Impera

XƏBƏR LENTİ
13:37Sabah hava necə olacaq?13:13Paytaxt məktəblərində maarifləndirici seminarlar keçirilir12:55İlham Əliyev belaruslu həmkarı ilə görüşüb12:46Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq12:28“Azərsu” işçi axtarır11:4813-cü Avropa Keyfiyyət Təminatı Forumu keçirilib11:22Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub10:50Azərbaycan diasporunun təşkilatlanmasında yeni mərhələ10:22Ümumordu iməciliyi keçiriləcək09:40Ermənilər 25 dəfə atəşkəsi pozub09:00Prezident İlham Əliyev Belarusa rəsmi səfərə gedib18:54İlahiyyat İnstitutu 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirib.18:33İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb18:11Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb17:53“Coca-Cola” şirkəti “Caspian Ecology 2018” sərgisində iştirak edib17:28Ağcabədidə “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda regional seminar keçirilib17:08Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün təlim keçirilib16:09Nazir Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşüb16:00Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni icra ediblər15:49Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı15:33Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib15:12Müəllim və valideynlər qəbul edilib14:50"İƏT Modeli" - 2018 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi14:20Prezident Sumqayıta gedib14:02“Strateji Yol Xəritəsi”nə dair əməkdaşlıq ediləcək13:50Kitabxana işinin təşkilinə dair təlimlər keçirilir13:25Qida Təhlükəsizliyi Agentliyi ilə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC arasında anlaşma memorandumu imzalanıb13:16“Kaspersky Lab” Sürixdə Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb və ilk şəffaflıq mərkəzini açıb13:00Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib12:50Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib12:48Şəffaflığın artırılmasına dair seminarlar keçirilir10:48Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir10:29Təhsil Nazirliyində yeni təyinat09:18Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutulub09:00Təhsil Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib08:15Qaradağda yanğın16:58Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib16:27Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq16:13Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib15:24Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək14:50İnternet İdarəçilik Forumunda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb14:12Bakı şəhərinə yeni icra başçısı təyin edilib13:38Fiziki imkanları məhdud şəxslərin rahat hərəkəti üçün problem yaradılır13:18Hövsan qəsəbəsinə içməli su məhdudiyyətlə veriləcək13:04Deputat Mahir Abbaszadəyə yüksək vəzifə verildi12:51Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclasları keçirilir12:39Baş Qərargah rəisi hərbi oyunların idarəetmə məntəqələrinin fəaliyyətini izləyib11:36“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq11:12Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir11:00Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub10:00Gənc ekoloqlar Hövsan Aerasiya Stansiyasında olublar09:23Təhsil müəssisələrində “Eko-təqdimatlar” keçirilir09:00Atəşkəs rejimi 26 dəfə pozulub15:52AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir15:11İqlim və Enerji üzrə Merlər Razılaşmasının Milli Əlaqələndiricisinin 2019-cü il üzrə İş Planı təsdiq edilib15:00Fuad Muradov Los-Ancelesdə görüşlər keçirib14:29Magiya ilə bağlı kitab çap edilib14:07Azərbaycan məhsullarının ixracı genişlənir12:33Valideynlər üçün “Açıq qapı” günləri keçirilir11:48Karateçilərimiz Türkiyədən medalla qayıdıb11:38Külli miqdarda zərgərlik məmulatının qeyri-qanuni yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb11:31Veysəloğlu rəhbərliyi şirkət əməkdaşlarının ali təhsil müəssisələrinə tələbə adını qazanan övladları ilə görüş keçirib10:49Kənd Təsərrüfatı Nazirliyi işçi axtarır10:37"Karvan" Ticarət Mərkəzi yenə yandı10:15Düşmən 29 dəfə atəşkəsi pozub09:06Daşkəsəndə dəhşətli yanğın, 5 nəfər yanaraq öldü08:41“Azəriqaz” İB tərəfindən 99 yaşayış məntəqəsinə təbii qaz verilib08:25Türkiyənin Azərbaycandakı səfiri Aİİ-ni ziyarət edib08:00Avropa Yenidənqurma və İnkişaf Bankı ilə energetika sektorunda islahatlara dəstək məsələsi müzakirə edilib15:52Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir15:26Naxçıvan Qarnizonu qoşunları həyəcan siqnalı ilə qaldırılıb15:02Oktyabr ayındaTexniki Şuralar vasitəsilə 185 müraciətə baxılıb14:51İri ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib13:11Bakıda məktəbdə yanğın olub, 100 şagird təxliyyə edilib12:50Sabah hava necə olaxaq?12:04Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşəcək11:47"Nərimanov" elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur11:31Yevlaxda ağır yol qəzası, yaralılar var11:14Lənkəran rayonunun sitrus bağlarında çılpaq ilbizlərə qarşı mübarizə başlayıb10:46Təhsil müəssisələrində “Uşaq hüquqları aylığı” keçirilir10:25Təmas xəttində monitorinq keçiriləcək09:54Abonentlərin sayı 2 164 319-a çatıb09:10Ermənilər atəşkəsin pozulması zamanı iriçaplı pulemyotlardan da istifadə edir08:00Azərbaycanda vəzifəli şəxsin oğlu qəza törətdi19:48Bərdədə istixana istifadəyə verilib19:27Azərbaycan İlahiyyat İnstitutunda Konstitutsiya Günü qeyd edilib19:16İnam Kərimov vətəndaşları qəbul edəcək18:52İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib18:34AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib18:24Aİİ-də psixoloqla görüş keçirlib18:13Dövlət Komitəsində görüş keçirilib18:07Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfiri geri çağırılıb17:14Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub16:53Nəqliyyatın normal axınına maneə yaradan halların aradan qaldırılır16:11Binəqədi qəsəbə bəliyyəsindən daha bir sosial layihə15:54Binəqədi bələdiyyəsi loqo müsabiqəsi keçirir15:20Dini icmalar və gənclər dini radikalizmə qarşı15:20“İrəli” İctimai Birliyinin keçirdiyi intellektual yarışların daha bir region üzrə qalibləri müəyyənləşib14:16Konstitusiya Günü qeyd edilib13:26Tanınmış modelyer Hədəf Liseyində seminar-treninq keçirib
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2018 (232)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Azərbaycan nümayəndə heyəti Çində səfərdədir

07 noy 2018, 12:42   
Azərbaycan nümayəndə heyəti Çində səfərdədir


Newscenter.az.7.11.2018.
İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və sahibkarlardan ibarət nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.

Newscenter.az-a nazirlikdən bildirilib ki, səfərin ilk günü İqtisadiyyat naziri Şahin Mustafayev Şanxayda keçirilən Birinci Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində iştirak edib.

Sərginin açılış mərasimində Çin Xalq Respublikasının sədri Si Cinpin çıxış edib.

Qeyd edək ki, Milli Sərgi və Konqres Mərkəzində təşkil olunan Sərgidə 170 ölkədən 3 mindən çox şirkət təmsil olunur. Bu, Çində idxal məhsullarının ilk sərgisidir. 100-dən çox yeni məhsul və texnologiyalar ilk dəfə olaraq məhz bu Sərgidə nümayiş olunur.

Sərgidə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkətinin 180 çeşiddən artıq məhsulları qida və kənd təsərrüfatı məhsulları, həmçinin xidmətlər pavilionlarında təqdim edilir. İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın üzüm və meyvə şərabları və digər spirtli içkilər, çay, meyvə şirələri, mürəbbələr və digər konserv məhsulları, qənnadı məmulatları, fındıq, quru meyvələr və s. qida məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur. Azərbaycan pavilyonlarında Sərgi ziyarətçilərinə məhsullarımız və xidmətlər barədə məlumat verilir, müxtəlif maarifləndirici materiallar təqdim edilir. Həmçinin, Sərginin müxtəlif yerlərində “Made in Azerbaijan” reklam lövhələri quraşdırılıb. Noyabrın 10-dək davam edəcək Sərgi çərçivəsində Çinin kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distributorları ilə Azərbaycan şirkətlərinin görüşləri təşkil olunacaq.

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Birinci Çin Beynəlxalq İdxal Sərgisi ilə tanış olub.

Birinci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində bir sıra forumlar da keçirilir. Azərbaycan nümayəndə heyəti noyabrın 6-da Çin Xalq Respublikasının Bazar Tənzimlənməsi Administrasiyasının, Xarici ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının və Şanxay Bələdiyyəsinin birgə təşkil etdiyi “Kəmər və yol ekoloji kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi” Forumunda iştirak edib.

Forumda çıxış edən Şahin Mustafayev Azərbaycan-Çin münasibətlərinin qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslandığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi və aparılan intensiv dialoq ölkələrimiz arasında iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafı

üçün əlverişli zəmin yaradır. Azərbaycan Çinin “Kəmər və yol” strategiyasını dəstəkləyən ilk ölkələrdən olmaqla yanaşı, bu təşəbbüsün reallaşdırılmasında yaxından iştirak edir. Çinin “Kəmər və yol” təşəbbüsü çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialından istifadə olunması iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır. Nəqliyyat-tranzit sahəsi ilə yanaşı, Azərbaycan Çinlə kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində də əməkdaşlıqda maraqlıdır. Çin şirkətləri artıq pambıqçılığın və ipəkçiliyin maddi-texniki bazasının inkişafında Azərbaycanla uğurlu əməkdaşlıq edir.

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı Azərbaycanda həyata keçirilən tədbirlər barədə məlumat verən nazir Şahin Mustafayev Azərbaycanda kənd təsərrüfatının inkişafına böyük önəm veridiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycanda kənd təsərrüfatı istehsalçıları vergidən azaddır, onların güzəştli maliyyə resurslarına çıxışı üçün geniş imkanlar yaradılıb, texnika və lazımi infrastrukturla təmin edilib, suvarma sisteminin modernləşdirilməsi, investisiya və ixracın təşviqi proqramları ilə dəstək göstərilir, kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalar verilir. Həyata keçirilən tədbirlər nəticəsində son 15 ildə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı 1,7 dəfə, bu ilin 9 ayı ərzində isə 4,3% artıb. Azərbaycanın qeyri-neft ixracında kənd təsərrüfatı məhsullarının payı 47%-dən çoxdur. İxracın stimullaşdırılması tədbirləri nəticəsində kənd təsərrüfatı məhsullarının ixracı bu ilin ötən dövründə 13% artıb.

İqtisadiyyat naziri vurğulayıb ki, Azərbaycanda aparılan sistemli islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Yeni hesabatda Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında isə liderlik mövqeyinə yüksəlib. Ölkəmiz iki indikator üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib, kiçik investorların maraqlarının qorunması indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, biznesə başlama indikatoru üzrə isə ilk onluğa düşməyə nail olub.

Ərzaq təhlükəsizliyinə gəlincə, Şahin Mustafayev qeyd edib ki, son illər həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində ərzaq təhlükəsizliyi sisteminin optimallaşdırılması sahəsində də ciddi işlər görülüb, ərzaq təhlükəsizliyi sahəsində qabaqcıl ölkələrin təcrübəsinin tətbiqinin daha da genişləndirilməsi üçün ikitərəfli və çoxtərəfli formatda işlər aparılır.

Azərbaycan nümayəndə heyətinin üzvləri – Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə Forum çərçivəsində keçirilmiş “Ticarət və investisiya” Forumunda iştirak ediblər.
OXŞAR MÖVZULAR