
Ukraynada Vladimir Zelenski hakimiyyəti daxilində üzə çıxan antikorrupsiya qalmaqalı onun həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə dəstəyini təhdid edir.
Newscenter.az xəbər verir ki. bu barədə The New York Times (NYT) məlumat yayıb .
Nəşr qeyd edir ki, Zelenski seçki kampaniyası zamanı oliqarxlarla mübarizə aparacaq lider imicini yetişdirib. İndi isə situasiya tamam fərqlidir.
Qeyd edək ki, noyabrın 10-da Zelenskinin ofisindən asılı olmayan qurumlar – Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu (SAPO) energetika sektorunda iri korrupsiya sxeminin üzə çıxarılması üçün “Midas əməliyyatı” adlı genişmiqyaslı əməliyyat keçirdiklərini elan ediblər. Axtarışlar biznesmen Timur Mindiçin evlərində, eləcə də hazırda fəaliyyəti dayandırılmış ədliyyə naziri German Qaluşenkonun mülkləri və “Energoatom” şirkətində aparılıb.
Müstəntiqlərin fikrincə, sxem iştirakçıları təqribən 100 milyon dollar pul yuyublar.
Anar Əliyev











































