Impera

XƏBƏR LENTİ
13:13Paytaxt məktəblərində maarifləndirici seminarlar keçirilir12:46Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq12:28“Azərsu” işçi axtarır11:22Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub10:50Azərbaycan diasporunun təşkilatlanmasında yeni mərhələ10:22Ümumordu iməciliyi keçiriləcək09:40Ermənilər 25 dəfə atəşkəsi pozub09:00Prezident İlham Əliyev Belarusa rəsmi səfərə gedib18:54İlahiyyat İnstitutu 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirib.18:33İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb18:11Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb17:53“Coca-Cola” şirkəti “Caspian Ecology 2018” sərgisində iştirak edib17:28Ağcabədidə “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda regional seminar keçirilib17:08Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün təlim keçirilib16:09Nazir Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşüb16:00Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni icra ediblər15:49Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı15:33Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib15:12Müəllim və valideynlər qəbul edilib14:50"İƏT Modeli" - 2018 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi14:20Prezident Sumqayıta gedib14:02“Strateji Yol Xəritəsi”nə dair əməkdaşlıq ediləcək13:50Kitabxana işinin təşkilinə dair təlimlər keçirilir13:25Qida Təhlükəsizliyi Agentliyi ilə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC arasında anlaşma memorandumu imzalanıb13:16“Kaspersky Lab” Sürixdə Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb və ilk şəffaflıq mərkəzini açıb13:00Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib12:50Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib12:48Şəffaflığın artırılmasına dair seminarlar keçirilir10:48Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir10:29Təhsil Nazirliyində yeni təyinat09:18Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutulub09:00Təhsil Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib08:15Qaradağda yanğın16:58Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib16:27Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq16:13Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib15:24Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək14:50İnternet İdarəçilik Forumunda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb14:12Bakı şəhərinə yeni icra başçısı təyin edilib13:38Fiziki imkanları məhdud şəxslərin rahat hərəkəti üçün problem yaradılır13:18Hövsan qəsəbəsinə içməli su məhdudiyyətlə veriləcək13:04Deputat Mahir Abbaszadəyə yüksək vəzifə verildi12:51Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclasları keçirilir12:39Baş Qərargah rəisi hərbi oyunların idarəetmə məntəqələrinin fəaliyyətini izləyib11:36“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq11:12Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir11:00Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub10:00Gənc ekoloqlar Hövsan Aerasiya Stansiyasında olublar09:23Təhsil müəssisələrində “Eko-təqdimatlar” keçirilir09:00Atəşkəs rejimi 26 dəfə pozulub15:52AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir15:11İqlim və Enerji üzrə Merlər Razılaşmasının Milli Əlaqələndiricisinin 2019-cü il üzrə İş Planı təsdiq edilib15:00Fuad Muradov Los-Ancelesdə görüşlər keçirib14:29Magiya ilə bağlı kitab çap edilib14:07Azərbaycan məhsullarının ixracı genişlənir12:33Valideynlər üçün “Açıq qapı” günləri keçirilir11:48Karateçilərimiz Türkiyədən medalla qayıdıb11:38Külli miqdarda zərgərlik məmulatının qeyri-qanuni yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb11:31Veysəloğlu rəhbərliyi şirkət əməkdaşlarının ali təhsil müəssisələrinə tələbə adını qazanan övladları ilə görüş keçirib10:49Kənd Təsərrüfatı Nazirliyi işçi axtarır10:37"Karvan" Ticarət Mərkəzi yenə yandı10:15Düşmən 29 dəfə atəşkəsi pozub09:06Daşkəsəndə dəhşətli yanğın, 5 nəfər yanaraq öldü08:41“Azəriqaz” İB tərəfindən 99 yaşayış məntəqəsinə təbii qaz verilib08:25Türkiyənin Azərbaycandakı səfiri Aİİ-ni ziyarət edib08:00Avropa Yenidənqurma və İnkişaf Bankı ilə energetika sektorunda islahatlara dəstək məsələsi müzakirə edilib15:52Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir15:26Naxçıvan Qarnizonu qoşunları həyəcan siqnalı ilə qaldırılıb15:02Oktyabr ayındaTexniki Şuralar vasitəsilə 185 müraciətə baxılıb14:51İri ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib13:11Bakıda məktəbdə yanğın olub, 100 şagird təxliyyə edilib12:50Sabah hava necə olaxaq?12:04Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşəcək11:47"Nərimanov" elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur11:31Yevlaxda ağır yol qəzası, yaralılar var11:14Lənkəran rayonunun sitrus bağlarında çılpaq ilbizlərə qarşı mübarizə başlayıb10:46Təhsil müəssisələrində “Uşaq hüquqları aylığı” keçirilir10:25Təmas xəttində monitorinq keçiriləcək09:54Abonentlərin sayı 2 164 319-a çatıb09:10Ermənilər atəşkəsin pozulması zamanı iriçaplı pulemyotlardan da istifadə edir08:00Azərbaycanda vəzifəli şəxsin oğlu qəza törətdi19:48Bərdədə istixana istifadəyə verilib19:27Azərbaycan İlahiyyat İnstitutunda Konstitutsiya Günü qeyd edilib19:16İnam Kərimov vətəndaşları qəbul edəcək18:52İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib18:34AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib18:24Aİİ-də psixoloqla görüş keçirlib18:13Dövlət Komitəsində görüş keçirilib18:07Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfiri geri çağırılıb17:14Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub16:53Nəqliyyatın normal axınına maneə yaradan halların aradan qaldırılır16:11Binəqədi qəsəbə bəliyyəsindən daha bir sosial layihə15:54Binəqədi bələdiyyəsi loqo müsabiqəsi keçirir15:20Dini icmalar və gənclər dini radikalizmə qarşı15:20“İrəli” İctimai Birliyinin keçirdiyi intellektual yarışların daha bir region üzrə qalibləri müəyyənləşib14:16Konstitusiya Günü qeyd edilib13:26Tanınmış modelyer Hədəf Liseyində seminar-treninq keçirib13:06Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb12:54Sabah hava necə olacaq?12:33Alt paltarından 20000 dollar aşkar edildi
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2018 (228)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Yevlaxda fermerlərlə görüş keçirilib

05 noy 2018, 11:36   
Yevlaxda fermerlərlə görüş keçirilib


Newscenter.az.5.11.2018. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti “Regionlarda maarifləndirmə və sorğu” layihəsini davam etdirir. Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyinin informasiya təminatı şöbəsindən bildirilib ki, layihənin əsas məqsədi “Aqrolizinq” ASC-nin fəaliyyəti, o cümlədən texnikaların, texnoloji avadanlıqların, damazlıq heyvanların lizinqə verilməsi şərtləri, mineral gübrə və pestisidlərin satışı qaydaları, aqrotexniki xidmətlər barədə fermerləri məlumatlandırmaq, tətbiq edilən elektron xidmətlər, innovativ yeniliklər barədə vətəndaşların maarifləndirilməsi, vətəndaşlara Səhmdar Cəmiyyətin əlçatanlığının və yaxınlığının təmin edilməsi, bununla əlaqədar onların problemlərini, müraciət və təkliflərini dinləyərək həll edilməsi istiqamətində addımların atılmasıdır.

Yevlax şəhərindəki Heydər Əliyev Sarayında keçirilən növbəti görüşdə Yevlax, Ağdaş, Goranboy, Göyçay və Ucar rayonlarından olan fermerlər iştirak edib.

Görüşdə “Aqrolizinq” ASC-nin Aqrotexniki xidmətlər və avadanlıqlara texniki qulluğun təşkili şöbəsinin müdiri İsrafil İsmayılov “Kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsi”, Kənd təsərrüfatı texnikalarının və avadanlıqların lizinqi şöbəsinin müdiri İlyas Həsənov “10 illik lizinqli satış və 40 faiz güzəşt”, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Pestisidlər və mineral gübrələrin tədarükü, saxlanması və satışının tənzimlənməsi şöbəsinin müdiri Musa Hüseynov “Bol məhsul əldə etmək üçün mineral gübrə və pestisidlərin əhəmiyyəti. Gübrələrin və pestisidlərin güzəşt limitinin hesablanması” mövzularında çıxış ediblər. İnformasiya və elektron xidmətlər şöbəsinin müdiri Ayaz Qədirov “Aqrolizinq” ASC və fermer arasındakı münasibətlərin elektronlaşdırılması, elektron hökümət portalında xidmətlər barədə interaktiv təqdimat edib. Sonra ödənişlərin daha rahat və vaxt itkisi olmadan aparılması üçün inteqrasiya ödəniş sistemləri barəsində məlumat verilib. Burada xüsusi olaraq, asan ödəniş sistemi ilə aparılmış inteqrasiyanın nəticəsi olaraq Cəmiyyətin xidmətlərinə görə ödənişlərin ölkə üzrə bütün E-manat və Milli-ön ödəniş terminalları vasitəsilə aparılmasının mümkünlüyü qeyd olunub.

Təqdimat zamanı, həmçinin aqrotexniki xidmətlərdən yararlanmaq üçün fermerlərin mobil tətbiq üzərindən sifarişlərin verilməsi layihəsi barəsində ətraflı məlumat verilib və layihə ilə bağlı auditoriyada sorğu aparılıb.
Tədbirdə sahibkarların, fermerlərin və məhsul istehsalçılarının qarşılaşdıqları çətinliklər və onların həll yolları müzakirə edilib. Mineral gübrələrlə və pestisitlərlə, texnikalarının ehtiyat hissələri ilə təminat kimi məsələlərin həlli ilə bağlı təkliflər dinlənilib. Sonra region üzrə 20 vətəndaşa səyyar xidmət olaraq güzəşt müqavilələri təqdim edilib.

Qeyd edək ki, “Aqrolizinq” ASC respublikanın bütün regionlarına kənd təsərrüfatının, eləcə də pambıqçılığın inkişafı ilə bağlı yeni texnikaların bölgəyə gətirilərək lizinq yolu ilə vətəndaşların istifadəsinə verilməsini həyata keçirməkdədir. Cəmiyyətin yarandığı 2005-ci ildən etibarən Yevlax, Ucar, Ağdaş, Goranboy, Göyçay rayonlarından olan 748 istifadəçiyə lizinq yolu ilə ümumi dəyəri 33 milyon 820 min 669 manat təşkil edən 1885 ədəd kənd təsərrüfatı texnikaları verilib.
OXŞAR MÖVZULAR