Newscenter.az.3.05.2020. Nadir tarixi şəxsiyyətlər vardır ki, onlar tarixə əbədi olaraq həkk olunur, xatirələrdə yaşaddaşlarda yaşayır və anıldıqca insana qürur, fəxr, sevinc hissləri bəxş edir. Biz də bu gün belə şəxsiyyətləri qürürla və şərəflə anırıq, ruhları, xatirələri qarşısında baş əyirik. Çünkü onlar bütün ömrünü xalqın yüksək rifahına və birliyinə, dövlətçiliyin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına fəda etmiş şəxsiyyətlərdir. Belə unudulmaz, tarixi şəxsiyyətlərdən biri də Heydər Əliyevdir.
Bu gün, inkişaf etmiş, müstəqil, demokratik və çiçəklənən Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasından 97il ötür. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı xidmətlərindən bəhs edərkən qısaca və konkret bunu qeyd etmək istərdim ki, Ulu öndərin gərgin zəhməti, vətən naminə fəadakar fəaliyyəti Azərbaycanın dünənini və bu zəhmətin uğurlu nəticələri bu günkü masirləşən, bütün dünyada layiqincə nüfuz qazanmış, qüdrətli Azərbaycan dövlətini formalaşdırıb.
Azərbaycanda dövlətçiliyin yarandığı ilk illərdə keçdiyi qalmaqallı və çətin yolların tarixi izləri mənimdə yaddaşımda, uşaqlıq dövrümün tablosunda öz dərin izlərini buraxıb. O çətin illərdə ailə başçımızın, atamın vətənə, dövlətçiliyə, xalqa bağlılığı və Müstəqil Azərbaycan dövlətinin qurucusu və xilaskarı Ulu öndər Heydər Əliyevin yanında olması, onun zəngin siyasətini var gücü ilə dəstəkləməsi məndə və ailə üzvlərimdə vətənpərlik ruhunun və əqidəsinin yaranmasının bağlanşıcı olmuşdur.
Qürurla qeyd etmək istəyirəm ki, Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi daxil olunmuşdur. Bu dövrün isə Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu Azərbaycançılıqdır. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən – məhz onun hakimiyyətə gəlişindən sonra başlamışdır. Bu mənada azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmışdır. Ulu öndərin o illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gördüyü işlər milli özünüdərkin, xalqın tarixi yaddaşının bərpası prinsipləri əsasında milli ruhun yüksəlişini təmin etmiş, xalqımızın qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün zəmin yaratmışdır.
Sovet İttifaqı dağılanda Azərbaycanın müstəqil dövlət kimi formalaşmağa cəhd göstərdiyi o çətin illərdə məhz Ulu öndər Heydər Əliyev Azərbaycanın xilaskarı oldu. Məhz belə bir ağır vaxtda xilaskarlıq missiyasını cəsarətlə öz üzərinə götürən Heydər Əliyev Azərbaycanı məhv olmaq, parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas etdi və ölkənin gələcək inkişafı üçün əsaslı zəmin yaratdı.
Dəfələrlə çıxışalarında əzmlə və məsuliyyətlə vurğulamışdır ki, “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərkən məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm." Döğrudanda əlindən gələni əsirgəməyən və ağır zəhməti ilə həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkəmizdə bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu, xarici siyasətin prioritetləri müəyyən edildi. Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesləri başladı, bu siyasət uğurla həyata keçirildi və müasir, qüdrətli Azərbaycan formalaşdı.
Ulu öndər Heydər Əliyevin gərgin zəhmətlə qurub, formalaşdırdığı Azərbaycan bu gün əmin və etibarlı əllərdədir. Cənab Prezident İlham Əliyev Ulu öndərin siyasi kursuna sadiq qalaraq bu gün Azərbaycanı dünyəvi, qüdrətli bir ölkəyə çevirmişdir.
Yusif Babanlı
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, professor