Impera

XƏBƏR LENTİ
14:25AQTA rəhbərliyi Şamaxıda görüş keçirəcək14:10Hərbi Akademiyada ingilis dili kursunun növbəti buraxılışı olub13:28“Azəriqaz” abonentlərin işini asanlaşdırır12:43ASK-nin növbəti qurultayı keçiriləcək12:23Aİİ-də Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş konfrans keçirilib12:06“Şagirdlər tanıdır” layihəsi keçirilir11:52Prezident Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib11:48Nazir vətəndaşları qəbul edəcək11:36Narkomaniya xəstələri öz davranışlarına fərdi-iradi nəzarəti itirirlər və bu hal müxtəlif cinayətlərin törədilməsini asanlaşdırır11:10İstanbulda Gənc Azərbaycanlılar Dərnəyi fəaliyyətə başlayı10:55Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Açıq qapı günü” keçiriləcək10:45Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib10:20Dayanma durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirləri görülür10:00Bu psixoloqun qanında ya erməni qanı var, ya da elə onlara işləyir09:30Atəşkəs rejimi 28 dəfə pozulub09:15AQTA nümayəndələri Şəkidə işlə təmin olunmaq üçün müraciət edən vətəndaşlarla görüşüb09:00BNA qanvermə aksiyası keçirib18:49Daha 3959 arıçıya subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib18:33Azərbaycan-Rusiya Dövlət Komissiyasının iclası keçirilib18:20Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb18:00Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb17:46Şagirdlər arasında çempionat keçirilib17:37İstanbulda “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib17:20Bakı-Tbilisi-Qars marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının Almaniyada sınaq testləri keçirilir17:10Prezident İlham Əliyev FHN-in bir qrup əməkdaşını təltif edib - SİYAHI17:00Bərpa olunan enerji sahəsində dövlət-özəl sektor münasibətləri müzakirə edilib16:55Nazir vətəndaşlarla görüşüb16:30Aİİ-də İndoneziya səfiri ilə tələbələrin görüşü keçirilib14:48AzTU-da Karyera Sərgisi keçirilib14:33Babək prospektinin yenidən qurulması yekunlaşıb14:27Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib13:47Özbəkistanda BƏT-in beynəlxalq konfransı keçirilib13:20Sabahın hava proqnozu açıqlanıb12:48“Qayğı ilə istifadə et” layihəsinin icrasına başlanıb12:30Quş qripi ilə bağlı xəbərdarlıq edildi12:06Dubayda daha bir ünvanda Azərbaycan bayrağı dalğalandı11:46İşlə təmin olunan 1000-ci ASAN Kadr məlum oldu11:34"İstedadların hazırlığı laboratoriyası" II Beynəlxalq Olimpiadasının qalibləri mükaftlandırılıb11:00Respublikamızda məzhəblər arasında həmrəylik mövcuddur10:20“Kiçik akademiya”ların fəaliyyəti təkmilləşdirilir09:49“İçərişəhər” metro stansiyasında “Əl işləri yarmarkası” açılacaq09:35Atəşkəs rejimi 26 dəfə pozulub09:00Abonentlərin sayı 2 173 748-ə çatıb08:46Daha bir kəndə təbii qaz verilib08:26Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb16:09“Bərpa olunan enerji mənbələri üzrə qanunvericiliyin hazırlanmasında dövlət və özəl sektor arasında əməkdaşlıq mövzusunda tədbir keçiriləcək15:53“Sağlam məktəbli” layihəsi davam edir15:46Azərbaycan-Rusiya Birgə Komissiyası”nın növbəti XV iclası keçirilib15:33Tələbələrə dövlət qulluğu ilə bağlı məlumat verilib15:05“Davamlı İnkişaf üzrə Gənclərin Tədqiqat və Təlim Mərkəzi”nin yaradılması haqqında Əməkdaşlıq Memorandumu imzalanıb14:45Avropa həmrəylik korpusunun şərq tərəfdaşlığı ölkələri üçün açılış tədbiri keçiriləcək13:22"100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazıram”13:00“Bitməyən Ümid" filminin təqdimat mərasimi keçiriləcək12:52“Azərbaycanda sufilik” mövzusunda “dəyirmi masa” keçirilib12:31“Türk Hava Yolları” bu il 70 milyona yaxın sərnişin daşıyıb12:13"Hədəf" Liseyi Robototexnika üzrə dünya nəhəngi ilə müqavilə imzalayıb11:55Təhsil Nazirliyi qadınlar arasında İT-nin təbliğinə görə mükafatlandırılıb11:32Əməkdaşlıq münasibətləri vergi nəzarətinin zəifləməsi demək deyil11:25Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Abu Dabidə anılıb11:12Nazir vətəndaşlarla görüşəcək10:54Sənəd qəbulu başa çatır10:37Özbəkistandan idxal edilən 31 ton kişmiş zərərsizləşdirilib09:47BƏƏ-nin kolalarab.net internet portalında “Azərbaycan xalqı öz ümummilli lideri Heydər Əliyevi unutmur” sərlöhvəli məqalə dərc edilib09:15Düşmən 23 dəfə atəşkəsi pozub08:45Dövlət Komitəsində ulu öndərin xatirəsi anılıb08:18Heydər Əliyev Misirdə anılıb11:21Məktəblərdə Heydər Əliyevin anım günü keçirilib10:2726 rayon üzrə 2189 arıçıya subsidiya verilib10:00Bu ilin 11-ayı ərzində çoxmərtəbəli binalar üzrə 25430 mənzildə təbii qazın açılması təmin olunub09:50Zərərvericilərə qarşı nəzarət tədbirləri gücləndirilib09:30Ermənilər mövqelərimizi iriçaplı pulemyotlardan atəşə tutub09:00Nəcməddin Sadıkov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı ilə görüşüb11:55Cari ilin noyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 801 min barrel olub11:46Əlahiddə Ümumqoşun Ordunun HHM bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib11:30Müəllimlər üçün seminarlar keçirilir11:06Vərəmlə Mübarizə layihəsinin yekun nəticələrinə həsr edilmiş konfrans keçiriləcək10:48Ukraynada Heydər Əliyevin anım mərasimi keçirilib10:33Bu yollarda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq ediləcək09:40Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq09:11Atəşkəs rejimi 24 dəfə pozulub08:46“BakuBus”-da çalışan sürücülərin əmək haqları artırılıb08:33Azərbaycanda Milli Təhsil Forumu keçiriləcək18:59İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibləri mükafatlandırılıb18:31Gələn il “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” sistemi fəaliyyətə başlayacaq18:06Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı biznes forumu keçiriləcək17:55“AGTECH AND GREEN ENERGY” beynəlxalq forumunun açılış mərasimi keçirilib17:45“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilir17:38Kanadadakı azərbaycanlıları erməni təxribatına etiraz edir17:30Azərbaycanda elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdiriləcək17:25Bu ərazilərə içməli su məhdudiyyətlə veriləcək17:20Azərbaycanla Türkiyə arasında Kənd Təsərrüfatı Sığortası üzrə Əməkdaşlıq Protokolu imzalanıb16:18ATU-da milli lider Heydər Əliyevin anım mərasimi keçirilib15:37DGK sədri Hindistan səfiri ilə görüşüb15:27Aİİ-də müzakirələr aparılıb15:00Noyabr ayında Texniki Şuralar vasitəsilə 137 müraciətə baxılıb14:46Miqrasiya Xidmətində ixtisasartırma kursu təşkil edilib14:35Autizmli uşaqlarla bağlı film təqdimatı keçiriləcək14:14Avtomobilin yanacaq çəninin içərisindən pirotexniki vasitələr tapılıb13:50Gürcüstandakı Ahıska türkləri ilə görüş keçirilib13:35“Coca-Cola” Fondu dünya üzrə sosial layihələrə 1 mlrd. dollar yatırıb
BÜTÜN XƏBƏRLƏR
Dekabr 2018 (199)
Noyabr 2018 (438)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Azərbaycan məhsullarının ixracı genişlənir

14 noy 2018, 14:07   
Azərbaycan məhsullarının ixracı genişlənir


Newscenter.az.14.11.2018
. Noyabrın 14-də Bakı Biznes Mərkəzində Azərbaycan məhsullarının tanıdılıması və “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlərə dair mətbuat konfransı keçirilib.

Newscenter.az xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib ki, 4-8 noyabr tarixlərində İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Şanxay şəhərində səfərdə olub. Səfər barədə ətraflı məlumat verən nazir müavini bildirib ki, səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Şanxay şəhərində Birinci Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində iştirak edib. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkətinin 180 çeşiddən artıq məhsulları qida və kənd təsərrüfatı məhsulları, həmçinin xidmətlər pavilionlarında təqdim olunub. Sərgi çərçivəsində Çinin kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distributorları ilə Azərbaycan şirkətlərinin görüşləri təşkil olunub.

Diqqətə çatdırılıb ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti “Kəmər və yol ekoloji kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi”, “Ticarət və investisiya” və “Qlobal ticarət və beynəlxalq logistika” forumlarında iştirak edib.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Çin Dəmir Yolları Korporasiyasının rəhbəri Lu Donqfu, Çinin Dövlət Gömrük Administrasiyasının sədr müavini Li Quo və “Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkətinin vitse-prezidenti Cenq Çenqçün ilə görüşüb. Bu görüşlərdə Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsinin ölkələrimiz arasında əlaqələrin genişlənməsində önəmi vurğulanıb, Azərbaycan-Çin iqtisadi əlaqələri və əməkdaşlıq perspektivləri barədə məlumat verilib.

Səfər zamanı həmçinin, Azərbaycan nümayəndə heyətinin rəhbəri, İqtisadiyyat naziri Şahin Mustafayev Ukrayna Baş nazirinin müavini Stepan Kubiv ilə görüşərək Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıb, sənaye, əczaçılıq, energetika, turizm və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə edib.

İqtisadiyyat naziri Şahin Mustafayev Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzi Administrasiyasının rəis müavini Li Cinsonq ilə də görüşüb. Görüşdə Vayqaoçao Azad Ticarət Zonası, burada yaradılmış “vahid pəncərə” sistemi, tətbiq olunan qanunvericilik, gömrük, maliyyə və logistika xidmətləri, zonanın rezidentləri barədə Azərbaycan nümayəndə heyətinə məlumat verilib, bu sahədə Çin təcrübəsi barədə fikir mübadiləsi aparılıb.

Nazir Şahin Mustafayevin Çinin “Greenland” şirkətinin prezidenti Can Yulianq ilə görüşündə isə “Greenland”lə otelçilik, turizm, xəstəxanaların idarə olunması və digər sahələrdə əməkdaşlığa, şirkətə məxsus "G-super" marketlər şəbəkəsində Azərbaycan məhsullarının satışına dair müzakirələr aparılıb, şirkətin ölkəmizdə həyata keçirilən investisiya layihələrində iştirak edə biləcəyi diqqətə çatdırılıb.

Səfər çərçivəsində AZPROMO və “Greenland Zhongxuan” Beynəlxalq Ticarət Şirkəti arasında iqtisadi və ticarət əməkdaşlığının inkişafına dair Anlaşma Memorandumu, AZPROMO və Çinin “Shanghai Jizhi Investment Management” şirkəti arasında “Greenland Global” Ticarət Mərkəzində sərgi pavilyonunun icarəsinə dair Müqavilə imzalanıb. Görüşdə həmçinin, “Azersun Holdinq” şirkəti və “Greenland Zhongxuan” Beynəlxalq Ticarət Şirkəti arasında 2 mln. ABŞ dolları dəyərində, “Şərq Ulduzu” şirkəti və “Greenland Zhongxuan” arasında 1 mln. ABŞ dolları dəyərində məhsulların Çinə ixracına dair niyyət memorandumları imzalanıb.

Qeyd olunub ki, 7 noyabr tarixində Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Çinin ilk və ən böyük ticarət zonası olan Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində (İTOC) “Azərbaycan Şərab Evi” açılıb. Bu, Azərbaycanın Çindəki sayca ikinci Şərab Evidir. “Azərbaycan Şərab Evi”ndə məhsullarımızın sərgisi, topdan və pərakəndə satışı, habelə dequstasiyası həyata keçiriləcək. Burada yerli şirkətlərimizin istehsal etdiyi 120 çeşiddən çox üzüm və meyvə şərabları, spirtli içkilər, meyvə distillatları və s. nümayiş olunur. Çinin digər bölgələrində də Azərbaycan Şərab və Ticarət evlərinin yaradılması nəzərdə tutulur.

“Made in Azerbaijan” brendinin təşviqi Azərbaycan məhsullarının, xüsusi ilə də Çin bazarına ixracının artırılması məqsədilə görülən tədbirlərin davamı olaraq Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzinin “Direct İmported Goods” (“DİG”) marketlər şəbəkəsində Azərbaycan şərablarının və digər spirtli içkilərin satışına başlanıb.

Səfər çərçivəsində Azərbaycan məhsullarının Çin bazarında satışının artırılması məqsədi ilə “Greenland” şirkətinin “G-hub Ticarət Mərkəzi”ndə Azərbaycan pavilyonu açılıb. Burada Azərbaycan istehsalı olan müxtəlif məhsulların – şərab və spirtli içkilərin, qida məhsullarının və s. “Made in Azerbaijan” brendi ilə satışı həyata keçiriləcək.

Mətbuat konfransında həmçinin, məlumat verilib ki, İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə 12-18 oktyabr tarixlərində Monqolustanın Ulan-bator şəhərinə ixrac missiyası təşkil olunub. Şərab və digər spirtli içkilər, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, müalicəvi bitki çayları, qənnadı məmulatları, mineral sular, İKT və digər sahələrdə fəaliyyət göstərən 17 Azərbaycan şirkətinin iştirak etdiyi ixrac missiyası zamanı monqolustanlı iş adamları ilə ikitərəfli görüşlər keçirilib, ixrac məsələlərinə dair müzakirələr aparılıb.

23-27 oktyabr tarixlərində Azərbaycanın ixrac missiyası İstanbul şəhərində olub. Naxçıvan Muxtar Respublikasında qida, inşaat və tikinti materialları, kimya sənayesi, mebel istehsalı və turizm sahələrində fəaliyyət göstərən 19 şirkətin təmsil olunduğu missiya çərçivəsində məhsulların Türkiyəyə ixracına dair razılaşmalar əldə olunub.

6-9 noyabr tarixlərində Bolqarıstanın Sofiya şəhərində səfərdə olmuş Azərbaycanın ixrac missiyasına daxil olan yerli şirkətlərimiz bolqarıstanlı həmkarları ilə görüşlər keçirib, Sofiyada “Interfood & Drink” sərgisini ziyarət edib, ölkənin aparıcı topdansatış və mağaza şəbəkələrində olublar. Missiyaya daxil olan Azərbaycan şirkətlərinin istehsal etdiyi nar, nar şirəsi, fındıq və digər məhsulların Bolqarıstana ixracına dair razılığa gəlinib.

Sonra iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan məhsullarının tanıdılması, qeyri-neft ixracının genişləndirilməsi və “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görüləcək tədbirlərdən danışıb, KİV nümayəndələrinin sualları cavablandırılıb
OXŞAR MÖVZULAR