Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputatlar ATƏT PA-nın sessiyasında iştirak edəcəklər

Deputatlar ATƏT PA-nın sessiyasında iştirak edəcəklər


Milli Məclisin deputatları – ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, üzvləri Pərvin Kərimzadə, Gülşən Paşayeva bu təşkilatın 23-cü payız sessiyasında iştirak etmək üçün noyabrın 16-da Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

Newscenter.az xəbər verir ki, qurumun sessiyasında “ATƏT-in 50 ili: dialoq və əməkdaşlıq vasitəsilə multilateralizmin yenilənməsi” mövzusunda fikir mübadiləsi aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

Sessiya çərçivəsində beynəlxalq təhlükəsizlik, siyasi dialoq, qlobal iqtisadiyyat və insan hüquqları sahəsində aktual məsələlər müzakirə olunacaq, müvafiq qərar və tövsiyələr qəbul ediləcək.

Səfər noyabrın 20-də başa çatacaq.

Süleyman
Xəbəri paylaş