Impera

XƏBƏR LENTİ
11:33Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər mövzusunda regional seminar keçirilib11:21Müdafiə naziri Zakir Həsənov Çexiyaya səfər edəcək10:51Paytaxtda 48 206 şagird I sinifdə təhsil alır10:34İcazəsiz ova cəhd edən şəxs saxlanılıb10:1516 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar AQTA maarifləndirici videoçarx yayıb09:41Ermənilər müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:10İnam Kərimov Masallıda vətəndaşlarla görüşəcək09:00Qarabağ qazisi Etimad Əsədov vəfat edib08:30Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib20:00Buenos Ayres 2018 Atletlər kəndində Azərbaycan deleqasiyasının rəhbərinin müavini Vaqif Əliyev idmançılarla görüşüb20:00Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib15:00AzTU ilə Çexiya universitetləri arasında əməkdaşlıq perespektivləri müzakirə olunub14:38Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək14:00AzTU daha bir universitetlə ikili diplom müqaviləsi imzaladı13:20İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib13:00Bu yolda təmir işləri aparılır12:55Sabahın hava proqnozu açıqlanıb12:05“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib11:50Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub11:39Prezident İlham Əliyev Lənkəran rayonuna səfərə gedib11:33AQTA əməkdaşı nüfuzlu beynəlxalq təşkilatın işçi qrupuna üzv seçilib11:22Qanunsuz ova cəhd edən şəxslər 4000 manat cərimələnib, 3 ov tüfəngi götürülüb11:1224/7 Sahibkarlıq proqramına start verilir10:43Şəkidə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib10:00Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək09:26Aqrar kadr bazarına sahiblənməliyik09:00Erməniər atəşkəs rejimini 28 dəfə pozub19:20Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib19:00AzTU ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb18:25“İdeyadan Biznesə” startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib18:15Daşkəsəndə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib18:00Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu17:55Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib17:49Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək17:34Prezident İlham Əliyev jurnalistin sağlıq durumu ilə bağlı müvafiq göstəriş verib17:25Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunda pərakəndə satış müəssisələrinin rəhbərlərinə təlim keçirilir17:18İlk səyyar qəbul keçirilib17:04ATXƏM sədri dünyaca məşhur professorla görüşdü16:35Texniki Universitetlə Voronej Dövlət Texniki Universiteti arasındakı əməkdaşlıq yenilənib16:20AQTA maarifləndirmə tədbirləri çərçivəsində “Sağlam məktəbli” layihəsinə start verib16:18Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:43Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:23100-ə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb15:19Sabah hava necə olacaq?15:01Azərbaycan MOM-un xərçəng xəstəliyi ilə mübarizə üsulları Londonda müzakirə edilib14:48Azərbaycanın energetika naziri Pərviz Şahbazov “AmCham”ın üzvləri ilə görüşüb14:30Şuranın dəstəklədiyi layihə çərçivəsində müzakirələr keçirilir14:00Bakıda “Sahibkar-Peşə təhsili əməkdaşlığı” mövzusunda konfrans keçiriləcək13:50Danışıqlarda sükut hökm sürür13:38Badamdarda torpaq sürüşməsi baş verib, 8 ailəyə evlərini tərk etməklə bağlı xəbərdarlıq olunub13:10Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib12:55Badamdar şosesində hərəkət məhdudlaşdırılıb12:30Diaspor sədri Misir parlamentinin komitə sədri ilə görüşüb11:43Bu yolda təmir işləri aparılır11:14Bakı-Gəncə qatarının sürəti tədricən 150-160 km/saata çatdırılacaq10:50“Azərkosmos” ASC-nin nümayəndələri AzTU-da tələbələrlə görüşüblər10:17Soydaşlarımız Kaliforniyada Merilənd prospektinin Arsax adlandırılmasına etiraz edir09:50Məktəblilər üçün ekskursiyalar təşkil edilib09:35Düşmən atəşkəs rejimini 27 dəfə pozub09:00Vergi inzibatçılığında şəffaflıq və səmərəlilik əsas hədəfdir08:34İlahiyyat İnstitutunda Fələstin səfiri ilə görüş keçirilib16:00AQTA sahibkarlara müraciət etdi15:50Mənəvi Dəyərlərin Təbliği Fondu avtomobilləri şəxslərə deyil, dini icmalara verir15:36Bu yolda rənglənmə işləri aparılacaq13:52Prezident İlham Əliyev Qubada Gənclər Parkında yaradılan şəraitlə tanış olub13:40Yeni Texniki Xidmət Məntəqəsinin açılışı olub13:25Yağış yağacaq, havanın temperaturu 3-5 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ13:10Kiber idman turniri keçiriləcək12:52Dövlət Komitəsi yeni layihəyə start verib12:34İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti tədbiri keçirilib12:10Prezident Qubada Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi ilə tanış olub11:51Prezident şimal zonasına gedib11:45Bölmələrin qış mövsümünə hazırlığı yoxlanılır11:28Nardaran sakinlərinin qanuni mülklərinə kim göz dikib?- ŞİKAYƏT10:52Narkomaniyaya qarşı maarifləndirici tədbirləri keçirilir10:38Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb10:06İnsan amili dövlət siyasətinin prioritet istiqamətlərindən biridir09:27Səfir Daşqın Şikarov Əbu-Dabi Ticarət və Sənaye Palatasının baş direktoru Məhəmməd Hilal əl-Muhairi ilə görüşüb09:00Atəşkəs rejimi 25 dəfə pozulub18:35Yardımlıda "Narkomaniyaya qarşı mübarizədə din amili" mövzusunda tədbir keçirilib18:22Prezident bu şəxslərə fəxri ad verdi-SİYAHI18:05Şəki “ASAN Həyat” kompleksinin tikintisinə 19,8 milyon manat ayrılıb17:46Sentyabr ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatlar OPEC-ə təqdim edilib17:11AzTU yeni bir əməkdaşlığa imza atdı16:36Bakı şəhər Prokurorluğunda həbs16:20İqtisadiyyat naziri Çinin Azərbaycandakı səfiri ilə görüşüb16:00Azərbaycan 2020-ci ilde Güllə Atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışına rəsmi evsahibliyi edəcək15:25“Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib14:14Bakıda yeni alternativ teleqüllə istifadəyə verilib13:47Azərbaycanlı jurnalist Misir mətbuatında ermənilərin işğalçılıq siyasətindən yazdı13:32Aİİ fəaliyyətinin ilkin nəticələri ilə bağlı mətbuat açıqlaması verəcək13:06Kiçik yaşlı məktəblidən böyük uğur12:54Təhsil naziri Ceyhun Bayramov Finlandiyada səfərdə olub12:49Sabah hava necə olacaq?12:20Bakıda şagird məktəbə gözyaşardıcı qaz buraxıb, 9 nəfər zəhərlənib11:46Azərbaycanda tələbələr üçün ilk akademik test mərkəzi açılıb11:14Almaniya hökuməti: Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir11:06Zakir Həsənov Özbəkistana gedir11:00Azərbaycanda məhbusları aparan vaqonlar kamera-müşahidə və siqnalizasiya sistemləri ilə təchiz ediləcək10:47Ağsu rayonunda 15 km-lik avtomobil yolu yenidən qurulur
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2018 (285)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Səfir Daşqın Şikarov Əbu-Dabi Ticarət və Sənaye Palatasının baş direktoru Məhəmməd Hilal əl-Muhairi ilə görüşüb

11 okt 2018, 09:27   
Səfir Daşqın Şikarov Əbu-Dabi Ticarət və Sənaye Palatasının baş direktoru Məhəmməd Hilal əl-Muhairi ilə görüşüb


Newscenter.az.11.10.2018. Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov Əbu-Dabi Ticarət və Sənaye Palatasının baş direktoru Məhəmməd Hilal əl-Muhairi ilə görüşüb.

Newscenter.az xəbər verir ki, görüşdə səfir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və BƏƏ-nin banisi Şeyx Zayed tərəfindən əsası qoyulmuş Azərbaycan-BƏƏ dostluq və əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti barədə məlumat verib, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə əldə edilmiş nailiyyətlər, həyata keçirilən irimiqyaslı beynəlxalq layihələr və tədbirlər, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar və aparılan islahatlar, əlverişli biznes və investisiya mühiti haqqında danışıb.

İki ölkə arasında iqtisadi əlaqələrin hazırkı vəziyyətinə və potensialına toxunan diplomat qeyd edib ki, 2016-2018-ci illər ərzində BƏƏ-dən Azərbaycana gedən turistlərin sayında müşahidə edilən kəskin artım, həftə ərzində birbaşa uçuşların 50-yə çatması ölkələrimizin vətəndaşları və biznes dairələri arasında qarşılıqlı məlumatlılığı və anlayışı artırıb ki, bu da iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün imkan yaradır.

Daşqın Şikarov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın BƏƏ ilə əlaqələrə xüsusi önəm verdiklərini diqqətə çatdırıb. Səfir qeyd edib ki, Azərbaycanın xarici ölkələrdə açılmış dörd ticarət nümayəndəliyindən birinin Birləşmiş Ərəb Əmirliklərində təsis edilməsi və təcrübəli ticarət nümayəndəsinin təyin olunması Azərbaycanın bu ölkə ilə əməkdaşlığa verdiyi önəmin göstəricisidir. Görüşdə iştirak edən Azərbaycanın BƏƏ-dəki səfirliyinə təyin olunmuş ticarət nümayəndəsi Elnur Əliyev baş direktora təqdim edilib.

Daşqın Şikarov BƏƏ ilə iqtisadi və ticari əməkdaşlıq əlaqələrinin ənənəvi olaraq Dubaya hədəfləndiyini, lakin Əbu-Dabi və digər əmirliklərlə də əməkdaşlıq üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb. O, səfirliyin yerləşdiyi və siyasi mərkəz olmaqla yanaşı, ölkə ərazisinin 83 faizini əhatə edən Əbu-Dabi əmirliyində Azərbaycan məhsulları və xidmətləri üçün böyük alıcı kütləsinin mövcud olduğunu vurğulayıb. Səfir məhz bu səbəbdən səfirliyin BƏƏ-nin Dubay və Şarja vasitəsilə Azərbaycan ilə birbaşa hava əlaqəsinin olmasına baxmayaraq, Əbu-Dabidən də Bakıya birbaşa uçuşlara başlanılmasına təşəbbüs göstərdiyini və buna nail olduğunu, Əbu-Dabidə keçirilən Şeyx Zayed İrsi beynəlxalq ticarət və mədəniyyət sərgisində Azərbaycan pavilyonunun yaradıldığını, bu əmirlikdə keçirilən digər tədbirlərdə azərbaycanlı iş adamlarının və dövlət dairələrinin iştiraka təşviq edildiyini bildirib.

Səfir Dubay Ticarət və Sənaye Palatasının Azərbaycan ilə təmaslarının daha sıx olduğunu diqqətə çatdırıb, Dubay palatasının ölkəmizdə nümayəndəliyinin olmasının bu işdə müstəsna rol oynadığını qeyd edib. O, Əbu-Dabi Ticarət və Sənaye Palatası ilə də Azərbaycanın işgüzar dairələri arasında əlaqələrin inkişaf etdirilməsi arzusunu ifadə edib. O, palatanın rəhbərliyi və üzvlərinin Azərbaycana səfərlərinin təşkil edilməsi, qarşıdan gələn iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın iclasında və digər tədbirlərdə iştirak etmələrini təklif edib.

Daşqın Şikarov BƏƏ-nin əldə etdiyi inanılmaz nailiyyətlərə də toxunub, yarım əsr öncə tamamilə səhralıq olan ərazidə belə inanılmaz infrastrukturun yaradılmasının hər kəsi valeh etdiyini, burada yaşayan azərbaycanlıların, səfirlik əməkdaşlarının və ailələrinin BƏƏ-də olmaqdan çox məmnun olduqlarını da ifadə edib.

Məhəmməd əl-Muhairi ölkəsi haqqında deyilən xoş sözlərə minnətdarlığını ifadə edib, Əbu-Dabi Ticarət və Sənaye Palatası tərəfindən keçirilmiş son tədbirlər və BƏƏ iş adamlarının xarici ölkələrə təşkil olunmuş səfərləri barədə məlumat verib.

Baş direktor Azərbaycanın həm turistik, həm də işgüzar istiqamət kimi BƏƏ-də imicinin artmasına sevindiyini bildirib, bu istiqamətdə rəhbərlik etdiyi palatanın hər cür əməkdaşlığa hazır olduğunu qeyd edib. Məhəmməd əl-Muhairi Dubay palatası ilə sıx əməkdaşlıq etdiklərini, tələb olunduqda Bakıdakı nümayəndəliyin xidmətlərindən və məlumat dəstəyindən faydalandıqlarını bildirib, qarşılıqlı məlumatlılığın artırılmasının vacibliyi vurğulayıb. Məhəmməd əl-Muhairi Əbu-Dabi iş adamlarından ibarət heyətin Azərbaycana səfərinin təşkil ilə bağlı palatanın İdarə Heyətinə təklif təqdim olunacağını qeyd edib.

Görüşdə iştirak edən Azərbaycanın BƏƏ-dəki səfirliyinin nəzdində ticarət nümayəndəsi Elnur Əliyev ticarət nümayəndəliyinin təsis olunmasından indiyədək görülən işlər barədə baş direktora məlumat verib. O, iqtisadi və ticarət əlaqələrinin daha çox qurulduğu Dubayda bir neçə seqmentdən ibarət Azərbaycan evinin yaradıldığı, bu işlər çərçivəsində nəzərdə tutulan tədbirlər barədə ətraflı danışıb, eyni tədbirlərin Əbu-Dabidə də həyata keçirilməsinin arzu edildiyini diqqətə çatdırıb. Elnur Əliyev Azərbaycan və Əbu-Dabi iş adamları arasında birbaşa təmasların təşkil edilməsinin önəmini xüsusi bildirib, yaxın zamanlarda belə bir tədbirin təşkilini təklif edib.

Görüşdə yaxın gələcəkdə konkret tədbirlərin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.
OXŞAR MÖVZULAR