Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə parlamentinin sədri Gəncə terrorundan zərərçəkmişlərə baş çəkib



Newscenter.az.20.10.2020. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Gəncəyə səfəri zamanı erməni terroru zamanı həlak olan şəxslərin yaxınları ilə görşüb.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

O, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə erməni təxribatı nəticəsində dünyasını dəyişən şəxslərin yaxınlarına başsağlığı verib.

"Allah sizlərin yardımçınız olsun. Azərbaycan düşmən tapdağı altında olan torpaqları işğaldan azad edəcək. Zəfər yaxındadır. Bir millət iki dövlətik", - M.Şentop deyib.

Qeyd edək ki, Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncə şəhərinə səfərə gəlib.

TBMM sədri Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə erməni təxribatı nəticəsində dağıdılmış yaşayış mərkəzlərini ziyarət edib.
Xəbəri paylaş