Impera

XƏBƏR LENTİ
15:49AzTU-da Beynəlxalq Elmi-texniki konfrans keçirilir14:38Azərbaycan Müdafiə naziri, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri Baş Qərargah rəisləri arasında üçtərəfli görüş keçirilib14:15“Sağlam məktəbli” layihəsi davam edir13:43Bakı Şəhəri üzrə Təhsil İdarəsi direktorun döyülməsinə münasibət bildirdi13:29Yevlax stansiyasında yeni yoldəyişənlər quraşdırılır13:12KOBİA və UNEC arasında Anlaşma Memorandumu imzalanıb13:00Kənd Təsərrüfatı Nazirliyi işçi axtarır12:45Azərbaycanda ilk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə bitki calaqaltıları yetişdiriləcək12:30Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin yeni ofisi açılıb11:24Müdafiə naziri ilə Türkiyə Baş Qərargah rəisi arasında görüş keçirilib11:10Müəllimlər üçün seminarlar keçirilir11:00Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin yeri dəyişdiriləcək10:50Zakir Həsənovla Gürcüstan SQ Baş Qərargah rəisi arasında görüş keçirilib10:45Təsərrüfat sahiblərinə "Fermer kartı"nın verilməsinə başlanılıb10:16Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri Şəhidlər xiyabanını ziyarət ediblər09:36Atəşkəs rejimi 27 dəfə pozulub18:31Kəmaləddin Heydərov baş vermiş qəza ilə bağlı Gəncəyə gedib18:17Azərbaycanın təhsil naziri Ceyhun Bayramov “AmCham”ın üzvləri ilə görüşüb18:02Mənşəyi məlum olmayan 2,5 ton ət məhv edilib17:14İnam Kərimov vətəndaşlarla görüşəcək17:02ATU-da ilk dəfə olaraq aralıq qiymətləndirmə imtahanları aparılır16:25Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) ilə birgə elektrik enerjisi təchizatınınkeyfiyyəti müzakirə edilib16:17Hakimlər və ədliyyə orqanlarının işçiləri təltif edilib - SİYAHI16:10Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi-SİYAHİ15:53Almaniyada azərbaycanlı rejissorun filminin təqdimatı keçirilib15:26Qətərdə regionun ultramüasir klinikası açılıb15:11“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”15:00Ümumi təhsil müəssisələri arasında memorandum imzalanıb14:45Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu” keçiriləcək14:3620 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq.14:25Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi iddiaçılarla görüşəcək14:10“Plastik və rekonstruktiv cərrahiyyə” dərsliyi çap edilib13:54Sabah hava necə olacaq?12:59Kanalizasiya kollektordan kəsilmiş mal başları çıxarılıb12:53Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib12:09Payız tətili ekskursiyaları təşkil edilib11:53Bakıda ilk dəfə Xəzər İnnovasiya Konfransı keçiriləcək11:21Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçiriləcək11:04Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib09:45Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var09:30Zakir Həsənov Türkiyə və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək09:20İlahiyyat İnstitutu beynəlxalq əlaqələri genişləndirir09:14Ermənilər atəşkəs rejimini 30 dəfə pozub08:50Paytaxtın bəzi ərazilərinə təbii qaz məhdudiyyətlə veriləcək08:31Türkiyədə “Dil, düşüncə və din elmləri” adlı beynəlxalq konfrans keçirilib08:06Fuad Muradov Nyu-Yorkda görüşlər keçirib16:36Azərbaycan Cümhuriyyətinin 100 illiyi İğdırda qeyd edilib16:12QHT-lər üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Mühasibat Uçotunun aparılması qaydaları hazırlanıb16:00Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin media üçün təqdimatı keçirilib15:57Fənn olimpiadalarının ilk mərhələsi üçün seçim turu15:41Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib15:30Energetika naziri Pərviz Şahbazov “Türk axını”ilə bağlı mərasimdə iştirak edir15:21İlahiyyat İnstitutunda BDU-nun İlahiyyat fakültəsinin məzunları ilə görüş keçirilib15:11Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər13:50“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək13:47Məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə təbii qaz verilib13:37Sabah hava necə olacaq?13:25“İrəli” növbəti qalibləri müəyyənləşdirib13:13Paytaxt məktəblərində maarifləndirici seminarlar keçirilir13:06Müəllimlər üçün seminar keçirilir12:55İlham Əliyev belaruslu həmkarı ilə görüşüb12:46Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq12:28“Azərsu” işçi axtarır11:4813-cü Avropa Keyfiyyət Təminatı Forumu keçirilib11:22Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub10:50Azərbaycan diasporunun təşkilatlanmasında yeni mərhələ10:22Ümumordu iməciliyi keçiriləcək09:40Ermənilər 25 dəfə atəşkəsi pozub09:00Prezident İlham Əliyev Belarusa rəsmi səfərə gedib18:54İlahiyyat İnstitutu 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirib.18:33İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb18:11Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb17:53“Coca-Cola” şirkəti “Caspian Ecology 2018” sərgisində iştirak edib17:28Ağcabədidə “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda regional seminar keçirilib17:08Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün təlim keçirilib16:09Nazir Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşüb16:00Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni icra ediblər15:49Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı15:33Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib15:12Müəllim və valideynlər qəbul edilib14:50"İƏT Modeli" - 2018 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi14:20Prezident Sumqayıta gedib14:02“Strateji Yol Xəritəsi”nə dair əməkdaşlıq ediləcək13:50Kitabxana işinin təşkilinə dair təlimlər keçirilir13:25Qida Təhlükəsizliyi Agentliyi ilə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC arasında anlaşma memorandumu imzalanıb13:16“Kaspersky Lab” Sürixdə Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb və ilk şəffaflıq mərkəzini açıb13:00Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib12:50Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib12:48Şəffaflığın artırılmasına dair seminarlar keçirilir10:48Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir10:29Təhsil Nazirliyində yeni təyinat09:18Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutulub09:00Təhsil Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib08:15Qaradağda yanğın16:58Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib16:27Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq16:13Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib15:24Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək14:50İnternet İdarəçilik Forumunda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb14:12Bakı şəhərinə yeni icra başçısı təyin edilib
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2018 (290)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Azərbaycanın təbliği, azərbaycançılığın qorunması istiqamətində əlimizdən gələni etməyə çalışırıq

16 okt 2018, 12:00   
Azərbaycanın təbliği, azərbaycançılığın qorunması istiqamətində əlimizdən gələni etməyə çalışırıq


Newscenter.az.16.10.2018. Son aylar diaspora həyatında xüsusi bir aktivlik, fəallıq müşahidə edilməkdədir. Belə ki, dövlətin, bu sahə ilə məşğul olan müvafiq qurumların diaspor sahəsinə olan diqqət və qayğısına qarşılıq olaraq dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, həmin ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Koordinasiya Şuraları yaratmaq təşəbbüsü ilə çıxış edirlər. Artıq Almaniya, Fransa və İsveçrədə belə şuralar yaradılıb. Sözügedən şuraların əsas məqsədi soydaşlarımızın birliyinə, birgə fəaliyyətinə nail olmaqdır. Bir müddət əvvəl isə İsveçrədə belə bir Koordinasiya Şurası yaradılıb. İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasına əlaqələndirici seçilmiş "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov Şuranın məqsədi və fəaliyyəti barədə müsahibə verib.

-Qasım bəy, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının yaradılması zərurəti haradan qaynaqlandı və bir şuranın yaradılmasını necə dəyərləndirirsiniz?

- Məlumat üçün qeyd edim ki, Azərbaycanlıların İsveçrədəki mədəniyyət mərkəzi (AİMM) 2006-cı ildə rəsmi qeydiyyatdan keçərək fəaliyyət göstərir. Bu ildən etibarən AİMM fəaliyyətini daha da aktivləşdirib. İldə ən azı iki böyük tədbir keçiririk, il ərzində iki-üç dəfə yerli mediada məqalələrlə çıxış edirik və beləliklə də Azərbaycanın təbliği, azərbaycançılığın qorunması istiqamətində əlimizdən gələni etməyə çalışırıq.

- Şuranın əlaqələndiricisi seçilməniz necə baş verdi?

- Qeyd etdiyim kimi, bizim təşkilat yerli mətbuatla da əlaqəli işləyir. Bu ölkənin müvafiq dövlət qurumları ilə də isti münasibətlərimiz var. Bütün bunlar rəhbərlik etdiyim diaspor təşkilatını həm də yerli cəmiyyətdə tanıdır. Bu səbəbdən də, digər diaspor rəhbərləri və fəalları AIMM-nin qurucusu və rəhbəri olaraq mənim şuranın əlaqələndiricisi seçilməyimi daha məqsədəuyğun hesab etdilər. Şuranın yaradılması və Azərbaycan məktəbinin açılış səbəbi ilə bu ilin 5 oktyabr tarixində Bern şəhərində keçirilən yığıncaqda İsveçrədə yaşayan bir çox fəal həmvətənlərimizin mənim namizədliyimi irəli sürməsi də bu işlərin gözlənilən nəticəsi olaraq sayıla bilər. Əlbəttə, bu bir etimaddır, eyni zamanda məsuliyyətdir və mən də bunu doğrultmağa çalışacağam.

- İsveçrədə Azərbaycan diaspor fəaliyyətini qurmaq çətin deyil ki? Bu illər ərzində hər hansı əngəllə qarşılaşmısınızm?

- İsveçrədə diaspor işinin qurulması, inanıram ki, başqa ölkələrdə olduğu kimi çox çətin bir işdir. Təbii bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. İlk növbədə, bu işi görmək istəyən şəxs vətənini çox sevməli, öz dilinə və mədəniyyətinə bağlı olmalı, müstəqil bir siyasət aparmalı, heç kimdən və heç nədən asılı olmamalıdır. Yalnız bu halda görülən iş maraq oyada və diasporumuzu bir yerə toplaya bilər. Hər hansı bir əngəllərə gəlincə, yaşadığımız ölkə idarələri və ya təşkilatları tərəfindən indiyə qədər belə bir halla qaşılaşmadım. Əksinə hər zaman dəstəkləməyə və kömək etməyə hazırdırlar. Əlbəttə ki, biz də öz tərəfimizdən fəaliyyətimizi yaşadığımız ölkənin qanunlarına və mentalitetinə uyğun şəkildə qurmalıyıq ki, yerli insanlar və dövlət strukturları bizə inansın, güvənsin, yeri gələndə bizi dinləsin və işlərimizi dəstəkləsin.
- Siz Azərbaycanın ən gözəl guşələrindən biri olan Naxçıvandansız. Bir qədər Naxçıvandakı eviniz, ailəniz barədə danışmanızı istərdik. Necə oldu ki, Naxçıvandan İsveçrəyə gedib orada məskunlaşmağa qərar verdiz?
-Bəli mən Naxçivanda anadan olmuşam və orta məktəbi də orada bitirmişəm. Naxçıvan doğrudan da dünyanın ən gözəl bir yeridir. Əsrarəngiz təbiətə və qədim tarixə malikdir. İnsanları isə inanılmaz dərəcədə mərd və cəsurdur. Atam uzun illər yüksək dövlət işlərində çalışaraq vətənimizə xidmət edib. Naxçıvan Ali Məclisində uzun illər məsul vəzifələrdə çalışıb, dövlət təqaüdçüsü olub. Anam isə 45 ildən çox Naxçıvanda orta məktəblərin birində dil və ədəbiyyat müəllimi olaraq işləyib. Hazırda o da təqaüdçüdür. Mən isə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub oranı bitirmişəm. Uzun illər ixtisasım üzrə xarici ölkələrdə neft şirkətlərində çalışdım. Son olaraq Gürcüstandakı, o zamanın, ən böyük xarici şirkətlərdən olan böyük neft terminalının baş müdiri vəzifəsində çalışdım. 2005-ci ildən etibarən İsveçrədəyəm. Burada yenidən təhsilimi davam etdirərək əvvəl miqrasiya üzrə mütəxəssis ali təhsili aldım. Sonra yuxarı sinif və ali təhsil tələbələrinə dərs demək üçün pedaqoji təhsil aldım. Bundan başqa İsveçrədə yeganə rəsmi tərcümə haqqı olan Azərbaycan, rus və türk dillərindən alman dilinə tərcümə diplomuna sahibəm. İsveçrə çox gözəl və müasir ölkədir. Bundan başqa İsveçrənin dövlət sistemində dünya ölkələri arasında sayılan sistemlərdən biridir. Havası da dağ havası olduğu üçün Naxçıvanı xatırladır. Onu da qeyd etmək istərdim ki, mən Naxçıvanı heç vaxt Azərbaycanımızın başqa bölgələrindən ayırmamışam. Vətənim Naxçıvan mənə Bakı, Qarabağ, Tovuz, Şəki Astara və sairə kimi əzizdir.

- Naxçıvanla bağlı nələri İsveçdə həyata keçirə bilmisiz?

- Hər şeydən əvvəl mən azərbaycanlıyam. Sonra Naxçıvanda doğulmuş naxçıvanlı. Bu səbəbdən də İsveçrədə hər keçirdiyim və keçirəcəyim tədbirlər Azərbaycanı tanıtmaq və bizim haqq səsimizi dünyaya yaymaq üçündür. Yalnız mənim evimdə qonaq olanlar Mömünə Xatun məqbərəsinin rəsmini görə bilərlər. Naxçıvanda bişirilən kəvər plovun ləzzətini və Novruz bayramında içli kökəni dada bilərlər. Azərbaycanın musiqisini, mədəniyyətini, mətbəxini İsveçrədə tanıtmaqdan qürur duyuram.

- Qarabağ məsələsi hamımızın yaralı yerimizdir. İşğal faktının tanıdılması üçün hansı işləri görürsüz? Bundan sonrakı fəaliyyətinizdə Qarabağla bağlı nələr etməyi düşünürsüz?

- Sualı “Nələr etməyi düşünürəm deyil, “nələr etmişəm və nələr etməyə davam edəcəm” kimi qoysaq daha doğru olar. Hər il Bern, Cenevrə, Sürix və ya İsveçrənin başqa şəhərlərində Xocalı qətliamı ilə bağlı tədbirlər keçiririk. Bu məsələdə mənə İsveçrədəki cəmiyyətlərdən başqa Azərbaycan səfirliyi də böyük dəstək göstərir. 2012 və 2013-cü illərdə İsveçrə parlamentinin xarici işlər üzrə komissiyasında 2 dəfə bizim AIMM tərəfindən hazırlanmış petisiya rəsmi şəkildə müzakirəyə çıxardılıb. Bu barədə İsveçrə parlamentinin rəsmi internet səhifəsində də məlumat var. Bu işi davam edirik və edəcəyik. Burada məqsədlərdən biri İsveçrə parlamenti tərəfindən Xocalı faciəsinin bir soyqırım kimi təsdiqinə nail olmaqdır. Bu bir həqiqətdir və inanıram ki, buna bir gün nail olacağıq. Bundan başqa hazırladığımız və keçirdiyimiz çoxsaylı tədbirlərdə Qarabağ münaqişəsini yerli sakinlərə, onların başa düşəcəyi dildə, çatdırmağa çalışırıq. Bu işdə xeyli addımlar atılıb və daha aktiv olaraq davam edəcəyimizdən də əmin ola bilərsiz. Bu işi etmək üçün nə şuranın əlaqələndiricisi, nə də başqa bir ada ehtiyac var, bunun üçün azərbaycanlı olmaq, vətəni sevmək kifayətdir.

- İsveçdə təxminən nə qədər azərbaycanlı yaşayır və onların əsas problemləri hansı sahələrlə bağlıdır?


- İsveçrədə 2000-ə yaxın azərbaycanlı yaşayır. Əvvəl bildirdiyim kimi bu insanların İsveçrəyə gəlmə səbəbləri fərqlidir. Amma hamısı bizim qardaş və bacılarımızdır. Problemlərdən biri odur ki, İsveçrə çox bahalı ölkədir və bir şəhərdən başqa şəhərə getmək üçün qatar, avtobus və ya başqa nəqliyyat vasitəsi çox bahadır. Burada yaşayan hər bir azərbaycanlı ailəsinin buna imkanı yoxdur. İkinci problem azərbaycanlıların sayının azlığı ilə bağlıdır. Buna görə də bir-birindən uzaq yaşayırlar. Bu səbəbdən də uşaqlar və ailələr bir-birilə tez-tez görüşə bilmirlər. Bu da xüsusən uşaqların ana dilində danışmaqda çətinlik çəkməsinə səbəb olur. Bu problemlərə qarşı iş aparılır və bunun bəhrəsidir ki, Azərbaycan səfirliyinin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 5 oktyabrda Berndə Qarabağ adlı Azərbaycan dilli və mədəniyyəti məktəbi açıldı. Məktəb müvafiq qaydada rəsmi qeydiyyatdan keçərək İsveçrə qanunlarına uyğun şəkildə fəaliyyət göstərir. Uşaqların bu məktəbdə alacağı qiymətlər rəsmi orta məktəblərdə də keçərlidir. Hazırda məktəbdə Azərbaycan dili, ədəbiyyat, rəqs və piano dərsləri keçirilir. Uşaqlar İsveçrənin fərqli yerlərindən gəlirlər. İnanıram ki, uşaqların sayı artdıqca valideynlər də bir-birilə daha sıx əlaqədə olacaqlar və bu daha da sıx birləşməyimizə səbəb olacaqdır.

- Ailəniz də İsveçdə yaşayırmı?

- Bəli, İsveçrədə ailəmlə birgə yaşayıram. Həyat yoldaşım Bakıdandır və İsveçrədə ibtidai sinif müəlliməsidir. İki övladımız var. Oğlum 21 yaşındadır, Bern Universitetinin hüquq fakultəsini 2019-cu ilin mayında bitirəcək. Qızım 9 yaşındadır. Hazırda 4-cü sinifdə oxuyur. Ailədə azərbaycanca danışırıq. Dilimizi və mədəniyyətimizi qoruyub saxlamağa çalışırıq. Ümid edirik ki, uşaqlarımız dilimizi və mədəniyyətimizi gələcəkdə öz uşaqlarına öyrədəcəklər ki, onlar da öz köklərini unutmasınlar və bununla qürur duysunlar.

- Diasporla İş üzrə Dövlət Komitəsinin işini necə qiymətləndirirsiz?. Əvvəlki illərlə müqayisədə nə dəyişikliklər var?


- İllərdir ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqəm məhdud idi və müştərək işlərimiz yox idi. Bu səbəblərdən də komitənin işinə qiymət vermə imkanım da yoxdur. Dəyişiklikləri də görmək üçün vaxta ehtiyacımız var. Zaman hər şeyi göstərər. Hələlik onu deyə bilərəm ki, İsveçrədəki Qarabağ Azərbaycan dili məktəbinin fəaliyyət göstərməsinə dəstək verdiyi üçün Komitə rəhbərliyinəöz minnətdarlığımı bildirirəm.

- Komitənin yeni rəhbərliyini necə xarakterizə edə bilərsiz? Komitənin sədri olaraq Fuad Muradovdan gözləntiləriniz nədir?


- Komitənin sədri Fuad Muradovu çox az tanıyıram və bu səbəbdən xarakterizə edə bilmərəm, sədr olaraq ona işlərində uğurlar arzulayıram. Fuad Muradovdan gözləntilərdən ən əsası diaspor hərəkatını gücləndirmək, diaspor təşkilatlarının olduqları ölkələrin qanunlarına uyğun fəaliyyət qurmasına səy göstərməsidir. Bundan başqa istərdim ki, Azərbaycan diaspor nümayəndələrinin konfransları və yığıncaqları əvvəlkindən daha sadə şəkildə keçirilsin, konfrans nümayəndələrini və iştirakçılarını 5 ulduzlu otel yerinə məktəblərə, universitetlərə, parlament sessiyalarına, qaçqın düşərgələrinə, hərbi hissələrə aparsınlar, Xocalı qətliyamının şahidləri ilə görüşlər təşkil edilsin və sonrakı iş prosesində də bu görüşlər müzakirə edilsin.
Vaqif
OXŞAR MÖVZULAR