Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Prezidentinin hər bir fikri tezis xarakterlidir

Azərbaycan Prezidentinin hər bir fikri tezis xarakterlidir


Son bir ayda Xankəndi artıq ikinci dəfədir ki, beynəlxalq tədbirə ev sahibliyi edir. Bu da çox böyük qlobal əhəmiyyətlidir. Bu cür tədbirlərin qlobal əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edildiyi, bu ərazilərin tarixi Azərbaycan torpaqları olduğu həmin konfranslar, forumlar vasitəsilə bir daha dünyaya çatdırılır. Eyni zamanda Xankəndini dünyaya beynəlxalq məsələlərin müzakirə edildiyi məkan kimi tanınır".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumundan danışarkən səsləndirib.

Millət vəkili qeyd edib ki, forumu əhəmiyyətli edən digər bir məqam onun Milli Mətbuatın yaranmasının 150 illiyinə təsadüf etməsidir:

"Azərbaycan dövləti, onun Prezidenti bütün məsələlər kimi mətbuat sahəsinə də daim diqqətlə yanaşıb. Bu sahədə Azərbaycana qarşı aparılan informasiya mübarizəsi, təxribat kampaniyasının qarşısında olub, bütün bu tipli hücumları dəf edib. İkinci Qarabağ müharibəsi zamanı bizə qarşı olan informasiya savaşı zamanı Cənab Prezidentin həmin qüvvələrə qarşı necə tutarlı, arqumentli əkscavab verdiyi, həmin qərəzli hücumlara sinə gəldiyi hər kəsə məlumdur. Zaman keçdikcə hər bir sahədə yeni yanaşmalar, texnologiyalar meydana çıxır. Günümüzdə də süni intelekt dövründə media dayanıqlığının gücləndirilməsi olduqca vacibdir. Ona görə də hesab edirəm ki, III Şuşa Qlobal Media Forumu qeyd edilən istiqamətlər üzrə əhəmiyyətli olacaq".

Deputat deyib ki, forumda çıxışı zamanı Cənab Prezidentin söylədiyi hər bir fikir tezis xarakterlidir və həmin tezislərdən irəli gələrək media da öz üzərinə düşən vəzifələri yerinə yetirməlidir:

"Eyni zamanda Azərbaycan Prezidentinin müəyyən dairələrə ünvanladığı mesajlar dan həmin dairələr də nəticə çıxarmalıdır".

Süleyman
Xəbəri paylaş