Impera

XƏBƏR LENTİ
16:21Azərbaycanda ilk: Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb16:11Oğuz rayonunun Muxas kəndinə təbii qaz verilib15:58AzTU-nun nümayəndə heyəti Almaniyada keçirilən beynəlxalq konfransda iştirak edib15:49AzTU-da Beynəlxalq Elmi-texniki konfrans keçirilir14:53Masallı rayonunun iki kəndinə ilk dəfə təbii qaz verilib14:38Azərbaycan Müdafiə naziri, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri Baş Qərargah rəisləri arasında üçtərəfli görüş keçirilib14:26Stomatologiyanın tədrisində yenilik tətbiq olundu14:15“Sağlam məktəbli” layihəsi davam edir13:43Bakı Şəhəri üzrə Təhsil İdarəsi direktorun döyülməsinə münasibət bildirdi13:29Yevlax stansiyasında yeni yoldəyişənlər quraşdırılır13:12KOBİA və UNEC arasında Anlaşma Memorandumu imzalanıb13:00Kənd Təsərrüfatı Nazirliyi işçi axtarır12:45Azərbaycanda ilk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə bitki calaqaltıları yetişdiriləcək12:30Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin yeni ofisi açılıb11:24Müdafiə naziri ilə Türkiyə Baş Qərargah rəisi arasında görüş keçirilib11:10Müəllimlər üçün seminarlar keçirilir11:00Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin yeri dəyişdiriləcək10:50Zakir Həsənovla Gürcüstan SQ Baş Qərargah rəisi arasında görüş keçirilib10:45Təsərrüfat sahiblərinə "Fermer kartı"nın verilməsinə başlanılıb10:16Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri Şəhidlər xiyabanını ziyarət ediblər09:36Atəşkəs rejimi 27 dəfə pozulub18:31Kəmaləddin Heydərov baş vermiş qəza ilə bağlı Gəncəyə gedib18:17Azərbaycanın təhsil naziri Ceyhun Bayramov “AmCham”ın üzvləri ilə görüşüb18:02Mənşəyi məlum olmayan 2,5 ton ət məhv edilib17:14İnam Kərimov vətəndaşlarla görüşəcək17:02ATU-da ilk dəfə olaraq aralıq qiymətləndirmə imtahanları aparılır16:25Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) ilə birgə elektrik enerjisi təchizatınınkeyfiyyəti müzakirə edilib16:17Hakimlər və ədliyyə orqanlarının işçiləri təltif edilib - SİYAHI16:10Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi-SİYAHİ15:53Almaniyada azərbaycanlı rejissorun filminin təqdimatı keçirilib15:26Qətərdə regionun ultramüasir klinikası açılıb15:11“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”15:00Ümumi təhsil müəssisələri arasında memorandum imzalanıb14:45Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu” keçiriləcək14:3620 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq.14:25Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi iddiaçılarla görüşəcək14:10“Plastik və rekonstruktiv cərrahiyyə” dərsliyi çap edilib13:54Sabah hava necə olacaq?12:59Kanalizasiya kollektordan kəsilmiş mal başları çıxarılıb12:53Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib12:09Payız tətili ekskursiyaları təşkil edilib11:53Bakıda ilk dəfə Xəzər İnnovasiya Konfransı keçiriləcək11:21Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçiriləcək11:04Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib09:45Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var09:30Zakir Həsənov Türkiyə və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək09:20İlahiyyat İnstitutu beynəlxalq əlaqələri genişləndirir09:14Ermənilər atəşkəs rejimini 30 dəfə pozub08:50Paytaxtın bəzi ərazilərinə təbii qaz məhdudiyyətlə veriləcək08:31Türkiyədə “Dil, düşüncə və din elmləri” adlı beynəlxalq konfrans keçirilib08:06Fuad Muradov Nyu-Yorkda görüşlər keçirib16:36Azərbaycan Cümhuriyyətinin 100 illiyi İğdırda qeyd edilib16:12QHT-lər üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Mühasibat Uçotunun aparılması qaydaları hazırlanıb16:00Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin media üçün təqdimatı keçirilib15:57Fənn olimpiadalarının ilk mərhələsi üçün seçim turu15:41Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib15:30Energetika naziri Pərviz Şahbazov “Türk axını”ilə bağlı mərasimdə iştirak edir15:21İlahiyyat İnstitutunda BDU-nun İlahiyyat fakültəsinin məzunları ilə görüş keçirilib15:11Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər13:50“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək13:47Məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə təbii qaz verilib13:37Sabah hava necə olacaq?13:25“İrəli” növbəti qalibləri müəyyənləşdirib13:13Paytaxt məktəblərində maarifləndirici seminarlar keçirilir13:06Müəllimlər üçün seminar keçirilir12:55İlham Əliyev belaruslu həmkarı ilə görüşüb12:46Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq12:28“Azərsu” işçi axtarır11:4813-cü Avropa Keyfiyyət Təminatı Forumu keçirilib11:22Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub10:50Azərbaycan diasporunun təşkilatlanmasında yeni mərhələ10:22Ümumordu iməciliyi keçiriləcək09:40Ermənilər 25 dəfə atəşkəsi pozub09:00Prezident İlham Əliyev Belarusa rəsmi səfərə gedib18:54İlahiyyat İnstitutu 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirib.18:33İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb18:11Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb17:53“Coca-Cola” şirkəti “Caspian Ecology 2018” sərgisində iştirak edib17:28Ağcabədidə “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda regional seminar keçirilib17:08Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün təlim keçirilib16:09Nazir Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşüb16:00Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni icra ediblər15:49Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı15:33Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib15:12Müəllim və valideynlər qəbul edilib14:50"İƏT Modeli" - 2018 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi14:20Prezident Sumqayıta gedib14:02“Strateji Yol Xəritəsi”nə dair əməkdaşlıq ediləcək13:50Kitabxana işinin təşkilinə dair təlimlər keçirilir13:25Qida Təhlükəsizliyi Agentliyi ilə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC arasında anlaşma memorandumu imzalanıb13:16“Kaspersky Lab” Sürixdə Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb və ilk şəffaflıq mərkəzini açıb13:00Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib12:50Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib12:48Şəffaflığın artırılmasına dair seminarlar keçirilir10:48Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir10:29Təhsil Nazirliyində yeni təyinat09:18Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutulub09:00Təhsil Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib08:15Qaradağda yanğın16:58Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2018 (295)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Kənd təsərrüfatı naziri “Sial Paris” beynəlxalq ərzaq sərgisinin açılışında iştirak edib

22 okt 2018, 12:20   
Kənd təsərrüfatı naziri “Sial Paris” beynəlxalq ərzaq sərgisinin açılışında iştirak edib


Newscenter.az.22.10.2018. Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov “Sial Paris” beynəlxalq ərzaq sərgisinin açılışında iştirak edib. Newscenter.az-a nazirliyin informasiya təminatı şöbəsindən bildirilib ki, nazir “Made in Azerbaijan” adlı vahid ölkə pavilyonu ilə sərgidə iştirak edən 23 şirkətin nümayəndələri ilə görüşüb, şirkətlərimizin stendlərinə baş çəkərək nümayiş olunan məhsullarla tanış olub. Sahibkarlar sərgilənən məhsullar haqqında ətraflı məlumat veriblər.

Qeyd edək ki, Azərbaycanın Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Fransadakı səfirliyimizin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə şirkətlərimiz SİAL Paris beynəlxalq ərzaq sərgisinə qoşulublar.

Sərgi çərçivəsində sahibkarlarımız yerli distribüterlərlə görüşəcək və ixrac məsələlərinə dair müzakirələr aparacaqlar.

“Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin qeyri-neft sektorunun inkişafına göstərdiyi diqqətin nəticəsində aqrar sektor, aqrar sənaye yeni inkişaf mərhələsinə qədəm qoyub. SİAL beynəlxalq ərzaq sərgisində iştirakımız bu inkişafın bariz nümunəsidir, eyni zaman da Prezidentimizin həyata keçirdiyi aqrar siyasətin konkret bəhrəsidir. Azərbaycanın SİAL beynəlxalq ərzaq sərgisinin açılışında iştirakı sevindirici haldır. Bu bir daha ölkəmizə olan marağı əks etdirir”. Bu fikirləri SİAL beynəlxalq ərzaq sərgisinin açılışında iştirak edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov AZƏRTAC-a müsahibəsində bildirib.

Nazir qeyd edib ki, SİAl ən böyük beynəlxalq ərzaq sərgilərindən biridir. Azərbaycan şirkətləri sərgidə geniş tərkibdə təmsil olunurlar.

“Azərbaycan Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Fransadakı səfirliyimizin birgə dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə 23 şirkətimiz sərgidə iştirak edir. 300 çeşiddə məhsul nümayiş etdirən şirkətlərimizin məhsullarına elə ilk gündən böyük maraq göstərilməsi bizi çox sevindirir. Bəzi şirkətlərimiz hətta ilkin alıcılarını taparaq, müəyyən razılığa gəliblər. Bu sərgi kənd təsərrüfatı məhsullarımızın təşviqi üçün geniş imkan yaradır”.

Nazir İnam Kərimov əminliyini bildirib ki, sərgi çərçivəsində şirkətlərimiz potensial müştərilərlə müvafiq müqavilələr imzalayacaq. Bu isə gələcəkdə ölkəmizin kənd təsərrüfatı məhsullarının istehsalına dəstək, kənd təsərrüfatı sənayesinin inkişafına böyük töhfə verəcəkdir.

Nazir qeyd edib ki, bu gün Azərbaycan məhsullarına olan maraq, növbəti sərgidə iştirak edəcək şirkətlərimizin sayının daha da artmasına xidmət edəcək.

Kənd təsərrüfatı naziri İnam Kərimov Fransaya səfəri çərçivəsində fransalı həmkarı Didye Giyom ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, “Sial Paris” beynəlxalq ərzaq sərgisi məkanında keçirilən görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Nazir İnam Kərimov Fransanın ölkəmizin kənd təsərrüfatı, eləcə də digər sahələrdə əsas strateji tərəfdaşı olduğunu bildirib. İki ölkə arasında yüksək səviyyəli dostluq münasibətlərinin, səmərəli iqtisadi münasibətlərin bir çox sahələrdə ikitərəfli əməkdaşlıq üçün münbit şərait yaratdığını diqqətə çatdırıb.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində aqrar sektor yeni inkişaf mərhələsinə daxil olub. Ölkə rəhbəri tərəfindən aparılan düşünülmüş və düzgün siyasət sayəsində kənd təsərrüfatının sosial-iqtisadi göstəriciləri artıb, böyük uğurlar əldə edilib. Ötən il kənd təsərrüfatı ölkədə ÜDM-in 5.6 faizini təşkil edib.

"Ərzaq təhlükəsiziliyi, əhalinin yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması ölkəmizdə vacib prioritetlərdən biridir. Aqrar sahədə innovasiyalardan istifadə, kənd təsərrüfatı işçiləri ilə yaxınlıq və yaxşı idarəçilik bu sahədə aparılan islahatların başlıca prinsipləridir" - deyə nazir vurğulayıb.

Azərbaycan kənd təsərrüfatı naziri fransalı həmkarına ticarət əlaqələri və aqrar sahədə əməkdaşlığın perspektivləri, ölkəmizdən Fransaya ixrac olunan kənd təsərrüfatı məhsulları haqqında ətraflı məlumat verib. Kənd təsərrüfatı sahəsində memorandum və baytarlıq sahəsində protokol imzalandığını xatırladıb, aqrar sektorda müvafiq tədqiqatların aparılması, təcrübə mübadiləsi, innovativ texnologiyalardan istifadənin əhəmiyyətinə toxunub.

Fransanın kənd təsərrüfatı naziri Didye Giyom ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini bildirib. O, aqrar sektorun inkişafının əhəmiyyətinə toxunub, Kənd təsərrüfatı sahəsində ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Kənd təsərrüfat naziri İnam Kərimov fransalı həmkarını ölkəmizə səfərə dəvət edib.
OXŞAR MÖVZULAR