Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtda 50 min manatlıq oğurluq edilib

Paytaxtda 50 min manatlıq oğurluq edilib


Newscenter.az.15.08.2020.
Bakıda oğurluğa görə tutulan şəxsin digər cinayətləri də ortaya çıxıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş S.İsmayılovun ətrafında əməliyyat tədbirləri keçirilib.

Onun paytaxtın Yasamal və Binəqədi rayonları ərazilərində 8 evdən ümumilikdə 15850 manat, 10000 ABŞ dolları və 15500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
Xəbəri paylaş