Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aprel ayında BŞTİ-yə 6 238 müraciət daxil olub

Aprel ayında BŞTİ-yə 6 238 müraciət daxil olub


Newscenter.az.2.05.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin aprel ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Newscenter.az-a İdarədən bildirilib ki, qeyd olunan müddət ərzində ümumilikdə, 6 238 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 2 077 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2 221 vətəndaş müraciəti daxil olub. 202 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Vətəndaşların Qəbulu Mərkəzində 1 255 sənəd (vətəndaşlar tərəfindən 156 ərizə, Təhsil Nazirliyindən 195, digər qurumlardan 288, məktəblərdən 434 məktub, 83 strukturdaxili yazışma və 99 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 483 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagirdlərin yerdəyişməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.

Qeyd edək ki, aprel ayı ərzində, həmçinin BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə Bakının 5 rayonu (Qaradağ, Səbail, Yasamal, Nizami və Nərimanov rayonları) üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
R.Mehdiyeva
Xəbəri paylaş