Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda koronavirus daha çox bu bölgələrdə yayılıb



Newscenter.az.6.05.2020. "Azərbaycanda yoluxma halları arasında faiz göstəriciləri Bakı üzrə 45.3, Gəncə-Qazax üzrə 14.1, Lənkəran üzrə 10 faiz təşkil edir".

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Agentlik sədri qeyd edib ki, həmin ərazilər narıncı zona elan edilib və orada karantin qaydalarına ciddi riayət edilmir: "Bakı üzrə ən çox yoluxma halı Yasamal və Sabunçu rayonları üzrə qeydə alınıb. Adları sadalanan yerlərdə bir nəfər çox sayda adamı yoluxdurduğuna görə yeni ocaqlar yaranırdı".

Z.Əliyev vurğulayıb ki, 27 aprel-3 may tarixləri arasında ölkədə 287 yoluxma, 302 sağalan oluv, 4 nəfər ölüb: "Yoluxanlar əsasən 50-59 yaş arası olanlardır".
Xəbəri paylaş