Impera

XƏBƏR LENTİ
11:33Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər mövzusunda regional seminar keçirilib11:21Müdafiə naziri Zakir Həsənov Çexiyaya səfər edəcək10:51Paytaxtda 48 206 şagird I sinifdə təhsil alır10:34İcazəsiz ova cəhd edən şəxs saxlanılıb10:1516 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar AQTA maarifləndirici videoçarx yayıb09:41Ermənilər müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:10İnam Kərimov Masallıda vətəndaşlarla görüşəcək09:00Qarabağ qazisi Etimad Əsədov vəfat edib08:30Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib20:00Buenos Ayres 2018 Atletlər kəndində Azərbaycan deleqasiyasının rəhbərinin müavini Vaqif Əliyev idmançılarla görüşüb20:00Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib15:00AzTU ilə Çexiya universitetləri arasında əməkdaşlıq perespektivləri müzakirə olunub14:38Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək14:00AzTU daha bir universitetlə ikili diplom müqaviləsi imzaladı13:20İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib13:00Bu yolda təmir işləri aparılır12:55Sabahın hava proqnozu açıqlanıb12:05“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib11:50Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub11:39Prezident İlham Əliyev Lənkəran rayonuna səfərə gedib11:33AQTA əməkdaşı nüfuzlu beynəlxalq təşkilatın işçi qrupuna üzv seçilib11:22Qanunsuz ova cəhd edən şəxslər 4000 manat cərimələnib, 3 ov tüfəngi götürülüb11:1224/7 Sahibkarlıq proqramına start verilir10:43Şəkidə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib10:00Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək09:26Aqrar kadr bazarına sahiblənməliyik09:00Erməniər atəşkəs rejimini 28 dəfə pozub19:20Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib19:00AzTU ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb18:25“İdeyadan Biznesə” startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib18:15Daşkəsəndə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib18:00Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu17:55Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib17:49Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək17:34Prezident İlham Əliyev jurnalistin sağlıq durumu ilə bağlı müvafiq göstəriş verib17:25Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunda pərakəndə satış müəssisələrinin rəhbərlərinə təlim keçirilir17:18İlk səyyar qəbul keçirilib17:04ATXƏM sədri dünyaca məşhur professorla görüşdü16:35Texniki Universitetlə Voronej Dövlət Texniki Universiteti arasındakı əməkdaşlıq yenilənib16:20AQTA maarifləndirmə tədbirləri çərçivəsində “Sağlam məktəbli” layihəsinə start verib16:18Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:43Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:23100-ə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb15:19Sabah hava necə olacaq?15:01Azərbaycan MOM-un xərçəng xəstəliyi ilə mübarizə üsulları Londonda müzakirə edilib14:48Azərbaycanın energetika naziri Pərviz Şahbazov “AmCham”ın üzvləri ilə görüşüb14:30Şuranın dəstəklədiyi layihə çərçivəsində müzakirələr keçirilir14:00Bakıda “Sahibkar-Peşə təhsili əməkdaşlığı” mövzusunda konfrans keçiriləcək13:50Danışıqlarda sükut hökm sürür13:38Badamdarda torpaq sürüşməsi baş verib, 8 ailəyə evlərini tərk etməklə bağlı xəbərdarlıq olunub13:10Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib12:55Badamdar şosesində hərəkət məhdudlaşdırılıb12:30Diaspor sədri Misir parlamentinin komitə sədri ilə görüşüb11:43Bu yolda təmir işləri aparılır11:14Bakı-Gəncə qatarının sürəti tədricən 150-160 km/saata çatdırılacaq10:50“Azərkosmos” ASC-nin nümayəndələri AzTU-da tələbələrlə görüşüblər10:17Soydaşlarımız Kaliforniyada Merilənd prospektinin Arsax adlandırılmasına etiraz edir09:50Məktəblilər üçün ekskursiyalar təşkil edilib09:35Düşmən atəşkəs rejimini 27 dəfə pozub09:00Vergi inzibatçılığında şəffaflıq və səmərəlilik əsas hədəfdir08:34İlahiyyat İnstitutunda Fələstin səfiri ilə görüş keçirilib16:00AQTA sahibkarlara müraciət etdi15:50Mənəvi Dəyərlərin Təbliği Fondu avtomobilləri şəxslərə deyil, dini icmalara verir15:36Bu yolda rənglənmə işləri aparılacaq13:52Prezident İlham Əliyev Qubada Gənclər Parkında yaradılan şəraitlə tanış olub13:40Yeni Texniki Xidmət Məntəqəsinin açılışı olub13:25Yağış yağacaq, havanın temperaturu 3-5 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ13:10Kiber idman turniri keçiriləcək12:52Dövlət Komitəsi yeni layihəyə start verib12:34İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti tədbiri keçirilib12:10Prezident Qubada Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi ilə tanış olub11:51Prezident şimal zonasına gedib11:45Bölmələrin qış mövsümünə hazırlığı yoxlanılır11:28Nardaran sakinlərinin qanuni mülklərinə kim göz dikib?- ŞİKAYƏT10:52Narkomaniyaya qarşı maarifləndirici tədbirləri keçirilir10:38Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb10:06İnsan amili dövlət siyasətinin prioritet istiqamətlərindən biridir09:27Səfir Daşqın Şikarov Əbu-Dabi Ticarət və Sənaye Palatasının baş direktoru Məhəmməd Hilal əl-Muhairi ilə görüşüb09:00Atəşkəs rejimi 25 dəfə pozulub18:35Yardımlıda "Narkomaniyaya qarşı mübarizədə din amili" mövzusunda tədbir keçirilib18:22Prezident bu şəxslərə fəxri ad verdi-SİYAHI18:05Şəki “ASAN Həyat” kompleksinin tikintisinə 19,8 milyon manat ayrılıb17:46Sentyabr ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatlar OPEC-ə təqdim edilib17:11AzTU yeni bir əməkdaşlığa imza atdı16:36Bakı şəhər Prokurorluğunda həbs16:20İqtisadiyyat naziri Çinin Azərbaycandakı səfiri ilə görüşüb16:00Azərbaycan 2020-ci ilde Güllə Atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışına rəsmi evsahibliyi edəcək15:25“Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib14:14Bakıda yeni alternativ teleqüllə istifadəyə verilib13:47Azərbaycanlı jurnalist Misir mətbuatında ermənilərin işğalçılıq siyasətindən yazdı13:32Aİİ fəaliyyətinin ilkin nəticələri ilə bağlı mətbuat açıqlaması verəcək13:06Kiçik yaşlı məktəblidən böyük uğur12:54Təhsil naziri Ceyhun Bayramov Finlandiyada səfərdə olub12:49Sabah hava necə olacaq?12:20Bakıda şagird məktəbə gözyaşardıcı qaz buraxıb, 9 nəfər zəhərlənib11:46Azərbaycanda tələbələr üçün ilk akademik test mərkəzi açılıb11:14Almaniya hökuməti: Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir11:06Zakir Həsənov Özbəkistana gedir11:00Azərbaycanda məhbusları aparan vaqonlar kamera-müşahidə və siqnalizasiya sistemləri ilə təchiz ediləcək10:47Ağsu rayonunda 15 km-lik avtomobil yolu yenidən qurulur
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2018 (285)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Vergi inzibatçılığında şəffaflıq və səmərəlilik əsas hədəfdir

12 okt 2018, 09:00   
Vergi inzibatçılığında şəffaflıq və səmərəlilik əsas hədəfdir


Newscenter.az.12.10.2018. Vergilər Nazirliyi funksional idarəetmədə səmərəliliyin artırılması, vergi ödənişləri və vergi orqanlarının fəaliyyəti üzərində nəzarətin gücləndirilməsi, vergi sisteminin hədəflərinə xidmət edən müasir inzibatçılığın qurulması istiqamətində tədbirləri davam etdirir. Son dövrlər nazirliyin strukturunda aparılan ən vacib institusional yeniliklərdən biri də məhz İnzibati Şikayətlərin Araşdırılması İdarəsinin yaradılmasıdır.

Vergilər Nazirliyinin Sənədlərlə iş və müraciətlərə baxılması departamentinin (Katiblik) baş direktoru Nigar Alimova müsahibəsində yeni yaradılmış idarənin fəaliyyətindən və görülən işlərdən danışıb:

- Nigar xanın, nazirliyin apelyasiya mexanizminin təkmilləşdirilməsinin məqsədləri nədən ibarətdir?


- Son dövrlərdə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən mühüm institusional yeniliklərdən biri də Sənədlərlə iş və müraciətlərə baxılması departamentinin yaradılmasıdır. Bu dəyişiklik bir sıra mühüm məqsədlərə, ən önəmlisi, adından da göründüyü kimi, müraciətlərə baxılmasının təkmilləşdirilməsinə, prosesin səmərəliliyinin artırılmasına xidmət edir və sözsüz ki, vətəndaş müraciətlərinin daha çevik və yüksək keyfiyyətlə icra olunmasını nəzərdə tutur. Dəyişikliyin başlıca mahiyyəti çoxsaylı şikayət instansiyalarını vahid bir strukturda birləşdirməklə yeni apelyasiya institutu təsis etməkdir. Məqsəd həm də odur ki, yeni yaradılmış departament, bir növ, müstəqil üçüncü tərəf kimi çıxış edərək həm yerli strukturların fəaliyyətini qiymətləndirəcək, həm də onların işinə nəzarət edən yuxarı səlahiyyətli strukturların fəaliyyətinin nə dərəcədə səmərəli təşkil olunduğunu qiymətləndirəcək.

- İnzibati şikayətlərin araşdırılması, bu sahədə iş prinsiplərinin nədən ibarət olduğu barədə məlumat verməyinizi istərdik. Daxil olan şikayətlərə baxılması qaydası necə tənzimlənir?


- Şikayət aidiyyəti üzrə bizim departamentə daxil olduqdan sonra ilk növbədə müraciət edən şəxsə, yəni şikayətçiyə «İnzibati icraat haqqında» Qanunun tələblərinə uyğun olaraq üç gün müddətində onun şikayətinin icraata qəbul olunması və icraçı barədə məlumat verilir. Daha sonra icraçı departamentə dəvət olunur, şikayətçinin özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakı ilə inzibati icraat qaydasında araşdırma aparılır, bütün zəruri məlumatlar və sənədlər bizə təqdim edilir, araşdırma zamanı müraciətin hərtərəfli və obyektiv araşdırılması üçün zəruri olacaq digər məsələlər yoxlanılır. Departamentin fəaliyyətində rəhbər tutduğu əsas məsələlərdən biri odur ki, vergi qanunvericiliyində olan bütün ziddiyyətlər və mübahisə doğuran məsələlər vergi ödəyicilərinin xeyrinə həll edilsin, eləcə də bu sahədə şəffaflıq tam təmin olunsun.

- Bu idarəyə müraciət etmək istəyən sahibkar ilk öncə nədən başlamalıdır, hara və necə müraciət etməlidir?


- Hazırda Vergilər Nazirliyinə müraciət kanalları çoxşaxəlidir. Vergi ödəyiciləri, vətəndaşlar öz müraciətlərini həm istənilən yerdən poçt vasitəsilə, həm də nazirliyin inzibati binasındakı poçt qutusu vasitəsilə, eləcə də əlbəəl nazirliyin qəbul şöbəsinin əməkdaşına çatdıra bilərlər. Bundan əlavə, respublikanın bütün regionlarını əhatə edən vergi xidməti mərkəzləri fəaliyyət göstərir. Vergi ödəyiciləri və vətəndaşlar həmin mərkəzlər, Vergilər Nazirliyinin «195-1» Çağrı Mərkəzi, eləcə də elektron kargüzarlıq və digər mümkün rabitə kanalları vasitəsilə bizə müraciət edə bilərlər.

- 2018-ci ilin 9 aylıq statistik göstəricilərinə baxsaq, müraciətlərin sayında və strukturunda hansısa müqayisələr apara bilərikmi?

- Bu müqayisəni departamentin təsis edildiyi gündən sonrakı dövr üzrə aparsaq, çox maraqlı tendensiyanın şahidi olarıq. Nazirliyin Sənədlərlə iş və müraciətlərə baxılması departamenti 2018-ci il iyulun əvvəlində təsis olunub. Həmin dövrdən indiyədək həm daxil olan şikayətlərin sayında, həm də onların tərkibində ciddi dəyişikliklər olub. Bu, bizə bir çox mesajlar verir. Məsələyə daha geniş yanaşsaq, onu qeyd etmək istərdim ki, sözsüz ki hər zaman diqqətçəkən məqam daxil olan şikayətlərin daha çox hansı sahələrlə bağlı olması və onların statistik göstəriciləri olub. Vergilər Nazirliyinun əsas funksiyalarından biri vergi nəzarəti tədbirlərini həyata keçirmək olduğu üçün, təbii ki, daxil olan şikayətlər də bu nəzarət tədbirləri ilə bağlı olur. Yəni müraciətlər əsasən kameral yoxlamalar, səyyar vergi yoxlamaları, operativ nəzarət tədbirləri, az sayda uçot-qeydiyyat məsələləri, hesabatların vaxtlı-vaxtında təqdim edilməməsi zamanı tətbiq olunmuş maliyyə sanksiyaları ilə bağlıdır. Burada xüsusi ilə onu qeyd etmək lazimdır ki, son dövrlərdə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən əsas siyasət nəzarət tədbirlərinin minimallaşdırılması, qanunsuz nəzarət tədbirlərinin həyata keçirilməsinin qarşısının alınmasıdır və daxil olan şikayətləri təhlil edərkən gördük ki, bu siyasətin nəticəsində daxil olan şikayətlərin dinamikasında həm tərkib, həm də say baxımından nəzərəçarpan azalmalar var. Onu da qeyd etmək yerinə düşərdi ki, təkcə səyyar vergi yoxlamalarının keçən ilin müvafiq dövrü ilə müqayisədə 60 faiz, operativ nəzarət tədbirlərinin 28 faiz azalması, eləcə də kameral yoxlamaların sayının əhəmiyyətli dərəcədə aşağı düşməsi həqiqətən böyük göstəricidir və sözsüz ki, daxil olan şikayətlərin tərkibində, məzmununda və sayında çox aydın şəkildə görünür.
OXŞAR MÖVZULAR