Newscenter.az.5.05.2020. ABŞ-da koronavirusdan dünyasını dəyişənlərin sayı yenidən artıb.
“Report” xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.
Qeyd olunub ki, ölkədə 1 192 119 nəfər COVID-19 daşıyıcısıdır.
Müalicə alan 70 115 nəfər dünyasını dəyişib, 187 mindən çox şəxs sağalıb.