Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri Goranboy rayon İcra Hakimiyyətində görüş keçirdilər



Newscenter.az.14.10.2019.
Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə görüşüblər.

Newscenter.az xəbər verir ki, görüşdə BMqT-nin nümayəndələri Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi barədə məlumat veriblər.

Görüş zamanı qeyd olunan layihə çərçivəsində rayonun Tatarlı və Şəfibəyli kəndlərində kəhrizlərin texniki qiymətləndirməsinin aparılması ilə bağlı müzakirələr aparıldı. BMqT-nin mütəxəssisləri ümumilikdə Goranboy rayonu ərazisində 8 kəhrizin bərpasının nəzərdə tutulduğunu bildiriblər.

Kəhrizlərin rayon təsərrüfatı üçün mühüm əhəmiyyətini qeyd edən Məhərrəm Quliyev BMqT-nin rayon ərazisində gördükləri işlərə hərtərəfli dəstək verəcəklərini bildirib.

Qeyd edək ki, BMqT-nin həyata keçirdiyi dörd illik layihə ölkə ərazisində ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəyə təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.

Zaur
Xəbəri paylaş