Newscenter.az.14.10.2019. “Azəriqaz” İstehsalat Birliyi ölkədə əhali abonentlərinin qaz xətləri üzərində quraşdırılan və istismar müddəti başa çatan qaz sayğaclarının əvəz edilməsi prosesini davam etdirir.
Newscenter.az-a İstehsalat Birliyindən daxil olan məlumata görə, bu ilin 9 ayı ərzində ümumilikdə 182 471 sayğac yenisi ilə əvəzlənib. Bunun 90 846-sı istismar müddəti başa çatıb, 91 625-i digər səbəblərdən (müdaxilə, sərfiyyatı qeyd etməməsi və s.) əvəz edilmiş sayğaclardır. Sentyabr ayı ərzində isə 24 154 sayğac yenisi ilə dəyişdirilib.
Zaur