Impera

XƏBƏR LENTİ
11:34"İstedadların hazırlığı laboratoriyası" II Beynəlxalq Olimpiadasının qalibləri mükaftlandırılıb11:00Respublikamızda məzhəblər arasında həmrəylik mövcuddur09:49“İçərişəhər” metro stansiyasında “Əl işləri yarmarkası” açılacaq09:35Atəşkəs rejimi 26 dəfə pozulub09:00Abonentlərin sayı 2 173 748-ə çatıb08:46Daha bir kəndə təbii qaz verilib08:26Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb16:09“Bərpa olunan enerji mənbələri üzrə qanunvericiliyin hazırlanmasında dövlət və özəl sektor arasında əməkdaşlıq mövzusunda tədbir keçiriləcək15:53“Sağlam məktəbli” layihəsi davam edir15:46Azərbaycan-Rusiya Birgə Komissiyası”nın növbəti XV iclası keçirilib15:33Tələbələrə dövlət qulluğu ilə bağlı məlumat verilib15:05“Davamlı İnkişaf üzrə Gənclərin Tədqiqat və Təlim Mərkəzi”nin yaradılması haqqında Əməkdaşlıq Memorandumu imzalanıb14:45Avropa həmrəylik korpusunun şərq tərəfdaşlığı ölkələri üçün açılış tədbiri keçiriləcək13:22"100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazıram”13:00“Bitməyən Ümid" filminin təqdimat mərasimi keçiriləcək12:52“Azərbaycanda sufilik” mövzusunda “dəyirmi masa” keçirilib12:31“Türk Hava Yolları” bu il 70 milyona yaxın sərnişin daşıyıb12:13"Hədəf" Liseyi Robototexnika üzrə dünya nəhəngi ilə müqavilə imzalayıb11:55Təhsil Nazirliyi qadınlar arasında İT-nin təbliğinə görə mükafatlandırılıb11:32Əməkdaşlıq münasibətləri vergi nəzarətinin zəifləməsi demək deyil11:25Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Abu Dabidə anılıb11:12Nazir vətəndaşlarla görüşəcək10:54Sənəd qəbulu başa çatır10:37Özbəkistandan idxal edilən 31 ton kişmiş zərərsizləşdirilib09:47BƏƏ-nin kolalarab.net internet portalında “Azərbaycan xalqı öz ümummilli lideri Heydər Əliyevi unutmur” sərlöhvəli məqalə dərc edilib09:15Düşmən 23 dəfə atəşkəsi pozub08:45Dövlət Komitəsində ulu öndərin xatirəsi anılıb08:18Heydər Əliyev Misirdə anılıb11:21Məktəblərdə Heydər Əliyevin anım günü keçirilib10:2726 rayon üzrə 2189 arıçıya subsidiya verilib10:00Bu ilin 11-ayı ərzində çoxmərtəbəli binalar üzrə 25430 mənzildə təbii qazın açılması təmin olunub09:50Zərərvericilərə qarşı nəzarət tədbirləri gücləndirilib09:30Ermənilər mövqelərimizi iriçaplı pulemyotlardan atəşə tutub09:00Nəcməddin Sadıkov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı ilə görüşüb11:55Cari ilin noyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 801 min barrel olub11:46Əlahiddə Ümumqoşun Ordunun HHM bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib11:30Müəllimlər üçün seminarlar keçirilir11:06Vərəmlə Mübarizə layihəsinin yekun nəticələrinə həsr edilmiş konfrans keçiriləcək10:48Ukraynada Heydər Əliyevin anım mərasimi keçirilib10:33Bu yollarda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq ediləcək09:40Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq09:11Atəşkəs rejimi 24 dəfə pozulub08:46“BakuBus”-da çalışan sürücülərin əmək haqları artırılıb08:33Azərbaycanda Milli Təhsil Forumu keçiriləcək18:59İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibləri mükafatlandırılıb18:31Gələn il “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” sistemi fəaliyyətə başlayacaq18:06Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı biznes forumu keçiriləcək17:55“AGTECH AND GREEN ENERGY” beynəlxalq forumunun açılış mərasimi keçirilib17:45“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilir17:38Kanadadakı azərbaycanlıları erməni təxribatına etiraz edir17:30Azərbaycanda elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdiriləcək17:25Bu ərazilərə içməli su məhdudiyyətlə veriləcək17:20Azərbaycanla Türkiyə arasında Kənd Təsərrüfatı Sığortası üzrə Əməkdaşlıq Protokolu imzalanıb16:18ATU-da milli lider Heydər Əliyevin anım mərasimi keçirilib15:37DGK sədri Hindistan səfiri ilə görüşüb15:27Aİİ-də müzakirələr aparılıb15:00Noyabr ayında Texniki Şuralar vasitəsilə 137 müraciətə baxılıb14:46Miqrasiya Xidmətində ixtisasartırma kursu təşkil edilib14:35Autizmli uşaqlarla bağlı film təqdimatı keçiriləcək14:14Avtomobilin yanacaq çəninin içərisindən pirotexniki vasitələr tapılıb13:50Gürcüstandakı Ahıska türkləri ilə görüş keçirilib13:35“Coca-Cola” Fondu dünya üzrə sosial layihələrə 1 mlrd. dollar yatırıb13:18“AtaTravel” və “Edem Resort”un yeniilqabağı aksiyası start götürüb13:10Gənclərin ll Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçiriləcək12:53“İrəli” daha bir layihəyə yekun vurdu12:40Külli miqdarda aksiz markasızsiqaret aşkar olunub12:30Tam orta təhsil səviyyəsi üzrə eksternat imtahanları keçiriləcək12:06Ağdamda 35 subartezian quyusu qazılacaq10:21Miqrasiya Xidmətinin rəisi 110-dan çox əcnəbini və vətəndaşlığı olmayan şəxsi qəbul edib10:00Hacıbəylilər nəslinin nümayəndələri Azərbaycan tarixi ilə yaxından tanış olub09:32Düşmən 27 dəfə atəşkəsi pozub12:05İlahiyyat İnstitutunun Tələbə Elmi Cəmiyyəti yaradılıb11:52Nazir vətəndaşlarla görüşüb11:26Polşada “Azərbaycan Ticarət Evi” açılıb10:00İrandan quş ətinin idxalına məhdudiyyət qoyuldu09:46ABŞ-da qadın ölü hesab etdiyi qızını 69 il sonra tapıb09:17Atəşkəs rejimi 25 dəfə pozulub09:00Qəbələnin daha iki kəndinə təbii qaz verilib08:14AZTA əməkdaşlıq memorandumu imzalayıb19:236 Bir sıra müntəzəm marşrut xətləri üzrə dəyişiklik edilib18:37Ceyhun Hacıbəylinin varisləri bu gün Bakının bir neçə ali məktəbində olub18:11Bakıda yerləşən Uşaq evlərinin sakinləri “Bakutel-2018” sərgisinə ekskursiya edib17:28Metropoliten daha bir sosial aksiya həyata keçirib17:11Türkiyənin məşhur televiziya verilişi Azərbaycanın turizm bölgələrinə həsr olunmuş silsilə verilişlərini başa çatdırıb16:52Macarıstanın Tibb Universitetinin nümayəndələri ATU-da qonaq olublar16:34Nazir Biləsuvarda vətəndaşları qəbul edəcək16:16İsrail ilə innovasiya sahəsində əməkdaşlıq genişləndiriləcək15:58“Sağlam məktəbli” layihəsi davam edir15:53“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib15:42“GƏNC İNVESTOR” III simulyasiya yarışı keçiriləcək15:30Beynəlxalq Avtovağzal Kompleksində “Şəbəkə” xidmət mərkəzi istifadəyə verilib15:104 yaşlı uşaqda nadir genetik xəstəlik təsdiqlənib14:51AgTech and Green Energy” forumu ADA Universitetində keçiriləıcək12:47Dövlət Komitəsində Ceyhun Hacıbəylinin gəlini və nəvəsi ilə görüş olub12:25Aİİ-də növbəti təlim keçirilib11:18Fənn müəllimləri üçün seminarlar keçirilir11:00Energetika naziri səudiyyəli həmkarı ilə görüşüb10:49Bu küçədə hərəkət məhdudlaşdırılır10:00Düşmən atəşkəsin pozulması zamanı iriçaplı pulemyotlardan istifadə edir08:53Müdafiə naziri cəbhəboyu zonada yerləşən tank hərbi hissəsinin açılışında iştirak edib
BÜTÜN XƏBƏRLƏR
Dekabr 2018 (161)
Noyabr 2018 (438)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

“Microsoft” korporasiyası “Bakutel2018” sərgisində innovasiya texnologiyalarını təqdim edəcək

30 noy 2018, 16:25   
“Microsoft” korporasiyası “Bakutel2018” sərgisində innovasiya texnologiyalarını təqdim edəcək


Newscenter.az.30.11.2018.
.“Microsoft” korporasiyası dekabrın 4-dən 7-dək Bakıda keçiriləcək 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (“Bakutel 2017”) bir sıra innovativ texnologiyalar nümayiş etdirəcək.

Newscenter.az xəbər verir ki, korporasiyanın bu tədbirdə iştirakının əsas məqsədi müxtəlif sahələrdəinnovasiya texnologiyalarını geniş insan kütləsinə təqdim etməkdir.

“Microsoft”un stendində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Tədris Mərkəzi ilə “Microsoft Azerbaijan” şirkəti arasında imzalanmış anlaşma memorandumu çərçivəsində Azərbaycanda ilk dəfə yaradılmış “Əşyaların İnterneti” laboratoriyasının (IoT lab) təqdimatı keçiriləcək. Laboratoriya innovasiya sahəsində ölkədə gənc mütəxəssislərin kadr potensialını artıracaq. Yaradılacaq yeni laboratoriyada innovasiyaları tətbiq edərək istənilən şəxs öz bilik və bacarıqlarını realizə edə biləcək. Onu da qeyd etmək lazımdır ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun hazırlanmış “Microsoft”un Azərbaycan üzrə Milli Planının əsas komponentlərinə innovasiya sektorunun inkişafı, təşkilatların iqtisadi effektivliyini artırılması və təhsil sisteminin modifikasiyası daxildir.

Bundan başqa, stenddə “Microsoft” korporasiyasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlığının nəticələri, həmçinin, Azərbaycanın dövlət təşkilatlarını lisenziyalı proqram təminatı ilə təmin etmək məqsədilə Nazirlik və “Microsoft” arasında bu yay imzalanmış saziş çərçivəsində cari fəaliyyəti əks olunacaq. Tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının kompüterlərini "Microsoft" proqram təminatı lisenziyaları ilə təmin etmək, habelə ali təhsil müəssisələrini akademik güzəşt ilə lisenziyalaşdırmaq nəzərdə tutulub. Sənəd 3-iilik müddəti əhatə edir və “Microsoft”un Azərbaycanın dövlət strukturları ilə sıx əlaqəni nəzərdə tutur.
Proqram təminatının əldə olunmasından başqa sazişə ölkədə müdafiə olunmuş mühitin yaradılması, qeyri-neft sektorunun inkişafı, yeni sektor və seqmentlərin yaradılması, innovasiya yönümlü elektron xidmətlərin yaradılması, sözügedən xidmətlərinin genişləndirilməsi və s. daxildir. Bütün bunlar ölkənin beynəlxalq reytinqlərində mövqeyini yaxşılaşdırmasına, ümumiyyətlə, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb olunmasına imkan verəcək. İmzalanmış sənəd çərçivəsində tələbə və şagirdlər “Minecraft: Education Edition” oyunundan tam pulsuz şəkildə istifadə edə bilərlər.

Sərgi iştirakçıları “Microsoft”un stendində təhsil üçün innovasiya həllərinin geniş spektri ilə tanış ola biləcəklər. Burada Azərbaycanın müxtəlif universitetlərinin tələbələri – “Microsoft Imagine Cup” beynəlxalq texnologiya müsabiqəsinin iştirakşıları və qalibləri “Azure” bazasında hazırlanmış və ölkənin innovasiya potensialının artmasına yönələn öz startap layihələrini nümayiş etdirəcəklər.

“Microsoft”un stendində müasir texnologiyalarla iqtisadiyyatın müxtəlif sahələrini birləşdirən “HoloLens” əlavə reallıq eynəkləri də təqdim olunacaq. Bu eynək sayəsində, məsələn, insan anatomiyasını öyrənmək, ən əsası isə mürəkkəb cərrahiyyə əməliyyatları həyata keçirmək mümkündür. Stendin ziyarətçilərinə “Microsoft HoloLens”in unikal texnologiyaları və yerli həkimlər tərəfindən hazırlanmış metodika sayəsində dünya praktikasında ilk dəfə Azərbaycanda lokal klinikada rekonstruktiv əməliyyatın keçirilməsi barədə ətraflı məlumat veriləcək.

«“Bakutel 2018” sərgisi İKT sektorunun dünyada son tendensiyalarını, həmçinin, sözügedən sahənin Azərbaycanda inkişaf perspektivlərini müzakirə etməyə imkan yaradır.“Microsoft”un “Bakutel 2018”sərgisində əsas hədəfi – geniş kütləni qlobal texnoloji innovasiyalar barədə məlumatdırmaq və Azərbaycan şirkətlərinə ölkə iqtisadiyyatının gələcək inkişafına təkan verəcək layihələri nümayiş etdirmək imkanı yaratmaqdır. Biz Azərbaycanın dövlət və kommersiya təşkilatlarınını nümayəndələrini, tələbə və müəllimləri, istedadlı gəncləri həm son istehlakçılara, həm də həmkarlara öz nailiyyətlərini nümayiş etdirməyə, yeni işgüzar əlaqələr yaratmağa, İKT sahəsinin aparıcı mütəxəssislərinin fikirlərini öyrənməyə və “Microsoft”un fəaliyyəti ilə tanış olmağa imkan yaradan sərgini ziyarət etməyə çağırırıq. Sözsüz ki, “Bakutel” sərgisi Azərbaycan və bütün Cənubi Qafqazda informasiya və yüksək texnologiyalar sahəsini inkişaf etdirən katalizatorlardan biridir», - deyə “Microsoft Azərbaycan”şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.
OXŞAR MÖVZULAR