dəfə pozub19:20Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib19:00AzTU ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb18:25“İdeyadan Biznesə” startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib18:15Daşkəsəndə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib18:00Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu17:55Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib17:49Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək17:34Prezident İlham Əliyev jurnalistin sağlıq durumu ilə bağlı müvafiq göstəriş verib17:25Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunda pərakəndə satış müəssisələrinin rəhbərlərinə təlim keçirilir17:18İlk səyyar qəbul keçirilib17:04ATXƏM sədri dünyaca məşhur professorla görüşdü16:35Texniki Universitetlə Voronej Dövlət Texniki Universiteti arasındakı əməkdaşlıq yenilənib16:20AQTA maarifləndirmə tədbirləri çərçivəsində “Sağlam məktəbli” layihəsinə start verib16:18Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:43Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:23100-ə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb15:19Sabah hava necə olacaq?15:01Azərbaycan MOM-un xərçəng xəstəliyi ilə mübarizə üsulları Londonda müzakirə edilib14:48Azərbaycanın energetika naziri Pərviz Şahbazov “AmCham”ın üzvləri ilə görüşüb14:30Şuranın dəstəklədiyi layihə çərçivəsində müzakirələr keçirilir14:00Bakıda “Sahibkar-Peşə təhsili əməkdaşlığı” mövzusunda konfrans keçiriləcək13:50Danışıqlarda sükut hökm sürür13:38Badamdarda torpaq sürüşməsi baş verib, 8 ailəyə evlərini tərk etməklə bağlı xəbərdarlıq olunub13:10Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib12:55Badamdar şosesində hərəkət məhdudlaşdırılıb12:30Diaspor sədri Misir parlamentinin komitə sədri ilə görüşüb11:43Bu yolda təmir işləri aparılır11:14Bakı-Gəncə qatarının sürəti tədricən 150-160 km/saata çatdırılacaq10:50“Azərkosmos” ASC-nin nümayəndələri AzTU-da tələbələrlə görüşüblər10:17Soydaşlarımız Kaliforniyada Merilənd prospektinin Arsax adlandırılmasına etiraz edir09:50Məktəblilər üçün ekskursiyalar təşkil edilib09:35Düşmən atəşkəs rejimini 27 dəfə pozub09:00Vergi inzibatçılığında şəffaflıq və səmərəlilik əsas hədəfdir08:34İlahiyyat İnstitutunda Fələstin səfiri ilə görüş keçirilib16:00AQTA sahibkarlara müraciət etdi15:50Mənəvi Dəyərlərin Təbliği Fondu avtomobilləri şəxslərə deyil, dini icmalara verir15:36Bu yolda rənglənmə işləri aparılacaq13:52Prezident İlham Əliyev Qubada Gənclər Parkında yaradılan şəraitlə tanış olub13:40Yeni Texniki Xidmət Məntəqəsinin açılışı olub13:25Yağış yağacaq, havanın temperaturu 3-5 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ13:10Kiber idman turniri keçiriləcək12:52Dövlət Komitəsi yeni layihəyə start verib12:34İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti tədbiri keçirilib12:10Prezident Qubada Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi ilə tanış olub11:51Prezident şimal zonasına gedib11:45Bölmələrin qış mövsümünə hazırlığı yoxlanılır11:28Nardaran sakinlərinin qanuni mülklərinə kim göz dikib?- ŞİKAYƏT10:52Narkomaniyaya qarşı maarifləndirici tədbirləri keçirilir10:38Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb10:06İnsan amili dövlət siyasətinin prioritet istiqamətlərindən biridir09:27Səfir Daşqın Şikarov Əbu-Dabi Ticarət və Sənaye Palatasının baş direktoru Məhəmməd Hilal əl-Muhairi ilə görüşüb09:00Atəşkəs rejimi 25 dəfə pozulub18:35Yardımlıda "Narkomaniyaya qarşı mübarizədə din amili" mövzusunda tədbir keçirilib18:22Prezident bu şəxslərə fəxri ad verdi-SİYAHI18:05Şəki “ASAN Həyat” kompleksinin tikintisinə 19,8 milyon manat ayrılıb17:46Sentyabr ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatlar OPEC-ə təqdim edilib17:11AzTU yeni bir əməkdaşlığa imza atdı16:36Bakı şəhər Prokurorluğunda həbs16:20İqtisadiyyat naziri Çinin Azərbaycandakı səfiri ilə görüşüb16:00Azərbaycan 2020-ci ilde Güllə Atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışına rəsmi evsahibliyi edəcək15:25“Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib14:14Bakıda yeni alternativ teleqüllə istifadəyə verilib13:47Azərbaycanlı jurnalist Misir mətbuatında ermənilərin işğalçılıq siyasətindən yazdı13:32Aİİ fəaliyyətinin ilkin nəticələri ilə bağlı mətbuat açıqlaması verəcək13:06Kiçik yaşlı məktəblidən böyük uğur12:54Təhsil naziri Ceyhun Bayramov Finlandiyada səfərdə olub12:49Sabah hava necə olacaq?12:20Bakıda şagird məktəbə gözyaşardıcı qaz buraxıb, 9 nəfər zəhərlənib11:46Azərbaycanda tələbələr üçün ilk akademik test mərkəzi açılıb11:14Almaniya hökuməti: Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir11:06Zakir Həsənov Özbəkistana gedir11:00Azərbaycanda məhbusları aparan vaqonlar kamera-müşahidə və siqnalizasiya sistemləri ilə təchiz ediləcək10:47Ağsu rayonunda 15 km-lik avtomobil yolu yenidən qurulur
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2018 (285)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Nardaran sakinlərinin qanuni mülklərinə kim göz dikib?- ŞİKAYƏT

11 okt 2018, 11:28   
Nardaran sakinlərinin qanuni mülklərinə kim göz dikib?- ŞİKAYƏT


Newscenter.az.11.10.2018. Nardaran sakinlərinin torpaqlarına göz tikən “Azərbaycan” nəşriyyatı rəhbərliyi öz qanunsuz əməllərindən əl çəkməyərək növbəti təxribata əl atıb.


Bu barədə məlumat zərərçəkmişlərin AFN-ə ünvanladığı müraciətdə əksini tapıb. Bildirilir ki, 1995-ci ildə dələduzluq maddəsi ilə 3 il məhkum olunan, bir il altı ay cəza çəkdikdən sonra azadlığa buraxılaraq yenidən 1997-ci ildə “mənimsəmə” maddəsi ilə 3 il məhkum olunan residivist və hazırda Sabunçu Rayon Polis İdarəsinin müvafiq qərarı ilə Nardaran sakinlərinin qanunsuz hasarlarını sökməkdə təqsirli bilinən, barəsində cinayət işi başlayaraq istintaqa cəlb olunan və nəhayət özünü Prezident Administrasiyasının işçisi kimi qələmə verən, “Azərbaycan” nəşriyyatının nümayəndəsi Qasımov Azər Məmməd oğlu törətdiyi cinayətə bəraət qazandırmaq məqsədi ilə yeni iddia tələbi ilə məhkəməyə müraciət edərək Nardaran sakinlərinin torpaqlarına dair yeni ədalətsiz qərar qəbul etməsini xahiş edib. İddia tələbinin predmeti qanunsuz olduğu üçün onu yalnız yeni ədalətsiz qərarla təmin etmək mümkündür: “Ali Məhkəmə zərərçəkmişlər tərəfindən ədalətsiz hesab edilən qərarı ilə “Azərbaycan” nəşriyyatının mülkiyyətini talamaqla gündəmdə olan direktor Ağabəy Məmməd oğlu Əsgərovun vaxtı ilə təşkilata yardımçı təsərrüfat məqsədi ilə ayrılmış və sonradan dövlətin balansına keçirilən torpaq sahəsinə təzədən maraq göstərərək Nardaran qəsəbəsində keçmiş Maştağa Südçülük-tərəvəzçilik sovxozunun ərazisində yerləşən 15 ha torpaq sahəsini onlara təhvil verilməsinə dair iddia tələbini təmin edib. Ədalətsiz hesab etməyə səbəblərdən biri isə həmin qərarda torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının göstərilməməsidir. Hansı ki, bu səbəbdən qərarın icrası uzun müddətdir ki, mümkün olmur. Mübahisəli torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyət etmək üçün müvafiq ekspertizanın keçirilməsinə dair sakinlərin vəsatətini rədd edən məhkəmə instansiyaları ədalət mühakiməsinə xas olmayan qeyri-müəyyənlikləri ilə Ağabəy Əsgərovun zəfərinə səbəb olublar”.

Zərəçəkmişlər bildirirlər ki, Sabunçu İcra Şöbəsi 19 oktyabr 2017-ci il tarixli qərarı ilə həmin torpaq sahəsinin koordinatlarını müəyyən etmədən “Azərbaycan” nəşriyyatına təhvil verilməsi barədə akt tərtib edərək icra işinə xitam verib. Bu qərarı əsas götürən Azər Qasımov isə Ali Məhkəmənin qərarına aid olmayan sakinlərin mülkiyyətində olan torpaq sahələrinin hasarlarını ağır texnika vasitəsi ilə uçuraraq cinayət əməli törədib: “Bakı Apelyasiya Məhkəməsinin yekun qərarı ilə Sabunçu İcra şöbəsinin qərarı ləğv edilərək icra işinin bərpa edilib yenidən icraya yönəldilməsi Azər Qasımovun cinayət əməli törətdiyini sübut edir. “Azərnəşriyyat”ın hazırkı iddia tələbi həmin cinayət əməlinə bəraət qazandırmaq üçün nəzərdə tutulur.

Maraqlısı odur ki, 1981-ci ildə dövlət aktına əsasən “Azərbaycan” nəşriyyatının daimi istifadəsinə ayrılmış və sonradan geri alınmış 15 hektar torpaq sahəsinin 9 hektarını 1999-cu ildə hazırkı prezident İlham Əliyev cənabları Nardaran pirinə hədiyyə edib. Bu səbəbdən Ağabəy Əsgərov həmin hədiyyə edilmiş torpaq sahəsinin geri alınmasının mümkün olmadığını bilərək, əvəzində dövlət tərəfindən mülkiyyət hüququ əsasında ərazidə məskunlaşmış sakinlərin torpaqlarını uydurma əsaslarla əlindən almaq niyyətindədir.

“Azərbaycan” nəşriyyatının nümayəndəsinin əsassız iddia etdiyi 15 ha torpaq sahəsi dövlət tərəfindən mülkiyyət hüququ verilmiş sakinlərin ərazisinə düşdüyü üçün Ağabəy Əsgərov həmin mülkiyyətçilərin hamısını məhkəməyə cəlb edərək onlara verilən çıxarışların etibarsızlığını tələb etsə də, sonradan bir iddia ilə bütün sakinləri işə cəlb edib onlara verilən iyirmidən çox çıxarışı ləğv etməyin mümkün olmadığını anlayıb iddiasını geri çəkərək yenidən ayrı-ayrı iddia tələbi ilə əvvəlcədən çıxarışları deyil, çıxarışlara əlavə olunan torpaq cizgi planlarının etibarsızlığını mübahisələndirməklə məhkəməyə müraciət etmişdir.

“Prezident Administrasiyasının işçisi” Azər Qasımovun bildirdiyinə görə, guya dövlət tərəfindən sakinlərə torpaqlar düzgün plan sxem üzrə ayrılmayıb. Anlamaq çətin deyil ki, “Azərbaycan” nəşriyyatının növbəti hədəfi dövlət tərəfindən həmin plan sxem üzrə ayrılmış torpaq sahələrinə dair sakinlərə verilmiş çıxarışların etibarsızlığı olacaq.

Dövlət idarələri (DƏDRX, Sabunçu rayon İcra nümayəndəliyi və Maştağa bələdiyyəsi) “Azərnəşriyyat”ın həmin ərazidə torpaq sahəsi olmadığını bildirsələr də, inzibati məhkəməyə aid olmayan mübahisəni qəbul edən, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyalarının İttifaqının İdarə Heyətinin üzvü olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri Çingiz Adil oğlu Bəşirov və bu məhkəmənin digər hakimləri, “Azərnəşriyyat”ın əvvəlki işindəki kimi, müvafiq ekspertizanın keçirilməsinə dair vəsatətləri rədd edərək müstəqil bir mütəxəssis rəyi ilə sakinlərin mülkiyyətində olan torpaq sahələrinin əlindən alınmasına dair qərar veriblər”.

Nardaran sakinləri xüsusi ilə vurğulayırlar ki, həmin mütəxəssis rəyini təkzib edən digər mütəxəssis rəyini nəzərə alıb qanuna müvafiq torpaqşünaslıq üzrə ekspertiza keçirilməsini təyin etməkdən boyun qaçıran hakimlər açıq-aşkar qərəzlilik nümayiş etdirərək, tez-tələsik işi tam araşdırmadan “Azərbaycan” nəşriyyatının xeyrinə ədalətsiz qərarlar qəbul ediblər: “Bu işin xüsusi olmasına əsas verən uzun müddət Çingiz Bəşirovun köməkçisi işləmiş və hazırda Azərbaycan Respublikası Vəkillər Kolleqiyasının üzvü, “Azərbaycan” nəşriyyatı tərəfindən vəkil edilən Camal Əli oğlu Hümbətovdur.

Bəzi mənbələrdən aldığımız məlumata əsasən, bu işin artıq pulu ödənilib və Azər Qasımovun hüquqi savadı olmadığı və bu işin digər üsüllarla həll edilməsi mümkün olmadığı üçün Çingiz Bəşirovun keçmiş köməkçisinin Azər Qasımovun vəkili təyin olunması işin ədalətsiz aparılmasına maneə yaradan hər hansı xoşagəlməz insidentlərdən sığortalamaq olub.

Görünür, respublikada korrupsiyaya qarşı sərt mübarizə aparıldığını və məhkəmə fəaliyyətində korrupsiyaya şərait yaradan halların yolverilməməzliyini bəyan edən ədliyyə naziri Fikrət Məmmədov 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində yaranan ədalət böhranından xəbərsizdir. Belə getsə, biz bu böhranla Bakı Apelyasiya Məhkəməsində də qarşılaşmalı olacağıq, nəzərə alsaq ki, bu böhranı yaradan Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının İdarə Heyətinin üzvüdür”.
AFN.AZ
OXŞAR MÖVZULAR